Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1060/2020 29.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, X2 qəyyumu İddiaçı nümayəndəsi X11 və Cavabdeh iştirakı ilə, X2 qəyyumu İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin ona təhvil verilməsi və maddi zərər tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərər tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-124/2020 saylı qətnaməsindən iş üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh X6 qəyyumu İddiaçı və cavabdeh, qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh Oqtay oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-124/2020 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia və qaşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"a əsasən X2 xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Qımır kəndində yerləşən 0,3395 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi, Cavabdeh vəkilə ödənilmiş 50 (əlli) manat xidmət haqqının alınaraq X2 qəyyumu İddiaçı verilməsi, iddia tələbinin qalan hissəsi təmin edilməməsi, qarşılıqlı iddia üzrə cavabdeh X6 qəyyumu İddiaçı maddi zərərin əvəzi olaraq 3280 (üç min iki yüz səksən) manat məbləğində pul vəsaitinin alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissəsi təmin edilməməsi, X2 qəyyumu İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumu və Cavabdeh ödədiyi 30 (otuz) manat dövlət rüsumunu özlərinə aid edilməsi qət edilmişdir. İşin halları X2 qəyyumu İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Qımır kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X9 verdiyi xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,3395 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına, həmin torpaq sahəsinin ona təhvil verilməsinə, vurduğu ziyana görə cavabdehdən 3150 manat pulun, vəkilə ödədiyi 100 manat qonorarın və banka ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı tərəfindən ona məxsus 41 ədəd fındıq ağacının qırılaraq məhv edilməsi nəticəsində ona dəymiş maddi ziyanın 5000 manat ağacların dəyəri, ağacların becərilməsinə xərclənmiş 6000 manat, onun ağacların becərilməsinə çəkdiyi əziyyət 5000 manat və mənəvi ziyan 10000 manat olmaqla, cəmi 26000 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X2 qəyyumu İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, iddia ərizəsində göstərdiyi tələblə eyni zamanda cavabdehdən əlavə olaraq vurulmuş ziyan 210 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X2 qəyyumu İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X6 qəyyumu İddiaçı iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında göstərmişdir ki, qardaşı X6 xüsusi mülkiyyətində Zaqatala rayonu Qımır kəndində yerləşən 0,3395 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış da verilmişdir. Qardaşı psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyinə görə onun üzərində o, qəyyum təyin edilmişdir. Həmin torpaq sahəsi islahat zamanı 1996-cı ildə qəbul olunmuş X13 Qanuna əsasən verilmişdir. Həmin torpaq sahəsində əkilmiş fındıq ağacları da olmuşdur. Həmin torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunaraq istifadə olunur və onların mülkiyyət hüququ cavabdeh tərəfindən qanunsuz olaraq pozulur. Dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək torpaqdan çıxmaq istəmir. Cavabdeh həmin bağdan 2018-ci ildə 600 kq., 2019-cu ildə isə 300 kq. fındıq məhsulu yığaraq oğurlamışdır. Beləliklə, cəmi 900 kq. fındıq məhsulu yığaraq nəticədə onlara fındıq məhsulunun qiyməti orta hesabla, 1 kq fındığın qiyməti 3,50 manat hesablanmaqla, 900 kqx3,50=3150 manat maddi ziyan vurulmuşdur. Bundan başqa, cavabdeh onların mübahisəli torpaq sahəsinə əkdikləri 130 ədəd gər ağacını çıxararaq və 3 ədəd qoz ağacını kəsərək həmin torpaq sahəsindən oğurlamışdır. Ona görə də, hazırki tələblə aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Həmin torpaq sahəsindən təxminən 2007-2008-ci ildən Cavabdeh istifadə edir. Həmin torpaq sahələrində olan fındıq ağaclarını da cavabdeh əkmişdir. Onun qardaşının torpaq sahəsinə sahiblik və sərəncam hüququ xx xxxx 2018-ci il tarixdə yaranmışdır. Həmin vaxtdan sonra onlar torpaq sahəsindən cavabdehin çıxmasını xahiş etmişlər. Cavabdeh isə çıxmadığından, onlar da cavabdehin əkdiyi fındıq ağaclarını məhv etmişlər. İddianı müdafiə edir və hesab edir ki, iddia əsaslıdır. İlk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək, ilk iddianı isə qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsi Zaqatala rayonunda keçirilən Aqrar İslahatla əlaqədar olaraq onların ailəsinə verilmiş və artıq 20 ildən çoxdur ki, faktiki olaraq onların istifadəsindədir. İddiaçı qanunsuz olaraq həmin torpaq sahəsinə çıxarış əldə etmişdir. O, həmin mübahisəli torpaq sahəsinə 2008-ci il tarixdə 41 ədəd fındıq kolu əkmiş və onlara aqrotexniki qulluq göstərərək onları bar verəcək həddə çatdırmışdır. 2018-ci il tarixdə tamamilə qanunsuz əsaslarla iddiaçı həmin torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Ona görə də, o, torpaq sahəsindən çıxmır. 2019-cu ilin sentyabr ayında İddiaçı onun əkib becərdiyi, artıq bar verən 41 ədəd fındıq ağacını kəsib məhv etmişdir. O, həmin ağacların becərilməsinə 6000 manatdan artıq pul xərcləmişdir. Qırılmış fındıq ağaclarının dəyəri isə hazırda 5000 manatdan artıqdır. Onun həmin ağacların becərilməsinə çəkdiyi zəhmətinin haqqı isə 5000 manatdan artıqdır. Bütün bu qeyd olunanlar nəticəsində isə ona 10000 manat mənəvi zərər dəymişdir. Qarşılıqlı iddianı müdafiə edir və hesab edir ki, qarşılıqlı iddia əsaslıdır. Qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsindən Cavabdeh istifadə etmişdir. Həmin torpaq sahəsində Cavabdeh onun və Novruz Atayevin köməkliyi fındıq kolları əkmişdir. Həmin ərazinin Cavabdeh məxsus olduğunu bilmişlər. Həmin fındıq kolları İddiaçı tərəfindən məhv edilmişdir. Məhkəmə iclası zamanı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X14 şahid X5 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X17 tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Qımır kəndində yerləşən 0,3395 hektar kənd təsərrüfatı təyinatlı torpaq (əkin) sahəsi X6 olmaqla tam mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxx 2018-ci il tarixli 18 nömrəli sərəncamından görünür ki, Zaqatala rayonu Qımır kəndində qeydiyyatda olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(033)-1737/2017 nömrəli qətnaməsi ilə psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X15 üzərində qardaşı İddiaçı öz razılığı ilə qəyyum təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X18 Azərbaycan Meyvəçilik və Çayçılıq X4 Dayaq Məntəqəsinin xx xxxxxx 2019-cu il tarixli 16 nömrəli rəyindən görünür ki, RX seriyalı № ******* saylı Çıxarışda qeyd olunmuş ümumi sahəsi 0.3395 ha olan torpaq sahəsinə 2008-ci ildə 45 ədəd fındıq kolu əkilmişdir. Halhazırda həmin fındıq kolları kəsilib. Əgər fındıq kolları kəsilməmiş olsaydı, bugünə olan bir fındıq kolunun təqribi qiyməti 80-100 manat aralığında hesab olunur. 2016-cı ildə həmin sahəyə 15 ədəd yeni fındıq kolu salınmışdır. Həmin fındıq kollarına bütün aqrotexniki qulluq vasitələri edilmiş və həmin fındıq kolunun birinin qiyməti təqribi 10-15 manat aralığındadır. Məhkəmə tərəfindən mübahisəli Zaqatala rayonu Qımır kəndində yerləşən torpaq sahəsinə mütəxəssisin iştirakı ilə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hazırda mübahisəli torpaq sahəsi istifadəsiz haldadır. Həmin torpaq sahəsindən 2019-cu ilin sentyabr ayına kimi cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh istifadə etmişdir. Həmin torpaq sahələrində fındıq kolları, və kəsilmiş fındıq ağaclarının kökləri mövcuddur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X18 Azərbaycan Meyvəçilik və Çayçılıq X4 Dayaq Məntəqəsinin aqronomu Rəşad İbrahimov tərəfindən kəsilmiş və kəsilməmiş fındıq ağaclarının əkilməsinin hansı müddətə uyğun gəlməsi, həmçinin onların sayının və dəyərinin müəyyən edilməsi məqsədilə baxış keçirildi. Kəsilən və kəsilməyən fındıq ağacları tərəflərin və mütəxəssisin iştirakı ilə sayıldı. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh X6 qəyyumu İddiaçı və cavabdeh, qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh Oqtay oğlu аpelyаsiyа şikаyəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri İddiaçı qarışılıqlı iddia üzrə cavabdeh X6 qəyyumu İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, X1 xüsusi mülkiyyətində Zaqatala rayonu Qımır kəndində yerləşən 0,3395 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2018 tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı, ******* nömrəli Dövlət reyestrindən Çıxarış da verilmişdir. Qardaşım psixi qüsuruna görə (ANADAN GƏLMƏ DAUN XƏSTƏSİ) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyinə görə onun üzərində mən qəyyum təyin edilmişəm. Həmin torpaq sahəsi islahat zamanı 1996-cı ildə qəbul olunmuş X13 Qanuna əsasən verilmişdir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunaraq istifadə olunur və mülkiyyət hüququmuz cavabdeh tərəfindən qanunsuz olaraq pozulur. Dövlət orqanları tərəfindən torpağın sənədləri vaxtında vətəndaşlara verilmədiyinə görə və qardaşım xəstə olduğundan onun üzərində qəyyum təyin olunana kimi cavabdehin torpaqdan çıxarılmasına dair məhkəmədə iddia qaldıra bilməmişik. Torpağın hüquqmüəyyənedii sənədlərini 2018- də almışıq və dərhal məhkəmədə iddia qaldırmışıq. Qanuni mülkiyyətimizdə olan torpaq sahəsindən cavabdeh qanunsuz olaraq istifadə edir, mülkiyyət hüququmuzu pozur, məhkəmə isə qanunsuz mülkiyyətimdən istifadə edən şəxsə pul ödəməyimə dair qətnamə qəbul edir. Zaqatala rayon Məhkəməsinin həmin qanunsuz və əsassız qətnaməsinin surətini poçt vasitəsilə almışam, şikayət vermə müddətini ötürməmişəm. Hörmətli Məhkəmə, mənim Cavabdeh ilə hər hansı əkilən ağaclar üçün pulun ödənilməsinə dair müqaviləm, öhdəliyim olmamışdır. Qətnamədə qeyd olunur ki, məhkəmə iclası zamanı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, mübahisəli torpaq sahəsi X6 xüsusi mülkiyyətidir, həmin torpaq sahəsindən Cavabdeh 20 ilə yaxındır istifadə edərək, hazırda torpaq sahəsini zəbt edib iddiaçının mülkiyyətini pozur. Həmin torpaq sahəsinə fındıq ağaclarını Cavabdeh əkmişdir. Məhkəmə fındıq agacalarının Cavabdeh tərəfindən əkilməsinə dair fikri yalan olaraq yazır. Belə ki, məhkəmə iclasında Cavabdeh və məhkəmədə şahid qismində dindirilmiş X12 bildirdilər ki, həmin fındıq ağacları Rəsul Xəlilov tərəfindən əkilmişdir. Bundan başqa məhkəmə qətnamədə şahid qismində məhkəmə iclasında dindirilmiş X5 adını və ifadəsini qeyd etməmişdir. Ona görə ki, həmin şahidin ifadəsi qeyd olunmuş olsaydı qarşılıqlı iddia təmin edilə bilməzdi. Bundan başqa məhkəmə mənim iddiamın həcminin artırılması, cavabdehin mənə vurduğu ziyan və məhkəməyə müraciət üçün çəkdiyim xərclərə dair hissəsinə düzgün qiymət verməmişdir. Bundan başqa məhkəmə qarşlıqlı iddianı qismən təmin edərkən qarşlıqlı iddianın hüquqi əsasının olmamasına diqqət yetirməmiş, Cavabdeh iddiasını sübuta yetirəcək dəlillərinin və hüquqi əsasının olmamasına əhəmiyyət vermədən qanunsuz qətnamə çıxartmışdır. Məhkəmə qətnamədə əvvəlcə qənaətə gəlir ki, torpaq sahəsi Əfqan Yusitovun xüsusi mülkiyyəti olmaqla Cavabdeh tərəfindən zəbt olunub, yəni qanunsuz istifadə olunur, qətnamənin sonunda isə qərara gəlir ki, İlyas Ramzanov qanunsuz istifadə etdiyi torpağa görə mən ona pul ödəməliyəm. Məhkəmənin qətnaməsində yazılan nəticələr biri digərini tamamlamır. Qətnamədə qeyd olunur ki, Cavabdeh torpaq sahəsinə dair hər hansı hüququ yoxdur. Lakin tələb hüququ olmayan, yəni subyektiv hüququ olmayan cavabdehə mən qətnamə ilə pul ödəməliyəm. Qətnamədə yazılır ki, cavabdehin tələb etdiyi 41 topa fındıq ağacı məhz mənim qəyyumu olduğum ANADAN GƏLMƏ DAUN XƏSTƏSİ OLAN Əfqan Yusifovun mülkiyyətində olan torpaq sahəsində yerləşir. Həmin ağacların cavabdehə məxsus olmasını məhkəmə hansı sübut, sənəd və dəlillərlə müəyyən etdi? Fındıq ağaclarının üstündə Cavabdeh adı yazılmışdı? Yoxsa fındıq ağaclarının hüquq müəyyənedici sənədləri var idi? Məhkəmə sözə inanıb, lakin mən də deyirəm ki, həmin ağaclar Cavabdeh məxsus deyildi. Torpaq sahibinin idi. Qətnamədə qeyd olunmuşdur ki, məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, qeyd edilən daşınmaz əmlakla bağlı tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun hər hansı bir notarial qaydada əqd bağlanılmasada, torpaqsahəsicavabdehinistifadəsində olmuş.Məhkəmə hansı iş materialı ilə müəyyənetdiki, torpaqcavabdehinistifadəsində olur. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-124/2020 nömrəli qətnaməsinin ləğv edilməsinə, iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddia tam təmin edilməsi, qarşılıqlı iddia rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh, qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh Oqtay oğlu apelyasiya şikayətində qeyd etmişdir ki, Zakatala rayon Məhkəməsinin sözügedən qətnaməsindən narazıyam və hesab edirəm ki, həmin qətnamə hüquq pozuntularına yol verilməklə çıxarılmışdır və bu səbəbdən də ləğv edilməlidir. Belə ki, Zakatala rayon Məhkəməsi işə baxarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallan araşdırmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar məhkəmə tərəfindən sübut olunmamış, qeyri -mötəbər, ziddiyyətli və aid olmayan sübutlarla əsaslandırılmış və nəticədə tamamiylə qanunsuz olan qətnamə çıxarılmışdır. Bildirirəm ki, X7 iddia etdiyi torpaq sahəsi Zakatala tayonunda keçirilən Aqrara İslahatla əlqədar olaraq bizim ailəyə verilmiş və artıq 20 ildən çoxdur ki, faktiki olaraq bizim istifadəmizdədir. O, həmin mübahisəli torpaq sahəsinə 2008-ci il tarixdə 41 ədəd fındıq kolu basdırmışam və onlaraq aqrotexniki qulluq göstərərək onları bar verəcək həddə çatdırmışam. 2018-ci il btarixdə təmamaiylə qanunsuz əsaslarla iddiaçı həmin torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. 2019-cu ilin sentyabr ayında X16 mənim əkib becərdiyim, artıq bar verən 41 ədəd fındıq ağacını kəsib məhv etmişdir. Mən həmin ağacların becərilməsinə 6000 manatdan artıq pul xərcləmişəm. Qırılmış fındıq ağaclarının dəyəri isə hazırda 5000 manatdan artıqdır. Mənim həmin ağacların becərilməsinə çəkdiyim zəhmətin haqqı isə 5000 manatdan artıqdır. Bütün yuxarıda qeyd edilənlər nəticəsində isə mənə 10000 manatdam artıq mənəvi ziyan dəymişdir. Belə ki, bütün kənd camaatı mənim həmin qırılmış ağacları əkdiyimin, onlara zəhmət çəkərək onları böyütdüyümün şahididir və nəticədə isə Ramiz Yusifov məni hamının yanında təhqir etməklə mənim 11 illik zəhmətimi məhv etmişdir. Yuxanda qeyd olunan hüquq normalarından görünür ki, Ramiz Yusifov tərəfindən onun təqsirli hərəkətləri nəticəsində mənə vurulan maddi ziyan tam həcmdə ödənilməlidir. Zakatala rayon Məhkəməsinin 28.01 2020-ci il tarixli, 2(033)-124/2020 nömrəli qətnaməsində hər bir ağacın qiymətini 80 manat olmaqla müəyyənləşdirmiş və ancaq həmin məbləği maddi ziyan olaraq qəbul etmişdir. Məhkəmə ağacların bar vermə həddinə çatanadək onlara qulluq edilməsini, mütəmadi olaraq hər il kübrə və peyin verilməsini, hər il ağacların 4-5 dəfə sulanmasını, il ötürü ağacların budanmasını, dibinin otunun çalınmasını və sair kimi aqrotexniki qulluq olunmasını, bu işlərin görülməsinə zəhmət çəkilməsini və bu zəhmətin dəyərinin olmasını ümumiyyətlə nəzərə almamışdır. Ona görə də, Zakatala rayon Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli 2(033)-124/2020 nömrəli qətnaməsi əsassız olduğu üçün ləğv edilməli, Zakatala rayon Qımır kənd sakini X16 tərəfindən mənə məxsus 41 ədəd fındıq ağacının qırılaraq məhv edilməsi nəticəsində mənə dəymiş maddi ziyanın-5000 manat ağacların dəyəri, ağacların becərilməsinə xərclənmiş 6000 manat, mənim ağacların becərilməsinə çəkdiyim əziyyət 5000 manat və mənəvi ziyan 10000 manat olmaq, cəmi 26000 (iyirmi altı min) manat pulun və dövlət rüsumu olaraq ödədiyim 30 manat pulun cavabdehdən alınaraq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında X2 qəyyumu İddiaçı nümayəndəsi X11 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə dair uyğun izahat verərək, həmin apelyasiya şikayətinin təmin edilməsini, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə dair uyğun izahat verərək, həmin apelyasiya şikayətinin təmin edilməsini, iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh X6 qəyyumu İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh X6 qəyyumu İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-124/2020 saylı qətnaməsi qismən yəni qarşılıqlı iddia üzrə cavabdeh X6 qəyyumu İddiaçı maddi zərərin əvəzi olaraq 3280 (üç min iki yüz səksən) manat məbləğində pul vəsaiti alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi hisssəsində ləğv edilməli, cavabdeh, qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh Oqtay oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (xx xxxx 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X3 rayonu, Qımır kəndində yerləşən 0,3395 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüquqları vardır. Cavabdehin isə həmin torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, torpaq sahəsindən cavabdeh çıxarılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan 0,3395 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsiX6 tam mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh həmin torpaq sahəsinə heç bir hüququ yoxdur. O, həmin torpaq sahəsin zəbt etmişdir. Birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, ilk iddia tələbinin “maddi zərər” tələbinə dair hissəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ xx xxxx 2018-ci il tarixdə yaranmışdır. O, da öz növbəsində xx xxxxxxx 2019-cu il tarixdə məhkəməyə cavabdehin torpaq sahəsindən çıxması, onun mülkiyyət hüquqlarının pozulması və cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilməsi ilə bağlı ona dəymiş zərərin əvəzini tələb etmişdir. Həmin vaxta kimi isə torpaq sahəsinin zəbt edildiyi barədə müraciət etməmişdir. Mübahisəli torpaq sahəsinə məhkəmə tərəfindən də baxış keçirilmiş, müəyyən edilmişdir ki, torpaq sahəsi istifadəsiz haldadır. Həmin torpaq sahəsindən 2019cu ilin sentyabr ayına kimi cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh istifadə etmişdir. Həmin torpaq sahələrində fındıq kolları və kəsilmiş fındıq ağaclarının kökləri mövcuddur. Kəsilmiş fındıq kollarının isə Cavabdeh məxsus olması, iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla X2 qəyyumu İddiaçı iddia etdiyi əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində cavabdehin götürdüyü gəlirlərin, yəni 3150 manat pulun və cavabdehin əlavə olaraq ona vurduğu ziyan nəticəsində yaranmış 210 manat ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini Cavabdeh tələb etməkdə haqlı deyildir. Bundan başqa, birinci instansiya məhkəməsinin iclasında iddiaçı tərəf həqiqətən cavabdeh tərəfindən ona maddi zərər dəyməsini sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi daha sonra qarşılıqlı iddia tələbi üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh, qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh Oqtay oğlunun “qarşılıqlı iddia üzrə cavabdeh X6 qəyyumu İddiaçı maddi zərərin əvəzi olaraq 3280 (üç min iki yüz səksən) manat məbləğində pul vəsaiti alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi” hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, özbaşına tutulmuş(zəbt edilmiş) torpaq sahəsi qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçı Cavabdeh apelyasiya şikayətində qeyd etdiyi “onun torpaq sahəsinin münbitləşdirilməsi, fındıq kollarına quluq etməsi, yetişdirilməsi, fındıq kollarının qırılmasına görə ona vurulmuş zərərin ödənilməsi” dəlili ilə bağlı bildirir ki, o zəbt etdiyi torpaq sahəsini yüksək məhsul götürülməsi üçün münbitləşdirmiş, özünün qeyd etdiyi kimi 11 il ərzində həmin fındıq kollarından məhsul götürmüşdür. Göründüyü kimi o, əldə etdiyi gəlilərdən öz maddi vəziyyətinin yaxşılaşdırılması üçün istifadə etmiş, illər ərzində zəbt etdiyi torpaq sahəsinə çəkdiyi xərcləri ödəmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında torpağın istifadəyə verilməsi, habelə vurlmuş zərərin ödənilməsi barədə hec bir razılaşma olmamışdır. Ona görə də İddiaçı Cavabdeh hər hansı bir zərərin ödənilməsinə görə mülki məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cavabdeh, qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh Oqtay oğlunun “qarşılıqlı iddia üzrə cavabdeh X6 qəyyumu İddiaçı maddi zərərin əvəzi olaraq 3280 (üç min iki yüz səksən) manat məbləğində pul vəsaiti alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsi” hissəsində maddi və prosessual hüquq normalarını pozmuş, əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi xx xxx 2003-cü il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bütün bunlar məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır, odur ki, iddiaçı, cavabdehin verdiyi iddia ərizəsində ağacların əkibbecərilməsi ilə bağlı cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə belənə nəticəyə gəlir ki, X2 qəyyumu İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-124/2020 nömrəli qətnaməsi qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi-yəni iddaçı X6 qəyyumu İddiaçı maddi zərərin əvəzi olaraq 3280 (üç min iki yüz səksən) manat məbləğində pul vəsaiti alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia təmin edilməməli, Cavabdeh Oqtay oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, qətnamə qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: X2 qəyyumu İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-124/2020 nömrəli qətnaməsi qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi-yəni iddaçı X6 qəyyumu İddiaçı maddi zərərin əvəzi olaraq 3280 (üç min iki yüz səksən) manat məbləğində pul vəsaiti alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia təmin edilməsin. Cavabdeh Oqtay oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1060/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1060/2020
29.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver