Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1026/2020 16.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-27/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-27/2020 saylı qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddia qismən təmin edilmiş, xx xxxxxx 2014-cü il tarixli020CASA143210001 saylı kredit müqaviləsinin ləğv edilməsi, 20495,80 ABŞ dolları məbləğində əsas, 3487,06 ABŞ dolları məbləğində faiz, 500 ABŞ dolları penya olmaqla, cəmi 24482,86 ABŞ dolları məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının cavabdehlər X1, X4, X5 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 45.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satıldıqdan 1 ay ərzində Cavabdeh2 məxsus ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyri yaşayış binasının boşaldılması, satışından əldə olunmuş vəsait hesabına 24482,86 ABŞ dolları məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının və ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid hissəsi olan 25 manatın İddiaçı ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatının İddiaçı ASC-yə aid edilməsi, 25 manatı cavabdehlər X1, X4, X5 müştərək qaydada tutulub İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 020CASA14310001 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 20495 ABŞ dolları 80 sent əsas, 3487 ABŞ dolları 06 sent faiz, 1142 ABŞ dolları 53 sent məbləğində penya olmaqla, cəmi 25125 ABŞ dolları 39 sent borcun (qətnamə icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablamaqla), 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, Cavabdeh2 məxsus ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyri yaşayış binasına tutmanın yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-nə olan borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rusumunun ödənilməsi, Cavabdeh2 məxsus ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyri yaşayış binasına tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh1 digər əmlakları hesabına ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 020CASA14310001 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X1, X4 və X5 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 20495 ABŞ dolları 80 sent əsas, 3487 ABŞ dolları 06 sent faiz, 1142 ABŞ dolları 53 sent məbləğində penya olmaqla, cəmi 25125 ABŞ dolları 39 sent borcun (qətnamə icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablamaqla), 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, Cavabdeh2 məxsus ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyri yaşayış binasına tutmanın yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-nə olan borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rusumunun ödənilməsi, Cavabdeh2 məxsus ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyri yaşayış binasına tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh1 digər əmlakları hesabına ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 020CASA143210001 saylı kredit müqaviləsinə əsasən illik 21 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. ABŞ dollarının məzənnəsi qalxması ilə əlaqədar cavabdehlərlə xx.xx.2015-ci il tarixdə restrukturisasiyaya dair razılaşma imzalanmış və kreditin həmin günə olan qalığı 20998 ABŞ dolları vəsait yenidən 26 ay müddətinə uzadılmışdır. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyri yaşayış binası bankın xeyrinə ipotekaya qoymuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 xx.xx.2017-ci ildə vəfat etmişdir. X7, X12 və X13 mərhum Cavabdeh1 məxsus miras əmlaknı qəbul etmişlər və onlara vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Buna görə də, kredit müqaviləsi üzrə borc X7, X12 və X5 müştərək qaydada tutulmalıdır. Cavabdehlərin banka olan borcunun ödənilməsi barədə ona dəfələrlə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq kredit müqaviləsi üzrə borc ödənilməmişdir. Cavabdehlərin banka olan borcu 20495 ABŞ dolları 80 sent əsas, 3487 ABŞ dolları 06 sent faiz, 1142 ABŞ dolları 53 sent məbləğində penya olmaqla, cəmi 25125 ABŞ dolları 39 sent təşkil edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə cavabdehlərin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh2 apelyаsiyа şikаyəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İ qrup əlil oğlunun xaricdə müalicə olunması üçün İddiaçı ASC-dən götürdüyü pulu əvvəllər vaxtında ödəsə də, ölkədən olan devalvasiyadan sonra ödəyə bilməmişdir. Onun götürdüyü məbləğ iki dəfə yüksəlmiş və ödəyə bilməyəcəyi həddə çatmışdır. Himayəsində İ qrup əlil oğlu və ödənişli ali təhsil alan qızı vardır. İki dəfə insult keçirmişdir. Ona görə də, işə yenidən baxılaraq haqlı qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlilərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-27/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh1 oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən illik 21 % hesablanmaqla 24 aylıq müddətə Cavabdeh1 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 020QYASH4767 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 2.1.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 3.1-ci bəndində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur (müqavilənin 3.1-ci bəndi). İpotekanın predmeti ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyri yaşayış binasıdır. İpoteka predmetinin qiyməti 42000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 020CASA143210001 saylı kredit müqaviləsnin restrukturizasiyasına dair razılaşma bağlanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASCilə Cavabdeh2 arasında ipoteka müqaviləsinə əlavə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh2 məxsus ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyri yaşayış binası İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İddiaçı ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixli məktub ünvanlayaraq Cavabdeh2 məxsus olan ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyri yaşayış binasına tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bildiriş bank tərəfindən xx.xx.2016-cı il tarixdə ipoteka qoyan Cavabdeh2 göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsində ipoteka predmeti olan Cavabdeh2 məxsus olan ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyri yaşayış binası üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında 20495 ABŞ dolları 80 sent əsas, 3487 ABŞ dolları 06 sent faiz, 1142 ABŞ dolları 53 sent məbləğində penya olmaqla, cəmi 25125 ABŞ dolları 39 sent borcu yaranmışdır (xx.xx.2018-ci il tarixli maliyyə arayışı). İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən Cavabdeh2 məxsus ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyri yaşayış binasının xx.xx.2019-cu il tarixinə bazar qiyməti 45000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay Rayon Qeydiyyat Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Göyçay Rayon Notariat Ofisinin xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən mərhum Cavabdeh1 vəfatından sonra xx.xx.2018-ci il tarixdə arvadı X3, övladları X8 və X9 vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 020CASA143210001 saylı kredit müqaviləsinə əsasən illik 21 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. ABŞ dollarının məzənnəsi qalxması ilə əlaqədar cavabdehlərlə xx.xx.2015-ci il tarixdə restrukturisasiyaya dair razılaşma imzalanmış və kreditin həmin günə olan qalığı 20998 ABŞ dolları vəsait yenidən 26 ay müddətinə uzadılmışdır. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyri yaşayış binası bankın xeyrinə ipotekaya qoymuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 xx.xx.2017ci ildə vəfat etmişdir. X7, X12 və X13 mərhum Cavabdeh1 məxsus miras əmlaknı qəbul etmişlər və onlara vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Buna görə də, kredit müqaviləsi üzrə borc X7, X12 və X5 müştərək qaydada tutulmalıdır. Cavabdehlərin banka olan borcunun ödənilməsi barədə ona dəfələrlə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq kredit müqaviləsi üzrə borc ödənilməmişdir. Cavabdehlərin banka olan borcu 20495,80 ABŞ dolları əsas, 3487,06 ABŞ dolları faiz, 1142,53 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 25125,39 ABŞ dolları təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit sajişi (müqаviləsi) iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İş mаteriаllаrındаn göründüyü kimi, kreditоrun bоcluyа hesаblаdığı cərimə tənаsübsüz surətdə yüksəkdir. Belə ki, 20495,80 ABŞ dolları məbləğində əsas kredit borcu, 3487,06 ABŞ dolları məbləğində fаiz bоrcu оlduğu halda, əlavə olaraq 1142,53 ABŞ dolları məbləğində penya borcu vardır. Ona görə də, məhkəmə kollegiyаsı, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə uyğun olaraq cərimənin azaldılaraq 500 ABŞ dolları miqdarında müəyyən etməkdə haqlı olmuşdur. Həmin Məcəllənin 460.1-ci mаddəsinə əsаsən öhdəliklərin icrаsı girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulаn digər üsullаrlа təmin edilə bilər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317-ci və “İpotekа hаqqındа” Qаnununun 34.1.2-ci mаddəsinə əsаsən öhdəlik üzrə fаizlərin ödənilməsi müddətlərinin аrdıcıl olаrаq iki dəfə pozulmаsı nəticəsində ipotekа sаxlаyаn ipotekа predmetinə tutmаnı yönəltməklə, onun sаtılmаsını, əldə edilmiş puldаn kredit borcunun, hesаblаnmış fаizlərin və cərimələrin, həmçinin bununlа bаğlı çəkilmiş bütün xərclərin ipotekаyа qoyulmuş əmlаk hesаbınа ödənilməsini tələb edə bilər. “İpoteka haqqında” Azərbаycаn Respublikаsının Qаnununun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 319.6-cı mаddəsinə və «İpotekа hаqqındа» Azərbаycаn Respublikаsının Qаnununun 47.2-ci mаddəsinə əsаsən ipotekа predmetinin sаtışındаn əldə olunаn vəsаitdən ipotekа sаxlаyаnın ipotekа ilə təmin olunmuş tələbi, o cümlədən əsаs borc öhdəliyinin icrа edilməməsi və yа lаzımıncа icrа edilməməsi, yаxud icrаnın gecikdirilməsi nəticəsində dəbbə pulu və yа vurulmuş zərər, dаhа sonrа isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qаlаn məbləğ ipotekа qoyаnа qаytаrılır. Bunа görə məhkəmə hesаb edir ki, ipotekа predmeti olаn mənzil hərrаcdа sаtışа çıxаrılmаqlа sаtılmаlı və sаtışdаn əldə olunmuş vəsаit hesаbınа iddiаçının tələbləri ödənilməli, qаlаn məbləğ isə ipotekа qoyаnа qаytаrılmаlıdır. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsının Qаnununun 4-cü mаddəsinə görə ipotekа sаxlаyаnın tələbi əsаsə borc, fаizlər,öhdəliyin icrа edilməməsi və yа lаzımıncа icrа edilmməsi, o, cümlədən kecikdirilməsi nəticəsində dəbbə pulu, və (və yа) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipotekа predmetinə tutlmаnın yönəldilməsi ilə əlаqədаr məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də dаxil olmаqlа tаm həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsının Qаnununun 39.3-cü mаddəsinə əsаsn məhkəmə ipotekа predmetinə tutmаnın yönəldilməsi hаqqındа qərаr qəbul edərək, qərаrdа ipotekа predmetinin ilkin sаtış qiyməti ipotekа qoyulаn ipotekа sаxlаyаnın rаzılаşmаsı əsаsındа mübаhisə olduqdа isə müstəqil qiymətləndiricinin rəyi əsаsındа məhkəmə tərəfindən müəyyən edilir. Tərəflərin qarşılıqlı razılaşması ilə ipoteka müqaviləsində yaşayış evinin dəyəri 42000 manat manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetlərinin qiymətləndirilməsi qərara alınmış və ipoteka predmeti olan fərdi yaşayış evinin hazırkı bazar dəyəri 45000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin həmin qiyməti ağlabatan olmaqla reallığı əks etdirir. Məhkəmə kollegiyası Cavabdeh2 ipoteka predmetinin sahəsinin artırılması və buna görə də onun yenidən qiymətləndirilməsi barədə vəsatəti ilə bağlı bildirir ki, həmin artırmaların ipoteka saxlayanın razılığı əsasında və lazımi icazə alınması ilə inşa olunması və lazımi qaydada qeydiyyatdan keçirilməsi ilə bağlı sübutlar təqdim olunmamışdır. İpoteka predmetinin hüquq müəyyənedici sənədlərinə əsasən, onun sahəsi 28,1 kv.m təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissədə birinci instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla bərabər isin hallarına və tərəflərin qarsılıqlı münasibətlərinə uyğun əsaslandırılmısdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdehlər X10 və X6 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Apelyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-27/2020 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-27/2020 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1026/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1026/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver