Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-11/2022 19.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, X3, Cavabdeh2, X4 və Cavabdeh5 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcu, faiz borcu, ipoteka müqaviləsi, ilkin satış qiyməti, ekpertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Qəbələ Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tаrixli, 2(025)-130/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh1 və X3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, X3, Cavabdeh2, X4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 İddiaçı BOKT ASC-nin xeyrinə 2013-cü il 19 dekabr tarixli 1531/NF/13 PK №-li kredit müqaviləsi üzrə 694,39 manat əsas, 1035.80 manat hesablanmış faiz, cəmi 1 730.19 manat; 2015-ci il 08 yanvar tarixli 0001/NF/15 №-li kredit müqaviləsi üzrə 12 145,84 manat əsas, 14733.11 manat hesablanmış faiz, 20425.26 manat dəbbə pulu, cəmi 48304.21 manat; 2015-ci il 08 yanvar tarixli 0002/NF/15 №-li kredit müqaviləsi üzrə 2 758,89 manat əsas, 3213.02 manat hesablanmış faiz, 4706.67 manat dəbbə pulu, cəmi 10678.58 manat; hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınması; ipoteka predmetinin 47 000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Qəbələ şəhəri, Ə.Bağırov küçəsində Cavabdeh1 mülkiyyətindəki 0,1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138.32 kv.m yaşayış, 78.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evi və onun tərkibindəki həyətyanı tikili və qurğular açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi; İpoteka predmetinin 10 000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Qəbələ rayonu, Laza kəndində X2 mülkiyyətindəki 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83.5 kv.m yaşayış, 100.24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evi və onun tərkibindəki həyətyanı tikili və qurğuların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi; Qəbələ şəhəri, Ə.Bağırov küçəsində Cavabdeh1 mülkiyyətindəki 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138.32 kv.m yaşayış,78.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən orada yaşayan Cavabdeh1, Cavabdeh2 çıxarılması, fərdi yaşayış evinin boşaldılması; 4. Qəbələ rayonu, Laza kəndində X2 mülkiyyətindəki 0.04 ha torpaq sahəsində yerləşən 83,5 kv.m yaşayış, 100,24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evindən orada yaşayan X3, X4 və Cavabdeh5 çıxarılması, fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 keçmiş "xxxx" ASC-nin (indiki İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin) “Nizami” filialından 2013-cü il 19 dekabr tarixli 1531/NF/13 PK №-li kredit müqaviləsinə əsasən illik 30 faizlə 12 ay müddətinə evin təmiri məqsədilə 750 manat; 2015-ci il 08 mart tarixli 0001/NF/15 №-li kredit müqaviləsinə əsasən illik 06 faizlə 36 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 12 200 manat; 2015-ci il 08 yanvar tarixli 0002/NF/15 №-li kredit müqaviləsinə əsasən isə illik 6 faizlə 36 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 2 800 manat ÜK almışdır. 19.12.2013-cü il tarixli 153 l/NF/13 PK №-li kredit (borc) müqaviləsinə 19.03.2015-ci il tarixdə edilmiş 01 №-li əlavə və dəyişiklik üzrə kreditin müddəti 23.02.2018-ci il tarixinədək uzadılmışdır. 2013-cü il 19 dekabr tarixli 153 l/NF/13 PK№-li kredit müqaviləsinin təminatı olaraq: - Qəbələ şəhəri, Ə.Bağırov küçəsində Cavabdeh1 mülkiyyətindəki 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138.32 kv.m yaşayış, 78.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 2013cü il 23 aprel tarixli 0467/NF/13A №-li ipoteka (girov) müqaviləsinə 19.02.2013-ci il tarixdə edilmiş 02 №-li əlavə ilə yüklü edilmişdir; 2015-ci il 08 yanvar tarixli 0001/NF/15 №-li kredit müqaviləsinin təminatı olaraq: - Qəbələ rayonu, Laza kəndində X2 mülkiyyətindəki 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ,1 otaqlı, 83.5 kv.m yaşayış, 100.24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 2013-cü il 25 oktyabr tarixli 1316NF/13 №-li ipoteka(girov) müqaviləsinə 08.01.2015-ci il tarixdə edilmiş 01 №-li əlavə ilə; Qəbələ şəhəri, Ə.Bağırov küçəsində Cavabdeh1 mülkiyyətindəki 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı, 138,32 kv.m yaşayış, 78.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi .23.04.2013-cü il tarixli 0467NF/13/A №-li ipoteka (girov) müqaviləsinə 08.01.2015-ci il tarixdə edilmiş 04 №-li əlavə ilə yüklü edilmişdir; 2015-ci il 08 yanvar tarixli 0002/NF/15 №-li kredit müqaviləsinin təminatı olaraq: - Qəbələ rayonu,Laza kəndində X2 mülkiyyətindəki 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ,1 otaqlı, 83.5 kv.m yaşayış, 100.24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 2013-cü il 25 oktyabr tarixli 1316NF/13 №-li ipoteka(girov) müqaviləsinə 08.01.2015-ci il tarixdə edilmiş 01 №-li əlavə ilə; Qəbələ şəhəri, Ə.Bağırov küçəsində Cavabdeh1 mülkiyyətindəki 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı, 138,32 kv.m yaşayış, 78.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 23.04.2013-cü il tarixli 0467NF/13/A №-li ipoteka (girov) müqaviləsinə 08.01.2015-ci il tarixdə edilmiş 04 №-İi əlavə ilə yüklü edilmişdir. İpoteka müqavilələrinə əlavələr notariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 2015-ci il 08 yanvar tarixli 0001/NF/15 №-li kredit müqaviləsinin və 0002/NF/15 №-li kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən SKMF və ya KTA hesabına verilmiş kredit vəsaiti Fonda \ə ya Agentliyə geri qaytarılarsa, həmin andan borclu ilə "xxxx" ASC arasında müvəkkil bankın taiz tariflərinə müvafiq qaydada, yəni 32 %-lə borcluda qalmış məbləğə bu müqavilə və ipoteka müqavilələri bağlanmış hesab edilir. Vəsait qaytarılanadək icra edilməmiş, yəni ödənilməmiş borcun əvəzini də borclu müvəkkil bankın yeni faiz dərəcələrilə ödəməlidir, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri iki qat hesablayıb borcludan tələb edir. 2018-ci il iyulun 24-dək Cavabdeh4 İddiaçı BOKT ASC-yə 2013-cü il 19 dekabr tarixli 1531/NF/l3 PK №-li kredit müqaviləsi üzrə 694,39 manat əsas, 1035.80 manat hesablanmış faiz, cəmi 1 730.19 manat; 2015-ci il 08 yanvar tarixli 0001/NF/15 №-li kredit müqaviləsi üzrə 12 145,84 manat əsas, 14733.11 manat hesablanmış faiz, 21425.26 manat dəbbə pulu, cəmi 48304.21 manat; 2015-ci il 08 yanvar tarixli 0002/NF/15 №-li kredit müqaviləsi üzrə 2758.89 manat əsas, 3213.02 manat hesablanmış faiz, 4706.67 manat dəbbə pulu, cəmi 10678.58 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibətlərini bildirmirlər. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 2(025)-130/2019 saylı, 20.11.2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 19.12.2013-cü il tarixli 1531/NF/13 PK nömrəli kredit müqaviləsi üzrə 694 manat 39 qəpik əsas borc, 1035 manat 80 qəpik faiz olmaqla, cəmi 1730 manat 19 qəpik borc; 08.01.2015-ci il tarixli 0001/NF/15 nömrəli kredit müqaviləsi üzrə 12145 manat 84 qəpik əsas borc, 14733 manat 11 qəpik faiz, 1300 manat dəbbə pulu olmaqla, cəmi 28178 manat 95 qəpik borc; 08.01.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqaviləsi üzrə 2758 manat 89 qəpik əsas borc, 3213 manat 02 qəpik faiz, 280 manat dəbbə pulu olmaqla, cəmi 6251 manat 91 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh4 tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə, 0,1 ha torpaq sahəsinə və onun tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməsi, tələb üzrə tutmanın X2 mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 m2 yaşayış, 100.24 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin, 0,04 ha torpaq sahəsi və onun tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiymətinin 12000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına borc İddiaçı BOKT ASC-yə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh4 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78,68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,1 ha torpaq sahəsi və onun tərkibindəki həyətyanı tikili və qurğulara tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, X2 mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 m2 yaşayış, 100.24 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsi və onun tərkibindəki həyətyanı tikili və qurğulara tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X3 və Cavabdeh5 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 19.12.2013-cü il tarixli 1531/NF/13 PK nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh4 750 manat məbləğində illik 30 faiz hesablanmaqla 12 ay müddətinə kredit verilmişdir. 08.01.2015-ci il tarixli 0001/NF/15 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC tərəfindən Cavabdeh4 12200 manat məbləğində illik 6 faiz hesablanmaqla 36 ay müddətinə kredit verilmişdir. 08.01.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC tərəfindən Cavabdeh4 2800 manat məbləğində illik 6 faiz hesablanmaqla 12 ay müddətinə kredit verilmişdir. İşdə olan 24.07.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh4 19.12.2013-cü il tarixli, 1531/NF/13 PK saylı kredit müqaviləsinə əsasən 24.07.2018-ci il tarixə 694 manat 39 qəpik əsas borc, 1.035 manat 80 qəpik faiz olmaqla, cəmi 1.730 manat 19 qəpik borcunun olması göstərilmişdir. 24.07.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh4 08.01.2015-ci il tarixli 0001/NF/15 nömrəli kredit müqaviləsinə əsasən 24.07.2018-ci il tarixə 12.145 manat 84 qəpik əsas borc, 14.733 manat 11 qəpik faiz, 21.425 manat 26 qəpik cərimə olmaqla, cəmi 48.304 manat 21 qəpik borcunun olması göstərilmişdir. 24.07.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh4 08.01.2015ci il tarixli 0002/NF/15 nömrəli kredit müqaviləsinə əsasən 24.07.2018-ci il tarixə 2.758 manat 89 qəpik əsas borc, 3.213 manat 02 qəpik faiz, 4.706 manat 67 qəpik cərimə olmaqla, cəmi 10.678 manat 58 qəpik borcunun olması göstərilmişdir. Cavabdeh4 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 08.01.2015-ci il tarixli “0467NF/13/A saylı ipoteka müqaviləsinə 04 №-li əlavə”dən görünür ki, Cavabdeh4 08.01.2015-ci il tarixli 0001/NF/15 nömrəli və 08.01.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqavilələri üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə, 0,1 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. 08.01.2015-ci il tarixli “1316NF/13 saylı ipoteka müqaviləsinə 01 №-li əlavə”yə əsasən Cavabdeh4 19.12.2013-cü il tarixli 1531/NF/13 PK nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə X2 mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 m2 yaşayış, 100.24 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 24.01.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Qəbələ şəhərində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 24.01.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qəbələ rayonu, Laza kəndində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; "xxxx" MMC-nin 14.10.2019-cu il tarixli H/02-PLS saylı qiymətləndirmə rəyinə əsasən Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə, 0,1 ha torpaq sahəsinənin bazar dəyəri 50.000 manat, X2 mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 m2 yaşayış, 100.24 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsinin bazar dəyəri 12000 manat müəyyən edilmişdir. Bildiriş məktublarından görünür ki, İddiaçı BOKT ASC borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona və digər ipoteka qoyana xəbərdarlıq etmişdir. Göründüyü kimi, Cavabdeh4 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı BOKT ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 19.12.2013-cü il tarixli 1531/NF/13 PK nömrəli kredit müqaviləsi üzrə 694 manat 39 qəpik əsas borc, 1035 manat 80 qəpik faiz olmaqla, cəmi 1730 manat 19 qəpik borc; 08.01.2015-ci il tarixli 0001/NF/15 nömrəli kredit müqaviləsi üzrə 12145 manat 84 qəpik əsas borc, 14733 manat 11 qəpik faiz, 1300 manat dəbbə pulu olmaqla, cəmi 28178 manat 95 qəpik borc; 08.01.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqaviləsi üzrə 2758 manat 89 qəpik əsas borc, 3213 manat 02 qəpik faiz, 280 manat dəbbə pulu olmaqla, cəmi 6251 manat 91 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh4 tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı; Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə, 0,1 ha torpaq sahəsinə və onun tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməli; həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı; fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 50.000 (əlli min) manat müəyyən edilməli; Tələb üzrə tutma X2 mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 m2 yaşayış, 100.24 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsi və onun tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməli; həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı; fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 12.000 (on iki min) manat müəyyən edilməli; satışdan əldə olunan vəsait hesabına borc İddiaçı BOKT ASC-yə ödənilməli; borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh4 qaytarılmalı; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli; Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78,68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,1 ha torpaq sahəsi və onun tərkibindəki həyətyanı tikili və qurğulara tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalı; X2 mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 m2 yaşayış, 100.24 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsi və onun tərkibindəki həyətyanı tikili və qurğulara tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X3 və Cavabdeh5 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Beləki, məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Məhkəmə hesab edir ki, 08.01.2015-ci il tarixli 0001/NF/15 nömrəli kredit müqaviləsi üzrə 1300 manat, 08.01.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqaviləsi üzrə 280 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 08.01.2015-ci il tarixli 0001/NF/15 nömrəli kredit müqaviləsi üzrə 1300 manat, 08.01.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqaviləsi üzrə 280 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Məhkəmə həmçinin iddia tələbinin “Cavabdeh4 hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat pulun tutulması” hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbində mənəvi ziyana görə cavabdehdən hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 500 manat məbləğində pulun tutulmasını tələb etsə də, tələbinin əsası kimi istinad etdiyi halları sübut etməmiş, xərcin (zərərin) nədən ibarət olduğunu əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.4, 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445, 448.1, 465.2, 467ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh4 apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(025)-130/2019 saylı qətnaməsində hesablanmış və hər iki kredit müqaviləsi üzrə tələb olunan borcdan, həmçinin evə yönəldilməsi hissələrini əsassız sayır və belə hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməli və iddia rədd edilməlidir. İş materiallarından görünür ki, iddiaçı Parabank ASC ilə onun aralarında bağlanmış 2013-cü il 19 dekabr tarixli 153l/NF/13 PK №-li kredit müqaviləsinə əsasən illik 30 faizlə 12 ay müddətinə evin təmiri məqsədilə 750 manat; 2015-ci il 08 yanvar tarixli 0001/NF/15 №-li kredit müqaviləsinə əsasən illik 6% 36 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 12200 manat; 2015-ci il 08 yanvar tarixli 0002/NF/15 №-li kredit müqaviləsinə əsasən isə illik 6 faizlə 36 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 2800 manat kredit verilmişdir. Ona verilmiş kredit müqavilələri üzrə illik faiz dərəcələrinə diqqət yetirilməmiş və məhkəmə qətnamə qəbul edərkən iddiaçının yazdığı maliyyə arayışlarına və iddia ərizəsinə istinad edərək qətnamə qəbul etmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışına diqqət yetirilsə görünər ki, iddiaçının maliyyə arayışında kreditin illik faiz dərəcəsi 2 kreditdə 6% qeyd edilmişdir. Lakin məhkəmə nədəsə onun təqdim etdiyi əsaslı vəsatətini təmin etmədən mühasibatlıq ekspertizası təyin etmədən qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin hər üç kredit üzrə hesablanmış və tələb olunan borcundan narazıdır. Məhkəmə qətnaməsində borcu hansı üsulla hesablamasına dair əsaslandırıcı heç bir qeyd etmədən qətnaməni yalnız Bankın təqdim etdiyi bitərəfli maliyyə arayışı və iddia ərizəsinə əsasən çıxartmışdır. İddiaçının borcun hesablanmasına dair heç bir əsaslandırılmış hesablama qaydası və ya cədvəli yoxdur. O isə tam əsaslandırılmış və tam riyazi hesablama ilə borcunun çox olmasına dair vəsatət təqdim etmişdir. Məhkəmə qətnaməsində ümumiyyətlə onun nə qədər borcdan ödəməyi belə yoxdur və həmçinin iddiaçı həmin ödənişlərin sənədlərin belə ümumiyyətlə təqdim etməyib. Bildirir ki, aldığı kreditlərdən göründüyü kimi bir hissəsi qaytarılıb. Bank tərəfindən faiz hesablanması ümumiyyətlə tam səhvdir. Bu adi riyazi hesablamadır. Onun iddiaçının bildirdiyinə görə ən böyük krediti üzrə əsas qalıq borcu 12145 manat təşkil edir. Kredit müqaviləsi üzrə faiz dərəcəsi 6% təşkil edir. 12145 x 6%=728 manat edir. Bu illik hesablanacaq faizdir. Onun son ödənişinin 2016-cı ilin fevral ayında olduğunu nəzərə alsa təxminən 3 ilə yaxın ödənişinin olmamasını nəzərə alsa bu yuxarıda hesablanmış 728 manatı 3 ilə vururuq və nəticədə onun müqavilə müddəti bitən tarixə faiz borcu 2148 manat edə bilər. Lakin Bank ondan bu kredit üzrə 14733,11 manat pul tələb edir. Bu təxmini hesablamadır. Aşağıda daha dəqiq hesablama cədvəldə tam dəqiq göstərilmiş və hesablanmışdır. Ödəniş qəbzlərinin bir hissəsini və hesabdan çıxarışı vəsatətə əlavə etmişdir. Bildirir ki, ondan bank faizi kreditin bitmə tarixinə qədər tələb edə bilər. Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən kreditin müddəti bitdikdən müqavilədəki təyin edilmiş faiz məbləği ilə faiz hesablanması qanuna zidd hesab edilmişdir. Belə ki, həmin qərarda birbaşa qeyd edilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qətnaməsi qəbul olunarkən qeyd olunan faktlar araşdırılmadan ona yüksək məbləğdə borc hesablanmışdır. Bu səbəbdən də qətnamənin borcun tutulması hissələrinin ləğv olunmasını və iddianın həmin hissələrdə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq o, Qəbələ Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(025)-130/2019 saylı qətnamənin borcun tutulması hissəsində ləğv edilməklə, iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və X3 apellyаsiyа şikаyətlərini onunla əsaslandırılmışlar ki, Qəbələ Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(025)-130/2019 saylı qətnaməsində hesablanmış və hər iki kredit müqaviləsi üzrə tələb olunan borcdan, həmçinin evə yönəldilməsi hissələrini əsassız sayır və belə hesab edirlər ki, qətnamə həmin hissədə ləğv edilməli və iddia rədd edilməlidir. İş materiallarından görünür ki, iddiaçı Parabank ASC ilə qardaşı arasında bağlanmış kredit müqaviləsinə əsasən illik 30 faizlə 12 ay müddətinə evin təmiri məqsədilə 750 manat, 2015-ci il 08 yanvar tarixli 0001/NF/15 №-li kredit müqaviləsinə əsasən illik 6% 36 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 12200 manat; 2015-ci il 08 yanvar tarixli 0002/NF/15 №-li kredit müqaviləsinə əsasən isə illik 6 faizlə 36 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 2 800 manat kredit verilmişdir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, həmin kreditlərin təminatı kimi onlara məxsus evlər girov qoyulmuşdur. Lakin onlar evin bu kreditlərə girov qoyulmasından xəbərsizdirlər. Həmin kreditlər müxtəlif vaxtlarda verilib və onlar notariat kontoruna getməmişlər. Lakin məhkəmədə bu faktlar araşdırılmamışdır. Onların evləri kreditə görə girov qoyulmuşdur. Həmin kreditin də faizi 6 faiz olmuşdur. Lakin bank indi məbləği yalandan şişirdib bu həddə çatdırmışdır. Həmçinin evlərin qiymətləməsindən narazıdırlar. Çünki bu qiymətə Qəbələ şəhərində ev yoxdur. Hər iki evin qiymətlənməsi onların xəbərləri olmadan edilmişdir. Qiymətləndirici bankla əlbir olub bu qiymətləri qoymuşlar. Həmçinin o, Cavabdeh1 həyat yoldaşı da Notariat kontoruna getməmişdir. Ümumiyyətlə ailə üzvləri ora dəvət etməyiblər. O, qətnaməni alandan sonra görür ki, iddiaçı faiz məbləğini biraz da şişirdib və iddia tələbini artırmışdır. Əslində məhkəmə maddi tələb hissəsində iddianı təmin edərkən iddiaçının məhkəməyə yalnış məlumat verdiyinə görə araşdırma aparmalı idi. Digər tərəfdən onlara münasibətdə prossesual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə işə baxarkən onların iştirakını məhkəmədə təmin etmədən qətnamə çıxartmış və iş üzrə məhkəməyə qədər olan prosessual hərəkətlərin düzgün aparılmamasını yoxlamamışdır. Onlar cavabdehlərə Bank məhkəməyə qədər ona xəbərdarlıq və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlər göndərməli idi. Lakin bunları etməmişdir. Ola bilər iş materiallarında bu barədə nəsə sənəd qoyulsun ancaq bu sənədlər hamısı saxtadır. Məhkəmə ümumiyyətlə bu halı araşdırmayıb və bu sənədlərin kim tərəfindən necə təqdim edildiyini nəzərə almamışdır. Məhkəmə qərarından sonra oxuduqca bilmişdir ki, guya iddiaçı ona xəbərdarlıq və bildiriş göndərib. Lakin bunların heç biri olmayıb. “İpoteka haqqında” Qanunun 36.3-cü, 36.4-cü və 36.5-ci maddələrinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Tutmanın yönəldilməsi proseduru tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanı dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə və tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda davam edə bilməz. Qanunvericiliyin normalarına görə Bank məhkəməyə qədər prosessual hərəkətləri etməmişdir. Bu səbəbdən də iddianın onun evinə yönəldilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəfindən pozulmuş digər maddi hüquq norması X10 36-37-ci maddəsinin tələbləridir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişə diqqət yetirilsə görünər ki, ipoteka müqaviləsindəki imza ilə bildirişin alınmasını təsdiq edən poçt qəbzi arasında ziddiyətli fərq vardır. Yəni ümumiyyətlə Bank həmin bildirişi ona göndərməmişdir. Həmin poçt qəbzində çatdırılma və ya geri qaytarma və ya imtina barədə heç bir ştamp yoxdur. Həmin sənədi bank özü düzəldib iş materiallarına elavə edib. Həmin şirkət ümumiyyətlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində heç qeydiyyatdan belə keçməmiş və müvafiq lisenziya almamışdır. Həmin poçt qəbzi deyilən sənəd Bank tərəfindən düzəldilmiş sadə kağız parçasıdır. Məhkəmədən xahişi ondan ibarətdir ki, bankın təqdim etdiyi bu sənəd araşdırılsın və poçt xidmətinin əməkdaşları müvafiq lisenziya ilə şahid kimi məhkəməyə dəvət olunsunlar. Həmçinin ən əsası məhkəmə qətnamə qəbul edərkən həm maddi hüquq normalarını həmdə prosessual hüquq normalarına riayət etməklə qəbul etməlidir. Bundan əlavə əmlakın qətnamə üzrə qoyulmuş qiymətə satılmasına etiraz edir. Girov əmlakın qiyməti göstəriləndən 100% aşağıdır. Bank burda da qanunsuzluq edib qiymətləndirmə təşkilatı ilə girov qoyulmuş əmlakı az qiymət qoyub evini ucuz almaq istəyir. Belə ki, məhkəmə heç bir sənədə istinad etmədən evlərə qiymət qoymuşdur. Daha dəqiqi saxta ekspert rəyinə əsasən evlərə aşağı qiymət qoyulmuşdur. Evlərin dəyəri yazılandan 100% çoxdur. Qəbələ şəhərində təmirli 200 kvadrat metr sahəsi olan ev harda 50000 manatdır. Bu səbəbdən də məhkəmə ekspertiza təyin etməli və evin dəyərinin hazırki dövrdə nə qədər olmasını müəyyən etməlidir. Məhkəmə qətnaməsi qəbul olunarkən qeyd olunan faktlar araşdırılmadan mənə yüksək məbləğdə borc hesablanmışdır. Qeyd edilənləri nəzərə alaraq Qəbələ Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(025)-130/2019 saylı qətnaməsinin ləğv edilməklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə, ipoteka saxlayanın tələbi əsasən borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o, cümlədən kecikdirilməsi nəticəsində dəbbə pulu, və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi,ipoteka predmetinə tutlmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanununun 34.1.2-ci maddəsinə əsasən, öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. Həmin Qanununun 39.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetininə tutma yönəldilməsinə dair qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Cavabdeh4 apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, kredit müqavilələri üzrə faiz borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində Qəbələ Rayon Məhkəməsinin 20.11.2019-cu il tarixli 2(025)-130/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını apellyasiya şikayətinin həcmində yoxlamağı məqsədəmüvafiq hesab edir. Cavabdehlər Cavabdeh1 və X1 Rayon Məhkəməsinin 20.11.2019-cu il tarixli 2(025)- 130/2019 saylı qətnaməsinin ləğv edilməklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını apellyasiya şikayətinin həcmində yoxlamağı məqsədəmüvafiq hesab edir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Kollegiya Cavabdeh4 Qəbələ Rayon Məhkəməsinin 20.11.2019-cu il tarixli 2(025)-130/2019 saylı qətnaməsindən apellyasiya şikayətini kredit müqavilələri üzrə faiz borcunun tutulması hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Cavabdehlər Cavabdeh1 və X2 Qəbələ Rayon Məhkəməsinin 20.11.2019-cu il tarixli 2(025)-130/2019 saylı qətnaməsindən apellyasiya şikayətini kredit müqavilələri üzrə faiz borcunun tutulması, borcun ipoteka predmetləri olan evlərə yönəldilməsi və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə, kredit müqavilələri üzrə faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində səhvə yol vermişdir. Ona görə də cavabdehlər Cavabdeh4, Cavabdeh1 və X3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 2(025)-130/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi cavabdehlərdən faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 19.12.2013-cü il tarixli 1531/NF/13 PK nömrəli kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC tərəfindən Cavabdeh4 750 manat məbləğində illik 30 faiz hesablanmaqla 12 ay müddətinə kredit verilmişdir. 08.01.2015-ci il tarixli 0001/NF/15 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC tərəfindən Cavabdeh4 12200 manat məbləğində illik 6 faiz hesablanmaqla 36 ay müddətinə kredit verilmişdir. 08.01.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC tərəfindən Cavabdeh4 2800 manat məbləğində illik 6 faiz hesablanmaqla 12 ay müddətinə kredit verilmişdir. Cavabdeh4 08.01.2015-ci il tarixli 0001/NF/15 nömrəli və 08.01.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqavilələri üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə, 0,1 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. 08.01.2015-ci il tarixli “1316NF/13 saylı ipoteka müqaviləsinə 01 №-li əlavə”yə əsasən Cavabdeh4 19.12.2013-cü il tarixli 1531/NF/13 PK nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə X2 mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 m2 yaşayış, 100.24 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. Cavabdeh müqavilə öhdəliklərini tam və vaxtında yerinə yetirməmiş, nəticədə onun banka borcu yaranmışdır. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Belə ki, Cavabdeh4 apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, ona verilmiş kredit müqavilələri üzrə illik faiz dərəcələrinə diqqət yetirilməmiş və məhkəmə qətnamə qəbul edərkən iddiaçının yazdığı maliyyə arayışlarına və iddia ərizəsinə istinad edərək qətnamə qəbul etmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışına diqət yetirilsə görünər ki, iddiaçının maliyyə arayışında kreditin illik faiz dərəcəsi 2 kreditdə 6% qeyd edilmişdir. Lakin məhkəmə nədəsə onun təqdim etdiyi əsaslı vəsatətini təmin etmədən mühasibatlıq ekspertizası təyin etmədən qətnamə qəbul etmişdir. Kollegiya şikayətin faiz məbləğinin çox olması ilə qismən razılaşır. Hesab edir ki, şikayətin həmin dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Cavabdeh4 apellyasiya şikayətinin əsas dəlili faiz borcunun düzgün hesablanmaması və məhkəmənin mühasibatlıq ekspertizası təyin etmədən qətnamə qəbul etdiyi olmuşdur. Kollegiya qeyd edir ki, ekspertizanın keçirilib-keçirilməməsi məhkəmənin səlahiyyətində olan məsələdir. Ona görə də kollegiya qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili ekspertizanın keçirilməməsi hissəsində əsassızdır. Lakin məhkəmə kollegiyasının işin obyektiv və tam araşdırılması, borcun tam müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertiza təyin etmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertin 11.04.2022-ci il tarixli 9/1773 saylı rəyinə əsasən Cavabdeh4 iddiaçı "xxxx" QSC-yə 24.07.2018-ci il tarixə olan borcu 19.12.2013-cü il tarixli müqavilə üzrə əsas borc üzrə 706,48 manat, faiz borcu üzrə 474,53 manat, 08.01.2015-ci il tarixli, 0001/NF/15 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 12147,81 manat, faiz borcu üzrə 1801,92 manat, 08.01.2015-ci il tarixli 0002/NF/15 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 2759,40 manat, faiz borcu üzrə 409,31 manat borcu olduğu müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Cavabdeh4 apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tələbin ipoteka predmetinə yönəldilməsində haqlı olmamışdır. Kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. “İpoteka haqqında” Qanununun tələblərinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. Göründüyü kimi qanunverici müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi halda ipoteka saxlayan tələbin ipoteka predmetinə yönəldilməsini tələb edə bilər. Cavabdehlər Cavabdeh1 və X3 apellyasiya şikayətinin dəlillərində ipoteka predmetləri olan evlərin bu kreditlərə görə girov qoyulmasından xəbərsiz olduqlarını bildirmişlər. Həmin kreditlər müxtəlif vaxtlarda verilib və onlar notariat kontoruna getməmişlər. Lakin məhkəmədə bu faktlar araşdırılmamışdır. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1 və X2 apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi məhkəmə kollegiyasının araşdırılması zamanı Cavabdeh4 08.01.2015-ci il tarixli 0001/NF/15 nömrəli və 08.01.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqavilələri üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, 23.04.2012-cü il tarixli 0467NF/13/A saylı ipoteka müqaviləsinə 04 saylı əlavəyə əsasən Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə, 0,1 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur və müqavilə Cavabdeh1 tərəfindən imzalanmışdır. Həmçinin 08.01.2015-ci il tarixli “1316NF/13 saylı ipoteka müqaviləsinə 01 №-li əlavə”yə əsasən Cavabdeh4 19.12.2013-cü il tarixli 1531/NF/13 PK nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə X2 mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 m2 yaşayış, 100.24 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur və müqavilə X3 tərəfindən imzalanmışdır. Həmçinin iş materiallarında olan X3 və Cavabdeh1 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş razılıq ərizələrindən görünür ki, onlar müvafiq olaraq mülkiyyətlərində olan Qəbələ rayonu, Laza kəndində yerləşən fərdi yaşayış evinin və Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən fərdi yaşayış evinin Parabank ASC-yə ipotekaya qoyulmasına etiraz etməmişlər. Belə olduğu halda kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır, formal mülahizələrə əsaslanır. Apellyatorlar Cavabdeh1 və X3 apellyasiya şikayətinin digər dəlillərində kredit borcunun faiz məbləğinin yalandan şişirdildiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşır. Belə ki, yuxarıda qeyd edildiyi kimi kollegiya tərəfindən təyin edilmiş ekspertiza nəticəsində faiz borcunun məbləğinin həqiqətən müqavilə üzrə müəyyən edilməli olan məbləğdən yüksək olduğu müəyyən edilmişdir. Apellyatorlar Cavabdeh1 və X3 apellyasiya şikayətinin digər dəlillərində qeyd etmişlər ki, məhkəmə işə baxarkən onların iştirakını təmin etmədən qətnamə çıxartmış və iş üzrə məhkəməyə qədər olan prosessual hərəkətlərin düzgün aparılmamasını yoxlamamışdır. Onlar cavabdehlərə Bank məhkəməyə qədər ona xəbərdarlıq və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlər göndərməli idi. Lakin bunları etməmişdir. Ola bilər iş materiallarında bu barədə nəsə sənəd qoyulsun ancaq bu sənədlər hamısı saxtadır. Kollegiya apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarından olan bildirişlərdən, xəbərnamələrdən (səh.202, 205) görünür ki, onların məhkəmə iclasları barədə məlumatları olmuş, lakin məhkəmə iclaslarından iştirak etməmişlər. Həmçinin apellyatorlar cavabdehlərə Bank tərəfindən onlara məhkəməyə qədər xəbərdarlıq və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin göndərilmədiyini bildirmişlər. Kollegiya qeyd edir ki, iddia ərizəsində müqavilənin ləğvinə dair tələb olmadığından, iddiaçı cavabdehlərə xəbərdarlıq etmədən məhkəməyə müraciət edə bilər. Həmçinin iş materiallarından (səh. 41) görünür ki, cavabdehlərə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. Cavabdehlər məhkəməyə qədər xəbərdarlıq və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin olmadığını, olsa da həmin sənədlərin saxta olduğunu bildirsələr də onların bu dəlilləri əsassızdır. Belə ki, onlar iş materiallarında olan sənədlərin saxta olduğunu iddia etsələr də buna dair məhkəmə kollegiyasına heç bir sübut təqdim edə bilməmişlər. Məhkəmə isə yalnız ona təqdim edilmiş mötəbər sübutlara əsasən qərar qəbul edir. Bundan əlavə cavabdehlər Cavabdeh1 və X3 apellyasiya şikayətlərində əmlakın qətnamə üzrə qoyulmuş qiymətə satılmasına etiraz edirlər. Girov əmlakın qiyməti göstəriləndən 100% aşağıdır. Bank burda da qanunsuzluq edib qiymətləndirmə təşkilatı ilə girov qoyulmuş əmlakı az qiymət qoyub evini ucuz almaq istəyir. Belə ki, məhkəmə heç bir sənədə istinad etmədən evlərə qiymət qoymuşdur. Daha dəqiqi saxta ekspert rəyinə əsasən evlərə aşağı qiymət qoyulmuşdur. Evlərin dəyəri yazılandan 100% çoxdur. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə qismən razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin məbləğinə münasibətdə dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası işin obyektiv və tam araşdırılması məqsədilə qiymətləndirici dəvət etmişdir. X9 MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Ə.Bağırov küçəsində 0.10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin real bazar dəyəri nəzərə alınmaqla hazırki dövrə olan likvid qiyməti 80000 manat, X2 mülkiyyətidə olan Qəbələ rayonu, Laza kəndində 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin likvid qiyməti isə 14000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə İpoteka Predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Beləliklə kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və X3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 2(025)-130/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi cavabdehlərdən faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində dəyişdirilməli, Cavabdeh4 19.12.2013-cü il tarixli 1531/NF/13 PK nömrəli kredit müqaviləsi üzrə 474,53 manat, 08.01.2015-ci il tarixli 0001/NF/15 nömrəli kredit müqaviləsi üzrə 1801,92 manat, 08.01.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqaviləsi üzrə 409,31 manat məbləğində faiz borcu tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməli, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 80000 manat, X2 mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 m2 yaşayış, 100.24 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsinin ilkin satış qiyməti 14000 manat məbləğində müəyyən edilməlidir. Ekspertiza xərci olan 145 manatın ½ hissəsi iddiaçıdan, ½ hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzi-nin hesabına köçürülsün. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və X3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-130/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi cavabdehlərdən faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində dəyişdirilsin. Cavabdeh4 19.12.2013-cü il tarixli 1531/NF/13 PK nömrəli kredit müqaviləsi üzrə 474,53 (dörd yüz yetmiş dörd manat əlli üç qəpik) manat, 08.01.2015-ci il tarixli 0001/NF/15 nömrəli kredit müqaviləsi üzrə 1801,92 (bir min səkkiz yüz bir manat doxsan iki qəpik) manat, 08.01.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqaviləsi üzrə 409,31 (dörd yüz doqquz manat otuz bir qəpik) manat məbləğində faiz borcu tutularaq İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinin xeyrinə ödənilsin. İpoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 80000 (səksən min) manat, X2 mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 m2 yaşayış, 100.24 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsinin ilkin satış qiyməti 14000 (on dörd min) manat məbləğində müəyyən edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 145 (yüz qırx beş) manatın ½ hissəsi 72,50 manatı iddiaçıdan, ½ hissəsi 72,50 manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X5, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-11/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-11/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver