Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1026/2023 13.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh İsa oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraata xitam, barışıq sazişi) X4 Hacı oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh İsa oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tаrixli 2(019)-28/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh İsa oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Dövlət Notariat Kontorunda bağlanmış AN- İ№ ******* saylı 12 may 2012-ci il tarixli Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışının ləğv olunması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli 2(019)-28/2021 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia qismən təmin olunmuş, 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qismən alqı-satqı predmeti olmuş 1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)-cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh İsa oğluna satılması hissəsində etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh İsa oğluna verilmiş xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın qismən-1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)- cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh İsa oğlunun adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması, iş üzrə ödənilmiş 5 manat dövlət rüsumunun Cavabdeh İsa oğlundan alınıb iddiaçılar X1, İddiaçı3 və İddiaçı2 ödənilməsi, iş üzrə 126 manat ekspertiza xərcinin 63 manatının Cavabdeh İsa oğlundan və 63 manatının iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X3 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh İsa oğlu аpellyаsiyа şikаyətləri vermişlər. İşə apellasiya qaydasında baxılarkən iddiaçılar İddiaçı1, İddiaçı2 Siracəddin qızı, İddiaçı3 və Cavabdeh İsa oğlu imzaladıqları barışıq sazişi ilə məhkəməyə müraciət edərək onlar arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etdilər. MPM-in 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir, tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
1. “İddiaçılar” və "Cavabdeh" aralarında olan razılaşmaya əsasən Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-1026/2023 nömrəli mülki iş üzrə mübahisəyə barışıq yolu ilə son qoyurlar;
2. “İddiaçılar” Azərbavcan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin xx.xx.2013-cü il tarixli **********7 reyestr nömrəli çıxarışda qeydi olunan torpaq sahəsinə dair iddia tələbindən imtina edir, “Cavabdeh” isə bunun əvəzinə 3000 (üç min) AZN məbləğində pulu 6 (altı) ay müddətinə İddiaçı1 Kapital Bank ASC-də olan 4169 7388 6454 9724 saylı hesabına hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürür.
3. 3000 (üç min) AZN məbləğində ödəmənin son müddəti xx.xx.2024-ci il tarixə müəyyən edilir.
4. Tərəflər X5nin icrası ilə bağlı zəruri hərəkətlərin edilməsi, o cümlədən sənədlərin, ərizələrin verilməsi, icra və probasiya qurumlarına zəruri ərizələrin verilməsi və s. daxil olmaqla tam əməkdaşlıq barədə öhdəlik götürürlər. Tərəflər bu sazişi imzalayaraq bəyan edirlər ki, sazişin şərtləri və müddəaları üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə zidd deyildir.
5. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2, 261.0.2 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəni qəbul edirlər.
6. Tərəflər bu sazişin icrası tələbi istisna olmaqla gələcəkdə Barışıq sazişinin predmetini təşkil edən məsələlərlə bağlı hər hansı bir formada tələblərlə bir-birinə qarşı iddia qaldırmayacaqlar.
7. Tərəflər qəbul edirlər ki, Barışıq Sazişi üzrə hər hansı bir öhdəlik yerinə yetirilmədikdə tərəflərdən birinin müraciəti əsasında məhkəmə tərəfindən icra vərəqəsi verilir. Barışıq Sazişinin şərtləri icra vərəqəsi əsasında məcburi qaydada həyata keçirilir.
8. Tərəflər arasında bu Sazişlə tənzimlənməyən məsələlər mülki qanunvericiliklə tənzimlənir.
9. X5 3 (üç) nüsxədə tərtib olunur və imzalanır. Barışıq sazişinin 1 nüsxəsi təsdiq edilmək üçün məhkəməyə təqdim ediləcək və tərəflərdən hər birində bir nüsxəsaxlanılacaqdır. Barışıq sazişinin qeyd edilən şərtlərindən göründüyü kimi, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, qərardad qəbul edilməklə, barışıq sazişinin şərtləri təsdiq olunmalı, həmin qərardadla Balakən Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tаrixli 2(019)-28/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 52, 191, 263-264, 370, 400, 402-403, 404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı
QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Siracəddin qızı, İddiaçı3 və Cavabdeh İsa oğlu imzaladıqları barışıq sazişi ilə məhkəməyə müraciət edərək onlar arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. “İddiaçılar” və "Cavabdeh" aralarında olan razılaşmaya əsasən Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-1026/2023 nömrəli mülki iş üzrə mübahisəyə barışıq yolu ilə son qoyurlar;
2. “İddiaçılar” Azərbavcan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin xx.xx.2013-cü il tarixli **********7 reyestr nömrəli çıxarışda qeydi olunan torpaq sahəsinə dair iddia tələbindən imtina edir, “Cavabdeh” isə bunun əvəzinə 3000 (üç min) AZN məbləğində pulu 6 (altı) ay müddətinə İddiaçı1 Kapital Bank ASC-də olan 4169 7388 6454 9724 saylı hesabına hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürür.
3. 3000 (üç min) AZN məbləğində ödəmənin son müddəti xx.xx.2024-ci il tarixə müəyyən edilir.
4. Tərəflər X5nin icrası ilə bağlı zəruri hərəkətlərin edilməsi, o cümlədən sənədlərin, ərizələrin verilməsi, icra və probasiya qurumlarına zəruri ərizələrin verilməsi və s. daxil olmaqla tam əməkdaşlıq barədə öhdəlik götürürlər. Tərəflər bu sazişi imzalayaraq bəyan edirlər ki, sazişin şərtləri və müddəaları üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə zidd deyildir.
5. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2, 261.0.2 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəni qəbul edirlər.
6. Tərəflər bu sazişin icrası tələbi istisna olmaqla gələcəkdə Barışıq sazişinin predmetini təşkil edən məsələlərlə bağlı hər hansı bir formada tələblərlə bir-birinə qarşı iddia qaldırmayacaqlar.
7. Tərəflər qəbul edirlər ki, Barışıq Sazişi üzrə hər hansı bir öhdəlik yerinə yetirilmədikdə tərəflərdən birinin müraciəti əsasında məhkəmə tərəfindən icra vərəqəsi verilir. Barışıq Sazişinin şərtləri icra vərəqəsi əsasında məcburi qaydada həyata keçirilir.
8. Tərəflər arasında bu Sazişlə tənzimlənməyən məsələlər mülki qanunvericiliklə tənzimlənir.
9. X5 3 (üç) nüsxədə tərtib olunur və imzalanır. Barışıq sazişinin 1 nüsxəsi təsdiq edilmək üçün məhkəməyə təqdim ediləcək və tərəflərdən hər birində bir nüsxəsaxlanılacaqdır. İş üzrə Balakən Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tаrixli 2(019)-28/2021 nömrəli qətnaməsi ləğv edilərək icraata xitam verilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.