Məhkəmə qərarları › İş №2(107)-1146/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1146/2023

18.10.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1146/2023 18.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Həmidova Maral Məmməd qızı, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova (Cumayeva) Gülsüm İsrail qızının cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Nəbiyev İdris Mahmud oğlu və Məmmədov Qüdrət Nurəddin oğluna qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, əqdin bəyənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı Həmidova Maral Məmməd qızının və cavabdeh Məmmədov Qüdrət Nurəddin oğlunun iştirakları ilə, İddiaçılar Həmidova Maral Məmməd qızı, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova (Cumayeva) Gülsüm İsrail qızının cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Nəbiyev İdris Mahmud oğlu və Məmmədov Qüdrət Nurəddin oğluna qarşı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(075)-262/2022 nömrəli qətnaməsindən cavabdehlər Nəbiyev İdris Tapdıq oğlu və Məmmədov Qüdrət Nurəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Şəki rayonu Aqrar islahat Komissıyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə Nəsibova Sona Nəsib qızının, Həmidov İsrail Musayıl oğlunun, Həmidova Maral Məmməd qızının, Həmidova Gövhər İsrail qızının, Həmidova Nübar İsrail qızının, Həmidov Nəsib İsrail oğlunun və Həmidova Gülsüm İsrail qızının ümumi birgə mülkiyyətinə Şəki rayonu Cunud kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2,43 ha torpaq sahəsi aynimış və bununla bağlı kod: 40409028, JN-190 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir.

2. Həmidov İsrail Musayıl oğlu, Həmidova Maral Məmməd qızı, Həmidova Gövhər İsrail qızı, Həmidova Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova Gülsüm İsrail qızı Torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktına əsasən onlara məxsus 2,43 hektar torpaq sahəsinin 2,10 hektar hissəsini 07 iyun 2006-cı il tarixli 4Ə-2/317 nömrəli alqı-satqı müqaviləsi ilə Məmmədov Qüdrət Nurəddin oğluna satmışlar. Həmidov İsrail Musayıl oğlu, Həmidova Maral Məmməd qızı, Həmidova Gövhər İsrail qızı, Həmidova Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova Gülsüm İsrail qızı Torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktına əsasən onlara məxsus olan 2,43 hektar torpaq sahəsinin 0,33 hektar hissəsini 16 avqust 2006-cı il tarixli 4Ə-2/356 nömrəli alqı-satqı müqaviləsi ilə Nəbiyev İdris Mahmud oğluna satmışlar.

3. Şəki rayonu, Cunud kəndində yerləşən 2,10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi DƏDRX-nin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən 17 avqust 2006-cı il tarixdə verilmiş MH seriyalı ******* nömrəli çıxarışla Məmmədov Qüdrət Nurəddin oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki rayonu, Cunud kəndində yerləşən 0,33 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi DƏDRX-nin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən 29 may 2008-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli çıxarışla Nəbiyev İdris Mahmud oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. Nəsibova Sona Nəsib qızı 2003-cü il tarixdə, Həmidov İsrail Musayıl oğlu isə xx.xx.2020-ci il tarixdə ölmüşlər.

5. İddiaçılar 2021-ci ilin sentyabr ayında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə rəsmi qaydada müraciət edərək, mülkiyyətlərinə verilmiş 2,43 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi xahiş edilmişdir. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 29 sentyabr 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, həmin torpaq sahəsindən 2,10 ha torpaq sahəsini Şəki rayon 2 saylı DNK- nın xx.xx.2006-cı il tarixli 4Ə- 1/317 saylı müqaviləsinə əsasən, 0,33 ha torpaq sahəsini Şəki rayonu 2 saylı DNK-nın xx.xx.2006-cı il tarixli 4Ə-2/356 saylı alqı-satqı müqaviləsinə əsasən satmışlar.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçılar Həmidova Maral Məmməd qızı, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş kod: 40409028, JN-190 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə ailə üzvlərinin adına verilmiş Şəki rayonu Cunud kəndində yerləşən 2.43 ha torpaq sahəsinin 2.10 ha hissəsi ilə bağlı Həmidov İsrail Musayıl oğlu, Həmidova Maral Məmməd qızı, Həmidova Gövhər İsrail qızı, Həmidova Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova Gülsüm İsrail qızı ilə Məmmədov Qüdrət Nurəddin oğlu arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə-2/317 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Məmmədov Qüdrət Nurəddin oğlunun adına verilmiş xx.xx.2006-cı il tarixli, **********77 reyestr nömrəli çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin 0.33 ha hissəsi ilə bağlı Həmidov İsrail Musayıl oğlu, Həmidova Maral Məmməd qızı, Həmidova Gövhər İsrail qızı, Həmidova Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova Gülsüm İsrail qızı ilə Məmmədov Qüdrət Nurəddin oğlu arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə-2/356 saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Nəbiyev İdris Mahmud oğlunun adına verilmiş xx.xx.2008-ci il tarixli, **********53 reyestr nömrəli çıxarışın ləğv edilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu xərcinin cavabdehlərdən tutularaq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Aqrar islahat Komissıyasmın 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə Nəsibova Sona Nəsib qızının, Həmidov İsrail Musayıl oğlunun, Həmidova Maral Məmməd qızının, Həmidova Gövhər İsrail qızının, Həmidova Nübar İsrail qızının, Həmidov Nəsib İsrail oğlunun və Həmidova Gülsüm İsrail qızının ümumi birgə mülkiyyətinə Şəki rayonu Cunud kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2,43 ha torpaq sahəsi aynimış və bununla bağlı kod: 40409028, JN190 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Nənələri Nəsibova Sona Nəsib qızı 2003-cü il tarixdə, ataları Həmidov İsrail Musayıl oğlu isə xx.xx.2020-ci il tarixdə vəfat ediblər. 2021-ci ilin sentyabr ayında tərəflərindən DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə rəsmi qaydada müraciət edərək, mülkiyyətlərinə verilmiş 2,43 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi xahiş edilmişdir. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 29 sentyabr 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, həmin torpaq sahəsindən 2,10 ha torpaq sahəsini Şəki rayon 2 saylı DNKnın xx.xx.2006-cı il tarixli 4Ə-1/317 saylı müqaviləsinə əsasən, 033 ha torpaq sahəsini Şəki rayonu 2 saylı DNK-nın xx.xx.2006-cı il tarixli 4Ə-2/356 saylı alqı-satqı müqaviləsinə əsasən satmışlar. Ərazi İdarəsinin 29 sentyabr 2021-ci il tarixli məktubundan sonra onlara məlum olmuşdur ki, mülkiyyətlərində olan torpaq sahəsi müxtəlif vaxtlarda hissə-hissə xəbərləri və razılıqları olmadan satılmışdır. Axı onlara məsus torpaq sahəsi onların razılıqları olmadan satıla bilməz. Həmin müqavilələrdən də onların xəbərləri olmamışdır. Bununla da onların hüquqları pozulmuş və onlar qanunsuz olaraq öz mülkiyyətlərindən məhrum olmuşlar. Qanunvericiliyin tələbindən də göründüyü kimi ümumi birgə mülkiyyətlərində olan 2,43 ha torpaq sahəsinin onların xəbərləri və razılıqları olmadan başqa bir şəxsə satılması onların hüquq və mənafelərinə toxunmuşdur. Bunula da onlar qanunsuz olaraq mülkiyyətlərindən məhrum olmuşlar. Bundan başqa qanunvericiliyin tələbinə uyğun olaraq ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi mülkiyyətçilər arasında bölünərək paylar müəyyən edildikdən sonra hər bir paylı mülkiyyətçi öz payını sata bilər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı, həmçinin cavabdehlər Nəbiyev İdris Mahmud oğlu və Məmmədov Qüdrət Nurəddin oğlu, həmçinin Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı Həmidova Maral Məmməd qızı izahat verərək göstərmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə ona, Nəsibova Sona Nəsib qızına, Həmidov İsrail Musayıl oğluna, Həmidova Gövhər İsrail qızına, Həmidova Nübar İsrail qızına, Həmidov Nəsib İsrayıl oğluna və Həmidova Gülsüm İsrail qızına Şəki rayonu Cunud kəndi ərazisindən 2,43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, Şəki rayon Torpaq Şöbəsi tərəfindən onların adına bununla bağlı torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktı verilmişdir. 2020-ci ildə onlara məlum olmuşdur ki, torpaq sahələri başqa şəxslərə satılıb. Onların heç nədən xəbəri olmayıb. Torpaq sahəsi ilə həmişə həyat yoldaşı məşqul olub. Torpaq sahəsi yaşadıqları yerdən uzaqda yerləşir. Həyat yoldaşı 08 avqust 2020-ci ildə dünyasını dəyişib. Torpaqla bağlı vergiləri onlar ödəyir. Cavabdeh İdrisi tanıyır, həmkəndliləridir. Digər cavabdeh Məmmədov Qüdrət Nürəddin oğlunu tanımır, kim olduğundan, harada faktiki yaşadığından məlumatı yoxdur. Hal-hazırda sahəyə gediş-gəliş yoxdur. Lakin alqı-satqı müqavilələrində ya özü, ya da ailə üzvləri iştirak etməyib, belə bir müqavilə imzalamayıblar. İddianın təmin edilməsini xahiş edir.

10. Əvvəlki iclaslarda iştirak edən digər iddiaçılar Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı iddiaçı Həmidova Maral Məmməd qızı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər.

11. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Nəbiyev İdris Mahmud oğlunun nümayəndəsi (oğlu) Nəbiyev Asif İdris oğlu iddiaçılarla onun atasının arasında bağlanan alqı-satqı müqavilsini iddiaçılar tərəfindən imzalanmasını, hal-hazırda həmin torpaq sahəsinin onların istifadəsində olmasını bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Dаşınmаz Əmlаkın Dövlət Kаdаstrı və Reyestri publik hüquqi şəxsin 12 sаylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-Salmanov Toğrul Adışirin oğlu bildirmişdir ki, mübahisəli torpaq sahəsinin 2,10 hektarına 07 iyun 2006-cı il tarixli, 4Ə-2/317 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Məmmədov Qüdrət Nurəddin oğluna, 0,33 hektar hissəsi isə 16 avqust 2006-cı il tarixli, 4Ə-2/356 reyestr nömrəli alqı- satqı müqaviləsinə əsasən isə cavabdeh Nəbiyev İdris Mahmud oğluna müvafiq olaraq xx.xx.2006-cı il tarixli, **********77 reyestr nömrəli və Nəbiyev İdris Mahmud oğlunun adına xx.xx.2008-ci il tarixli, **********53 reyestr nömrəli çıxarışlar verilmişdir. Hüquqların qeydiyyata alınması zamanı qanunvericiliyin tələbinə əməl olunmuşdur.

13. İş üzrə cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi birinci instansiya məhkəməsinə məktub ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə Nəsibova Sona Nəsib qızı, Həmidov İsrail Musayıl oğlu, Həmidova Maral Məmməd qızı, Həmidova Gövhər İsrail qızı, Həmidova Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova Gülsüm İsrail qızına Şəki rayonu Cunud kəndi ərazisindən 2,43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, Şəki rayon Torpaq Şöbəsi tərəfindən onların adına bununla bağlı torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinin 2,10 hektarı 07 iyun 2006-cı il tarixli, 4Ə-2/317 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh Məmmədov Qüdrət Nurəddin oğluna, 0,33 hektar hissəsi isə 16 avqust 2006-cı il tarixli, 4Ə-2/356 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən cavabdeh Nəbiyev İdris Mahmud oğluna satılmışdır. Mübahisəli birgə mülkiyyətdə olan torpaq sahəsi satılarkən hazırkı iş üzrə iddiaçılar tərəfindən alqı-satqı müqavilələri imzalanmamışdır.

15. Məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd edilən ekspert rəyi əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi iddiaçılar tərəfindən yox, başqa şəxs tərəfindən imzalanmışdır. Bu isə öz növbəsində iddiaçıların mübahisəli alqı-satqı müqavilələrinin bağlanmasına daxili iradəsinin olmamasına və beləliklə də həmin müqavilənin etibarsızlığına dəlalət edir.

16. Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(075)-262/2022 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hаcıyev) iddia təmin edilmiş, Şəki rayon Torpaq Şöbəsi tərəfindən torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktına əsasən verilmiş 2,43 hektar torpaq sahəsinin 2,10 hektar hissəsi ilə bağlı iddiaçılar Həmidova Maral Məmməd qızı, Həmidov İsrail Musayıl oğlu, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı ilə Məmmədov Qüdrət Nurəddin oğlu arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 07 iyun 2006-cı il tarixli, 4Ə-İ/317 nömrəli alqı-satqı müqaviləsi və 0,33 hektar hissəsi ilə bağlı iddiaçılar Həmidova Maral Məmməd qızı, Həmidov İsrail Musayıl oğlu, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı ilə Nəbiyev İdris Mahmud oğlu arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 16 avqust 2006-cı il tarixli, 4Ə-2/356 nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Məmmədov Qüdrət Nurəddin oğlunun adına verilmiş xx.xx.2006-cı il tarixli **********77 reyestr nömrəli və Nəbiyev İdris Mahmud oğlunun adına verilmiş xx.xx.2008-ci il tarixli **********53 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlar ləğv edilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Nəbiyev İdris Mahmud oğlundan və Məmmədov Qüdrət Nürəddin oğlundan müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, 132 (bir yüz otuz iki) manat ekspertiza xərcinin Nəbiyev İdris Mahmud oğlu və Məmmədov Qüdrət Nurəddin oğlundan tutularaq Dövlət büdcəsinə - Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215 və 337-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

18. İş materiallarına əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktının surətindən görünür ki, Nəsibova Sona Nəsib qızı, Həmidov İsrail Musayıl oğlu, Həmidova Maral Məmməd qızı, Həmidova Gövhər İsrail qızı, Həmidova Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova Gülsüm İsrail qızına Şəki rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə Şəki rayonu Cunud kəndi ərazisindən 2,43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

19. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Həmidov İsrayıl Musayıl oğlu 08 avqust 2020-ci il tarixdə ölmüşdür.

20. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, Şəki rayonu, Cunud kəndində yerləşən Nəsibova Sona Nəsib qızına və ailə üzvlərinə verilmiş 2.43 hektar əkin torpaq sahəsinin 0,33 hektarı Nəbiyev İdris Mahmud oğluna, 2,10 hektarı isə Məmmədov Qüdrət Nurəddin oğluna satılmışdır.

21. İşdə olan 4Ə-2/317 nömrəli notariat işinin surətindən görünür ki, Həmidov İsrail Musayıl oğlu, Həmidova Maral Məmməd qızı, Həmidova Gövhər İsrail qızı, Həmidova Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova Gülsüm İsrail qızı Torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktına əsasən onlara məxsus 2,43 hektar torpaq sahəsinin 2,10 hektar hissəsini 07 iyun 2006-cı il tarixli alqısatqı müqaviləsinə əsasən Məmmədov Qüdrət Nurəddin oğluna satmışlar.

22. İşdə olan 4Ə-2/356 nömrəli notariat işinin surətindən görünür ki, Həmidov İsrail Musayıl oğlu, Həmidova Maral Məmməd qızı, Həmidova Gövhər İsrail qızı, Həmidova Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova Gülsüm İsrail qızı Torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktına əsasən onlara məxsus olan 2,43 hektar torpaq sahəsinin 0,33 hektar hissəsini 16 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Nəbiyev İdris Mahmud oğluna satmışlar.

23. İşdə olan DƏDRX-nin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən 17 avqust 2006-cı il tarixdə verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu, Cunud kəndində yerləşən 2,10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Məmmədov Qüdrət Nurəddin oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır

24. İşdə olan DƏDRX-nin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən 29 may 2008-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu, Cunud kəndində yerləşən 0,33 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Nəbiyev İdris Mahmud oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır.

25. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 22 iyun 2022-ci il tarixli, 4/548 nömrəli rəyindən görünür ki, 4Ə-2/317 nömrəli notariat işində olan 07 iyun 2006-cı il tarixli alqı-satqı müqaviləsidə olan və 4Ə-2/356 nömrəli notariat işində olan 16 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsində olan imzalar Həmidova Maral Məmməd qızı, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı tərəfindən deyil, başqa şəxs və ya şəxslər tərəfindən imzalanmışdır. Həmçinin həmin müqavilələrdə olan imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə edilməmişdir.

26. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Məmmədov Qüdrət Nurəddin oğlu аpellyаsiyа şikаyəti vermişdir.

27. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli 2(107)-154/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia təmin edilmiş, torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktına əsasən verilmiş 2,43 hektar torpaq sahəsinin 2,10 hektar hissəsi ilə bağlı Həmidova Maral Məmməd qızı, Həmidov İsrail Musayıl oğlu, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı ilə Məmmədov Qüdrət Nurəddin oğlu arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 07 iyun 2006-cı il tarixli, 4Ə-İ/317 nömrəli alqı-satqı müqaviləsi və 0,33 hektar hissəsi ilə bağlı Həmidova Maral Məmməd qızı, Həmidov İsrail Musayıl oğlu, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı ilə Nəbiyev İdris Mahmud oğlu arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 16 avqust 2006-cı il tarixli, 4Ə-2/356 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Məmmədov Qüdrət Nurəddin oğlunun adına verilmiş xx.xx.2006-ci il tarixli **********77 reyestr nömrəli və Nəbiyev İdris Mahmud oğlunun adına verilmiş xx.xx.2008-ci il tarixli **********53 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlar ləğv edilmiş, dövlət rüsumu iddiaçıların xeyrinə, ekspertiza xərci isə dövlət nəfinə cavabdehlər Nəbiyev İdris Mahmud oğlu və Məmmədov Qudrət Nürəddin oğlundan müştərək qaydada tutulmuşdur.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(102)- 2223/2023 nömrəli qərarı ilə cavabdeh Məmmədli Qüdrət Nurəddin oğlunun kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 154/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş Məmmədli Qüdrət Nurəddin oğlunun apellyasiya şikayətinə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.

29. İş yenidən apellyasiya baxışında olarkən digər cavabdeh Nəbiyev İdris Tapdıq oğlu da Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(075)-262/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və iş apellyasiya şikayətinin Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə uyğunluğu məsələsinə baxılması məqsədilə apellyasiya baxışından çıxarılmaqla Şəki Rayon Məhkəməsinə qaytarılmışdır.

30. Mülki iş materialları cavabdehlər Nəbiyev İdris Tapdıq oğlunun və Məmmədov Qüdrət Nurəddin oğlunun həmin qətnamədən verdiyi apellyasiya şikayəti ilə apellyasiya baxışına daxil olmuş və Şəki Apellyasiya Məhkəməsinin 15 sentyab 2023-cü il tarixli qərardadı ilə Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(075)-262/2022 nömrəli qətnaməsindən cavabdehlər Nəbiyev İdris Tapdıq oğlu və Məmmədov Qüdrət Nurəddin oğlu tərəfindən verilmiş hər iki apellyasiya şikayətləri mümkün hesab edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

31. Cavabdeh Məmmədov Qüdrət Nurəddin oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hakim tərəfindən işin hallarını düzgün araşdırmadan, aydınlaşdırmadan qəbul olunan qanunsuz qətnamə ləğv edilməlidir. Qətnamədən də göründüyü kimi iddiaçılar iddia ərizəsini onunla əsaslandırılmışlar ki, Şəki rayonu Aqrar islahat Komissıyasmın 28 may 1998-ci il tarixli 46 nömrəli qərarı ilə Nəsibova Sona Nəsib qızının, Həmidov İsrail Musavıl oğlunun, Həmidova Maral Məmməd qızının, Həmidova Gövhər İsrail qızının, Həmidova Nübar İsrail qızının, Həmidov Nəsib İsrail oğlunun və Həmidova Gülsüm İsrail qızının ümumi birgə mülkiyyətinə Şəki rayonu Cunud kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2.43 ha torpaq sahəsi ayrılmış və bununla bağlı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Nənələri Nəsibova Sona Nəsib qızı 2003-cü il tarixdə, ataları Həmidov İsrail Musavıl oğlu isə xx.xx.2020-ci il tarixdə vəfat ediblər. 2021-ci ilin sentyabr ayında tərəflərindən DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə rəsmi qaydada müraciət edərək, mülkiyyətlərinə verilmiş 0.43 ha. torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi xahiş edilmişdir. DƏDRX- nin 12 saylı Şəki Ərazi İdarəsinin 29 sentyabr 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, həmin torpaq sahəsindən 2.10 ha torpaq sahəsini Şəki rayon 2 saylı Nоtаriаt Kоntоrunun xx.xx.2006-cı il tarixli 40-1/317 saylı müqaviləsinə əsasən, 033 ha torpaq sahəsini Şəki rayonu 2 saylı Nоtаriаt Kоntоrunun xx.xx.2006-cı il tarixli 4Ə-2/356 saylı alqı-satqı müqaviləsinə əsasən satmışlar. Ərazi İdarəsinin 29 sentyabr 2021-ci il tarixli məktubundan sonra onlara məlum olmuşdur ki, mülkiyyətlərində olan torpaq sahəsi müxtəlif vaxtlarda hissə-hissə xəbərləri və razılıqları olmadan satılmışdır. İddiaçıların dediklərinin tam yalan olmasını sübut edəsi sənədləri məhkəməyə təqdim edə bilməmişəm. Belə ki, həmin tоrpаq sаhəsini mən 2005-ci ildə аrаmızdа оlаn rаzılıq əsаsındа pul verərək Qüdrətdən аlmışаm və bununlа bаğlı dа sоnrаdаn nоtаriаl qаydаdа müvаfiq sənədləşmələr аpаrılıb.

32. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(075)-262/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Cavabdeh Nəbiyev İdris Tapdıq oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, Şəki rayon Torpaq Şöbəsi tərəfindən torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktı ilə Həmidov İsrail Musayıl oğlu, Həmidova Maral Məmməd qızı, Həmidova Gövhər İsrail qızı, Həmidova Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova Gülsüm İsrail qızına verilmiş 2,43 hektar torpaq sahəsinin 0,33 hektar hissəsini 16 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən sonunculardan almışdır. Həmin alqı-satqı müqaviləsi bağlanılarkən iddiaçıların ,eyni zamanda mülkiyyətçi olan digər ailə üzvlərinin razılıq verməsi barədə ərizəsi alınmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair çıxarış əldə etmişdir. Həmin müddətdən hazırki dövrə kimi göstərilən torpaq sahəsindən qanuni əsaslarla istifadə etmiş, torpağa qulluq göstərmiş, onun məhsuldarlığının artırılması üçün bütün zəruri tədbirləri görmüşdür. Əgər həmin müqavilədə olan imzalar hazırki iş üzrə iddiaçılar tərəfindən icra edilməmişdirsə burda alıcı olaraq onun hansı günahı vardır? Əgər burda hər-hansı bir saxtakarlıq edilmişdirsə (ki o buna inanmır) bunu birbaşa olaraq satıcılar və notariat orqanının əməkdaşları etmişlər.

34. İlk növbədə iddiaçılar Həmidova Maral Məmməd qızı, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, Həmidov Nəsibİsrayıl oğlu və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə iddia müddətini ötürmüşdür. İşə baxan birinci instansiya məhkəməsi isə iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verməmişdir. Qüvvədə olan mülki qanunvericiliyə görə müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli oldugu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

35. Eyni zamanda birinci instansiya məhkəməsi əqdi etibarsız hesab etdiyi halda etibarsızlığın nəticələri ilə bağlı Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 337.5-ci mаddəsində nəzərdə tutulan maddi hüquq normasını da tətbiq etməmişdir.

36. Hazırda paylı mülkiyyətçilər kimi iddiaçılar torpaq sahəsi satılarkən razılıqlarının alınmadığını bildirərək, alqı-satqı müqaviləsinin tam olaraq etibarsız hesab edilməsini tələb edirlər. Lakin qanunveiciliyin tələblərinə görə iddiaçıların öz paylarının satılmasına müvafiq razılığı vermədikləri təsdiq olunarsa, yalnız əqdin öz paylarına aid hissəsinin etibarsızlığını tələb etmək, digər mülkiyyətçilərin paylarına münasibətdə isə 218.1cimaddəsində nəzərdə tutulmuş üstünlük hüququnun pozulması ilə bağlı əqdin etibarsızlığını deyil, 218.3-cü maddəyə əsasən üç ay ərzində alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb edə bilərlər.

37. Göstərilənlərə əsasən, Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(075)-262/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

39. Məhkəmə kollegiyasının iclasında cavabdeh Məmmədov Qüdrət Nurəddin oğlu öz verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

40. Məhkəmə kollegiyasının iclasında iddiaçı Həmidova Maral Məmməd qızı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(075)-262/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

41. İddiaçılar Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı, cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin nümayəndəsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi və cavabdeh Nəbiyev İdris Mahmud oğlu işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

42. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60, 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir

43. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Maddə 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Maddə 29.1. Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Maddə 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar Maddə 144.1. (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Maddə 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Maddə 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3 və 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür Maddə 567 və 650. Ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

44. Qərarlar: “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarı “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarı

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 387.2-ci mаddəsinə əsаsən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.2-ci mаddəsinə əsаsən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa; 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

46. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

47. Hər iki cavabdeh Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(075)- 262/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır. Əvvəla, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Məhkəmə işə baxılmanın yeri və vaxtı barədə cavabdeh Qüdrət Məmmədlini lazımi qaydada məlumatlandırmamış, eyni zamanda MPM-in 147-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş şəxsin iştirakı olmadan işə baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi hallarından biridir.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(102)- 2223/2023 nömrəli qərarında göstərilmişdir ki, şdən görünür ki, iddiaçılar tələblərinin əsası kimi Q.Məmmədovla bağlanmış 07 iyun 2006-cı il tarixli müqavilədəki imzaların onlara məxsus olmamasına, torpaq sahəsinin satılmasından xəbərsiz olmalarına istinad etmiş, apellyasiya instansiyası məhkəməsi də xətşünaslıq ekspertizasının rəyinə əsasən müqavilədəki imzaların iddiaçılar tərəfindən icra edilməməsini müəyyən edərək iddianı təmin etsə də, cavabdeh Q.Məmmədovun 2,10 ha torpaq sahəsini faktiki olaraq 2005-ci ildən, rəsmi olaraq isə qeyd edilən müqavilə ilə 2006-cı ildə alması, əmlakın mülkiyyət hüququ ilə 2006-cı ildən adına qeydiyyata alınması, 2005-ci ildən həmin torpaq sahəsinin onun istifadəsində olması, torpağı əkdiyinə görə subsidiyanın da məhz ona verilməsi, bu müddət ərzində iddiaçıların ona hər hansı etiraz bildirməmələri barədə apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir. Halbuki işin müəyyən edilmiş halları da ondan ibarətdir ki, cavabdeh Q.Məmmədovla 2006-cı ildə alğı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən torpaq sahəsi onun aşkar sahibliyində və istifadəsindədir, iddiaçılar torpaq sahəsinin yerləşdiyi kəndin sakinləri olmaqla, həqiqətən də Q.Məmmədova satılan torpaq sahəsindən 2006-cı ildən istifadə etməyib və bununla bağlı Q.Məmmədova hər hansı etiraz bildirməyiblər. İddiaçılar bu faktı apellyasiya baxışında öz izahatları ilə də təsdiq ediblər. Apellyasiya instansiyası məhkəməsinin sorğusu əsasında Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin 01 fevral 2023-cü il tarixli arayşında 2,10 ha torpaqda aparılan əkinə görə 2015-ci ildən başlayaraq 2021-2022-ci il əkin ili üzrə subsidiyaların Q.Məmmədova ödənilməsi qeyd edilib. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilədəki imzaların iddiaçılara məxsus olmaması ekspert rəyi ilə müəyyən edilsə də, apellyasiya instansiyası məhkəməsi iddiaçıların özlərinin də etiraf etdiyi kimi onların atası tərəfindən imzalanan müqavilənin yuxarıda qeyd edilən hallar kontekstində (təxminən 15 il ərzində torpağın Q.Məmmədovda olmasına dair hər hansı etiraz bildirməmələri) iddiaçıların sonradan bəyənməsinə yönələn hərəkətlər olub-olmamasına lazımi qiymət vermədən, yalnız formal olaraq iddiaçıların həmin müqaviləni bəyənmədiklərini göstərməklə kifayətlənməsi işin qanuni və obyektiv həlli baxımından düzgün olmamışdır.

50. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinin satılmasında iddiaçıların iştirakı olmamış, onlar tərəfindən müqavilə imzalanmamış, habelə iş materiallarında olan yazılı razılıq ərizələri onlar tərəfindən imzalanmamış, torpaq sahəsi həmin şəxslərin iradəsi ziddinə özgəninkiləşdirilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı əqdin etibarsız hesab olunması barədə iddiaya baxarkən məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarsız hesab edilməsində iddiaçının hüquqdan sui-istifadə hallarının olub olmadığını müəyyən etməkdən ibarətdir. Əgər belə bir hal müəyyən olunarsa əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. İş materiallarına görə iddiaçılar alqı-satqı müqaviləsini imzalamamış, müqavilənin bağlanmasına yazılı razılıqları da olmamışdır. Belə olan halda həmin müqavilə etibarsız sayılmalıdır. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, 2006-cı ildən torpaq sahələri cavabdehlər Nəbiyev İdris Tapdıq oğluna və Məmmədov Qüdrət Nurəddin oğluna təhvil verilmiş, həmin vaxtdan da onlar torpaq sahələrindən təyinatı üzrə istifadə edir, torpaqla bağlı vergilər onlar tərəfindən ödənilir, torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçılar uzun müddət bu vəziyyətə etiraz etməmiş, bir kənddə yaşamalarına və bir-birini yaxından tanımalarına baxmayaraq cavabdehlərə hər hansı bir iradları olmamışdır. Cavabdehlərin torpaq sahəsindən istifadə etməsinin digər əsaslarla, yəni icarə hüququ əsasında olması barədə də iddiaçıların hər hansı sübut təqdim etməsi də iş materiallarından görünmür. Göründüyü kimi iddiaçılar torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmasına zahirən razılıqları olmasa da, onların həmin müqavilədən xəbərdar olmalarına və bəyənmələrinə dəlalət edən uzunmüddətli hərəkətsizlikləri mövcud olmuşdur.

51. Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin iddiaçılar tərəfindən imzalanmaması və iddiaçıların həmin müqavilənin bağlanmasına yazılı razılığının olmaması onların həmin müqaviləni sonradan bəyənmələrini istisna etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 19 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunub ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə" 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadında da ifadə edilmişdir: “Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq). Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əqdin etibarsızlığının bu növü düzələn bilən etibarsızlıq halı olmaqla, sonradan digər tərəfin (ərin və ya arvadın) əqdi bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

52. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdehlər Nəbiyev İdris Tapdıq oğlu və Məmmədov Qüdrət Nurəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(075)-262/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddiaçılar Həmidova Maral Məmməd qızı, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova (Cumayeva) Gülsüm İsrail qızının cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Nəbiyev İdris Mahmud oğlu və Məmmədov Qüdrət Nurəddin oğluna qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehlər Nəbiyev İdris Tapdıq oğlu və Məmmədov Qüdrət Nurəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunsun. Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(075)-262/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçılar Həmidova Maral Məmməd qızı, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, Həmidov Nəsib İsrayıl oğlu və Həmidova (Cumayeva) Gülsüm İsrail qızının cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Nəbiyev İdris Mahmud oğlu və Məmmədov Qüdrət Nurəddin oğluna qarşı 07 iyun 2006-cı il tarixli 4Ə-2/317 nömrəli və 16 avqust 2006-cı il tarixli 4Ə-2/356 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və Məmmədov Qüdrət Nurəddin oğlunun adına verilmiş 17 avqust 2006-cı il tarixli MH seriyalı ******* nömrəli və Nəbiyev İdris Mahmud oğlunun adına verilmiş 29 may 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar