Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1106/2023 24.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cаvаbdeh Cavabdeh1 оğlunа qarşı (açar sözlər: əmlak tələbi ) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiаçı - İddiaçı nümаyəndəsi Vəkil1, Cavabdehlər - Cavabdeh1 və Cavabdeh3, eyni zamanda cavabdehlərin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlak tələbi və məhkəmə xərcinin cavabdehdən tutulması tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tаrixli, 2(039)-996/2023 saylı qətnаməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli MŞŞ/MT018/2023-00196 saylı arayışdan məlum olur ki, İddiaçı əmlak tələbi ilə bağlı mediatora müraciət etmişdir.
2. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli AZ-lV 826129 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 25 oktyabr 2022-ci il tarixdə anadan olmuşdur.
3. İş materiallarında olan Əmlakın Qiymətləndirməsi MMC-nin ƏQ-261/2023 saylı rəyindən məlum olur ki, iddiaçının iddia ərizəsində göstərdiyi 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı, 27 qram çəkidə qızıl komplekt dəsti 4509 manat, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı, 5 qram çəkidə Alyans formasında qızıl nişan üzüyü 900 manat, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı, 3.5 qram çəkidə qızıl üzük 318.50 manat, 1 ədəd qadın üçün kostyum 35 manat, 1 ədəd qadın üçün kostyum 15 manat, 1 ədəd qadın üçün kostyum 30 manat, 1 ədəd qadın üçün kostyum 25 manat, 1 ədəd qadın üçün kostyum 30 manat, 1 ədəd qadın üçün pencək 40 manat, 1 ədəd qadın üçün don 60 manat, 1 ədəd qadın üçün tək köynək 25 manat, 1 ədəd qadın üçün köynək 25 manat, 1 ədəd qadın üçün köynək 18 manat, 1 ədəd qadın üçün köynək 23 manat, 1 ədəd qadın üçün jilet 25 manat, 1 ədəd qadın üçün jaket 35 manat, 1 ədəd qadın üçün şalvar 15 manat, 1 ədəd qadın üçün şalvar 15 manat, 1 ədəd qadın üçün kofta 15 manat, 1 ədəd qadın üçün kofta 15 manat, 1 ədəd qadın üçün kofta 15 manat, 1 ədəd qadın üçün kofta 20 manat, 1 ədəd qadın üçün ayaqqabı 35 manat, 1 ədəd qadın üçün ayaqqabı 20 manat, 1 ədəd qadın üçün ayaqqabı 25 manat dəyərində qiymətləndirlilmişdir.
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «əmlak tələbi və məhkəmə xərcinin cavabdehdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin predmetini təşkil edən əşyaların, həmin əşyalar olmadıqda isə həmin əşyaların dəyərinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydaa alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsini belə əsaslandırılmışdır ki, xx.xx.2022- ci il tarixdə Cavabdeh1 onu evlənmək məqsədilə qaçırmış, xx.xx.2022- ci il tarixdə isə faktiki nikah münasibətinə girmişlər. 16 avqust 2022-ci il tarixdə o, Cavabdeh1 ilə ayrılmış və öz valideynlərinin evinə gəlmişdir. Həmin tarixdən sonra bir daha cavabdehlərin yaşadığı evə getməmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 (faktik nikah münasibətində olduğu) valideynləridir. O, 16 avqust 2022-ci il tarixdə sonuncu dəfə cavabdehlərin evini tərk etdiyi gün Cavabdeh1 onunla dalaşmış və valideynləri onunla telefon vasitəsilə əlaqə saxlaya bilmədikləri üçün narahat olub oraya-cavabdehlərin evinə gəlmişdilər. O, valideynlərinə deyib ki, daha burada qalmır. O, valideynlərinin ona aldıqları bütün paltarlarını, öz evlərindən gətirdiyi çamadana yığıb və anası Cavabdeh1 çağırıb və deyib ki, baxın, yalnız öz evlərindən gətirdiyi paltarları aparırlar. Onu da qeyd etmək istəyir ki, o, həmişə Cavabdeh1 incik olduğu üçün (mənə qarşı kobud olduğu və bəzən məni döydüyü üçün ) fikirləşib ki, gec - tez evlərinə qayıdacaq. Ona görə də heç vaxt paltarlarını çıxarıb şifonerdən asmırdı. Hansı ki, həmin şifonerdə cavabdehlərin özlərinin və yaxın qohumlarının ona aldıqları paltarlar var idi. Cavabdehlərdən tələb etdiyi qızıl-zinət əşyaları ona toy hədiyyəsi olaraq cavabdehlər tərəfindən bağışlanmışdır. Qızılları daim qaynanasında olurdu, yəni qızıllarını qaynanası sandığında saxlayırdı. Cavabdehlərin evindən sonuncu dəfə valideynləri ilə birlikdə çıxan zaman, o, qızıllarını istəməmiş, cavabdehlər də verməmişlər. Cavabdehlərin məhkəmə iclasında iddia tələbini etiraf edib etməyəcəklərini bilmir. Lakin son vaxtlaradək kənd içərisində söhbət əsasında, qaynanası Cavabdeh2 qızılların onda olduğunu, eyni zamanda həmin qızılların onun haqqı olduğunu və məhkəmə vasitəsilə qaytaracağını bildirmişdir. İddia ərizəsinin predmetini təşkil edən 1 ədəd qiyməti 35 manat olan qadın üçün kostyum, 1 ədəd qiyməti 15 manat olan qadın üçün kostyum, 1 ədəd qiyməti 30 manat olan qadın üçün kostyum, 1 ədəd qiyməti 25 manat olan qadın üçün kostyum, 1 ədəd qiyməti 30 manat olan qadın üçün kostyum, 1 ədəd qiyməti 40 manat olan qadın üçün pencək, 1 ədəd qiyməti 60 manat olan qadın üçün don, 1 ədəd qiyməti 25 manat olan qadın üçün tək köynək, 1 ədəd qiyməti 25 manat olan qadın üçün köynək, 1 ədəd qiyməti 18 manat olan qadın üçün köynək, 1 ədəd qiyməti 23 manat olan qadın üçün köynək, 1 ədəd qiyməti 25 manat olan qadın üçün jilet, 1 ədəd qiyməti 35 manat olan qadın üçün jaket, 1 ədəd qiyməti 15 manat olan qadın üçün şalvar, 1 ədəd qiyməti 15 manat olan qadın üçün şalvar, 1 ədəd qiyməti 15 manat olan qadın üçün kofta, 1 ədəd qiyməti 15 manat olan qadın üçün kofta, 1 ədəd qiyməti 15 manat olan qadın üçün kofta, 1 ədəd qiyməti 20 manat olan qadın üçün kofta, 1 ədəd qiyməti 35 manat olan qadın üçün ayaqqabı, 1 ədəd qiyməti 20 manat olan qadın üçün ayaqqabı, 1 ədəd qiyməti 25 manat olan qadın üçün ayaqqabı,1 ədəd qiyməti 4509 manat olan İtaliya istehsalı olan 750 əyarlı, 27 qram çəkidə qızıl komplekt dəsti, 1 ədəd qiyməti 900 manat olan İtaliya istehsalı olan 750 əyarlı, 5 qram çəkidə Alyans formasında qızıl nişan üzüyü, 1 ədəd qiyməti 318.50 manat olan Rusiya istehsalı olan 583 əyarlı, 3.5 qram çəkidə qızıl üzüyün, həmin əşyalar olmadıqda isə həmin əşyaların dəyərinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərik qaydada alaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərini müdafiə edərək izahat vermişdir ki, ididaçı ilə Cavabdeh1 ailəli olmuşlar. İddiaçıya rəsmi nikahları olmamışdır. İddiaçıya qızıl hədiyyə olunmuşdur. İddiaçı ilə Cavabdeh1 16 avqust 2022-ci il tarixdə mübahisə etmişlər. İddiaçı valdeyinlərinə zəng etmiş və onlar gəlib iddiaçını öz evlərinə aparmışlar. İddiaçı özünə məxsus bəzi əşyaları aparsa da, iddia ərizəsində göstərilən əmlakları cavabdehlərin evində qalmışdır. Hazırda iddiaçı həmin əşyaları tələb etsə də, cavabdehlər qaytarmaqdan imtina edirlər. Ona görə də məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahat vermişdir ki, 16 fevral 2022-ci il tarixdə ailə qurmuşlar. Həmin vaxt ona qızıl hədiyyə olunmuşdur. 16 avqust 2022-ci il tarixdə Cavabdeh1 ilə mübahisələri oldu. Valdeyinlərinə zəng vuraraq gəlib onu aparmalarını bildirmişdir. Özünə məxsus əşyaları iki çantaya yığmışır. Valdeyinlərin gələndə yığdığı çantaları da götürüb onlarla çıxıb getdi. Bəzi geyim əşyaları və qızılları özü ilə aparmamışdır. Dəfələrlə cavabdehlərdən əmlaklarını tələb etsə də, cavabdehlər qaytarmaqdan imtina etmişlər.
8. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izahat vermişdir ki, 16 fevral 2022-ci il tarixdə ailə qurmuşlar. Həmin vaxt qızıllar hədiyyə olunmuşdur. Qızıllar daima iddiaçının özündə olmuşdur. 16 avqust 2022-ci il tarixdə iddiaçı sərbəst olaraq əşyalarını yığmış və valdeyinlərini bizim evə çağırmışdır. Valdeyinləri gələndə iddiaçı artıq iki çanta ilə onları gözləyirdi. Onlarda iddiaçıya məxsus heç bir əşya yoxdur. İddiaçı bütün əmlaklarını özü ilə aparmışdır.
9. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 izahat vermişdir ki, 16 avqust 2022-ci ildə ad günü qeyd edirdilər. Həmin vaxt qudaları onlara gəldilər. Onlar elə bilmişlər ki, ad günü üçün gəlmişlər. Lakin Şərafət özünə məxsus bütün əşyalarını yığıb valdeyinləri ilə getmişdir. Nə qədər getməməsini, ailəsini dağıtmamasını istəsələr də, Şərafət onları eşitməmiş və çıxıb getmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 məhkəmə iclasında izahat vermişdir ki, 15 avqust yoldaşının, 16 avqust isə oğlunun ad günüdür. İkisini bir gündə yəni 16 avqustda qeyd edrilər. 16 avqust 2022-ci ildə ad günü qeyd edirdilər. Həmin vaxt qudaları onlara gəldilər. Onlar elə bilmişlər ki, ad günü üçün gəlmişlər. Lakin qızı aparmağa gəlmişdirlər. Qız özü sərbəst olaraq əşyalarını yığmışdır. Özü ilə yekə içi dolu çanta apardı. Bütün özünə məxsus əşyaları yığmışdır. Həmin vaxt hər hansı bir mübahisə olmamışdır. Gəlinin getməməsini istəsək də, onlara qulaq asmayıb valdeyinləri ilə getdi.
11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlərin vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək çıxışında bildirmişdir ki, iddiaçı sərbəst şəkildə özünə məxsus əşyalarını yığmışdır. Valdeyinlərinə zəng edərək çağırmışdır. Ona heç kim maneə olmamışdır. Özü sərbəst əmlakları ilə bir yerdə çıxıb getmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, Şərafət onun qızıdır. Şərafət ona zəng edərək, yoldaşının onu döyüb təhqir etdiyini və həmin evdə qalmaq istəmədiyini bildirmişdir. Onlar qudaları gilə gedəndə hamısı evdə idi. Qızı ər evinə köçən zaman apardığı paltarlarını yığmışdır. Yəni onlar gələndə Şərafət artıq paltarlarını yığıb onları gözləyirdi. Çatnanı açıb içindəki əşyaları qudasına göstərdi. Lakin qudası baxmadı. Qızılları götürməmişdir. Qızıllar daima qayınanada olurdu. Qızılların qayınanada olmasını ona qızı demişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, qızı xəbər göndərmişdir ki, onu həmin evdən aparım, yoxsa özünü öldürəcək. Seymura zəng etdi, lakin o telefonu açmadı. Onlara gələndə heç bir məclis yox idi. Seymurla Şərafət dalaşmışdılar. Evdən çıxan zaman qızı ata evindən apardığı bütün əşyalarını yığdı. Çantanın ağzı açıldı və əşyalar göstərildi. Sonradan icra nümayəndəsi barışıq üçün gəlmişdir. Qızı barışmayacağını bildirdi və qızıl və paltarlarının qaytarılmasını bildirdi. İcra nümayəndəsi qızılların və paltarların məhkəmə qaydasında qaytarılacağını bildirmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərmişdir ki, zəng gəldi ki, yoldaşı Şərafəti döyüb təhqir edib və Şərafət həmin evdə qalmaq istəmədiyini bildirmişdir. Onlara gedəndə hamısı evdə idi. Qızı ər evinə köçən zaman apardığı paltarlarını yığmışdır. Yəni onlar gələndə Şərafət artıq paltarlarını yığıb onları gözləyirdi. Çatnanı açıb içindəki əşyaları qudasına göstərdi. Lakin qudası baxmadı. Qızılları götürməmişdir. Ondan sonra Nübarla yolda qarşılaşanda qızılları məhkəmədə qaytaracaqlarını bildirmişdir.
15. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 19 iyun 2023-cü il tаrixli, 2(039)-996/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı evdən çıxan zaman özü sərbəst əmlaklarını yığmış və heç bir maneə olmadan, mübahisəsiz halda valideyinləri ilə birlikdə içi dolu çantayla evdən çıxmış, onun özünə məxsus bütün əşyalarını aparmaq imkanı olmuşdur. İddiaçının qızılları həmin çantaya qoyub sərbəst aparmaq imkanı olmuşdur.
17. Məhkəmə qeyd edir ki, iddiaçı qızılların qayınanası tərəfindən saxlanıldığını bildirsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən geyim əşyalarının mövcudluğuna, əşyaların ona hədiyyə olunmasına və cəvabdehlərə məxsus evdə qalmasına dair məhkəməyə sübut təqdim etməmişdir.
19. İddiаçı İddiaçı nümаyəndəsi və vəkili Vəkil1 Yevlax Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tаrixli, 2(039)-996/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişlər.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayətini belə əsaslandırmışlar ki, iddiaçı iddia ərizəsində tam səmimi olaraq hansı səbəbdən qızıl zinət əşyalarını götürmədiyini iddia ərizəsində qeyd etmişdir. İddiaçı iddia ərizəsini təhrif olunmuş qaydada da tərtib edə bilərdi. Lakin, iddiaçı hesab etmişdir ki, onun haqqı olanı heç kəs mənimsəməz. Əfsuslar olsun ki, cavabdeh tərəf, bütün məsələlərdə olduğu kimi, iddiaçının əmlaklarını da ona qaytarmaq niyyətində deyillər. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi də qəbuledilməzdir. İddiaçı gedərkən əlində çantası olmuşdur. Məyər, iddiaçının hansı əmlaklarını apardığını, hansı əmlaklarının isə cavabdehlərin yaşadığı evdə qalması məsələsi aydınlaşdırılmalı deyildi? Hazırkı mülki iş üzrə mübahisə əmlak tələbi ilə bağlıdır. İddiaçı, iddia ərizəsində cavabdeh tərəflə aralarında olan qarşılıqlı münasibətlərini tam təsvir etmişdir. Mübahisənin araşdırılması üçün hər iki tərəf məhkəməyə şahidlər dəvət etmişlər. Cavabdeh tərəfin şahidlərin öyrədilmiş, daha doğrusu, xüsusi sifarişlə məhkəməyə dəvət edilmələri aşkardır. İş materiallarında cavabdehlər əsasən, iddiaçının tələb etdiyi qızıl zinət əşyalarının mövcudluğunu etiraf etmişlər. Habelə, tələb edilən əşyalardan - qızıl zinət əşyalarının tam, paltarların isə qismən mövcudluğu cavabdehlər tərəfindən etiraf olunmuşdur. Və həmin əşyaların qanuni sahibinin cavabdehin olduğu da işin mübahisə edilməyən halıdır. İş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi əsaslandırılmamışdır. İddiaçı tərəfin məhkəməyə dəvət etdikləri şahidlərin ifadələri təhrif olunmuşdur. Məhkəmə, iddiaçı tərəfin şahidlərin izahatlarına, o cümlədən bununla bağlı məhkəməyə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı iddia ərizəsində evdən çıxma şəraitini tam təsvir etmişdir. Cavabdeh tərəf isə süni ssenari yaradaraq, guya ki, həmin gün evdə (cavabdehlərin evində) qonaqlıq olduğunu və evdən çıxarkən cavabdehin qızıllarının üstündə olduğunu qonaqların gördüklərinə dair yalanlar uydurmuşlar. Lakin cavabdehlərin məhkəməyə təqdim etdikləri şahidlərin dindirilməsindən öncə, məhkəmənin mövqeyi belə idi: “evdən çıxarkən bütün əşyalarını götürmək imkanı olmuşdur və bu da o qənaətə gəlməyə əsas verir ki, bütün əşyalarını – qızıllarını götürmüsən”. Lakin, iddia ərizəsində iddiaçı keçmiş həyat yoldaşı ilə incik olduğunu göstərərək, həyat yoldaşından küsdüyü üçün cavabdeh tərəfin aldığı heç bir əşyanı götürmədiyini və ümumiyyətlə, qızıllarının həmişə qaynanasında olduğunu bildirmişdir. Göstərilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tаrixli, 2(039)- 996/2023 saylı qətnaməsinin tamamilə ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini və Yevlax Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tаrixli, 2(039)- 996/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3, eyni zamanda cavabdehlərin vəkili Vəkil2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tаrixli, 2(039)-996/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
24. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 666. Bağışlama müqaviləsi - 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. - 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiy məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin çıxış və izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı İddiaçı nümаyəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tаrixli, 2(039)-996/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
41. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
42. Müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 qeyri-rəsmi evlənmişlər. Toy zamanı iddiaçıya qızıl-zinət və geyim əşyaları hədiyyə edilmişdir. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. İddiaçı əmlak tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər iddianı qəbul etməmiş, birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.
43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyaiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsində göstərilənləri təkrarlamaqla onunla eynilik təşkil edir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həm iddia ərizəsində, həm də birinci instansiya məhkəməsinin iclasında vermiş olduğu izahatında göstərmişdir ki, o, 16 avqust 2022-ci il tarixdə sonuncu dəfə cavabdehlərin evini tərk etdiyi gün özünə məxsus əşyaları çantaya yığmışdır. Valdeyinlərin gələndə yığdığı çantaları da götürüb onlarla çıxıb getmişdir. Bəzi geyim əşyalarını və qızılları özü ilə aparmamışdır. İddia ərizəsində əşyaları bir, məhkəmə iclasında isə iki çantaya yığdığını göstərmişdir.
45. Məhkəmə kollegiyası diqqəti ona yönəldir ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, o, həmişə Cavabdeh1 incik olduğu üçün (ona qarşı kobud olduğu və bəzən onu döydüyü üçün) fikirləşib ki, gec - tez evlərinə qayıdacaq.
46. Əvvala, iddiaçı Cavabdeh1 ona qarşı kobud olduğunu və bəzən onu döydüyünü bildirsə də, bunu təsdiq edən sübütları işə baxan məhkəmələrə təqdim etməmişdir.
47. İkincisi, iddiaçı əvvəlcədən evdən getmək fikrində olduğu üçün sərbəst şəkildə özünə məxsus əşyaları yığışdırdıqdan və çantalara yığdıqdan sonra valideynlərini çağırmış və onların müşaiyəti ilə evdən getmişdir. Göründüyü kimi, əmlaklarını yığışdırmaq üçün ona heç kim maneə olmamışdır.
48. Bundan başqa, iddiaçı qızıl zinət əşyalarının qaynanasında saxlanıldığını bildirsə də, bunu təsdiq edən sübutları təqdim etməmişdir.
49. Eyni zamanda iddiaçı tərəfindən geyim əşyalarının mövcudluğuna, iddiaçıya hədiyyə olunmasına və cavabdehlərə məxsus evdə qalmasına dair sübut təqdim etməmişdir.
50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində iddiaçı tərəfindən dindirilmiş şahidlərin ifadələrinə də tənqidi yanaşaraq qeyd edir ki, hazırki iş üzrə işin mübahisəli halı iddiaçının özünə məxsus qızıl-zinət və geyim əşyalarının aparmamasıdır və bu halı sübut etmək üçün iddiaçının məhkəməyə təqdim etdiyi sübut şahid ifadələridir.
51. Şahid qismində dindirilən X2 iddiaçının anası, X4 atası, X1 yaxın qohumu olduqlarına görə, onların vermiş olduqları ifadələrin həqiqət payı əhəmiyyətli dərəcədə azaldığından həmin ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz.
52. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı evdən çıxan zaman özü sərbəst əmlaklarını yığmış və heç bir maneə olmadan valideyinləri ilə evdən çıxmışdır. Yəni iddiaçının özünə məxsus bütün əşyalarını aparmaq imkanı olmuşdur. Yəni evdən mübahisəsiz halda için dolu əşyalı çanta ilə çıxmışdır.
53. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
54. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
55. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Tərəfin məhkəmə iclasında bildirdiyi və protokola əlavə olunmuş izahatını gələcəkdə heç bir əsaslı səbəb göstərmədən dəyişməsi birinci instansiya məhkəməsinin həmin izahatı nəzərə alaraq qəbul etdiyi qərarın birmənalı ləğvi üçün əsas ola bilməz.
56. Mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut - protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur.
57. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qanunvericilik nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməlidir. Sonuncu məsələni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir.
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfin məhkəməyə dəvət etdikləri şahidlərin ifadələrinin təhrif olunması barədə dəlilinə tənqidi yanaşaraq qeyd edir ki, iddiaçı tərəf birinci instansiya məhkəməsinin iclas protokoluna qeydlər verməmişdir.
59. Eyni zamanda, işdə olan Yevlax Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli məktubundan məlum olur ki, həmin məkəmənin icraatında olmuş 2(039)- 996/2023 saylı mülki iş (hazırkı iş) üzrə məhkəmə iclasları məhkəmənin inzibati binasının 2 nımrəli zalında keçirilmişdir. Yevlax Rayon Məhkəməsinin inzibati binasında təmir işləri tamamlanmadığından fasiləsiz aidio yazı aparılması mümkün olmamışdır.
60. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Hazırkı mübahisə də bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan məhkəmə kollegiyası hesab edir ki, sübutetmə yükü iddiaçının üzərinə düşür.
61. Göstəriənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
62. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi hüquqi əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 225.2-ci maddəsinə də istinad etmişdir. Halbuki, iddiaçı Cavabdeh1la faktiki nikah münasibətlərində olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün olmasını nəzərə alır.
63. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
64. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
66. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tаrixli, 2(039)-996/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiаçı İddiaçı nümаyəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tаrixli, 2(039)-996/2023 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov