Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-94/2024 23.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı, çıxarışın ləğvi, miras əmlakdan payın müəyyən edilməsi X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, cavabdehin hüquqi varisi X7 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(073)-2006/2022 saylı qətnaməsindən (hakim Qalib Paşayev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsə tanınma və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası (iddiaçının) X9 qanun üzrə vərəsəsi tanınmasına və ondan miras qalmış həyətyanı torpaq sahəsinə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı iddianın dəqiqləşdirilməsinə və həcminin artırılmasına dair ərizə verərək, tələbini onunla əsaslandırmışdır ki, atası (iddiaçının) X16 06 may 1963-cü ildə Cavabdeh ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahlarından uşaqları doğulmadığından, atası (iddiaçının) X16 1972-ci ildə onun (iddiaçının) anası X10 ilə faktiki evlənmiş və onların birgə nikahlarından o (İddiaçı) doğulmuşdur. Atası (iddiaçının) X16 xx.xx.2011-ci il tarixdə Cəlilabad şəhərində vəfat etmişdir. Atası vəfat etdikdən sonra onun vərəsəsi kimi o (iddiaçı) və Cavabdeh qalmışdır. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə mərhum atası (iddiaçının) X13 699.35 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Atası həmin torpaq sahəsində ev tikdirmişdir. Həmin torpaq sahəsinə və fərdi yaşayış evinə dair mərhum atasının adına DƏDRX-i tərəfindən mülkiyyət hüququna dair çıxarış verilmişdir. Uşaq vaxtlarında mərhum anasının yanında yaşasa da sonradan, yəni 1989-cu ildən atasının yanında yaşamağa başlamışdır. 1992-ci ilin oktyabr ayında evlənmiş və həyat yoldaşını da atasının evinə gəlin köçürmüşdür. Evlənəndən sonra hərbi xidmətə də həmin evdən geğmiş və həmin evə qayıtmışdır. Atasının sağlığında ailə üzvləri, atası və analığı Gülqədəm Abidinova ilə birlikdə atasına məxsus evdə yaşamışlar. X3 13 sentyabr 2011-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra da ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. Atasının ölümündən təxminən 4-5 ay sonra analığı Gülqədəm Abidovanın təziqi ilə atasına məxsus evdən məcbur olaraq çıxmış və mərhum anası X4 məxsus evdə yaşamağa başlamışdır. Atasının ölümündən təxminən 5-6 ay sonra analığı Cavabdeh da həmin evdən çıxaraq, yaşamaq üçün Bakı şəhərinə getmiş və həmin vaxtdan da Bakı şəhərində yaşayır. Mərhum atasının evindən çıxan günə kimi ailə üzvləri ilə birlikdə həmin evdə yaşamış, evin yerləşdiyi torpaq sahəsindən istifadə edərək əkib-becərmiş, atasının təsərrüfatını idarə etmişdir. Analığı Bakı şəhərinə köçən zaman mərhum atasına məxsus fərdi yaşayış evini başqa şəxsə kirayəyə vermişdir. Məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl mərhum atasından miras qalmış əmlaka qanun üzrə vərəsə tanınmaq üçün sənədlər hazırlayan zaman ona məlum olmuşdur ki, analığı Gülqədəm Abidinova artıq həmin torpaq sahəsini və fərdi yaşayış evini öz adına rəsmiləşdirmişdir. Halbuki, o (iddiaçı) da mərhum atasından qalmış mirası qəbul etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2021-ci il tarixli, 2V-407 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2021-ci il tarixli (********** qeydiyyat nömrəli) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli (********** qeydiyyat nömrəli) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mərhum X3ndan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin və Cəlilabad Rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Cəlilabad Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(073)-2006/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2021-ci il tarixli, 2V-407 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2021-ci il tarixli (********** qeydiyyat nömrəli) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli (********** qeydiyyat nömrəli) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mərhum X8 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qanun üzrə vərəsə olaraq payının 1/3 hissədə və həmin ünvanda yerləşən 0.0699 ha torpaq sahəsində 1/3 hissədə müəyyən edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci insansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarını, tərəflərin münasibətlərini düzgün qiymətləndirməyərək maddi hüquq normalarına düzgün istinad etməmiş, formal mülahizələrə söykənərək, birtərəfli yanaşma nəticəsində haqlı olmamışdır. Cavabdeh iddiaya verdiyi etirazında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə istinad etməyinə baxmayaraq, birinci instansiya məhkəməsi öz qətnaməsindən bu hala da münasibət bildirməmiş, mirasın qəbulu müddətinin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində Mülki Məcəllənin 1243.2-ci maddəsinə istinad etsə də, işin halları iddiaçının vaxtında nə mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etdiyi barədə ərizə verməsini, nə də ki, mirasa sahiblik etməyi, idarə etməyə faktiki başlaması, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsini əks etdirmir. Eyni zamanda birinci instansiya məhkəməsi iddiaçının aləli olub-olmamasını, hal-hazırda kiminlə, harada və nə vaxtdan yaşaması məsələlərini araşdırmamışdır və bu məqamları görməzdən gəlmişdir. İşin hərtərəfli, obyektiv araşdırılmaması işə səthi və birtərəfli baxılmasına gətirib çıxarmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi şahid X1 uzun illər Bakı şəhərində yaşaması və işlə bağlı nə dərəcədə mötəbər izahat verməsini düzgün qiymətləndirməmişdir. İddiaçının birinci nikahından olan arvadı və nikahın ilk illərindən mirasqoyanın vəfat etməsinədək miras əmlakda yaşayan, miras əmlakı cavabdeh olan qayınanası Cavabdeh ilə faktiki qəbul etmiş X7, onların birgə nikahdan olan, həddi-büluğa çatmış uşaqları X20 və X17, X14 işlə bağlı mövqeyini öyrənməmiş və bu məsələyə diqqət göstərməmişdir. İddia ərizəsinə cavabdehin verdiyi etirazda iddiaçının mərhum atası, mirasqoyanla uzun illər, yəni mirasqoyanın ölümünədək münasibətlərinin olmaması, hətta mərhumun dəfnində belə iştirak etməməsi məsələsi də, məhkəmənin diqqətindən kənarda qalan məsələlərdəndir. Bu məsələ də, birinci instansiya məhkəməsi tərəfindən nə araşdırılmış, nə ona münasibət bildirilmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında X15 Cavabdeh hüquqi varisi qismində tanınmışdır. Apellyasiya baxışında X7 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Xanım miras qoyan Gülqədəmin bacısı qızı, onun isə bacısıdır. Dolayısı ilə Gülqədəm Xanımın xalasıdır. Gülqədəm 08 iyun 2021-ci ildə ona məxsus olan bütün əmlakı bacısı qızı X11 vəsiyyət etmiş və bu barədə müvafiq vəsiyyətnamə də tərtib edilmişdir. Hesab edir ki, evdən Gülqədəmə düşən hissə onun hüquqi varisi Xanıma keçməlidir. Həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi torpaq və ev üzərində cavabdehin payının 1/3 hissə müəyyən etməklə səhv nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Göstərmişdir ki, o atasının hüquqi varisidir. Ev üzərində onun daha çox payı müəyyən edilmişdir. Üçüncü şəxslərin nümayəndələri apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinin tələbinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-1243.3-cü maddələrinə görə vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum qərarında vurğulanmışdır ki, oxşar hüquqi mövqe Türkiyə Anayasa Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə Kollegiyası tərəflərin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi payın müəyyən edilməsi hissəsində dəyişdirilməli, torpaq sahəsində və fərdi yaşayış evində İddiaçı payı ¼ hissədə müəyyən edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, arayışdan görünür ki, X16 ilə X18 xx.xx.1963-cü il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 54 saylı qeydiyyat aparılaraq, arvada Abdinova soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli, Vİİİ-JQ 260890 saylı doğum haqqında şəhadətnamənin urətindəns görünür ki, İddiaçı xx.xx.1973-cü ildə doğulmuşdur, X3, anası X5r. İşdə olan Cəlilabad rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ 261010 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2007ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X16 xx.xx.2011-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon İHB-ın Cəlilabad şəhər İƏDÜN tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X16 xx.xx.2011-ci ildə vəfat etmiş, vəfat etdiyi günə kimi Cəlilabad şəhərində yaşamış və vəfatından sonra Cavabdeh və İddiaçı ibarət vərəsələri qalmışdır. İşdə olan Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 14.122021-ci il tarixli məktubdan görünür ki, X9 Cavabdeh və İddiaçı ibarət vərəsələri vardır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışın surətindən görünür ki, ünvan 1 (keçmiş ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X9 tam mülkiyyətində, 0,0699 ha həyətyanı torpaq sahəsi isə X9 və Cavabdeh ümumi birgə mülkiyyətində olmuşdur. İşdə olan Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-407 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X9 qanun üzrə vərəsəsi Cavabdeh ondan (X12) qalan miras əmlakdan, yəni ünvan 1 (keçmiş ünvan 2 evdən və ünvan 1 (keçmiş ünvan 2 ünvanda yerləşən ümumi birgə mülkiyyətdə olan 0.0699 ha torpaq sahəsindən tam hissədə pay almışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli (********** qeydiyyat nömrəli) Çıxarışdan görünür ki, ünvan 1 (keçmiş ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və 0,0699 ha həyətyanı torpaq sahəsi Cavabdeh tam mülkiyyətindədir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mirasdan iddiaçının payı düzgün müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilini qismən əsaslı hesab edir və işin halları ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi, hazırkı qanunvericiliyə əsasən mirasdan məcburi payın əldə edilməsi üçün müddət müəyyən edilməmişdir, yəni payı olan vərəsə öz payından notariat ofisinə müraciət edərək imtina etməmişdirsə, onun payı qalır. İşin hallarından müəyyən edilir ki, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh və X9 birgə nikahı dövründə əldə edilmişdir. İddiaçı digər qadınla qeyri-rəsmi nikahından İddiaçı doğulmuşdur. X16 2011-ci ildə vəfat etmişdir. Belə olan halda mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsinin ½ hissəsindən İddiaçı payı müəyyən edilməli idi. Belə olan halda da, İddiaçı düşən payın miqdarı ¼ hissə təşkil etməli idi. Qeyd edilənlərə baxmayaraq birinci instansiya məhkəməsi bu halları nəzərə almamış, payın miqdarını 1/3 hissədə müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(073)-2006/2022 saylı qətnaməsi- torpaq sahəsindən və fərdi yaşayış evindən İddiaçı payının müəyyən edilməsinə dair hissədə dəyişdirilməli, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli (********** qeydiyyat nömrəli) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mərhum X8 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qanun üzrə vərəsə olaraq payı 1/4 hissədə və həmin ünvanda yerləşən 0.0699 ha torpaq sahəsində 1/4 hissədə müəyyən edilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(073)-2006/2022 saylı qətnaməsi- torpaq sahəsindən və fərdi yaşayış evindən İddiaçı payının müəyyən edilməsinə dair hissədə dəyişdirilsin. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli (********** qeydiyyat nömrəli) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mərhum X8 miras qalmış ünvan 3 ünvanda yerləşən 0.0699 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində qanun üzrə vərəsə olaraq 1/4 hissədə payları müəyyən edilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-94/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-94/2024
23.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver