Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-954/2023 13.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(057)-157/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ilə cavabdeh 29 aprel 2020-ci ildə rəsmi qaydada nikahı daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan bir qız övladları var. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı hazırda ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını tələb edir. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Salyan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona məxsus ümumi dəyəri 3900 manat olan bir ədəd briliyant daşlarla bəzədilmiş ağ qızıldan olan dəst (qızıl briliyant qaşlı boyunbağı, qızıl briliyant qaşlı qolbağ, qızıl briliyant qaşlı bir cüt sırğa, qızıl briliyant qaşlı üzük), ümumi dəyəri 600 manat olan 1 ədəd briliyant qaşlı qızılı nişan üzüyü, ümumidəyəri 780 manat dəyərində 1 ədəd ağ qızıldan olan briliyant qaşlı qolbağı, ümumi dəyəri 350 manat olan 1 ədəd sarı qızıldan olan bir cüt sırğa, ümumi dəyəri 400 manat olan 1ədəd sarı qızıldan olan bir cüt sırğanın özü, özləri olmasa dəyərinin c avabdehdən alınaraqona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 29 aprel 2020-ci ildə rəsmi qaydada nikahı daxil olmuş, həmin ilin noyabar ayından cavabdehin yaşadığı ünvanda bir yerdə yaşamış və bir uşağı olmuşdur. 06 fevral 2020-ci ildə cavabdehlə olan nişan mərasimində cavabdeh özü ərizədə qeyd etdiyi ağ qızıldan əyarı 750 olan qızıl dəsti ona hədyyə etmişdir. Həmin qızılın çəkisi haqqında məlumatı yoxdur, forması su damlası formasında olmuşdur. Daşlarını neçə karat olmasını bilmir. Nişan üzüyünü (çəkisini bilmir, sarı qızıl olmuş, 585 əyarlı brilyant qaşlı, qaşları böyük olmuşdur), baldızı Şəbnəm, bir ədədqızıl qolbağı (sadə yumru formada bəzəklər, ağ qızıl, 750 əyarlı, çəkisini bilmir) onunüzərinə taxmışlar. Qaynanası 07 aprel 2021-ci ildə Abbasova Mədinə ölməmişdən əvvəl qulağında olan sırğanı (smit formasında 583 əyarlı qızıl olmuş, qaşsız, çəkisini bilmir)qızına vəsiyyət etmiş, öləndən sonra həmin qızılı cavabdeh ona təqdim etmişdir. İyul 2021-ci ildə qaynı İsmayılın arvadı Vəfa uşaq üçün qızıl sırğa (üstündə mavi rəngli sadə qaşı olmuş, sarı qızıl əyarı 585, çəkiisini bilmir) hədiyyə göndərmişdir.Həmin qızıllar daim onun olduğu otaqda siyirmənin içərisində olmuş, 25 avqust 2021-ci il tarixə keçən gecəsaat 03-30 radələrində əri evə gəlmiş, onu yuxudan oyatmış, onu təhqir etməyə başlamış, səbəbini isə Onurla ailəvi münasibətlərinin olması ilə izah etmişdir. Ona Onurla danışmağını və münasibət saxlamağını irad tutmuşdur. Əri onunla dalaşmış və onu vurmuşdur. Bir müddətdən sonra cavabdeh otaqdan çıxmış, o ərəfədə uşağı götürüb oturmuşdur. Cavabdeh icəri girərək qızılları götürmüş və qolundan tutaraq otaqdan çıxarmışdır. Taksi çağıraraq gedib taksiyə oturmuş və Biləcəridə yaşayan bibisinin evinə getmişdir. Səhəri atasına demiş, atası ona problemin yaratmamasını bildirmiş və həmin səbəbdən polisə müraciət etməmişlər. Aralarında olan nikah iyul 2022-ci ildə pozulmuşdur. Qızılları tələb edir. Cavabdeh qızılları özü ilə apardığını iddia edir. Qorxusundan qızılları cavabdehin götürməsinə etiraz etməmişdir. Evdən çıxanda qonşu Günay görmüş, onlar səsə çıxmışlar. Həmin vaxt baldızı Şəbnəm və oğlu Əli də olmuşlar. Qızılların şəklini vəkilə vermiş, vəkil də mütəxəssisə gedib qiymət çıxarmışdır. Qızılları ona hədiyyə edəndə qiymətləri üstündə olmamış, cavabdeh tərəf də qızılların qiyməti barədə məlumat verməmişdir. 22 oktyabr 2022-ci ildə vəkili mediasiyada barışıq sazişi bağalyaraq cehiz əşyalarını götürmüş, lakin qızıllar qalmışdır. Qarşı tərəf qızılların aparıldığını demişlər. Cavabdeh öz kişi üzüyünü ona verməmişdir. Anasının evində qapıda kilid problemi olduğu üçün orada qızıl saxlamamışdır. Bibisi ona nə səbəbə gəldiyinri soruşqduqda, smslə mesajlaşdığını və həmin səbəbdən ərinin onu evdən qovduğunu demişdir. Əri telefonda mesajları görmüş və mesajlar səmimi mesajlar olduğu üçün əri onunla dava-dalaş salmışdır. 2020-cilin əvvələrindən Onurla ailəvi münasibətləri olmuşdur. Özü mediasiya zamanı cehiz əmlakın götürülməsində iştirak etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasındakı izahatında bildirmişdir ki, iddiaçı ilə 19 aprel 2020-ci ildə nikah bağlamış və yaşadıqları müddətdə bir uşağı olmuşdur. Nişan mərasimində iddiaçıya ağ qızıldan olan, qramı, qiyməti və əyarını bilmədiyi bir qızıl dəstini hədiyyə etmişlər. Sarı qızıldan olan qiymətini və əyarını bilmədiyi nişan üzüyünü, bacısı Şəbnəm isə ona qolbağı hədiyyə etmişdir. Həmin qolbağ qızıldan deyil, üstündəki qaşlar Svaroski daşları olmuş, qiymətini bilmir. Anası sağlığında bir cüt sırğını nəvəyə vəsiyyət etmiş və özü həmin sırğanı Nəriminə vermişdir. Köhnə sarı qızıl olmuşdur. Qardaşı arvadı Vəfa iyul 2021-ci ildə Nərimnə uşaq sırğasını hədiyyə etmişdir. Çəkisi və qiyməti barədə məlumatı olmamışdır. Bibiheybət qəsəbəsində yaşayır, özü taksi fəaliyyəti ilə məşğul olur, 24 avqust 2021-ci ildə saat 23 radələrində Nərmin ona mesaj yazaraq evə gələndə gecə lampasını düzəltməyi demişdir. Saat 01 radlərində evə gəlmiş və işığı yandırmamış, Nərminin telefonunu götürüb otağı işıqlandırmaq istəmişdir. Telefonda Nərmnin ikinci votsapı işlətdiyini görmüşdür. Həmin votsapa girmiş və orada yazışmalarda 12 mesaj görmüş, daha sonra daxil olanda Nərminin 7 nəfərlə danışdığını görmüşdür. Bəzilərini oxuduqda həmin mesajlarda ailəli qadına xas olmayan ifadələr olmuşdur. Nərmin şəkillərini paylaşmışdır. Telefonu Nərminə vurmuş, onu oyatmış və mübahisələri olmuş və əsəbi halda bir-iki şillə vurmuşdur. Təkidlə evdən çıxmasını tələb etmişdir. Anasına zəng edərək vəziyyəti demişdir. Taksi çağırmış və Nərmin paltarını geyinib evdən getmişdir. Özü ilə bir-iki əşyasını götürüb getmişdir. Həmin gecə ona hədiyyə olunmuş kişi üzüyünü Nərminə qaytarmışdır. İddiaçının özündə olan qızıllar həmin vaxtevdə olmamış, iddiaçı qızıllarını anasının evində saxlamışdır. Qızılları götürməmişdir. İddiaçının dedikləri doğru deyildir. 05 avqust 2021-ci il dayısının oğlununtoyu olmuş, qızılları taxmamış, səbəbini iddiaçı dərisinin səpdiyini demişdir. Dirəşmiş və anasının evinə gedərək qızılları taxmağı məcbur etmişdir. Toydan sonra qızıllardan məlumatı olmamışdır. Atası 21 fevral 2021-də vəfat etmiş, 22 fevraldan sonra Nərmin öz valideynlərinin evinə getmişdir. Nərminin telefonundakı mesajlarda onun kiməsə 20000 manat borcu olması barədə məlumatı oxumuşdur. İddianı qəbul etmir, qızıllardan məlumatı yoxdur. İddiaçı qızılların anasının evində saxlamasını daha güvənli hesab etdiyi üçün orada saxlamışdır. Mediasiyada olan vaxt qızıl barədə söhbət olmuş və qızılların qarşı tərəfdə olduğunu demişdir. Telefon onda olmuşdur. Telefonu Nərmin istədyi üçün verməmiş, mediasiya prosesində isə vermişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Salyan Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(057)-157/2023 nömrəli qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddia təmin edilmiş, Cavabdeh 3900 manat dəyərində bir ədəd briliyant daşlarla bəzədilmiş ağ qızıldan olan dəst (qızıl briliyant qaşlı boyunbağı, qızıl briliyant qaşlı qolbağ, qızıl briliyant qaşlı bircüt sırğa, qızıl briliyant qaşlı üzük), ümumi dəyəri 600 manat olan 1 ədəd briliyant qaşlı qızılı nişan üzüyü, ümumi dəyəri 780 manat 1 ədəd ağ qızıldan olan briliyant qaşlı qolbağ, ümumi dəyəri 350 manat olan 1 ədəd sarı qızıldan olan bir cüt sırğa, ümumi dəyəri 400 manat olan 1 ədəd sarı qızıldan olan bir cüt sırğa, qətnamə icra olunan vaxt həmin əmlaklar olmadığı təqdirdə isə onların dəyəri, ödənilmiş dövlət rüsumu əvəzində 80 manat alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 666.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 214.1, 76.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətində maddi hüquq normaları olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 60, 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, prosessual hüquq normaları olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.1, 77.1, 88, 217.1, 217.3, 218.1-ci maddələri qeyd olunsa da həmin normaların qarşısında pozulmasına və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqe, dəlillər göstərilməmişdir. Apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər” bölməsndə isə göstərilmişdir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Dayısı oğlu Natiqin 05 avqust 2021-ci il tarixdə toyunda iştirak etmək üçün iddiaçı niyə qızıllarını taxmamısan sualına “mən qızıl taxanda səpirəm, taxa bilmirəm” demişdir. Onun inadı ilə iddiaçı qızılların anasının evində olmasını və toya taxacağını bildirdi. Toya komplekt dəstin üzüyünü, boyunbağısını və sırğalarını taxmışdır. 2022-ci ildə aralarında olan nikah münasibətlərinin pozulması ilə əlaqədar mediasiya prosesində cehiz əmlakın götürülməsi barədə razılığa gəldik, cehiz əmlakını, mobil telefonunu, həmçinin geyim əşyalarını valideynlərinin, mediasiya qrumunun əməkdaşının və vəkilinin iştirakı ilə yığıb aparmışdır. Mediasiya prosesində cavabdeh öz növbəsində iddiaçı üçün alınmış qızılları tələb etdikdə iddiaçı tərəfin vəkili qızılların iddiaçıda qalacağını bildirmiş, mediator da qanunun tələbini izah etmişdir. Aralarında baş vermiş kiçik mübahisədən sonra etiraz etmədim. Məhkəmə, iddiaçının tələbinə dair təsdiq edəcək sübutların olmamasına baxmayaraq iddianı təmin etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək Salyan Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(057)-157/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək Salyan Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(057)-157/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsi; Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət vermiş və haqlı olaraq iddia üzrə tələb edilən qızıl-zinət əşyalarının ümumiyyətlə mövcud olması və cavabdehdə olması qənaətinə gəlmiş və onların iddiaçıya qaytarılmasını qət etmişdir. Cavabdehin qeyd edilən əşyaların onda olmaması və onda olmasının sübuta yetirilməməsi barədə dəlilləri yalnız formal mülahizələrdən ibarət olmaqla əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, özü Bibiyheybət qəsəbəsində yaşayır, Əlidursunla qonşudur. Nərmin isə onunla iki il olar rəfiqədir. 25 avqust 2021-ci ildə gecə vaxtı səsə oyanmış və qonşuluqda yaşayan Nərminin yaşadığı evdə qarışqlıq olduğunu görmüşdür. Nərminin evdən çıxıb getdiyini və əynində xalat olduğunu görmüşdür. Bakıdan Salyana Nərminin atasının maşınında gəlmişdir. Hadisə barədə maşında da ona heç nə danışmamışlar. Nərmin evdən gedəndə əlində heç bir çanta olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Nərmin qardışı qızıdır. Nərminə dəst, bilərzik, üzük, qaynanası isə sırğa, qaynı arvadı sırğa vermişdir. Qızılların hamısı ağ qızıl olmuşdur. Dəyərini bilmir. Qızılları qalıb oğlanın evində, Nərmin gecə ilə onun yanına gəlmiş,ona ərinin sms söhbətinə görə evdən qovulduğunu demişdir. Nərminin əynində xalat olmuş, heç nə gətirməmişdir.Nərmin qızıllarının baldızı Şəbnəm tərəfindən ondan aldığını demişdir. Bədnində xəsarətlər olmuş, lakin həkimə getməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Nərmin onun qızıdır. Nərmin Əlidursunla evlənmiş, Nərminə qızıllar verilmişdir. Nişan üzüyü, dəst,qolbağ, Mədinə xanım da sırğa bağışlamışdır.Toydan sonra üzük bağışlamışlar, amma dəqiq yadında deyildir.Gecə vaxtı bacısı ona zəng edərək qapını açmasını demiş, Nərminin qolunda və sifətində qızartılar olduğunu görmüşdür.Gecə Nərmindən səbəbini soruşmamışdır.Sonradan soruşmuş, Nərmin gecə onu sorğu sualsız evdən qovulduğunu demişdir. Onun evdən qovulmasının səbəbini bilməmişdir.Qızıllar Nərminin evində olmuşdur.Nərminin əlindən əri almışdır, daha doğrusu qızılları olduğu yerdən əri götürmüşdür.Telefonu da əri əlindən almışdır. Məhkəmədə elan olunmuş "xxxx" X1 direktoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi qızıl əşyalarının dəyəri rəydəki qiymətlərlə əsasən eynilik təşkil edir. İşin bu cür halında, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, yəni Cavabdeh 3900 manat dəyərində bir ədəd briliyant daşlarla bəzədilmiş ağ qızıldan olan dəst (qızıl briliyant qaşlı boyunbağı, qızıl briliyant qaşlı qolbağ, qızıl briliyant qaşlı bircüt sırğa, qızıl briliyant qaşlı üzük), ümumi dəyəri 600 manat olan 1 ədəd briliyant qaşlı qızılı nişan üzüyü, ümumi dəyəri 780 manat 1 ədəd ağ qızıldan olan briliyant qaşlı qolbağ, ümumi dəyəri 350 manat olan 1 ədəd sarı qızıldan olan bir cüt sırğa, ümumi dəyəri 400 manat olan 1 ədəd sarı qızıldan olan bir cüt sırğa, qətnamə icra olunan vaxt həmin əmlaklar olmadığı təqdirdə isə onların dəyərinin alınıb İddiaçı verilməsinə dair nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından həmçinin tərəflərin kollegiya iclasında verdikləri izahatlarından müəyyən olunur ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları həqiqətən də mövcud olmuşlar. Lakin həmin qızıl-zinət əşyalarının iddiaçıda olması barədə cavabdeh tərəfindən heç bir sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, mübahisə predmetini təşkil edən qızıl-zinət əşyaları iddiaçıya hədiyyə şəklində verildiyindən həmin əmlaklar İddiaçı ayrıca mülkiyyətidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyalarının iddiaçının anasının evində saxlanılmasına dair cavabdehin iddia tələblərinə etirazını əsaslandırdığı hallar yuxarıda sadalanan qanun normalarının tələblərinə və işin faktiki hallarına müvafiq olaraq təqdim olunmuş hər hansı bir mötəbər sübutla təsdiq olunmadığından, birinci instansiya məhkəməsi qızıl-zinət əşyalarına dair iddia tələbinin təmin olunmasına dair əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan qızıl-zinət əşyaları iddiaçıya məxsus olduğundan və cavabdehin həmin əmlaklara sahiblik və ondan istifadə etməsinin hər hansı bir hüquqi əsasları olmadığından, yəni əmlaklara dair cavabdehin qanunsuz sahibliyində, həmçinin cavabdeh tərəfindən həmin əşyaların iddiaçıya hədiyyə edilməsi faktı etiraf edildiyindən birinci instansiya məhkəməsi həmin əmlakların cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətcinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, hazırki mübahisə birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə düzgün həll olunduğundan və apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizə xarakteri daşıdığından apelyasiya şikayəti təmin edilmədən Salyan Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(057)157/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməəsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(057)-157/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-954/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-954/2023
13.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver