Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1011/2024 05.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə (Açar sözlər: Qeyri-mümkün hesab edilmə) X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(046)-710/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 3000 manat olan sırğa, üzük, qolbaq və klonlu boyunbağıdan ibarət qızıl dəsti, dəyəri 3000 manat olan sırğa, üzük, qolbaq və kulonlu boyunbağıdan ibarət qızıl dəsti, dəyəri 1500 manat olan brilyant qaşlı 1 ədəd qızıl nişan üzüyü, dəyəri 200 manat olan 1 ədəd 5 qram çəkidə qızıl qolbaq (Tünzalənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 4 qram çəkidə üzərində qaş olan qızıl üzük (Valehin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 3 qram çəkidə üzük (Nüşabənin hədiyyəsi), dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə qolbaq (İlahənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 6 qram çəkidə boyunbağı (Lamiyənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 3 qram çəkidə üzük (Fəxriyyənin hədiyyəsi), dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə üzəri qaşlı qızıl qolbaq (Cavabdeh1 hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd qızıl üzük (Gülanənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 4 qram çəkidə qızıl üzük (Südabənin hədiyyəsi), dəyəri 50 manat olan 1 ədəd sərinkeş, dəyəri 750 manat olan 1 ədəd ALTUS markalı paltaryuyan maşın, dəyəri 600 manat olan 1 ədəd LOTOS markalı televizor, dəyəri 600 manat olan künc divanı, dəyəri 200 manat olan 1 ədəd markalı elektrik sobası, dəyəri 300 manat olan 1 ədəd taxt çarpayı, dəyəri 300 manat olan 1 ədəd termo, dəyəri 350 manat olan 1 ədəd paltar şkafı(şifoner), dəyəri 250 manat olan qonaq otağı üçün 1 ədəd şkaf(servant), dəyəri 250 manat olan 1 ədəd bar, dəyəri 250 manat olan televizor altlığı, dəyəri 300 manat olan 1 ədəd stol, 6 ədəd stul, dəyəri 250 manat olan 1 ədəd kamod, dəyəri 80 manat olan 1 ədəd tumba, dəyəri 50 manat olan 1 ədəd termo stulu, dəyəri 30 manat olan 10 ədəd ləyən, dəyəri 15 manat olan 1 ədəd kauçuq, 2 ədəd dəmir vedrə, dəyəri 5 manat olan 1 ədəd parç, dDəyəri 5 manat olan 1 ədəd kauçuk vanna, dDəyəri 90 manat olan 1 ədəd ikinəfərlik, 2 ədəd birnəfədik yun döşək, 2 ədəd yay yorğanı, dDəyəri 120 manat olan 1 ədəd qalın odeyal, dəyəri 160 manat olan 2 ədəd nazik odeyal, dəyəri 300 manat olan 15 metrlik pərdə dəsti, dəyəri 220 manat olan yataq örtüyü (Gəlincik), dəyəri 60 manat olan 6 ədəd yun döşəkcə, dəyəri 120 manat olan 6 ədəd tük balış, dəyəri 120 manat olan 4 ədəd hamam dəsmalı, dəyəri 70 manat olan 10 ədəd əl-üz dəsmalı, dəyəri 40 manat olan 15 ədəd çay dəsmalı, dəyəri 200 manat olan 7 ədəd süfrə, dəyəri 100 manat olan mələfə dəsti (çemodanda), dəyəri 200 manat olan 6 ədəd mələfə dəsti, dəyəri 200 manat olan üzəri qaşlı bəzək qabları, dəyəri 20 manat olan 2 dəst armudu stəkan, dəyəri 20 manat olan 4 dəst stəkan, Dəyəri 30 manat olan ikimərtəbəli vaza, dəyəri 24 manat olan 4 dəst nəlbəki, dəyəri 12 manat olan armudu stəkan-nəlbəki dəsti (12 əşyalı), dəyəri 10 manat olan 2 dəst mürəbbə qabı(razetka), dəyəri 15 manat olan zibil vedrəsi, dəyəri 20 manat olan 1 ədəd qab yığılan setka, dəyəri 20 manat olan qaşıq dəsti, dəyəri 15 manat olan güldan, dəyəri 15 manat olan tərəvəz doğrayan, dəyəri 15 manat olan qoz çəkən, dəyəri 5 manat olan aşsüzən, dəyəri 200 manat olan uşaq arabası, dəyəri 20 manat olan uşaq maneji, dəyəri 10 manat olan 2 ədəd çaynik, dəyəri 10 manat olan 2 ədəd külqabı, dəyəri 40 manat olan çaydan-fincan dəsti, dəyəri 10 manat olan 2 ədəd tort qabı, cəmi 13651 manat olan əmlakların, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyərinin və iddia qaldırarkən ödədiyi 131 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, dəyəri 3000 manat olan sırğa, üzük, qolbaq və kulonlu boyunbağıdan ibarət qızıl dəsti, dəyəri 1500 manat olan brilyant qaşlı 1 ədəd qızıl nişan üzüyü, dəyəri 200 manat olan 1 ədəd 5 qram çəkidə qızıl qolbaq (Tünzalənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 4 qram çəkidə üzərində qaş olan qızıl üzük (Valehin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 3 qram çəkidə üzük (Nüşabənin hədiyyəsi), dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə qolbaq (İlahənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 6 qram çəkidə boyunbağı (Lamiyənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 3 qram çəkidə üzük (Fəxriyyənin hədiyyəsi), dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə üzəri qaşlı qızıl qolbaq (Cavabdeh1 hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd qızıl üzük (Gülanənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 4 qram çəkidə qızıl üzük (Südabənin hədiyyəsi), ümumi dəyəri 6500 manat olan əmlakların, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyərinin və iddia qaldırarkən ödədiyi 131 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(046)-710/2024 nömrəli qətnaməsinə əsasən (hakim G.Qurbanova) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəyəri 3000 manat olan sırğa, üzük, qolbaq və klonlu boyunbağıdan ibarət qızıl dəsti, dəyəri 3000 manat olan sırğa, üzük, qolbaq və kulonlu boyunbağıdan ibarət qızıl dəsti, dəyəri 1500 manat olan brilyant qaşlı 1 ədəd qızıl nişan üzüyü, dəyəri 200 manat olan 1 ədəd 5 qram çəkidə qızıl qolbaq (Tünzalənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 4 qram çəkidə üzərində qaş olan qızıl üzük (Valehin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 3 qram çəkidə üzük (Nüşabənin hədiyyəsi), dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə qolbaq (İlahənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 6 qram çəkidə boyunbağı (Lamiyənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 3 qram çəkidə üzük (Fəxriyyənin hədiyyəsi), dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə üzəri qaşlı qızıl qolbaq (Cavabdeh1 dostunun hədiyyəsi) ,dəyəri 200 manat olan 1 ədəd qızıl üzük (Gülanənin hədiyyəsi) alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaların alınması mümkün olmadıqda onların dəyəri miqdarında müştərək qaydada pul alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət rüsümu üçün ödənilmiş 83 manat və 0.40 qəpik xidmət haqqının alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 361.1.4-ci maddəsinə əsasən şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir. 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətindən görünür ki, cavabdeh apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmiş, cavabdeh şikayətin məzmun və forma tələblərinə əməl etməmişdir. Beləliklə iş materiallarından müəyyən оlunur ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavəyə uyğun tərtib edilməli olduğu halda, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti həmin forma tələblərinə cavab vermir. Ona görə də qeyd edilənlər apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Göyçay Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(046)-710/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1011/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1011/2024
05.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver