Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1053/2022 01.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Cavadova Günay İsmayıl qızında ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiаçı İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеhlər Göyçay rayon Qaraməryəm Bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3 Babaş qızına və Cavabdeh4nə qаrşı “alqı-satqı müqavilələrinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(046)-383/2021 nömrəli qətnaməsindən iş üzrə iddiаçı İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеhlər Göyçay rayon Qaraməryəm Bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3 Babaş qızına və Cavabdeh4nə qаrşı «alqı-satqı müqavilələrinin etibarsız sayılması» tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Göyçay rayon Qaraməryəm Bələdiyyəsinin Cavabdeh2 ilə bağladığı 14 may 2018-ci il tarixli ******* nömrəli və Cavabdeh3 Babaş qızı ilə bağladığı 14 may 2018-ci il tarixli ******* nömrəli alqısatqı müqavilələrinin etibarsız sayılması barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 25 oktyabr 2021-ci il tarixli, 2(046)- 383/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiаçı İddiaçı nümayəndəsi Nümayəndə1 apellyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 15 fevral 2022-ci il tarixli, 2(107)- 326/2022 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(046)- 383/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 15 fevral 2022-ci il tarixli, 2(107)-326/2022 nömrəli qətnaməsindən iddiaçı Nümayəndə1 və vəkili Vəkil tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2(102)-3532/2020 nömrəli qərarı ilə iddiaçı Nümayəndə1 kassasiya şikayəti təmin edilməsi, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2(107)-326/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cаvаbdеhlər Göyçay rayon Qaraməryəm Bələdiyyəsi, Cavabdeh2, Cavabdeh3 Babaş qızı və Cavabdeh4 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə tərəfindən teleqram göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(046)-383/2021 saylı qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. İşin halları ilə müəyyən olunur ki, Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 05 saylı qərarı ilə Cavabdeh2 0.10 ha və Cavabdeh3 0.10 ha torpaq sahəsinin satılması qərara alınmış, həmin qərar əsasında Göyçay rayonu Qaraməryəm bələdiyyəsi ilə Cavabdeh2 və Cavabdeh3 arasında torpağın alqı-satqısına dair müqavilə bağlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi alqı-satqı müqavilələri məhz bələdiyyə qərarına əsaslanmaqla bağlanmışdır. İddiaçının ləğv olunmasını tələb etdyi müqavilənin əsasını da inzibati akt təşkil edir və bu halda mülki hüquqi əqdlərin mövcudluğu istisnadır. Ona görə də əvvəl müqavilənin bağlanmasına əsas olmuş inzibati akt mübahisələndirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 6.1-ci bəndinə əsasən, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 16.3-cü il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1 -ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1 -ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırki iddia tələbini rədd edərkən tələbin inzibati məhkəmə icraatının predmeti olmasına əhəmiyyət verməmiş, həmin tələblə bağlı iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb həmin tələbi rədd etməklə məhkəmə aidiyyəti ilə bağlı prosessual hüquq normalarını pozmuşdur. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiаçı İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(046)-383/2021 saylı qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. İddiaçı Göyçay rayon Qaraməryəm Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 05 saylı qərarının inzibati məhkəmədə mübahisələndirilmə hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 263, 264-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(046)-383/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçı Göyçay rayon Qaraməryəm Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 05 saylı qərarının inzibati məhkəmədə mübahisələndirilmə hüququnun olması izah edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1053/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1053/2022
01.09.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver