Məhkəmə qərarları › İş №2(107)-1055/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1055/2024

10.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1055/2024 10.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh4 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “torpaq alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılması, geri qaytarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, şikayətin elektron qaydada imzalanmaması) X4 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh4 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “torpaq alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılması, geri qaytarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(037)-22/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon notariat ofisində onların adından saxta etibarnamə əsasında Cavabdeh2 ilə "AZZA AGRO” MMC-nin təsisçisi Cavabdeh4 adından çıxış edən nümayəndəsi X2 arasında bağlanmış AN-İ №0393535 nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə qanunsuz olaraq satılmış,İsmayıllı rayon Diyallı kəndində yerləşən 2,9212 hektar əkin torpaq sahəsinin boşaldılması, onlara birgə mülkiyyətçilərə qaytarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(037)-22/2024 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1,İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh4 və İsmayıllı rayon Notariat Ofisinə qarşı torpaq alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılması,geri qaytarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddiası təmin edilməməsi, ödənilmiş dövlət rüsumu məbləğinin İddiaçı2 özünə aid edilməsi, məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 126 manat pulun iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada tutulması, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab nömrəsi AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ0136010 **********944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(037)-22/2024 nömrəli qətnaməsindən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2(107)-1055/2024 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işə baxarkən müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(037)-22/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti fiziki qaydada iddiaçıların hər biri tərəfindən imzalansa da, apellyasiya şikayəti elektron qaydada iddiaçılardan yalnız İddiaçı2 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İsmayıllı Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Mülki işin materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçılardan İddiaçı1, İddiaçı3 və İddiaçı4 sözügedən qətnamədən apellyasiya şikayətini elektron qaydada verməmişlər. Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır. 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 366.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Birinci instаnsiyа məhkəməsi qeyd edilən halları nəzərə almamış və verilmiş apellyasiya şikayətini geri qаytаrmаlı оlduğu hаldа səhvə yоl verərək оnu bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları araşdırmadan, apellyasiya şikayətinin iddiaçılardan İddiaçı1, İddiaçı3 və İddiaçı4 tərəfindən elektron qaydada imzalanmamasını nəzərə almadan, bir sözlə apellyasiya şikayətinin MPM-ə uyğunluğunu tam yoxlamadan şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-1055/2024 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, İsmayıllı Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(037)-22/2024 nömrəli qətnaməsindən iddiaçılardan İddiaçı1, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366 və 400-cü mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-1055/2024 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. İş apellyasiya baxışından çıxarılsın və iddiaçılardan İddiaçı1, İddiaçı3 və İddiaçı4 münasibətdə apellyasiya qeyri-mümkün hesab edilməklə İsmayıllı Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar