Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-954/2024 12.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «cehiz əmlak və qızıl-zinət əşyaları» tələbinə dair mülki iş üzrə Açar sözlər: əmlak tələbi-cehiz və qızıl-zinət əşyaları Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cehiz əmlak və qızıl-zinət əşyaları» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(049)-414/2024 saylı qətnaməsindən (hakim Anar Pənahov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı Lənkəran rayonun Şovu kəndində yerləşən fərdi yaşayış evində saxlanılan, mənə məxsus olan, iddia ərizəmdə adları və qiyməti qeyd olunan əmlakın və qızıl- zinət əşyalarının; servant- 1 ədəd- 600 manat, uşaq üçün mətbəx mebeli -1 dəst -130 manat, şfaner -1 ədəd - 500 manat, taxt -1 ədəd - 500 manat, termo+stul - 300 manat, tumba - 2 ədəd - 100 manat, mətbəx mebeli - 1 dəst 700 manat, stol - 1 ədəd - 170 manat, jurnalnıy - 1 ədəd - 100 manat, stul - 6 ədəd - 210 manat, uşaq stulu dəmir - 1 ədəd - 10 manat, uşaq stulu plasmas - 1 ədəd - 7 manat, tumuçka plasmas - 1 ədəd - 30 manat, kravat taxta - 1 ədəd - 200 manat, kravat dəmir - 1 ədəd - 100 manat, uşaq kravatı dəmir - 1 ədəd - 150 manat, kreslo 2 ədəd-400 manat, divan 1 ədəd - 300 manat, krosniy+pristafka -1 ədəd - 130 manat, DVD - 1 ədəd - 80 manat, TV altlığı şüşə - 1 ədəd - 120 manat, kalyaska - 1 ədəd - 120 manat, manej - 1 ədəd - 70 manat, beşik - 1 ədəd - 50 manat, uşaq yelləncəyi dəmir - 1 ədəd - 90 manat, lüstür - 4 ədəd - 200 manat, qarniz -12 ədəd - 75 manat, soyuducu - 2 ədəd -100 manat, paltaryuyan maşın -1 ədəd - 680 manat, peçka -1 ədəd -100 manat, tozsoran - 2 ədəd - 300 manat, ətçəkən maşın -1 ədəd - 80 manat, şirəçəkən -1 ədəd -100 manat, mikser -1 ədəd - 70 manat, samovar -2 ədəd - 360 manat, tefal -1 ədəd- 25 manat, termos - 2 ədəd - 38 manat, ütü -1 ədəd - 50 manat, ütü masası -1 ədəd - 60 manat, fen - 4 ədəd - 70 manat, saat - 2 ədəd - 35 manat, naçinik - 3 ədəd - 30 manat, şamdan şüşə - 1 ədəd 5 manat, lampa şüşə - 1 ədəd - 20 manat, güldan - 1 ədəd - 25 manat, güldan xrustal -1 ədəd- 35 manat, şirəkəş vedrə - 1 ədəd - 25 manat, zibil vedrə - 1 ədəd - 10 manat, qabyığan plasmas-1 ədəd - 16 manat, qabyığan dəmir - 1 ədəd - 20 manat, qabyığan plasmas - 1 ədəd - 3 ədəd, kartof yığan plasmas - 1 ədəd - 8 manat, ayaqqabı yığan - 1 ədəd - 20 manat, şampun qabı (divar üçün) -1 ədəd - 3 manat, un bakı plasmas - 1 ədəd - 7 manat, polyuyan vedrə - 1 ədəd-15 manat, paltar yığan səbət -1 ədəd - 9 manat, süpürgə xəkəndaz plasmas - 1 ədəd - 5 manat, süpürgə jilkalı plasmas - 1 ədəd - 4 manat, pol ağacı (şvabra) - 1 ədəd - 4 manat, şotka xalça yuyan - 2 ədəd - 5 manat, xəkəndaz dəmir -1 ədəd - 2 manat, şpilka vedrə - 2 ədəd 15 manat, paltar asılqanı dəmir - 1 ədəd - 3 manat, vişelka -12 ədəd - 7 manat, sabunqabı 3 ədəd - 4 manat, vedrə dəmir -1 ədəd - 2 manat, kopka yığan plasmas -1 ədəd - 3 manat, şiş -10 ədəd -11 manat, araq stəkanı dəst - 18 ədəd - 15 manat, çuda -1 ədəd - 15 manat, tort qabı dəst dəmir - 3 ədəd -17 manat, tort qabı şüşə -1 ədəd - 20 manat, tort buludu boşqablarıyla (2 dəst) -14 ədəd - 30 manat, keks qabları - 19 ədəd - 20 manat, ələk dəmir - 1 ədəd - 3 manat, meyvə doğrayan dəmir -1 ədəd -1 manat, silikon şotka - 2 ədəd - 3 manat, qozsındıran - 2 ədəd - 6 manat, plasmas qaşıq - 1 ədəd - 2 manat, qoz bişirən -1 ədəd - 10 manat, bıçaq lak - 1 ədəd - 1 manat, taxta qaşıq-2 ədəd - 3 manat, yemək maşası - 3 ədəd- 5 manat, salat taxtası -1 ədəd - 4 manat, salat taxtası lak dəst - 2 ədəd - 3 manat, sarımsaq əzən - 1 ədəd - 3 manat, dəmlik qaşıq - 1 ədəd - 2 manat, blendr -1 ədəd - 10 manat, salat doğrayan dəst - 1 ədəd - 10 manat, kartof soyan - 1 ədəd - 1 manat, kartof doğrayan - 2 ədəd - 4 manat, tiyorka - 1 ədəd - 5 manat, qənd doğrayan çəkic - tabağı-2 ədəd -13 manat, sekator - 3 ədəd -13 manat, şəkərbura bəzəkləri dəst - 2 ədəd - 2 manat, şəkərbura maqqaşı dəst - 2 ədəd - 2 manat, bıçaq naboru taxta - 6 ədəd -15 manat, bıçaq -9 ədəd- 26 manat, meyvə bıçaq naboru (6 dəst)- 72 ədəd - 42 manat, qaşıq nikel böyük - 30 ədəd - 23 manat, qaşıq nikel balaca - 36 manat, qaşıq vilka dəsti -12 ədəd -18 manat, vilka - 24 ədəd - 20 manat, çərəz qabları taxtada 3 mərtəbə - 15 ədəd - 50 manat, qaşıq çamadanı taxtada 2 mərtəbə -1 ədəd - 200 manat, Çaydan -2 ədəd - 40 manat, çaydan+çaynik dəst - 1 ədəd - 25 manat, çaynik samovar material - 2 ədəd - 22 manat, çaynik çini -10 ədəd - 38 manat, micməy -1 ədəd - 70 manat, yuxa açan+oxlov -1 ədəd - 20 manat, padnuz alüminium - 2 ədəd - 20 manat, padnuz dəst - 3 ədəd -18 manat, padnuz dəst nikel - 3 ədəd -26 manat, padnuz dəmir - 7 ədəd- 28 manat, padnuz plasmas -1 ədəd - 7 manat, tabaq şirəkəş -1 ədəd - 25 manat, tabaq plasmas -1 ədəd -10 manat, plastik qablar - 6 ədəd - 13 manat, plastik aşsüzən - 3 ədəd - 5 manat, aşsüzən alüminium -4 ədəd - 35 manat, qazan alüminium 10 kq - 2 ədəd - 170 manat, qazan alüminium - 1 ədəd - 20 manat, şirəkəş qablar - 4 ədəd - 30 manat, qazan dəst (Arşia) - 14 ədəd - 270 manat, qazan dəst (Tefal) - 6 ədəd - 60 manat, qazan şirəkəş dəst - 11 ədəd -70 manat, plastik qapalı qab dəst - 4 ədəd - 8 manat, teşt - 2 ədəd - 40 manat, vanna ləyən dəmir - 2 ədəd- 27 manat, vanna ləyən plasmas - 8 ədəd - 70 manat, aftafa+ləyən samovar materialı - 1 ədəd - 100 manat, aftafa ləyən plasmas - 1 ədəd - 3 manat, çörək qabı plasmas - 14 ədəd - 20 manat, miski samovar materialı - 2 ədəd 2 manat, qazan alüminium - 1 ədəd - 30 manat, qazan çuqun - 1 ədəd -35 manat, tava çuqun - 1 ədəd - 27 manat, tava alüminium - 2 ədəd - 18 manat, paltaryuyan çexolu - 1 ədəd 3 manat, qabyığan klyonka - 1 ədəd - 5 manat, soyuducu salfetkasi - 3 ədəd - 5 manat, padnuz salfetkası - 8 ədəd - 8 manat, çömçə naboru asılqan dəmir-12 ədəd - 36 manat, kəpkir -2 ədəd - 14 manat, çömçə - 2 ədəd - 14 manat, bulud qaşığı - 8 ədəd - 16 manat, birəlli şirəkəş - 2 ədəd -10 manat, boşqab sini dəst (qızılgüllü) - 70 ədəd - 120 manat, boşqab sini - 6 ədəd - 12 manat, boşqab sini dəst - 86 ədəd -150 manat, bulud sini - 8 ədəd - 23 manat, piyalə -18 ədəd - 30 manat, masqur - 36 ədəd - 36 manat, salatqabı (Lötkə) şüşə - 2 ədəd - 8 manat, uşaq yeməkqabı plasmas 1 ədəd -1 manat, kuruşka plasmas -1 ədəd - 2 manat, kuruşka şüşə -11 ədəd - 22 manat, stəkan padxurustal - 36 manat - 30 manat, stəkan, nəlbəki xurustal (2 dəst) -12 ədəd - 10 manat, armudu stəkan xurustal -12 ədəd - 12 manat, armudu stəkan sadə - 12 ədəd - 10 manat, sok stəkanı 30 ədəd - 30 manat, fincan naboru (6 dəst) - 36-ədəd - 180 manat, nəlbəki madonna - 12 ədəd - 12 manat, nəlbəki armudu - 12 ədəd - 10 manat, nəlbəki ağ-qara - 12 ədəd - 12 manat, nəlbəki ağqara armudu - 12 ədəd - 12 manat, sok kuruşkası padxurustal - 6 ədəd - 12 manat, qrafinka (2 rumka) dəst - .3 ədəd - 8 manat, qrafinka dəst rumkalı - 8 ədəd - 15 manat, konfet qabı madonna - 4 ədəd - 12 manat, meyvə qabı madonna - 2 ədəd - 20 manat, mürəbbə qabı şüşə - 12 ədəd - 12 manat, külqabı padxurustal - 6 ədəd - 18 manat, salfetka qabı madonna dəst -1 ədəd - 6 manat, salfetka qabı plasmas -1 ədəd -1 manat, salfetka, duz qabları dəmirli dəst - 2 ədəd - 8 manat, çaynik altlığı dəmir - 1 ədəd – 3 manat, çaynik altlığı taxta - 1 ədəd - 1 manat, pəletə dəst - 3 ədəd - 6 manat, qaz balonu 1 ədəd - 15 manata, oyuncaqlar, mışqa - 2 ədəd - 20 manat, şəkil çərçivəsi – 4 ədəd - 20 manat, buket -1 ədəd - 5 manat, səbət - 2 ədəd - 12 manat, qələm qabı – 2 ədəd - 8 manat, namaz - 5 ədəd - 15 manat, yolka 1 ədəd - 50 manat, yolka işıqları + bəzəkləri -10 ədəd - 20 manat, vinetka - 3 ədəd - 60 manat, diplom, şəkillər -100 manat, yun - 100 manat, yem qabı (cücə) 1 ədəd - 2 manat, dütkəş (qədimi) 1 ədəd - 20 manat, tent -1 ədəd - 20 manat, uşaq hamam xalatı -1 ədəd - 20 manat, uşaq paltarları, uşaq ayaqqabıları, öz paltarlarım, öz ayaqqabılarım - 300 manat, parça - 3 ədəd - 35 manat, qiyməkəş - 1 ədəd - 5 manat, kartof əzən -1 ədəd - 1 manat, stəkan dəst -1 ədəd – 2 manat, çaynı servis dəst (nabor çaynik hamısı) - 1 ədəd - 45 manat, çaynı servis asılqanlı dəst - 2 ədəd - 30 manat, çaynı servis asılqanlı (çaynik) dəst- 14 ədəd - 40 manat, çaynı servis dəst - 1 ədəd - 15 manat, kafeyni servis dəst (hamısı) - 1 ədəd - 45 manat, obedni servis dəst -1 ədəd - 25 manat, obedni, çayni, kafeyni (135 parça) -1 ədəd - 400 manat, stəkan xurustal dəst (12 parça) -2 ədəd - 16 manat, stəkan xurustal dəst (8 parça) - 1 ədəd - 1 manat, stəkan xurustal dəst (12 parça) - 2 ədəd - 27 manat, qrafinka + 6 rumka dəst - 1 ədəd - 90 manat, rumka (mavi rəngdə) (6parça) - 1 ədəd - 15 manat, rumka araq üçün salatvıy rəngdə (6) - 1 ədəd - 12 manat, xurustal araq rumkası (6 parça) - 1 ədəd - 14 manat, rumka xurustal dəst ( 12 parça) - 2 ədəd - 30 manat, xurustal stəkan araq üçün (6 parça)-1 ədəd -10 manat, çərəzqabı xurustal -1 ədəd - 20 manat, meyvəqabı xrustal - 3 ədəd - 30 manat, konfet qabı xurustal - 3 ədəd - 30 manat, külqabı xurustal -1 ədəd -15 manat, meyvə qabı - şüşə - 1 ədəd- 10 manat, konfet qabı bagema - 1 ədəd - 40 manat, konfetqabı bagema səbət - 1 ədəd - 45 manat, döşəkçə - 12 ədəd -120 manat, döşək – 6 ədəd - 600 manat, balış- 14 ədəd - 280 manat, sintifon balış 4 ədəd - 20 manat, divan balışları - 2 ədəd -20 manat, yorğan - 6 ədəd - 370 manat, sintifon yorğan -1 ədəd – 20 manat, buxovnı ədyal - 6 ədəd - 200 manat, buxovnl ədyal uşaq üçün - 2 ədəd - 20 manat, taxt örtüyü dəst - 1 ədəd - 25 manat, divan örtüyü dəst - 1 ədəd - 60 manat, taxt örtüyü xalça - 2 ədəd - 40 manat, mələfə çexol taxt üçün dəst - 7 ədəd - 215 manat, mələfə çexol tək dəst - 6 ədəd - 190 manat, mələfə çexol uşaq üçün dəst - 2 ədəd - 40 manat, mələfə - 7 ədəd - 60 manat, balış çexolu dəst - 11 ədəd - 70 manat, dəsmal dəst -15 ədəd – 130 manat, çay dəsmalı - 10 ədəd -70 manat, qətifə dəst - 4 ədəd - 40 manat, skater- (salfetkalı 18) dəst - 2 ədəd- 30 manat, skater dəst - 2 ədəd -30 manat, klyonka - 7 ədəd -70 manat, peçka üçün dəsmal dəsti -1 ədəd - 10 manat, qazan qapağı üçün (papaq dəsti) -1 ədəd - 7 manat, pərdə -14 ədəd - 400 manat, pərdə günlük - 4 ədəd - 25 manat, pərdə uşaq üçün dəst- 2 ədəd - 30 manat, xalça dəst (5m) - 2 ədəd - 350 manat, xalça (4m) - 1 ədəd -120 manat, xalça (3 m) - 1 ədəd) - 1 ədəd - 100 manat, xalça (1 m) - 1 ədəd - 10 manat, döşək üzü taxtın - 1 ədəd - 35 manat, uşaq beşiyin içi dəst- 1 ədəd - 28 manat, uşaq karzinkası dəst - 1 ədəd -20 manat, çərəz qabı madonna (3 mərtəbə) - 4 ədəd - 20 manat, çərəz qabı madonna yastı - 3 dənəlik - 2 ədəd - 10 manat, çərəz qabı şüşə 4 dənəlik dəst - 2 ədəd - 10 manat, çərəz qabı şüşə 3 dənəlik - 12 ədəd - 36 manat, qənd qabı şüşə- 12 ədəd - 12 manat, pesok qabı şüşə - 10 ədəd - 10 manat, mürəbbə qabı şüşə dəst (6 razetkalı) -1 ədəd -10 manat, razetka şüşə -18 ədəd -13 manat, razetka plasmas -6 ədəd - 6 manat, duz qabı - 22 ədəd - 20 manat, qızıl zinət əşyaları onların mənə gətirdikləri - 1 dəst, 700 manat, sırğa və üzük ilə 1 dəst - 600 manat, Nişan üzüyü brilyant 5 qaşlı -1 ədəd - 350 manat, üzük - sadə qaş yaşıl rəng - 3 ədəd - 450 manat, valideynlərimin mənə aldıqları hədiyyələr - sırğa+üzük dəst - 1 dəst - 600 manat, sırğa - tək - sadə-qaş -1 cüt 300 manat, üzük brilyant -1 ədəd - 380 manat, Cəmi: 20,123 manat dəyərində gəlinlik əmlakının və qızıl-zinət əşyalarının, ya da onların dəyərinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1991-ci ildə Lənkəran rayonunun Rvo kəndində anadan olmuşdur. Cavabdeh ilə 30 iyul 2011 -ci ildə el adəti ilə ailə quraraq nigah münasibətinə daxil olmuşdur. Nigahları 12 iyul 2012-ci il tarixində Lənkəran rayon Rvo kənd ərazi nümayəndəliyində 07 sayla rəsmiləşdirilmişdir. Birgə nigahlarından 17 iyul 2012-ci il tarixdə X3, xx.xx.2014-cü ildə X2 doğulmuşlar. Hal-hazırda uşaqlar sağ-salamat olmaqla onun himayəsində yaşayırlar. Cavabdehin bağışlanılmaz səhvləri və hərəkətlərinin nəticəsində ailədə daima mübahisələr və dava-dalaş baş vermişdir. Xasiyyətləri düz gəlmədiyi üçün ailəsi dağılmış və Lənkəran rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il 2(049)-1080/2022-saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Cavabdeh səbəbsiz olaraq daima evdə dava-dalaş salmış, içki içərək ona və kiçik yaşlı uşaqlara işgəncələr vermişdir. Hətta onu və körpə uşaqları səhərə qədər növbə ilə döymüşdür. Fürsət axtarmışdır ki, uşaqları götürüb evdən qaçsın. Beləliklə cavabdehlə birgə yaşamaq çox çətin olduğundan özünü və uşaqları xilas etmək üçün fürsət tapan kimi uşaqları götürüb atasının evinə qaçmışdır. Elə vəziyyətdə qaçmışdır ki, hətta şəxsiyyət vəsiqəsini və uşaqların doğum şəhadətnamələrini belə evdən götürə bilməmişdir. O, atası evinə qaçandan sonra cavabdeh ona məxsus qiymətli zinət əşyalarını satmağa başlamış və ondan acığını çıxmaq üçün qab-qacaqlarının bir hissəsini sındırmışdır. Ona məxsus valideynlərinin ona bağışladığı gəlinlik cehizləri və qızıl-zinət əşyaları cavabdehin evində qalmışdır. Nişan, toy kaseti və şəkillər cavabdehdə olduğu üçün onları özü ilə götürə bilməmişdir. Hətta ona məxsus və uşaqlara məxsus geyim paltarlarını belə götürə bilməmişdir. Hesab edir ki, gəlinlik cehizlərinin və qızıl-zinət əşyalarının cavabdehin evində qalmasının heç bir əhəmiyyəti yoxdur. Çünki onun Cavabdeh ilə gələcəkdə bir ailə kimi yaşamaq fikri yoxdur. Odur ki, cavabdehin yaşadığı evdə saxlanılan və ona məxsus olan cehiz əmlakı və qızıl-zinət əşyalarını cavabdehdən tələb etmək üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qızıl-zinət əşyalarından sırqa-üzük 1 dəst, bir cüt sırqa sadə ağ qaş və bir ədəd brilyant üçük mənim valideynlərinin ona verdikləri hədiyyədir. Qalan qızıl-zinət əşyalarından, sep- qolbaq, sırqa və üzük, nişan üzüyü - 5 qaş brilyant və tək sadə üzük yaşıl qaş cavabdehin ona verdikləri gəlinlik hədiyyələridir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə 2012-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan Taleh və Turanə adlı iki uşaqları doğulmuşdur. Ona məxsus Lənkəran rayonu Şovu kəndində yerləşən fərdi yaşayış evində iki uşağı, iddiaçı Samirə Şərbətova ilə birlikdə yaşamışlar. İddiaçı ilə əvvəllər münasibətləri normal olmuş, lakin iddiaçının anasının mütəmadi olaraq onların ailə işlərinə müdaxilə etməsi aralarında narazılığa səbəb olmuşdur. 15 dekabr 2021-ci il tarixdə yuxudan oyanıb görmüşdür ki, Samirə Şərbətova və uşaqları evdə yoxdurlar. Onun Samirənin evdən getdiyindən xəbəri olmamışdır. İddiaçı hazıradək onun evinə qayıtmamışdır. İddia tələbində qeyd edilən qızılzinət əşyaları daim iddiaçının istifadəsində olmuşdur və onların harada saxlanmasından onun ümumiyətlə məlumatı olmamışdır. Samirə evi sərbəst şəkildə səhər tezdən tərk etmişdir. Həmin vaxt o, yatmış vəziyyətdə olmuşdur. Samirə evdən gedərkən hətta evdə olan fotoşəkildə olan özünə aid hissəni kəsib aparmağa da macal tapmışdır. Belə olan halda həmin qızıl-zinət əşyalarını, yəni bahalı kiçik həcmli bir əşyaları da özü ilə apara bilərdi. Onun iddia tələbində qeyd etdiyi kimi həmin qızıl əşyalarını evdə qoyub getməsi tamamilə absurddur. Belə ki, onda iddia tələbində qeyd edilən qızıl-zinət əşyalarından heç biri qalmamışdır və ümumiyyətlə həmin əşyalar heç vaxt onda olmamışdır. Digər cehiz əmlaklarına münasibətdə bildirir ki, iddiaçıya məxsus olan bütün əmlaklar ona məxsus olan Lənkəran rayonu Şovu kəndində yerləşən fərdi yaşayış evindədir. O, həmin əşalardan heç birini nə satmış, nə də ki, sındırmışdır. İcra məmuru tərəfindən onun evinə baxış keçirilən zaman həmin əmlaklar qeydə alınaraq, akt tərtib edilmişdir. İcra məmurunun qeydə aldığı əmlaklardan başqa Samirəyə məxsus heç bir əmlak onun evində qalmamışdır. İddia tələbinin yalnız icra məmuru tərəfindən qeydə alınmış əmlaklar hissəsində təmin edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(049)-414/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Çuda -1 ədəd -15 manat, tort qabı dəst dəmir - 3 ədəd -17 manat, tort qabı şüşə -1 ədəd - 20 manat, keks qabları - 19 ədəd - 20 manat, meyvə doğrayan dəmir -1 ədəd -1 manat, silikon şotka - 2 ədəd - 3 manat, qozsındıran - 2 ədəd - 6 manat, plasmas qaşıq -1 ədəd - 2 manat, bıçaq lak -1 ədəd -1 manat, qoz bişirən -1 ədəd -10 manat, taxta qaşıq- 2 ədəd - 3 manat, yemək maşası - 3 ədəd- 5 manat, salat taxtası -1 ədəd - 4 manat, salat taxtası lak dəst - 2 ədəd - 3 manat, sarımsaq əzən - 1 ədəd - 3 manat, dəmlik qaşıq - 1 ədəd - 2 manat, blendr -1 ədəd - 10 manat, salat doğrayan dəst - 1 ədəd - 10 manat, kartof soyan - 1 ədəd - 1 manat, kartof doğrayan - 2 ədəd - 4 manat, tiyorka - 1 ədəd - 5 manat, qənd doğrayan çəkic - tabağı-2 ədəd -13 manat, sekator - 3 ədəd -13 manat, şəkərbura bəzəkləri dəst - 2 ədəd - 2 manat, şəkərbura maqqaşı dəst - 2 ədəd - 2 manat, bıçaq naboru taxta - 6 ədəd -15 manat, bıçaq -9 ədəd- 26 manat, meyvə bıçaq naboru (6 dəst)- 72 ədəd - 42 manat, qaşıq nikel balaca - 36 manat, qaşıq vilka dəsti - 12 ədəd -18 manat, vilka - 24 ədəd - 20 manat, çərəz qabları taxtada 3 mərtəbə -15 ədəd - 50 manat, qaşıq çamadanı taxtada 2 mərtəbə -1 ədəd - 200 manat, samovar -2 ədəd - 360 manat, ütü -1 ədəd - 50 manat, ütü masası -1 ədəd - 60 manat, fen - 4 ədəd - 70 manat, lampa şüşə - 1 ədəd - 20 manat, şirəkəş vedrə - 1 ədəd - 25 manat, qabyığan plasmas-1 ədəd - 16 manat, qabyığan dəmir - 1 ədəd - 20 manat, qabyığan plasmas - 1 ədəd - 3 ədəd, kartof yığan plasmas - 1 ədəd - 8 manat, ayaqqabı yığan - 1 ədəd - 20 manat, un bakı plasmas - 1 ədəd - 7 manat, paltar yığan səbət -1 ədəd - 9 manat, şpilka vedrə - 2 ədəd 15 manat, çaynik altlığı dəmir - 1 ədəd -3manat, çaynik altlığı taxta - 1 ədəd - 1 manat, pəletə dəst - 3 ədəd - 6 manat, oyuncaqlar, mışqa - 2 ədəd - 20 manat, şəkil çərçivəsi - 4 ədəd - 20 manat, qələm qabı - 2 ədəd - 8 manat, uşaq paltarları, uşaq ayaqqabıları, öz paltarlarım, öz ayaqqabılarım - 300 manat, qiyməkəş - 1 ədəd - 5 manat, kartof əzən -1 ədəd - 1 manat, çaydan+çaynik dəst - 1 ədəd - 25 manat, yuxa açan+oxlov - 1 ədəd - 20 manat, padnuz alüminium - 2 ədəd - 20 manat, qazan alüminium 10 kq - 2 ədəd - 170 manat, tabaq şirəkəş -1 ədəd - 25 manat, tabaq plasmas - 1 ədəd -10 manat, qazan dəst (Arşia) -14 ədəd - 270 manat, qazan dəst (Tefal) - 6 ədəd - 60 manat, qazan şirəkəş dəst - 11 ədəd -70 manat, vanna ləyən dəmir - 2 ədəd- 27 manat, vanna ləyən plasmas - 8 ədəd - 70 manat, padnuz salfetkası - 8 ədəd - 8 manat, sok stəkanı 30 ədəd - 30 manat, nəlbəki armudu - 12 ədəd - 10 manat, nəlbəki ağ-qara - 12 ədəd - 12 manat, nəlbəki ağ- qara armudu - 12 ədəd - 12 manat, sok kuruşkası padxurustal - 6 ədəd - 12 manat, dəsmal dəst -15 ədəd - 130 manat, çay dəsmalı -10 ədəd -70 manat, skater- (salfetkalı 18) dəst - 2 ədəd- 30 manat, skater dəst - 2 ədəd -30 manat, peçka üçün dəsmal dəsti -1 ədəd - 10 manat, qazan qapağı üçün (papaq dəsti) -1 ədəd - 7 manat, pərdə -14 ədəd - 400 manat, pərdə günlük - 4 ədəd - 25 manat, xalça dəst (5m) - 2 ədəd - 350 manat, xalça (4m) - 1 ədəd - 120 manat, xalça (3 m) - 1 ədəd) - 1 ədəd - 100 manat, xalça (1 m) - 1 ədəd - 10 manat, döşək üzü taxtın -1 ədəd - 35 manat, uşaq beşiyin içi dəst-1 ədəd - 28 manat, çərəz qabı madonna (3 mərtəbə) - 4 ədəd - 20 manat, stul - 6 ədəd - 210 manat, uşaq stulu dəmir -1 ədəd -10 manat, uşaq stulu plasmas -1 ədəd - 7 manat, kravat taxta - 1 ədəd - 200 manat, kravat dəmir - 1 ədəd - 100 manat, uşaq kravatı dəmir - 1 ədəd - 150 manat, DVD -1 ədəd - 80 manat, kalyaska -1 ədəd -120 manat, manej -1 ədəd - 70 manat, uşaq yelləncəyi dəmir - 1 ədəd - 90 manat, lüstür - 4 ədəd - 200 manat, ətçəkən maşın - 1 ədəd - 80 manat, mikser -1 ədəd - 70 manat, çaynı servis asılqanlı dəst - 2 ədəd - 30 manat, çaynı servis asılqanlı (çaynik) dəst- 14 ədəd - 40 manat, çaynı servis dəst - 1 ədəd - 15 manat, qrafinka + 6 rumka dəst - 1 ədəd - 90 manat, meyvəqabı xurustal - 3 ədəd - 30 manat, konfet qabı xurustal - 3 ədəd - 30 manat, külqabı xurustal -1 ədəd - 15 manat, meyvə qabı - şüşə -1 ədəd-10 manat, döşəkçə - 12 ədəd -120 manat, döşək - 6 ədəd - 600 manat, balış-14 ədəd - 280 manat, sintifon balış 4 ədəd - 20 manat, sintifon yorğan -1 ədəd - 20 manat, buxovnı ədyal - 6 ədəd - 200 manat, buxovnl ədyal uşaq üçün - 2 ədəd - 20 manat, taxt örtüyü dəst - 1 ədəd - 25 manat adlı əmlaklar, həmin əmlaklar mövcud olmadıqda isə onların hər birinin dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, qeyd etdiyi kimi iddia tələbi ilə bundan əvvəl də Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsi bununla bağlı xx.xx.2023-cü il tarixdə 2(049)-224/2023 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Killegiyası mediasiya təşkilatına müraciət edilmədiyinə görə qətnaməni ləğv etməklə işin baxılmamış saxlanılması barədə qərardad qəbul etmişdir. Qeyd edilən Lənkəran Rayon Məhkəməsinin qətnaməsini məhkəməyə təqdim etmişdir. Həmin qətnamədən də müəyyən olunur ki, Cavabdeh məhkəmədə ifadə verərkən qeyd etmişdir ki, iddia tələbini qismən qəbul edir, yəni qızılzinət əşyalarını qəbul etməsə də iddia tələbində qeyd edilən 1 ədəd servant, şifoner 1 ədəd, taxt 1 ədəd, strol, jurnalnıy, 2 ədəd kreslo 1 ədəd divan, 1 ədəd krosnıy+ pristavka, TV altlığı şüşə, beşik, 2 ədəd xaladelnik (soyuducu), paltaryuyan maşın, peçka, tozsoran, şirəçəkən, tefal, saat, naçnik, şamdan şüşə, güldan, güldan xrustal, zibil vedrəsi, polyuyan vedrə, şvabra, 7 ədəd veşelka, 2 ədəd qəfədan, samovar matrealından çaynik, məcməyi, padnos dəst (3), tabaq plasmas, 3 ədəd plastik aşsüzən, 3 ədəd aliminumaşsüzən, samovar materialından aftafa ləyən, 1 ədəd aliminum qazan, buket, səbət 2 ədəd, canamaz 5 ədəd, divan balışları, divan örtüyü dəst, taxt örtüyü xalça olduğunu və həmin əşyaların evdə olduğunu etiraf etsə də məhkəmə həmin əmlakların iddiaçıya qaytarılasını təmin etməmişdir. Belə çıxır ki, həmin əmlaklar mövcud olmuş, cavabdeh isə bu müddət ərzində onları özgəninkiləşdirməklə pulunu mənimsəmişdir. Qeyd etdiklərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçı vermiş olduğu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı əlavə olaraq göstərmişdir ki, bütün ailə quranlar kimi o da gəlin gələndə özü ilə cehiz əşyaları gətirmiş, həmçinin ona qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Bildirmişdir ki, qızıl əşyaları daima onun sahibliyində və istifadəsində olmuşdur. Qızılları yatdıqları otaqda dolabda saxlamışdır. Aralarında narazılıq yarandığından münasib şərait yaranan kimi evdən çıxıb getmək istəmişdir. Çünki cavabdeh hərəkətləri ilə evdə dözülməz vəziyyət yaratmışdır. Evdən çıxıb getməsini əvvəldən planlamışdır. Buna görə də 15 dekabr 2021ci il tarixdə səhər saat 07:00-da uşaqlarına məxsus paltarları, məktəbli çantalarını, həmçinin bəzi paltarları un kisələrinə yığaraq kənd arası marşrutla anasıgilə getmişdir. Bildirmişdir ki, gedərkən qızıllarını evdə saxlamışdır. Çünki cavabdeh yataq otağında yatdığından səs salacağından dolabın qapısını açmamışdır. Dolabın qapısını açacağı təqdirdə səsə cavabdehin oyanmasından ehtiyyat etmişdir. Həmçinin bildirmişdir ki, cavabdeh bundan əvvəlki məhkəmə iclasında 1 ədəd servant- 600 manat dəyərində, 1 ədəd şifoner- 500 manat dəyərində, 1 ədəd taxt- 500 manay dəyərində, 1 ədəd stol - 170 manat dəyərində, 1 ədəd jurnalniy- 100 manat dəyərində, 2 ədəd kreslo- 400 manat dəyərində, 1 ədəd divan- 300 manat dəyərində, 1 ədəd krosniy pristavka- 130 manat dəyərində, 1 ədəd TV altlığı şüşə- 120 manat dəyərində, 1 ədəd beşik- 50 manat dəyərində, 2 ədəd soyuducu - 100 manat dəyərində, 1 ədəd paltaryuyan maşın- 680 manat dəyərində, 1 ədəd soba (peçka) - 100 manat dəyərində, 2 ədəd tosoran- 300 manat dəyərində, 1 ədəd şirəçəkən- 100 manat dəyərində, 1 ədəd tefal (elektrikli çaydan)- 25 manat dəyərində, 2 ədəd saat 70 manat, 3 ədəd naçnik -30 manat, 1 ədəd şamdan şüşə- 5 manat, 1 ədəd güldan 25 manat, 1 ədəd güldan xrustal - 35 manat, 1 ədəd zibil vedrəsi – 10 manat, 1 ədəd polyuyan vedrə (şvabra)- 4 manat, 12 ədəd veşelka – 7 manat, 2 ədəd qəfədan (çaydan)- 40 manat, 2 ədəd samovar matrealından çaynik - 22 manat, 1 ədə məcməyi - 70 manat, 3 ədəd padnos dəst – 18 manat, 1 ədəd tabaq plasmas – 10 manat, 3 ədəd plastik aşsüzən – 5 manat, 4 ədəd aliminum aşsüzən – 35 manat, 1ədəd samovar materialından aftafa ləyən – 100 manat, 1 ədəd aliminum qazan 30 manat, 1 ədəd buket -5 manat, səbət 2 ədəd – 12 manat, canamaz 5 ədəd -15 manat, 2 ədəd divan balışları - 20 manat, 1 ədəd divan örtüyü dəst -60 manat, 2 ədəd taxt örtüyü (xalça) - 40 manat ibarət əşyaların evdə qalmasını etiraf etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, 1 ədəd servant, şifoner 1 ədəd, taxt 1 ədəd, strol, jurnalnıy, 2 ədəd kreslo 1 ədəd divan, 1 ədəd krosnıy+ pristavka, TV altlığı şüşə, beşik, 2 ədəd xaladelnik (soyuducu), paltaryuyan maşın, peçka, tozsoran, şirəçəkən, tefal, saat, naçnik, şamdan şüşə, güldan, güldan xrustal, zibil vedrəsi, polyuyan vedrə, şvabra, 7 ədəd veşelka, 2 ədəd qəfədan, samovar matrealından çaynik, məcməyi, padnos dəst (3), tabaq plasmas, 3 ədəd plastik aşsüzən, 3 ədəd aliminumaşsüzən, samovar materialından aftafa ləyən, 1 ədəd aliminum qazan, buket, səbət 2 ədəd, canamaz 5 ədəd, divan balışları, divan örtüyü dəst, taxt örtüyü xalçadan ibarət əşyaları hazırda da evdədir. Bildirmişdir ki, həmin əşyaları icra məmurları siyahıya alarkən iddiaçı özü də görmüş, lakin yarasız olmalarını iddia edərək götürməmişdir. Hazırda həmin əşyaları gəlib aparmasına etiraz etmir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən qismən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq mübahisələndirilən hissədə yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmalı, iddia tələbi həmin hissədə təmin olunmalıdır. İşin hallarından müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı cehiz əmlak, qızıl-zinət əşyaları və onların dəyərinin tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin (hakim Nicat Ağabəyov) 10 fevral 2023-cü il tarixli, 2(049)-224/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qeyd edilən iş üzrə məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə 2012-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan Taleh və Turanə adlı iki uşaqları doğulmuşdur. Ona məxsus Lənkəran rayonu Şovu kəndində yerləşən fərdi yaşayış evində iki uşağı, iddiaçı Samirə Şərbətova və bacısı Cəmilə ilə birlikdə yaşamışlar. İddiaçı ilə əvvəllər münasibətləri normal olmuş, lakin iddiaçının anasının mütəmadi olaraq onların ailə işlərinə müdaxilə etməsi aralarında narazılığa səbəb olmuşdur. 15 dekabr 2021-ci il tarixdə yuxudan oyanıb Samirə Şərbətova və uşaqlarının evdə olmadıqlarını görmüş və uşaqları onunla eyni otaqda yatsalar da, yatdığı üçün onların nə vaxt çıxıb getmələrindən xəbəri olmamış, bacısı Cəmilə də iddiaçı və uşaqların getmələrini eşitməmişdir. Bir qədər sonra Samirənin uşaqları ilə birlikdə rayonun Rvo kəndində yerləşən atasına məxsus evə getdiklərini eşitmişdir. Bir ildən yuxarı müddət ərzində evi tərk etmiş iddiaçı onun evinə gəlməmişdir. İddiaçı evdən çıxarkən qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Onda və evdə iddiaçıya məxsus heç bir qızıl-zinət əşyası yoxdur. İddia ərizəsində göstərilən əşyalardan onun evində, 1 ədəd servant, 1 ədəd şifoner, 1 ədəd taxt, 1 ədəd stol, 1 ədəd jurnalniy, 6 ədəd stul, 1 ədəd dəmir uşaq stulu, 1 ədəd plasmas uşaq stulu, 1 ədəd taxta kravat, 1 ədəd dəmir uşaq kravatı, 2 ədəd kreslo, 1 ədəd divan, 1 ədəd krosniy+pristafka, 1 ədəd DVD, 1 ədəd şüşə TV altlığı, 1 ədəd kalyeska, 1 ədəd manej, 1 ədəd beşik, 1 ədəd dəmir uşaq yelləncəyi, 3 ədəd lüstur, 2 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd peçka, 1 ədəd tozsoran, 1 ədəd ətçəkən, 1 ədəd şirəçəkən, 2 ədəd samovar, 1 ədəd tefal , 1 ədəd ütü, 1 ədəd ütü masası, 4 ədəd fen, 1 ədəd saat, 3 ədəd naçnik, 1 ədəd şüşə şamdan, 1 ədəd şüşə lampa, 1 ədəd güldan, 1 ədəd xurustal güldan, 1 ədəd şirəkəş vedrə, 1 ədəd zibil vedrəsi, 1 ədəd ayaqqabıyığan, 1 ədəd plasmas un bakı, 1 ədəd polyuyan vedrə, 1 ədəd paltar yığan səbət, 1 ədəd taxta şvabra, 2 ədəd şpilka vedrə, 12 ədəd veşilka, 3 ədəd dəst dəmir tort qabı, 2 ədəd qozsındıran, 1 ədəd salat taxtası, 1 ədəd sarımsaq əzən, 1 ədəd 2 mərtəbə taxta qaşıq çamadanı, 2 ədəd qəfədan, 1 ədəd samovar materialı çaynik, 1 ədəd micməy, 1 ədəd yuxaaçan-oxlov, 2 ədəd padnos alminium, 3 ədəd padnos dəst, 1 ədəd tabaq şirəkəş, 3 ədəd aşsüzən alminium, 2 ədəd dəmir vanna, 1 ədəd samovar materialı aftafa ləyən, 1 ədəd qazan alminium, 2 ədəd mışqa, 1 ədəd buket, 2 ədəd səbət, 5 ədəd namaz, uşaq paltarları, uşaq ayaqqabıları, öz paltarları, öz ayaqqabıları, 1 ədəd qiyməkeş, 1 ədəd kartoşka əzən, 12 ədəd döşəkçə, 2 ədəd divan balişfe'rı, 1 ədəd dəst taxt örtüyü, 1 ədəd dəst divan örtüyü, 2 ədəd xalça taxt örtüyü, 1 ədəd qazan qapağı üçün (papaq dəsti), pərdə 7 ədəd, 2 ədəd günlük pərdə, 2 ədəd xalça dəst (5m), 1 ədəd xalça (1 m) mövcuddur. Bundan başqa, iddiaçıya məxsus heç bir əşya onun evində yoxdur. İddianı da həmin hissədə qəbul edir, qalan hissədə, yəni qızıl zinət əşyaları, həmçinin iddia ərizəsində göstərilən, lakin onun evində mövcud olmayan əşyalar hissəsində isə qəbul etmir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Tofiq Heydərov, İlham Əsədov, Samir Mayılov) 19 iyun 2023-cü il tarixli qərardadı ilə iddia ilə məhkəməyə müraciət edilməzdən əvvəl mediasiyaya müraciət edilmədiyindən iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iddia baxılmamış saxlanılmışdır. Hazırda iddiaçı yenidən cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Qətnaməni iddiaçı mübahisələndirir. Şikayətinin əsas dəlili ondan ibarətdir ki, əvvəl verdiyi iddia ərizəsinə baxılan zaman, məhkəmə iclasında cavabdeh bəzi əşyalara dair hissədə iddianı etiraf etsə də, ikinci dəfə işə baxan məhkəmə bunu nəzərə almamış, həmin əşyalara dair hissədə iddianı təmin etməmişdir. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh məhkəmədə ifadə verərkən qeyd etmişdir ki, iddia tələbini qismən qəbul edir, yəni qızıl-zinət əşyalarını qəbul etməsə də iddia tələbində qeyd edilən 1 ədəd servant, şifoner 1 ədəd, taxt 1 ədəd, strol, jurnalnıy, 2 ədəd kreslo 1 ədəd divan, 1 ədəd krosnıy+ pristavka, TV altlığı şüşə, beşik, 2 ədəd xaladelnik (soyuducu), paltaryuyan maşın, peçka, tozsoran, şirəçəkən, tefal, saat, naçnik, şamdan şüşə, güldan, güldan xrustal, zibil vedrəsi, polyuyan vedrə, şvabra, 7 ədəd veşelka, 2 ədəd qəfədan, samovar matrealından çaynik, məcməyi, padnos dəst (3), tabaq plasmas, 3 ədəd plastik aşsüzən, 3 ədəd aliminumaşsüzən, samovar materialından aftafa ləyən, 1 ədəd aliminum qazan, buket, səbət 2 ədəd, canamaz 5 ədəd, divan balışları, divan örtüyü dəst, taxt örtüyü xalça olduğunu və həmin əşyaların evdə olduğunu etiraf etsə də məhkəmə həmin əmlakların iddiaçıya qaytarılasını təmin etməmişdir. Belə çıxır ki, həmin əmlakları mövcüd olmuş, cavabdeh isə bu müddət ərzində onları özgəninkiləşdirməklə pulunu mənimsəmişdir. Qeyd etdiklərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh hazırkı apellyasiya baxışında da, qeyd edilən əşyalarının onda olmasını etiraf etmişdir və qeyd edilənlərə əsasən də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə Kollegiyası iddiaçı apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Şərh edilənlərə əsasən də, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(049)-414/2024 saylı qətnaməsi- 1 ədəd servant- 600 manat dəyərində, 1 ədəd şifoner- 500 manat dəyərində, 1 ədəd taxt- 500 manay dəyərində, 1 ədəd stol - 170 manat dəyərində, 1 ədəd jurnalniy- 100 manat dəyərində, 2 ədəd kreslo- 400 manat dəyərində, 1 ədəd divan- 300 manat dəyərində, 1 ədəd krosniy pristavka- 130 manat dəyərində, 1 ədəd TV altlığı şüşə- 120 manat dəyərində, 1 ədəd beşik- 50 manat dəyərində, 2 ədəd soyuducu - 100 manat dəyərində, 1 ədəd paltaryuyan maşın- 680 manat dəyərində, 1 ədəd soba (peçka) - 100 manat dəyərində, 2 ədəd tosoran- 300 manat dəyərində, 1 ədəd şirəçəkən- 100 manat dəyərində, 1 ədəd tefal (elektrikli çaydan)- 25 manat dəyərində, 2 ədəd saat 70 manat, 3 ədəd naçnik -30 manat, 1 ədəd şamdan şüşə- 5 manat, 1 ədəd güldan 25 manat, 1 ədəd güldan xrustal - 35 manat, 1 ədəd zibil vedrəsi – 10 manat, 1 ədəd polyuyan vedrə (şvabra)- 4 manat, 12 ədəd veşelka – 7 manat, 2 ədəd qəfədan (çaydan)- 40 manat, 2 ədəd samovar matrealından çaynik - 22 manat, 1 ədə məcməyi - 70 manat, 3 ədəd padnos dəst – 18 manat, 1 ədəd tabaq plasmas – 10 manat, 3 ədəd plastik aşsüzən – 5 manat, 4 ədəd aliminum aşsüzən – 35 manat, 1ədəd samovar materialından aftafa ləyən – 100 manat, 1 ədəd aliminum qazan 30 manat, 1 ədəd buket -5 manat, səbət 2 ədəd – 12 manat, canamaz 5 ədəd -15 manat, 2 ədəd divan balışları - 20 manat, 1 ədəd divan örtüyü dəst -60 manat, 2 ədəd taxt örtüyü (xalça) - 40 manat, olan əşyalar, həmin əşyalar olmadığı təqdirdə onların dəyərinin cavabdehdən tutulmasına dair iddianın rədd edilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməlidir. Kollegiya belə qənaətə gəlir ki, iddiaçı tərəfin iddiası qismən təmin olunduğundan, onun mübahisələndirə biləcəyi hissə (4826 manat) 5000 manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(049)-414/2024 saylı qətnaməsi- 1 ədəd servant- 600 manat dəyərində, 1 ədəd şifoner- 500 manat dəyərində, 1 ədəd taxt- 500 manat dəyərində, 1 ədəd stol - 170 manat dəyərində, 1 ədəd jurnalniy- 100 manat dəyərində, 2 ədəd kreslo- 400 manat dəyərində, 1 ədəd divan- 300 manat dəyərində, 1 ədəd krosniy pristavka- 130 manat dəyərində, 1 ədəd TV altlığı şüşə- 120 manat dəyərində, 1 ədəd beşik- 50 manat dəyərində, 2 ədəd soyuducu - 100 manat dəyərində, 1 ədəd paltaryuyan maşın- 680 manat dəyərində, 1 ədəd soba (peçka) - 100 manat dəyərində, 2 ədəd tosoran- 300 manat dəyərində, 1 ədəd şirəçəkən- 100 manat dəyərində, 1 ədəd tefal (elektrikli çaydan)- 25 manat dəyərində, 2 ədəd saat 70 manat, 3 ədəd naçnik -30 manat, 1 ədəd şamdan şüşə- 5 manat, 1 ədəd güldan 25 manat, 1 ədəd güldan xrustal - 35 manat, 1 ədəd zibil vedrəsi – 10 manat, 1 ədəd polyuyan vedrə (şvabra)- 4 manat, 12 ədəd veşelka – 7 manat, 2 ədəd qəfədan (çaydan)- 40 manat, 2 ədəd samovar materialından çaynik - 22 manat, 1 ədəd məcməyi - 70 manat, 3 ədəd padnos dəst – 18 manat, 1 ədəd tabaq plasmas – 10 manat, 3 ədəd plastik aşsüzən – 5 manat, 4 ədəd aliminum aşsüzən – 35 manat, 1 ədəd samovar materialından aftafa ləyən – 100 manat, 1 ədəd aliminum qazan 30 manat, 1 ədəd buket -5 manat, səbət 2 ədəd – 12 manat, canamaz 5 ədəd -15 manat, 2 ədəd divan balışları - 20 manat, 1 ədəd divan örtüyü dəst -60 manat, 2 ədəd taxt örtüyü (xalça) - 40 manat, cavabdehdən alınaraq iddiaçıya verilməsi, onlar olmadığı təqdirdə onların dəyərinin cavabdehdən tutulmasına dair iddianın rədd edilməsinə dair hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. 1 ədəd servant- 600 manat dəyərində, 1 ədəd şifoner- 500 manat dəyərində, 1 ədəd taxt- 500 manat dəyərində, 1 ədəd stol - 170 manat dəyərində, 1 ədəd jurnalniy- 100 manat dəyərində, 2 ədəd kreslo- 400 manat dəyərində, 1 ədəd divan- 300 manat dəyərində, 1 ədəd krosniy pristavka- 130 manat dəyərində, 1 ədəd TV altlığı şüşə- 120 manat dəyərində, 1 ədəd beşik- 50 manat dəyərində, 2 ədəd soyuducu - 100 manat dəyərində, 1 ədəd paltaryuyan maşın- 680 manat dəyərində, 1 ədəd soba (peçka) - 100 manat dəyərində, 2 ədəd tozsoran- 300 manat dəyərində, 1 ədəd şirəçəkən- 100 manat dəyərində, 1 ədəd tefal (elektrikli çaydan)- 25 manat dəyərində, 2 ədəd saat 70 manat, 3 ədəd naçnik -30 manat, 1 ədəd şamdan şüşə- 5 manat, 1 ədəd güldan 25 manat, 1 ədəd güldan xrustal - 35 manat, 1 ədəd zibil vedrəsi – 10 manat, 1 ədəd polyuyan vedrə (şvabra)- 4 manat, 12 ədəd veşelka – 7 manat, 2 ədəd qəfədan (çaydan)- 40 manat, 2 ədəd samovar materialından çaynik - 22 manat, 1 ədəd məcməyi - 70 manat, 3 ədəd padnos dəst – 18 manat, 1 ədəd tabaq plasmas – 10 manat, 3 ədəd plastik aşsüzən – 5 manat, 4 ədəd aliminum aşsüzən – 35 manat, 1 ədəd samovar materialından aftafa ləyən – 100 manat, 1 ədəd aliminum qazan 30 manat, 1 ədəd buket -5 manat, səbət 2 ədəd – 12 manat, canamaz 5 ədəd -15 manat, 2 ədəd divan balışları - 20 manat, 1 ədəd divan örtüyü dəst -60 manat, 2 ədəd taxt örtüyü (xalça) - 40 manat olan əşyalar, həmin əşyalar olmadığı halda dəyəri cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-954/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-954/2024
12.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver