Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1091/2022 07.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı, Oğuz rayon Notariat Ofisi üçüncü şəxs qismində işə cəlb edilməklə, evin alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddianın həcminin artırılması barədə ərizənin geri qaytarılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı, Oğuz rayon Notariat Ofisi üçüncü şəxs qismində işə cəlb edilməklə, evin alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə Oğuz Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(054)-56/2022 saylı qərardadından İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı, Oğuz rayon Notariat Ofisi üçüncü şəxs qismində işə cəlb edilməklə, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evin cavabdehə satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002- ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin iş üzrə növbəti məhkəmə baxış iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə iddia tələbinin həcminin artırılması və əlavə cavabdehin cəlb olunması barədə ərizə vermiş, qeyd olunan ərizə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Oğuz Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli e-2(054)-56/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı, Oğuz rayon Notariat Ofisi üçüncü şəxs qismində işə cəlb edilməklə, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia tələbinin həcminin artırılması və əlavə cavabdehin cəlb olunması barədə verilmiş ərizə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə2 şikayət vermişdir. Oğuz Rayon Məhkəməsinin 6 iyul 2022-ci il tarixli 2(054)-56/2022 saylı qərardadı ilə, İddiaçı iddiasına dair mülki iş üzrə iddia tələbinin həcminin artırılması və əlavə cavabdehin cəlb olunması barədə verilmiş ərizənin qaytarılmasına dair Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 56 / 2022 nömrəli qərardadından iddiaçının verdiyi şikayət qaytarılmışdır. İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə2 Oğuz Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli e-2(054)-56/2022 saylı qərardadından yenidən şikay vermişdir. Oğuz Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(054)-56/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli e-2(054)- 56/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin həcminin artırılması və əlavə cavabdehin cəlb olunması barədə ərizənin geri qaytarılmasını qərara alarkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş hazırki ərizə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən elektron qaydada və ya digər şəkildə imzalanmamış, yalnız ərizənin mətni “Elektron məhkəmə” informasiya sisteminin həmin iş üzrə “Digər sənədlər” bölməsinə yerləşdirilmişdir. Belə ki, həmin ərizə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən kağız daşıyıcıda, lakin imzalanmamış vəziyyətdə skan edilərək elektron kabinetə yüklənmişdir. Bu isə özüözlüyündə ərizənin elektron kabinet vasitəsilə və ya ərizənin kağız daşıyıcıda imzalanaraq verilməsi kimi qiymətləndirilə bilməz. Çünki elektron kabinet vasitəsi ilə verilmiş ərizə və ya digər sənəd elektron imza ilə imzalanmaqla elektron kabinetə yüklənməli və bu zaman ərizə, şikayət və digər sənədlərin elektron qaydada verilməsinin xüsusi şərtlərinə əməl edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 isə nəinki həmin xüsusi şərtlərə əməl etməmiş, kağız daşıyıcıda tərtib edilmiş ərizəni də imzalamadan skan edərək elektron kabinetə yükləmişdir. Məhkəmə kolelgiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, ərizənin kağız daşıyıcıda, lakin imzalanmamış vəziyyətdə skan edilərək elektron kabinetə Asan İmza vasitəsilə yüklənməsi sənədin özlüyündə elektron imza ilə imzalanması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, Oğuz Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli e-2(054)-56/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli e- 2(054)-56/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 152, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(054)-56/2022 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Mahir Əsədli
Məhkəmə qərarları › İş №2(107)-1091/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1091/2022
07.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver