Məhkəmə qərarları › İş №2(107)-1058/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1058/2023

05.09.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1058/2023 05.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı5, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızının cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı5, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızının cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(075)-262/2022 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında bаxаrаq, müəyyənetdi: İddiaçılar İddiaçı5, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş kod: 40409028, JN-190 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə ailə üzvlərinin adına verilmiş Şəki rayonu Cunud kəndində yerləşən 2.43 ha torpaq sahəsinin 2.10 ha hissəsi ilə bağlı X2, İddiaçı5, X3, X5, İddiaçı4 və X4 ilə Cavabdeh4 arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə-2/317 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh4 adına verilmiş xx.xx.2006-cı il tarixli, **********77 reyestr nömrəli çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin 0.33 ha hissəsi ilə bağlı X2, İddiaçı5, X3, X5, İddiaçı4 və X4 ilə Cavabdeh4 arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə-2/356 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 adına verilmiş xx.xx.2008-ci il tarixli, **********53 reyestr nömrəli çıxarışın ləğv edilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu xərcinin cavabdehlərdən tutularaq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(075)-262/2022 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hаcıyev) iddia təmin edilərək Şəki rayon Torpaq Şöbəsi tərəfindən torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktına əsasən verilmiş 2,43 hektar torpaq sahəsinin 2,10 hektar hissəsi ilə bağlı iddiaçılar İddiaçı5, X2, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı ilə Cavabdeh4 arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 07 iyun 2006-cı il tarixli, 4Ə-İ/317 nömrəli alqı-satqı müqaviləsi və 0,33 hektar hissəsi ilə bağlı iddiaçılar İddiaçı5, X2, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı ilə Cavabdeh3 arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 16 avqust 2006-cı il tarixli, 4Ə-2/356 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına verilmiş xx.xx.2006-cı il tarixli **********77 reyestr nömrəli və Cavabdeh3 adına verilmiş xx.xx.2008-ci il tarixli **********53 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlar ləğv edilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh3 və Cavabdeh4 Nürəddin oğlundan müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, 132 (bir yüz otuz iki) manat ekspertiza xərcinin Cavabdeh3 və Cavabdeh4 tutularaq Dövlət büdcəsinə - Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601000 **********4, SFİFT BİK CTREAZ22 hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh4 аpellyаsiyа şikаyəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Şəki Rayon Məhkəməsinin sədri X11 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(075)-262/2022 nömrəli qətnaməsindən digər Cavabdeh3 apellyasiya şikayəti məhkəməyə daxil olduğundan Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-1058/2023 nömrəli mülki işin Şəki Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsi xahiş edilir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(107)- 1058/2023 nömrəli mülki iş üzrə apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında 2 dekabr 2022-ci il tarixli 2(107)-1484/2022 nömrəli qərardadı ləğv edilsin. İş Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(075)-262/2022 nömrəli qətnaməsindən Cavabdeh3 verdiyi apellyasiya şikayətinin Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə uyğunluğu məsələsinə baxılması məqsədilə Şəki Rayon Məhkəməsinə qaytarılması üçün baxışdan çıxarılsın və Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar