Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1062/2021 12.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçı X8 və onun vəkili X9 və cavabdeh Mingəçevir bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X4 cavabdeh Mingəçevir bələdiyyəsinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tаrixli qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hаkim Məhburə Kərimova) 19 fevral 2021-ci il tarixli, 2(051)-449/2021 saylı qətnaməsi ilə X4 cavabdeh Mingəçevir bələdiyyəsinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. İşin hаllаrı : İddiaçı X8 cavabdeh Mingəçevir bələdiyyəsinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X10 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı 16 mart 2017-ci ildən Mingəçevir bələdiyyəsində “Maliyyə, vergi və ödənişlər” şöbəsində sahə nəzarətçisi vəzifəsində işləyirdi. Mingəçevir bələdiyyəsinin sədrinin 05 yanvar 2021-ci il tarixli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarmasını bəhanə gətirərək işdən azad olunmuşdur. Halbuki iddiaçı ilə əmək müqaviləsi müddətli bağlanmışdır. Həmçinin iddiaçı ilə əmək müqaviləsi müddətli bağlanması qeyri-qanunidir. Ona görə ki, iddiaçının işi daimi xarakterlidir. İddiaçı ilə əvvəlki illərdə bağlanmış əmək müqaviləsində müddət göstərilmiş olsa da, 2020-ci ildə bağlanmış müqavildə müddət göstərilməmiş, yəni müddətsiz bağlanmışdır. Bundan əlavə iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman o, qabaqcadan xəbərdar edilməmiş və onun ailə vəziyyəti nəzərə alınmamışdır. İddiaçının birinci nikahdan bir uşağı, ikinci nikahdan isə iki uşağı vardır. Birinci nikahdan olan uşağa görə hər ay 110 manat aliment ödəyir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi onun ailəsinin maddi vəziyyətini ağırlaşdırılmasına səbəb olur. İddianın təmin olunmasını, iddiaçının işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Mingəçevir bələdiyyəsinin nümayəndəsi X3 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, bələdiyyə yerli özünüidarə orqanıdır. Əldə etdiyi gəlirinə görə də işçi qüvvəsi saxlayır. Ona görə də işçilərlə müddətli əmək müaviləsi bağlayır. İddiaçı ilə də işə götürülən zaman müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı 16 mart 2017-ci ildə bələdiyyənin “Maliyyə, vergi və ödənişlər” şöbəsinə sahə nəzarətçisi işinə qəbul edilmişdir. Onunla əmək müqaviləsi 05 yanvar 2018-ci il tarixədək bağlanmışdır. 05 yanvar 2018-ci ildə iddiaçı ilə əmək müqaviləsi bir il müddətinə yenidən bağlanmış və sonrakı illərdə müddət çatdıqda müqavilə eyni illərdə uzadılmışdır. İddiaçının əmək funksiyası təhkim olunduğu ərazi üzrə vergi və ödənişlər yığmaq, ödəyicilərə tədiyyə bildirişləri çatdırmaq və sairdən ibarət idi. Əmək haqqı da bələdiyyəyə daxil olan vəsaitə uyğun hesablanırdı. Lakin iddiaçı öz işini yaxşı qura bilmədiyinə görə ona həvalə edilmiş əmək funksiyasının öhdəsindən gələ bilmirdi. Bu da bələdiyyənin əldə edə biləcək gəlirinə mənfi təsir göstərirdi. Ona görə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti qurtardıqdan sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, iddia əsassızdır, iddianın təmin olunmamasını xahiş etmişdir. İşdə olan Mingəçevir Bələdiyyəsinin sədri ilə İddiaçı arasında bağlanmış 16 mart 2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı bələdiyyənin “Maliyyə, vergi və ödənişlər” şöbəsinin vergi və ödənişlər üzrə sahə nəzarətçisi vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi 16 mart 2017-ci il tarixdən 05 yanvar 2018-ci il tarixədək müddətinə bağlanmışdır. İşə əlavə olunmuş Mingəçevir Bələdiyyəsi ilə İddiaçı arasındakı 05 yanvar 2018-ci il tarixli razılaşmadan görünür ki, əmək müqaviləsinin müddəti 05 yanvar 2018-ci il tarixdən 05 yanvar 2019-cu il tarixədək uzadılmışdır. İşdə olan tərəflər arasında bağlanmış 04 yanvar 2019-cu il tarxli razılaşmadan görünür ki, əmək müaviləsinin müddəti 05 yanvar 2019-cu il tarixdən 05 yanvar 2020-ci il tarixədək uzadılmışdır. İşdə olan Mingəçevir Bələdyyəsinin sədriin 01/k №-li 05 yanvar 2021-ci il tarixli əmrindən görünür ki, bələdiyyənin “Vergi və ödənişlər” şöbəsinin sahə nəzarətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddəti qurtardığına görə) 05 yanvar 2021-ci il tarixdən xitam verilmişdir. Məhkəmədə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. İddiaçı X1 Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(051)-449/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Аpellyаsiyа şikаyətinin dəlilləri : İddiaçı X8 аpellyаsiyа şikаyəti verərək bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinə cavabdeh Mingəçevir şəhər Bələdiyyəsinə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin şikayət verilən həmin qərarına əsasən, iddia tələbi təmin olunmamışdır. Bu qətnaməni açıq-aşkar maddi hüquq normalarının kobud pozuntuları ilə qəbul edildiyinə görə tamamilə qanunsuz və əsassız heysab edir. 16.03.2017-ci il tarixdən Mingəçevir Bələdiyyəsinin «Maliyyə, Vergi və ödənişlər» şöbəsində sahə nəzarətçisi işləmişdir. İşlədiyi müddət ərzində barəsində işiylə bağlı heç bir intizam, inzibati və ya hərhansı digər tənbeh tədbiri görülməmişdir. Öhdəsində üç nəfər azyaşlı övladı və işləməyən həyat yoldaşı vardır. Onunla cavabdeh təşkilat arasında yalnız bir dəfə 16.03.2017-ci il tarixdə 11 (on bir) ay müddətinə 16.03.2017-dən 05.01.2018-ci il tarixədək əmək müqaviləsi bağlanmışdır. Sonralar onunla heç bir əmək müqaviləsi bağlanmamış, yalnız 3 dəfə «Razılaşma» adlanan bir sənədə imza edilmişdir. Həmin sənədlərə əsasən 3 il bələdiyyədə sahə nəzarətçisi işləmişdir. Nəhayət, işə götürən tərəfindən 05.01.2021-ci il tarixdə guya əmək müqaviləsi müddətinin qurtarması bəhanəsi ilə işdən azad olunmuşdur. AR Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Hesab edir ki, müddətli əmək müqaviləsinin bağlanması özü də AR ƏM-nin 47-ci maddəsinin tələbləri baxımından yolverilməzdir, çünki, onun çalışdığı iş sahəsi davam etmə müddətinə və xarakterinə görə müvəqqəti iş sahəsi sayıla bilməz və sonradan da göründüyünə görə həmin iş sahəsində ardıcıl olaraq, bir neçə il fəaliyyət göstərmişdir. Müddətli razılaşmaya imza atarkən isə «yoxsa işdən azad olunacağı və iş tapa bilməyəcəyi» məcburiyyəti ilə əlaqədar olmuşdur. Bir halı xüsusi nəzərə çatdırmaq istəyir ki, onunla yeni əmək müqaviləsi bağlanmadan imzalanan sonuncu (03.02.2020-ci il tarixli) razılaşmaya əsasən onunla guya bağlanan əmək müqaviləsində əmək haqqı ilə bağlı dəyişiklik edilmiş, digər şərtlər ( o cümlədənmüddətin uzadılması) dəyişməz qalmışdır. Belə çıxır ki, burada da AR ƏM-nin 73-cü maddəsinin tələbləri pozulmuşdur və o, müddət bitmədən-vaxtından əvvəl (05.01.2021 -ci il tarixdə) işdən azad olunmuşdur. Cavabdeh tərəf işlidiyi müddətdə olduğu kimi, o, işdən azad edərkən də kobud qanun pozuntularına yol vermişdir. O, isə işdən çıxma əmrinin təsdiqlənmiş surətini işə götürənin qərəzli hərəkətləri nəticəsində bu günədək əldə edə bilməmişdir. Son haqq-hesabı isə dəfələrlə müraciətdən xeyli müddət sonra verilmişdir. Halbuki, AR ƏM-nin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Ona gərədə Mingəçevir Şəhər Məhkəməsinin 2(051 )-449/2021 saylı 19.02.2021 -ci il tarixli qətnaməsini ləğv ediəsiniz və iş üzrə yeni qətnamə qəbul edəsiniz. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında iddiaçı X8 və onun vəkili X9 аpellyаsiyа şikаyətinin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin 2(051 )-449/2021 saylı 19.02.2021 -ci il tarixli qətnaməsini ləğv edilməsini xаhiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Mingəçevir bələdiyyəsinin nümayəndəsi X3 аpellyаsiyа şikаyətinin təmin edilməməsini və birinci instаnsiyа məhkəməsinin qətnаməsinin dəyişdirilmədən sаxlаnmаsını xаhiş etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin «a» və «ç» bəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və öhdəliklərinə əməl etmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı işəgötürən Mingəçevir bələdiyyəsi ilə bağlanmış 16 mart 2017-ci il tarixli müqavilə lə 11(on bir) ay müddətnə, 05 yanvar 2018-ci il tarxədək bələdiyyənin “Vergi və ödənişlər” şöbəsinə sahə nəzarətçisi vəzifəsinə qəbul edilmişdir. Müddət başa çatdıqdan sonra əmək müqaviləsi tərəflərin razılığı ilə 05 yanvar 2018-ci ildən 05 yanvar 2019-cu ilə kimi, sonra 05 yanvar 2019-cu ildən 05 yanvar 2020-ci il tarixədək uzadılmışdır. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əmək müqaviləsinin müddəti qurtardığına görə İddiaçılə bağlanmış əmək müqaviləsinin Mingəçevir bələdiyyəsinin 01/k №-li 05 yanvar 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlandığı hallar sadalanmışdır. Həmin maddənin «f» bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə işəgötürən arasında müqavilə müddətli bağlanmışdır. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu norma imperativ xarakter daşıyır və işəgötürənin bilavasitə səlahiyyətinə aiddir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 76-cı maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəlləsinin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71,76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətinə xitam verilmişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman hüquq normalarının pozulmasına yol verilməmişdir. Ona görə də iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddiası təmin olunmamalıdır. İddiaçı öz tələbini onunla bağlanmış əmək müqaviləsinin müddətli deyil, müddətsiz bağlanması ilə əsaslandırsa da, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etmədi. Bundan əlavə iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuzluğunun onun əvvəl xəbərdar edilməməsi ilə əsaslandırmışdır. Halbuki müddətli əmək müqaviləsinə xitam verilən zaman işçinin əvvəl rəsmi xəbərdar edilməsi hüquq normasında nəzərdə tutulmamışdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neqanti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin iddiaçı X5 münаsibətdə ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, birinci instansiya məhkəməsinin qətnаməsi оnа münаsibətdə dəyişdirilmədən, аpellyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(051)-449/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı X8 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1062/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1062/2021
12.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver