Məhkəmə qərarları › İş №2(106)-976/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-976/2023

12.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-976/2023 12.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə qarşı ** avqust 202*-ci il tarixli, 238 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)388/2023 saylı, 02 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə *2 iyun 2023-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru tərəfindən verilmiş ** avqust 202*-ci il tarixli, 238 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, 20*3-cü ilin may ayından Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzində fəhlə işləmişdir. ** avqust 202*-ci il tarixdə işlədiyi Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İlham Əliyevin 238 saylı əmrinə əsasən, işdən azad edilmişdir. İşdən azad olunmağının səbəbi uzun müddət, yəni 03 mart 202*-ci il tarixdən 3* iyul 202*-ci il tarixə kimi üzürsüz olaraq işə gəlməməsi səbəbi olmuşdur. Hazırda işə ehtiyacı vardır. Əmrin surətini 202*-ci ilin sentyabr ayında almışdır. O, cavabdeh tərəfindən verilmiş həmin əmri əsassız və qanunsuz hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru tərəfindən verilmiş ** avqust 202*-ci il tarixli, 238 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi X6 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Gigiyena və X3 mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində işləyir. İddiaçı ilə işlədiyi Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyi tərəfindən əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən İddiaçı dizinfektor vəzifəsində işə başlamışdır. Lakin İddiaçı sonradan əmək müqaviləsi üzrə götürdüyü öhdəliyi pozaraq heç bir üzrlü səbəb olmadan müxtəlif taixlərdə, yəni 03 mart 202*-ci il tarixdən 3* mart 202*-ci il tarixə kimi, 05 aprel 202*-ci il tarixdən 30 aprel 202*-ci il tarixə kimi, 04 may 202*-ci il tarixdən 3* may 202*-ci il tarixə kimi, 02 iyun 202*-ci il tarixdən 30 iyun 202*-ci il tarixə kimi və 03 iyul 202*-ci il tarixdən 3* iyul 202*-ci il tarixə kimi işə çıxmadığı üçün ** avqust 202*-ci il tarixdə Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İ.Əliyev tərəfindən işdən azad olunması barədə əmr imzalanmışdır. İddiaçı işdən azad edilməsi ilə bağlı Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru tərəfindən verilmiş ** avqust 202*-ci il tarixli, 238 saylı əmri qanuni və əsaslı hesab edir. Əmrin surəti cavabdehə 24 sentyabr 202*-ci il tarixdə göndərilmişdir və cavabdeh əmək qanunvericiliyi ilə nəzərdə tutulan işə bərpa müddətini ötürmüşdür. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 2(073)388/2023 saylı, 02 mart 2023-cü il tarixli qətnaməsi ilə (Hakim E.Əmirəliyev) İddiaçı cavabdeh Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə qarşı ** avqust 202*-ci il tarixli, 238 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, *0,70, 72, 296 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 -ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)388/2023 saylı, 02 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini Cəlilabad Rayon Məhkəməsinin 2(073)388/2023 saylı, 02 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi X6 apellyasiya icraatı zamanı verdiyi izahatında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin 2(073)388/2023 saylı, 02 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20**-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Cəlilabad Rayon Məhkəməsinin 2(073)388/2023 saylı, 02 mart 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin *-ci hissəsinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 44-cü maddəsinin *-ci hissəsinə görə əmək müqaviləsi yazılı formada bağlanır.Həmin maddənin 2-ci bəndinə görə tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 45-ci maddəsinin *-ci hissəsinə görəəmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.Həmin maddənin 2-ci bəndinə görəəmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 48-ci maddəsinin *-ci hissəsinə görə əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. 57-ci maddəsinin *-ci hissəsinə görə işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 2.*-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68.*-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş 70-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: həmin maddənin e bəndinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.*-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.*-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)388/2023 saylı, 02 mart 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakları müəyyən etmişdir. İş materiallarında olan Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tərtib edilmiş 3* mart 202*-ci il tarixli aktdan görünür ki, İddiaçı 03 mart 202*-ci il tarixdən 3* mart 202*-ci il tarixə kimi məlum olmayan səbəbdən işə çıxmamışdır. İş materiallarında olan Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tərtib edilmiş 30 aprel 202*-ci il tarixli aktdan görünür ki, İddiaçı 05 aprel 202*-ci il tarixdən 30 aprel 202*-ci il tarixə kimi məlum olmayan səbəbdən işə çıxmamışdır. İş materiallarında olan Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tərtib edilmiş 3* may 202*-ci il tarixli aktdan görünür ki, İddiaçı 04 may 202*-ci il tarixdən 3* may 202*-ci il tarixə kimi məlum olmayan səbəbdən işə çıxmamışdır. İş materiallarında olan Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tərtib edilmiş 30 iyun 202*-ci il tarixli aktdan görünür ki, İddiaçı 02 iyun 202*-ci il tarixdən 30 iyun 202*-ci il tarixə kimi məlum olmayan səbəbdən işə çıxmamışdır. İş materiallarında olan Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tərtib edilmiş 3* iyul 202*-ci il tarixli aktdan görünür ki, İddiaçı 03 iyul 202*-ci il tarixdən 3* iyul 202*-ci il tarixə kimi məlum olmayan səbəbdən işə çıxmamışdır. İş materiallarında olan məktubdan görünür ki, Cəlilabad rayonu Gigiyena və X* İttifaqı Komitəsinin idarə heyətinin *5.03.202*-ci tarixli iclasında qərara alınmışdır ki, heç bir üzürlü səbəb olmadan uzun müddət işə gəlmədiklərinə və bu halın çoxdandır ki, dəfələrlə təkrar olunduğuna görə, həm də bu halın digər işçilərə mənfi təsir göstərdiyini nəzərə alaraq, GEM rəhbərliyi tərəfindən İddiaçı və X5 barəsində hər hansı cəza tədbiri görülməsinə, hətta işdən azad edilməsinə HİK etiraz etməmişdir. İş materiallarında olan Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin ** avqust 202*- ci il tarixli, 238 saylı əmrindən çıxarışdan görünür ki, mərkəzin dezinfektoru İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduğuna gərə, Cəlilabad rayonu GEM-nin Həmkarlar İttifaqı Komitəsinin *5.03.202*-ci il tarixli qərarına əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə son haqq hesab ödənilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı məxsus 043797 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ** avqust 202*-ci il tarixli, 238 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzində tutduğu dezinfektor vəzifəsindən azad edilmişdir. İş materiallarında olan Azərpoçt MMC-nin 24.09.202*-ci il tarixli məxaric qəbzindən görünür ki, Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən İddiaçı məxsus Əmək kitabçası və işdən azad olunması barədə əmr 24.09.202*-ci il tarixdə onun ünvanına göndərilmişdir. İş materiallarında olan cavabdeh Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi X6 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, cavabdeh Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin ** avqust 202*-ci il tarixli, 238 saylı əmri və İddiaçı məxsus Əmək kitabçası 24.09.202*-ci il tarixdə İddiaçı ünvanına göndərilmiş, lakin İddiaçı *7.0*.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da İddiaçı iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı heç bir üzrlü səbəb olmadan 03 mart 202*-ci il tarixdən 3* mart 202*-ci il tarixə, 05 aprel 202*-ci il tarixdən 30 aprel 202*-ci il tarixə, 04 may 202*-ci il tarixdən 3* may 202*-ci il tarixə, 02 iyun 202*-ci il tarixdən 30 iyun 202*-ci il tarixə və 03 iyul 202*-ci il tarixdən 3* iyul 202*-ci il tarixə kimi işə çıxmamış, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bunun nəticəsi olaraq Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin ** avqust 202*-ci il tarixli, 238 saylı əmri ilə İddiaçı 03 mart 202*-ci il tarixdən 3* iyul 202*-ci il tarixə kimi işə çıxmadığı üçün Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfektor vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.*-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68.*-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. İşçilərlə işəgötürənlər arasında əmək-hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin *-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin ** avqust 202*- ci il tarixli, 238 saylı əmrindən çıxarışdan görünür ki, mərkəzin dezinfektoru İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduğuna görə, Cəlilabad rayonu GEM-nin Həmkarlar İttifaqı Komitəsinin *5.03.202*-ci il tarixli qərarına əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə son haqq hesab ödənilməsi qərara alınmışdır. Belə ki, buna səbəb iddiaçının uzun müddət işə gəlməməsi olmuşdur. İddiaçı məxsus 043797 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ** avqust 202*-ci il tarixli, 238 saylı əmrlə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzində tutduğu dezinfektor vəzifəsindən azad edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilə bilər Həmin məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası tərəflərin izahatları və iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdıraraq məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd edir : Göründüyü kimi iddiaçı Məmmədov X2 və əmrin surətini aldığı 202*-ci ilin mart ayından hazırki vaxtadək həmin əmri mübahisələndirməməklə iddia müddətini ötürmüşdür. Əmək məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.*-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin *-ci hissəsinin. 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 202*-ci il tarixli qərarıda qeyd edtmişdir ki, Fərdi əmək mübahsiələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən Mülki məcəlləni 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilən normalara əsasən kollegiya qeyd edir ki, iddiaçı **.08.202*-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ciddi qanun pozuntusu sayaraq *6 aydan sonra Cəlilabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İddia tələbinin təmin edilməməsi əsaslarından biri də müddətin ötürülməsi ilə məhkəməyə müraciət olunması, ötürülmüş müddətin bərpası ilə bağlı ərizə verilməməsidir. Məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.*-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.*, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)388/2023 saylı, 02 mart 2023-cü il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar