Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1207/2020 02.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X10 iclas katibliyi və İddiaçıt Nəcməddin qızının iştirakı ilə, İddiaçıt Nəcməddin qızının xx xxxxxx 2004-cü il tarixdə vəfat etmiş X1ndan miras qalmış Zaqatala rayonunun Qəbizdərə kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin həyətyanı torpaq sahəsindən onun istifadə hüququnu təmin etməklə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılmasına dair ilk iddiası, Cavabdeh isə İddiaçıt Nəcməddin qızının qanunsuz tikilərək istifadəsində olan qəzalı vəziyyətdəki damının ona məxsus torpaq sahəsinə düşən hissəsinin sökülməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ruqiyyət Nuriyeva tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiаçı İddiaçıt Nəcməddin qızı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə mürаciət edərək xx xxxxxx 2004-cü ildə vəfat etmiş X1ndan miras qalmış Zaqatala rayonunun Qəbizdərə kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin həyətyanı torpaq sahəsindən onun istifadə hüququnu təmin etməklə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cаvаbdeh Cavabdeh isə qаrşılıqlı iddiа ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, iddiаçı İddiaçıt Nəcməddin qızına qarşı qanunsuz tikilərək istifadəsində olan qəzalı vəziyyətdəki damın ona məxsus torpaq sahəsinə düşən hissəsinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx xxxx 2020-ci il qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, Zaqatala rayonunun Qəbizdərə kəndində yerləşən İddiaçıt Nəcməddin qızına məxsus tövlənin Cavabdeh torpaq sahəsinə düşən 30 kv metr hissəsinin sökülməsi qət edilmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx xxxxxx 1965-ci ildə Zaqtala rayonunun Mazıx kəndində doğulmuşdur. Hazırda mərhum valideynlərindən miras qalmış Zaqatala rayonunun Qəbizdərə kəndində yerləşən 5 otaqlı evdə yaşayır. X1 xx xxxxxx 2004-cü ildə vəfat etmişdir. Bundan sonra həmin təsərrüfatda ondan başqa heç kəs olmamışdır. O, evlənməmişdir. Buna səbəb 12 il müddətində yataq xəstəsi olan anasına baxması olmuşdur. Kəndlərində torpaq islahatı keçirilərkən ailəsində olan 8 nəfər ailə üzvünə 2,72 ha torpaq mülkiyyətlərinə verilmiş, həmin torpaq sahəsindən 1,2 ha bağaltı və 1,7 ha isə əkin sahəsi olmuşdur. Bundan başqa, mərhum atasının mülkiyyətinə 0,18 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində 1988-ci il tarixdə beş otaqlı ev tikilmiş və həmin evdə hal-hazırda o tək yaşayır. Qonşuluqda isə qardaşının evi vardır. Bu evin bütün sənədləri 1988-ci ildə qeydiyyata alınmışdır və həmin sənədlər işə əlavə olunmuşdur. Qonşuluğunda yaşayan cavabdeh öz ailəsi ilə birlikdə öz evində yaşayır. Onunla münasibətləri normal deyildir. Belə ki, o atasından miras qalmış mal damını heç bir əsas olmadan sökməklə ziyan vurmuş və mal damı yerləşdiyi sahəni öz torpağına qatmaq istəyir və bildirir ki, həmin torpaq sahəsi ona məxsusdur. O cavabdehin bu qanunsuz hərəkətlərinə görə Mazıx bələdiyyəsinə və Mazıx kənd inzibati ərazi nümayəndəliyinə bildirsə də, sonuncunun öhdəsindən gələ bilməmişlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Qarşılıqlı iddia isə belə əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi 2013-cü il 18 iyulda dövlət torpaq kadastr kitabında 1382 nömrə ilə uçota alınmış A465241 nömrəli torpaq sahəsinin planı ölçüsü ilə onun istifadəsindədir. Ona məxsus torpaq sahəsində Ruqiyyət Nuriyevanın istifadə etdiyi damın bir hissəsi qanuni əsas olmadan yerləşir və hazırda yararsız və qəzalı vəziyyətdədir. X7 həmin damın sökülərək ona məxsus torpaq sahəsindən yığışdırılmasını tələb etsə də, o bundan imtina etmişdir. Həmin dam qəzalı vəziyyətdədir və hər an uçmaq təhlükəsində olaraq onun azyaşlı uşaqlarının həyatı üçün təhlükə yaradır. Həmçinin, həmin dam onun yaşadığı evə yaxın olduğundan oradan gələn qoxudan evdə oturmaq olmur. Ona görə də məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Həmin mal damı mərhum valideynləri tərəfindən təxminən 50 il əvvəl inşa edilib. O zaman torpaq islahatı aparılmamışdı. İslahat zamanl AİK-nın kobud səhvi hazırkı mübahisənin yaranmasına səbə olub. Məhkəmə bunları nəzərə almadan, işi araşdırmadan ədalətsiz qərar qəbul etmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınaraq apelyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçı Ruqiyyət Nuriyeva bildirmişdir ki, qeyd edilən mal damı 1949-cu ildən ailəmizin istifadəsindədir. 2019-cu ildə ora gedəndə mal damının bir tərəfinin olmadığını gördüm. Cavabdeh onu sökdü və mənə bildirdi ki, mal damı onun torpağındadır. Cavabdehin ailəsi bizdən sonra burada məskunlaşıb. Mubahisəli mal damının altında olan torpaq sahəsi bizim ailəmizə aiddir, cavabdeh hansısa yolla 2019-cu ildə həmin torpağı özünə sənədləşdirib. Mal damı qanunsuz tikili deyil, biz evi alanda həmin tikili orada olub. Cavabdehin mal tövləsi mənim torpağımdadır. Cavabdeh məni hədələyir, hər gün sahə rəisini göndərərək mal damını sökməyimizi tələb edir. Qətnamə çıxarıldıqdan sonra isə cavabdeh dərhal onu sökməyə başlayıb. Halbuki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilə bilər. Ona görə də apelyasiya şikayətimin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilmiş, cavabdeh məhkəməyə teleqramla müraciət edərək mülki işə iştirakı olmadan baxılmasını xahiş etmiş,məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilmədən və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün faktiki halları kifayət qədər araşdımış və mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olan hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan sübutlardan, yəni: Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2003-cü il tarixli 110 nömrəli qərarı ilə X3 mülkiyyətinə 1803,09 kv m həyətyanı, 10719 kv m və 13262 kv m kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Qəbizdərə kəndində 0,12378 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə X6 və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində xx xxxx 2019-cu ildə qeydiyyata alınmışdır. Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2003-cü il tarixli 110 nömrəli qərarı ilə X5 mülkiyyətinə 1237 kv m, 5226 kv m və 5035 kv m kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. 1985-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Zaqatala rayonunun Qəbizdərə kəndində yerləşən ümumi sahəsi 102,4 kv m olan fərdi yaşayış evi X3 adına qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx xxxxxx 2004-cü ildə vəfat etmişdir. Zaqatala RİH başçısının Mazıx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli arayışdan görünür ki, mərhum Nəcməddin Nuriyev vəfat etdikdən sonra təsərrüfatında oğlu X8 qalmışdır. Həmin təsərrüfatda 0,16 ha həyətyanı torpaq sahəsi, ümumi sahəsi 70 kv m olan evi və 60 kv m olan mal damı vardır. Mazıx bələdiyyəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli arayışdan görünür ki, keçmiş “Şəfəq” kolxozunda torpaq islahatı zamanı X9 oğluna 0,16 ha həyətyanı torpaq sahəsi və 8 nəfər ailə üzvlərinə 2,72 ha: ondan 1,02 ha kəndaltı (bağ) və 1,7 ha əkin torpaq sahəsi verilmişdir. xx xxxxxx 2020-ci il tarixli 25089 nömrəli rəydən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli **********20 saylı məktubla göndərilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİin mühəndisi R.Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçıcavabdeh İddiaçıt Nəcməddin qızının atasının adına verilmiş AN 116101 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü üzrə ayrılmış 1803,09 kv metr həyətyanı torpaq sahəsi ilə cavabdeh-iddiaçı Cavabdeh ailə üzvlərinə AN 465241 nömrə ilə qeyd edilmiş torpaq sahəsinin planı və ölçüsü üzrə ayrılmış 5226 kv metr torpaq sahəsi və xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında cavabdeh-iddiaçının ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0, 12378 ha həyətyanı torpaq sahəsinin hüdudları bir-birinin daxilinə keçmir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli **********20 saylı məktubla göndərilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-in mühəndisi R.Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, mübahisələndirilən sahələrin yerləşdiyi ərazidə tikilmiş yardımçı tikilinin 30 kv m hissəsi cavabdeh-iddiaçı Cavabdeh ailə üzvlərinə AN 465241 nömrə ilə qeyd edilmiş torpaq sahəsinin planı və ölçüsü üzrə ayrılmış 5226 kv m torpaq sahəsinə düşür. Beləliklə, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlarla müəyyən etmişdir ki, iddiaçı valideynlərindən miras qalmış Zaqatala rayonunun Qəbizdərə kəndində olan 0,18 ha həyətyanı torpaq sahəsində 1988-ci ildə tikilmiş evdə yaşayır. Tələb edir ki, həmin həyətdə atasından miras qalmış mal damı da vardır. Qonşusu olan cavabdeh heç bir əsas olmadan ona məxsus mal damını sökməklə ona ziyan vurmuş və mal damının yerləşdiyi sahəni öz torpağına qatmaq istəyir. Halbuki, həmin torpaq sahəsi cavabdehə yox, ona məxsusdur. Cavabdeh isə tələb edir ki, iddiaçının istifadə etdiyi damın bir hissəsi onun mülkiyyətində olan torpaq sahəsində yerləşir və hazırda yararsız və qəzalı vəziyyətdədir. Dəfələrlə iddiaçıdan həmin damın sökülərək ona məxsus torpaq sahəsindən yığışdırılmasını tələb etsə də, o bundan imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizanın nəticəsinə dair rəyə əsasən iddiaçıya məxsus 1803,09 kv metr həyətyanı torpaq sahəsi ilə cavabdehə məxsus 5226 kv metr torpaq sahəsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında cavabdehin ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,12378 ha həyətyanı torpaq sahəsinin hüdudları bir-birinin daxilinə keçmir. İddiaçıya məxsus torpaq sahəsində tikilmiş yardımçı tikilinin (damın) 30 kv m hissəsi cavabdehin mülkiyyətində olan 5226 kv m torpaq sahəsinə düşür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qeyd olunan nəticəyə gəlməkdə haqlı olmuş, işin faktiki hallarına və tərəflərin qaşılıqlı münasibətlərinə uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ənaətə gəlir ki, iddia tələbini sübut etmək vəzifəsini daşıyan mübahisələndirdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini sübut edə bilməmişdir. Əksinə, işdə olan sübutlar qarşılıqlı iddianın əsaslı olduğunu göstərir. Sözlə, iddiaçıya məxsus tövlənin (mal damının) 30 kv metr hissəsinin cavabdehin mülkiyyətində olan torpaq sahəsinə düşməsi müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmçinin, Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X15 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Bundan əlavə, Аzərbаycаn Respublikаsının Mülki Məcəllənin (bundan sonra MM) 152ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (MMin 157.1-ci maddəsi). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (MM-in 165.1-ci maddəsi). Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər (MM-in 238.1 və 238.3-cü maddələri). Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir (MM-in 239.2-ci maddəsi). Bundan başqa, Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsində göstərilir ki, torpаq mülkiyyətçiləri, istifаdəçiləri və icаrəçiləri bаşqа torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrını pozmаmаlıdırlаr (mad.82). Mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qorunur (mad. 84). MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 88-ci mаddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarm Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Beləliklə, məhkəmə kоllegiyаsı tədqiq etdiyi sübutlara əsasən, belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1207/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1207/2020
02.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver