Məhkəmə qərarları › İş №2(107)-1022/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1022/2022

18.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1022/2022 18.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X14, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ”mirasın qəbul etmə faktının müəyyən edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul etmə faktının müəyyən edilməsi və miras əmlakda payın müəyyən edilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X17 İddiaçı, onun vəkili Vəkil, Cavabdeh2, 3-cü şəxslər X10 və X11 iştirakı ilə İddiaçı cavabdehlər X14, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ”mirasın qəbul etmə faktının müəyyən edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(051)-88/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X27 04 fevral 2011-ci ildə, X18 02 iyul 1964-cü ildə, X19 19 yanvar 2016-cı ildə, Cavabdeh3 Əliəsgər oğlu xx.xx.1992-ci ildə, X15 22 fevral 2013-ci ildə vəfat etmişlər.

2. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı 01 aprel 1963-cü ildə, X14 11 avqust 1960-cı ildə, Cavabdeh3 Əliəsgər oğlu 11 mart 1955-ci ildə, X20 26 oktyabr 1956-cı ildə, X15 04 fevral 1962-ci ildə anadan olmuşlar. Şəhadətnamələrdə onların ataları kimi X18, anaları kimi isə X28 göstərilmişdir.

3. ƏMDKY DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, ünvan 2 saylı evin 0,18 kv.metr torpaq sahəsinə xx.xx.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ ilə X7 adına qeydə alınmışdır.

4. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 464 nömrəli cavab məktubundan görünür ki, İddiaçı mirasın bölüşdürülməsi üçün Mingəçevir şəhər məhkəməsinə müraciət etmək hüquqları izah olunmuşdur.

5. Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli 05/Q-152/15 nömrəli arayışdan görünür ki, XX.XX.1908-ci ildə Ağdaş rayonu Qolqatı kəndində anadan olmuş X8 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2021-ci ilədək aparılmış və arvadı- X27 (xx.xx.1928-ci il təvəllüdlü) ölüb, oğlu- X15 (xx.xx.1962-ci il təvəllüdlü) ölüb, oğlu Cavabdeh3 Əliəsgər oğlu (11 mart 1955-ci il təvəllüdlü) ölüb, qızı X20 (26 oktyabr 1956-cı il təvəllüdlü) ölüb, oğlu İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü) və qızı- X3 (xx.xx.1960-cı il təvəllüdlü) olması aşkar edilmişdir.

6. Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli, 05/Q-152/15 saylı məktubundan görünür ki, X1 yaşayış yeri Mingəçevir şəhəri Sağ Sahil, Samstroy ev 171 qeyd olunmuşdur.

7. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 Əliəsgər oğlu ilə X24 arasında nikah 03 dekabr 1987-ci ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvad Cəfərova soyadını götürmüşdür.

8. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx xxxxxxxx 1988-ci il təvəllüdlü Şaban və 20 fevral 1990-cı il təvəllüdlü Nərminə adlı övladları var.

9. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X2 arasında nikah 20 noyabr 1994-cü ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvad Cəfərova soyadını götürmüşdür. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 10 noyabr 1995-ci il təvəllüdlü Ofranə, 23 iyun 1997-ci il təvəllüdlü Lalə və xx xxxxxxx 2001-ci il təvəllüdlü Rəvan adlı övladları var.

10. Apellyasiya icraatı zamanı təqdim edilmiş Mingəçevir şəhər MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın məzmunundan görünür ki, İddiaçı xx.xx.1963-cü ildən xx.xx.1992-ci ilədək ünvan 1-də yaşamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 28 iyun 1964-cü ildə vəfat etmiş atası X4 miras qalmış Mingəçevir şəhəri, Təbriz küçəsi ev 18 ünvanda yerləşən 0,18 ha torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsinin müəyyən olunması və miras əmlakda 1/5 hissədə miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, bacıları Zərinə və Afina, qardaşları Ramazan və Şaban hələ azyaşlı olan vaxt ataları vəfat etmişdir. Qardaşı Ramazan və bacısı Afina də vəfat emişlər. Cavabdehlərdən Rəvan qardaşı Ramazanın, Şaban qardaşı Şabanın, Azər isə bacısı Afinanın övladıdır. X38 28 iyun 1964-cü ildə, anası Raqif Salahova 04 fevral 2011-ci ildə vəfat etmişlər. ünvan 1 ünvanda yerləşən 0,18 ha torpaq sahəsi atasından miras qalmışdır. Atasının vəfatından sonra bir müddət həmin ünvanda birlikdə yaşamışlar. Valideynlərinin vəfatından sonra hər biri mirası qəbul etmişlər. Hazırda bacısı Zərinə və o, həmin torpağın onlara düşən hissəsindən bölüb istifadə edirlər. Ancaq torpaq sahəsinə miras əmlakın bölünməsi ilə bağlı razılığa gələ bilmirlər. Bundan sonra vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat kontoruna müraciət etmiş, lakin notariat kontorundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.

13. Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) 13 aprel 2022-ci il tarixli, 2(051)-88/2022 nömrəli qətnaməsi ilə İddia tələbi təmin edilərək 28 iyun 1964-cü ildə vəfat etmiş X4 miras qalmış, ünvan 2 ünvanda yerləşən 0,18 ha torpaq sahəsinin İddiaçı, X3, X5, Cavabdeh3 Əliəsgər oğlunun və X9 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş hesab olunması;

14. X4 miras qalmış, Mingəçevir şəhərinin Təbriz küçəsindəki 18 ünvanda yerləşən 0,18 ha torpaq sahəsindən İddiaçı payı 1/5 hissə, X3 payı 1/5 hissə, X5 payı 1/5 hissə, Cavabdeh3 Əliəsgər oğlunun payı 1/5 hissə və X9 payı 1/5 hissədə müəyyən edilməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında yaranmış hüquq münasibətləri qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mülki mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-cu bölməsinin müddəaları tətbiq edilməklə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmədə müəyyən olunmuşdur ki, miras qoyan X18 vəsiyyətnamə qoymamışdır.

16. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlarla müəyyən etmişdir ki, X7 1-ci dərəcəli vərəsələri İddiaçı, X14, X15, Cavabdeh3 Əliəsgər oğlu və X12r. Mülki Məcəllənin mirasın bölüşdürülməsinin anlayışını müəyyən edən 1274-cü maddəsində göstərilmişdir ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.

17. Göstərilən qanunvericilik normalarının sistemli təhlilindən göründüyü kimi, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan iddia tələbi araşdırılarkən müəyyən olunmuşdur ki, vərəsələr İddiaçı, X14, X15, Cavabdeh3 Əliəsgər oğlu və X20 miras qalmış mülkdə yaşamış, torpaq sahəsindən istifadə etmiş və bununla da mirası qəbul etmişlər.

18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014–cü il qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134.1, 1159.1, 1151, 1243.2, 1246 və 1274-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

19. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin13 aprel 2022-ci il, 2(051)-88/2022 saylı qətnaməsi qanunsuzdur, əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.

21. Məhkəmədə iddia tələbini qəbul etməyərək,xx.xx.2022-ci il tarixli məhkəmə iclasında yazılı izahat təqdim etsə də, yazılı izahatında qeyd olunmayan sözlər onun adından məhkəmə qətnaməsinə qeyd edilmişdir. Belə ki, o torpaq sahəsinin babasından miras qalması və sənədlər hazır olmadığına görə notariata müracət etməmişəm kimi sözləri məhkəmədə qeyd etməmişdir.

22. İşin halları ilə bağlı qeyd etmək istəyir ki, atası X15 ilə anası Cəfərova (Norzalıyeva) Dilarə Dostuməli qızı 1994-cü il noyabrın 20-də ailə həyatı qurmuş, həmin vaxtdan anası gəlin köçərək atası və X6 ilə birlikdə ünvan 4 ünvana gəlin köçəndə orada başqa qohumları, yəni nə iddiaçı olan İddiaçı, nə X14, nə şəhid olan Cavabdeh3 Əliəsgər oğlu (Cavabdeh3 atası), nə X20 (Cavabdeh4 anası) həmin ünvanda yaşamamış və qeydiyyatda olmamışlar.

23. xx.xx.1995-ci ildə bacısı X21, xx.xx.1997-ci ildə bacısı X25, xx.xx.2001-ci ildə isə o dünyaya gəlmiş və anaları Dilarə Cəfərova ilə birlikdə ünvan 5 ünvanda yaşayırlar. X6 xx.xx.2011-ci ildə vəfat etmiş, nənəsinin vəfatından sonra atası, anası və bacıları ilə birlikdə Təbriz küçəsi, ev 18 ünvanında atasına məxsus evdə yaşamışdır. xx.xx.2013-cü ildə atasının vəfatından sonra isə o, bacıları və anası ilə birlikdə həmin evdə yaşamışlar.

24. İddiaçı 1990-cı ildə özünə ev alaraq, X14 və X20 1980-cı ilin sonlarında ailə quraraq yaşadıqları ünvanı tərk etmişlər. Cavabdeh3 Əliəsgər oğlu xx.xx.1992-ci il tarixində İ Qarabağ müharibəsində şəhid olmuş, o şəhid olduqdan sonra ailəsinə Mingəçevir şəhərində mənzil verilmiş və ailəsi həmin mənzilə köçmüşdür. Göründüyü kimi, iddiaçı 32 ildir həmin ünvandan çıxmış və özünə məxsus həmin evdə yaşayır, məhkəmə iclasında dediklərinin əksinə olaraq heç vaxt həmin ünvana gəlib hər hansı bir iş görməmişdir. Bibisi Zərinənin həyat yoldaşı ilə ailə münasibətləri sonlandığı və yaşadığı ev satıldığı üçün 2017-ci ilin əvvəllərində anasından yaşadıqları torpaq sahəsinin bir hissəsində ev tikmək üçün razılıq verməsini xahiş etmişdir.

25. Belə ki, yaşadıqları ev satıldıqdan sonra keçmiş həyat yoldaşı ona 20.000 manat pul vermiş, o, isə anasına həmin pula torpaq sahəsi alıb ev tikə bilməyəcəyini balalarının çöldə qalmaması üçün 2 sot torpaq sahəsini təmənnasız verməsini xahiş etmiş, anası da onun evsiz qalmaması üçün qohumçuluq münasibətlərini humanizm prinsiplərini nəzərə alaraq, torpaq sahəsinin bir hissəsini ona vermiş, o, isə həmin hissədə ev tikmişdir. Eyni zamanda yaşadıqları evə aid olan torpaq sahəsinə dair xx.xx.1964-cü ildə vəfat etmiş babası X7, xx.xx.2011-ci ildə vəfat etmiş X6nın adına nə sovet dövründə, nə də müstəqillik illərində daşınmaz əmlakın reysetrində qeydiyyat aparılmamışdır. Yəni, torpaq sahəsinin onlara məxsus olmasını təsdiq edən hər hansı bir sənəd olmamışdır. Məhkəmə iclasında X14 öz yaşadığı evin və onların yaşadıqları evin yerləşdiyi torpaq sahəsinə dair ƏMDKY DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ******* nömrəli çıxarışı təqdim edərək, Mingəçevir şəhəri, Təbriz küçəsindəki 18 ünvanında yerləşən 0,18 ha torpaq sahəsinin xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ ilə X7 adına qeydə alınmasını bildirmişdir.

26. Atası Ramazan isə xx.xx.1962-ci ildə Mingəçevir şəhərində anadan olmuş və vəfat edənə kimi, yəni xx.xx.2013-cü il tarixinədək 51 il Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 18 ünvanında olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evində yaşamışdır. Atasının sağlığında heç bir şəxs, o cümlədən əmiləri və bibiləri həmin ev və torpaq sahəsi ilə bağlı hər hansı bir iddia irəli sürməmiş, məhkəməyə müraciət etməmişdir. X42 da xx.xx.1994-cü ildən bugünədək fasiləsiz olaraq təxminən 28 ildir Mingəçevir şəhəri, Təbriz küçəsi 18 ünvanında olan fərdi yaşayış evində yaşayır. Göründüyü kimi, atası Ramazan Cəfərov 51 il Təbriz küçəsi 18 ünvanında yaşamış və həmin torpaq sahəsinə faktiki sahiblik etmişdir, onun sağlığında heç bir qardaşı və bacısı və ya digər şəxslər əmlakın atasında olmasına etiraz etməmişdir. Eyni zamanda yuxarıda yazdıqlarından da aydın olur ki, torpaq sahəsi babasının və nənəsinin adına onların sağlığında qeydiyyata alınmamış, əmisi və bibiləri həmin torpaq sahəsindən 30 ildən çoxdur ki, istifadə etmir. Yalnız bibisi Zərinə anasının icazəsi ilə həmin torpaq sahəsində ev tikmişdir. Heç bir yaxın qohumunun da torpaq sahəsi ilə bağlı iddiası olmamışdır. Atası sağlığında 51 il həmin torpaq sahəsində olan fərdi yaşayış evində yaşamış, anası 28 ildir, onlar isə, yəni o və bacıları isə doğulduqdan sonra həmin torpaqda olan fərdi yaşayış evində yaşayırlar və hazırda da həmin evin ünvanı olan ünvan 7 həmin fərdi yaşayış evində heç kimin qeydiyyatı yoxdur.

27. Beləliklə, babasının vəfatından 58 il, nənəsinin vəfatından isə 11 ildən çox müddət keçmişdir. Daşınmaz əşyalarla bağlı iddia müddəti 6 il olduğundan və həmin müddətdə iddiaçı və digərləri tərəfindən mirasın qəbulu ilə bağlı ərizəsi verilmədiyindən Mingəçevir şəhər sakini İddiaçı “mirasın qəbul edilməsi, miras payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə iddia tələbi rədd edilməlidir.

28. Eyni zamanda, torpaq sahəsinə dair verilmiş çıxarışın qanuniliyini yoxlamamış, üzərində 2 fərdi yaşayış evi olmasına baxmayaraq, yalnız boş torpaq sahəsinə dair çıxarış verilməsi, çıxarış verilərkən qanunvericiliyin tələblərinə riayət edilməsi halını yoxlamamışdır. Məhkəmə yalnız ilkin iddianı təmin etməklə şəxsi mülahizələri əsasında miras əmlakın bölünməsi barəsində qətnamə qəbul etmişdir. X18 28 iyun 1964-cü ildə, X29 xx.xx.2011- ci ildə vəfat etmiş, onların vəfatından müvafiq olaraq 64 il və 11 il keçmiş vərəsələri mirasın qəbulu ilə bağlı hansı səbəbdən vaxtında müraciət edilməməsi, müraciət edilməməsinin üzrlü səbəbdən olub olmaması hallarını qiymətləndirməmişdir.

29. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 13 aprel 2022-ci il, 2(051)-88/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, babasından miras qalmış əmlakdan iddiaçıya pay verilməməlidir. Çünki iddiaçının özünə məxsus evi və torpağı var. Onun isə başqa yerdə evi yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

32. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o atasının ölümündən sonra bütün vərəsələrlə birlikdə uzun müddət həmin evdə yaşamışdır. Hətta torpaq sahəsinin üç yerə bölünməsi ilə bağlı cavabdehlərlə razılığa da gəlmişdir. Lakin sonradan cavabdeh tərəf sənədləşməyə narazı olmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

33. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı qanunvericiliklə müəyyən olunmuş müddət ərzində mirası qəbul etmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır.

34. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs X10 izahat verərək bildirmişdir ki, əri Ramazan ölənə qədər iddiaçı tərəf miras əmlakla bağlı mübahisə açmamışdır. Əri öləndən sonra bu mübahisələr başlamışdır. Bununla belə mirasın üç hissəyə bölünməsinə etiraz etmir.

35. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs X23 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, atası 1992-ci il tarixdə şəhid olmuşdur. Babası və nənəsindən miras qalmış torpaqdan atası Şaban çatası payı tələb edir. Mirasın 1/5 hissəyə bölünməsinə etiraz etmir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

36. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdeh və 3-cü şəxslər səbəbini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

37. Kollegiya belə hesab edir ki, miras qoyan şəxs X18 1964-cü il tarixdə öldüyündən ona münasibətdə vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyalı) müddəaları əsasında, X29 isə 2011-ci il tarixdə vəfat etdiyindən ona münasibətdə 2000-ci il redaksiyalı Mülki Məcəlləsinin müddəaları əsasında həll edilməlidir.

38. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyalı);

- 101-ci maddəsinin 2-ci hissəsinə əsasən bir yerdə yaşayan ər-arvadın və onların həddi-buluğa çatmayan uşaqlarının şəxsi mülkiyyətində onlardan birinə məxsus olan və ya onların hamısının ümumu mülkiyyətində olan bir yaşayış evi və ya onun müəyyən hissəsi ola bilər. Həmin maddənin ikinci hissəsində göstərilən vətəndaşlardan birinin və ya bir neçəsinin evin bir hissəsinə olan mülkiyyət hüququ, bu vətəndaşların qalanlarını həmin evin digər hissəsinə (hissələrinə) olan mülkiyyət hüququndan məhrum etmir. - 527-ci maddəsinin 1-ci hissəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. - 528-ci maddəsinin tələblərinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. - 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. - 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. - 552-ci maddəsinin tələbinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəslər olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bi müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. - 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. - 555-ci maddəsinin tələblərinə görə vərəsə, digər vərəslərin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. - 556-cı maddəsinin 3-cü hissəsinə əsasən vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. - 563-cü maddəsinə əsasən miras əmlakın bölünməsi qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (2000-ci il redaksiyalı)

1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.

40. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 386-cı maddəyə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya şikayətindən görünür ki, apellyator qətnamənin tam ləğvini xahiş etsə də, şikayətin dəlillərində iddiaçıya münasibətdə iddianın təmin olunmuş hissəsini mübahisələndirmişdir. Ona görə də kollegiya apellyasiya şikayətinin dəlilləri həcmində işə baxılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslı olmaqla, mahiyyəti üzrə düzgün həll edildiyindən yalnız formal mülahizələrə görə, yəni maddi normanın tam olaraq düzgün tətbiq edilməməsinə görə ləğv edilməməlidir. Belə ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

44. Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi qeyd olunan nöqsanları davam etdirməməklə, miras qoyan X13 münasibətdə 2000-ci il dən əvvəlki Mülki Məcəllənin (1964-cü il redaksiyalı) normalarını tətbiq etmişdir.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(051)-88/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Kollegiya bildirir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.

47. Məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə xüsusi diqqət yetirilməlidir.

48. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan X18 28 iyun 1964-cü ildə, arvadı X29 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişlər.

49. Onların birgə nikahından 5 övladı doğulmuşdur: 1963-cü il təvəllüdlü İsbəndiyar, 1960-cı il təvəllüdlü Zərinə, 1962-cü il təvəllüdlü Ramazan, 1965-ci il təvəllüdlü Şaban və 1966-cı il təvəllüdlü Afina.

50. Qanun üzrə birinci növbə vərəsələrdən Cavabdeh3-1992-ci ildə, Ramazan Cəfərov-xx.xx.2013-cü il tarixdə, Afina Cəfərova isə-xx.xx.2016-cı il tarixdə vəfat etmişlər.

51. 1992-ci ildə vəfat etmiş Cavabdeh3 ölümündən sonra onun Şaban və Nərminə adlı övladları;

52. 2013-cü ildə ölmüş Ramazan Cəfərovun ölümündən sonra arvadı- Dilarə, övladları Əfranə, Rəvan və Lalə;

53. xx.xx.2016-cı ildə ölmüş Afina Cəfərovanın ölümündən sonra Azər adlı övladı qalmışdır.

54. İşin mübahisəsiz tərəfindən göründüyü kimi mərhum X7 (o cümlədən X22) vəfatından sonra ünvan 1 ünvanda yerləşən 0,18 ha torpaq sahəsi miras qalmışdır. Miras əmlak mərhum Əliəsgər Cəfərovun adına sənədləşdirilmişdir.

55. Birinci instasniya məhkəməsinin qətnaməsindən göründüyü kimi İddiaçıla yanaşı, digər birinci növbəli vərəsələrin də mirası faktiki qəbul etməsi və onların da payının müəyyən edilməsi qərara alınmışdır

56. Lakin hazırki qətnamə cavabdehlərdən yalnız Cavabdeh2 (Ramazan Cəfərovun vərəsəsi) tərəfindən mübahisələndirilmiş, apellyasiya şikayətində də yalnız İddiaçıla bağlı iddianın təmin olunmuş hissəsi mübahisələndirilmişdir. Ona görə də kollegiya bu hədd daxilində işə baxılmasını mümkün hesab edir.

57. Kollegiya belə qənaətə gəlir ki, hüquq müəyyənlik prinsipi baxımından hazırki mübahisə üzrə qətnamədən şikayət verməsələr də, bütün vərəsələr işə cəlb edilmiş və mirasla bağlı onların mövqeyi müəyyənləşdirilmişdir.

58. Apellyasiya kollegiyası qeyd edir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).

59. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir.

60. Məhkəmə kollegiyası, vurğulayır ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

61. Qeyd edilməlidir ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar, adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər ödəmə sənədləri ola bilər.

62. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Eyni zamanda, vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab olunur ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur (Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.1-1243.3-cü maddələri).

63. Kollegiyanın araşdırması zamanı işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı atasının ölümündən sonra uzun müddət həmin əmlkada yaşamış, hətta analarının ölümündən sonra digər vərəsələrlə birgə əmlakın 1/3 hissədə bölüşdürülməsi barədə razılığa gəlmişlər. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs Dilarə Cəfərova bu gün də mirasın üç hissəyə bölünməsinə etiraz etmir.

64. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.

65. Ona görə də apellyasiya instansiyası qeyd edir ki, mirasda payların müəyyən edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı faktiki qəbul edib-etməmələri müəyyən olunmalıdır.

66. Yuxarıda göstərildiyi kimi, mirasın faktiki qəbulu özündə miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulunu ehtiva edir. Burada əsas məqam ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.

67. Bu nöqteyi nəzərindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans müəyyən edilməli, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır ya da həmin hüquqdan məhrum olunmamalıdır.

68. Odur ki, apellyasiya instansiyası məhkəməsi, sözügedən prinsiplərin mühüm əhəmiyyətini nəzərə alaraq, hazırkı mülki iş üzrə iddiaçının və digər qanun üzrə vərəsələrin mirası faktiki qəbul etmələri ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

69. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(051)-88/2022 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar