Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-989/2024 24.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya tələbinə dair mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında Cəlilabad Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı (nümayəndəsi və vəkil Nümayəndə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi zərərə görə 87 480 (səksən yeddi min dörd yüz səksən) manat, mənəvi zərərə görə 1 000 000 (bir milyon) manatın alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin (hakim Q.Paşayev) 09 fevral 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, hazırkı iddia iddiaçının əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması ilə əlaqədar deyildir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə deyil, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etməlidir. Bundan başqa, hazırkı iddia ərizəsi İddiaçı adından verilməli olduğu halda, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə adından verilmişdir. Qərardaddan iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə şikayət vermiş, qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, qarşı tərəfin 20 may 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Kollegiya məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi, iddia ərizəsini MPM-in 36.7-ci maddəsinin tələblərinə cavab vermədiyindən geri qaytarmışdır. Aşağıdakılara əsasən, Kollegiya məhkəmənin mövqeyini əsassız sayır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 36.7-ci maddəsinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı əsassız cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum edilməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlərdən həm də aşağıdakılar müəyyən edilir: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(099)-20/2022 nömrəli hökmü ilə İbiyev X1 Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məlıkum edilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri vilə əvəz edilmiş və cəzasının çəkilməsinin əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 25 oktyabr 2022- ci il tarixli, 1(106)-356/2022 nömrəli hökmü ilə İddiaçı müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv bdilmiş və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İddiaçı 27 oktyabr 2020-ci il tarixdən 13 iyul 2021-cü il tarixə və xx.xx.2022-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixə qədər olan 17 ay 9 gün müddətdə həbsdə, 13 iyul 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan 7 ay müddətində isə həbs qətimkan tədbirinin əvəzi hesab olunan ev dustaqlığında olmuşdur. Şikayətçinin bildirdiyinə görə, İddiaçı azadLıq hüququ 24 ay 9 gün müddətində təhqiqat, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri və qərarları nəticəsində əlindən alınmış və digər formada məhdudlaşdırılmışdır. İddiaçı həbs olunana qədər taksi kimi fəaliyyət göstərməklə gündəlik olaraq Cəlilabad rayonundan Bakı şəhəri ətrafı ərazilərdə yerləşən daş karxanalarına sərnişin apararaq gətirmişdir. Hər həftənin yeddi günü həmin fəaliyyətlə məşğul olmuşdur. O, Cəlilabad rayonundan Bakı şəhərinə hər gün 4 nəfər sərnişin aparmış və 4 nəfər sərnişini Bakı şəhərindən Cəlilabad rayonuna gətirmişdir. Hər sərnişini Cəlilabad rayonundan Bakı şəhərinə 15 manata apaımış, hər sərnişini Bakı şəhərindən Cəlilabad rayona 15 manata gətirmişdir. Hər gedişdə 4 nəfər aparıb 4 nəfər qaytarması nəzərə alınmaqla, 8 nəfərdən gündə 120 manat qazanmışdır. 24 ay 9 gün müddətində təhqiqat, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkət və qərarları nəticəsində 87.480 (həşdad yeddi min dörd yüz həşdad) manat (729 gün x. 120 manata = 87.480 manat) qazancdan məhrum olmaqla İddiaçı zərər dəymişdir. Kollegiya hesab edir ki, məhkəmə prosessual hüquq normalarını düzgün təfsir etməmişdir. Təqdim edilmiş sənədlərə görə, İddiaçı əsassız olaraq məhkum edilmiş, sonra bəraət almışdır. MPM-in 37-ci maddəsinin tələbinə görə, əsassız məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla fiziki şəxsə vurulmuş zərərin ödənilməsi, o cümlədən əmlakından məhrum edilməsi, əmək hüquqlarının pozulması nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsi (onun dəyərinin qaytarılması) haqqında iddialar, iddiaçının seçiminə görə onun yaşayış yerinə görə verilə bilər. Hazırki halda iddiaçı öz seçiminə görə iddia ərizəsinin öz yaşayış yerinə görə vermişdir. Bu baxımdan Kollegiya hesab edir ki, məhkəmə iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Kollegiyanın qənaətinə görə şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən qərardad ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılmaq üçün materiallar birinci instansiyasına qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İddiaçı şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(073)-761/2024 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya tələbinə dair iddiasının icraata qəbul edilməsi məsələsinə baxılmaq üçün mülki iş Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-989/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-989/2024
24.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver