Məhkəmə qərarları › İş №2(107)-1185/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1185/2021

01.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1185/2021 01.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Əsədli Mahir Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin məcburi qaydada boşaldılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(075)-354/2020 saylı qərardadından X4 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şəki şəhəri, M.Müşfiq küçəsində mülkiyyətində olan 0,0032 hektar torpaq sahəsində yerləşən 1 nömrəli 3 girişli, 68,22 kvadrat metr ümumi, 56,61 kvadrat metr əsas, 11,61 kvdrat metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının məcburi qaydada boşaldılması və 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-354/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC-nin mülkiyyətindəki Şəki şəhəri, M.Müşfiq küçəsində mülkiyyətində olan 0,0032 hektar torpaq sahəsində yerləşən 1 nömrəli 3 girişli, 68,22 kvadrat metr ümumi, 56,61 kvadrat metr əsas, 11,61 kvdrat metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının Cavabdeh tərəfindən məcburi qaydada boşaldılması, İddiaçı ASC tərəfindən iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu xərcinin 10 manatının Cavabdeh alınaraq İddiaçı ASCyə verilməsi, Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-354/2020 saylı qərardadına əsasən İddiaçı ASC-nin iddia ərizəsinin verilməsi üçün artıq ödədiyi 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılmasının qərara alınmasının nəzərə alınması qət edilmişdir. X2 Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-354/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şəki Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(075)-354/2020 saylı qərardadı ilə (hakim Elçin Mehdiyev) X4 tərəfindən verilmiş apellyasiya şikayəti qaytarılmışdır. X2 Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(075)-354/2020 saylı qərardadından şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(075)-354/2020 saylı qərardadı ilə X4 tərəfindən verilmiş şikayət müzakirə olunması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq X4 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şəki şəhəri, M.Müşfiq küçəsində mülkiyyətində olan 0,0032 hektar torpaq sahəsində yerləşən 1 nömrəli 3 girişli, 68,22 kvadrat metr ümumi, 56,61 kvadrat metr əsas, 11,61 kvdrat metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının məcburi qaydada boşaldılması və 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-354/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC-nin mülkiyyətindəki Şəki şəhəri, M.Müşfiq küçəsində mülkiyyətində olan 0,0032 hektar torpaq sahəsində yerləşən 1 nömrəli 3 girişli, 68,22 kvadrat metr ümumi, 56,61 kvadrat metr əsas, 11,61 kvdrat metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının Cavabdeh tərəfindən məcburi qaydada boşaldılması, İddiaçı ASC tərəfindən iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu xərcinin 10 manatının Cavabdeh alınaraq İddiaçı ASC-yə verilməsi, Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-354/2020 saylı qərardadına əsasən İddiaçı ASC-nin iddia ərizəsinin verilməsi üçün artıq ödədiyi 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılmasının qərara alınmasının nəzərə alınması qət edilmişdir. X2 Rayon Məhkəməsinin 2(019)-207/2020 nömrəli mülki iş üzrə 04 may 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. X1 məhkəmə qətnaməsinin onun hansı maraqlarına toxunmasını və iş üzrə cavabdeh qismində cəlb olunmalı olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda hazırkı qətnamənin X3 hansı maraqlarına toxunması aydın deyildir. Yəni sözü gedən qeyri-yaşayış binasına X3 hər hansı hüququnun olması müəyyən olunmur. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətini geri qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar