Məhkəmə qərarları › İş №2(107)-1213/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1213/2022

06.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1213/2022 06.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-465/2022 saylı qərardadından İddiaçı nümayəndəsi vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, yazılı icraat qaydasında bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Avtomobil Yolları ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,33 ha torpaq sahəsində və onun üzərində olan qeyri-yaşayış tikililəri istifadəsinə və sahibliyinə verilməsi vəzifəsi, yaradılmış maneənin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-465/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Avtomobil X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,33 ha torpaq sahəsi və onun üzərində olan qeyri-yaşayış tikililərinin cavabdeh 15 saylı X3 Məsuliyyətli Cəmiyyətinin qanunsuz istifadəsindən alınaraq onun sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair e-2(019)-465/2022 saylı mülki işin icraatının Balakən Rayon Məhkəməsinin icraatında olan Azərbaycan Respublikası Avtomobil X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və İddiaçı qarşı qeydiyyat vəsiqəsinin ləğvi tələbinə dair e-2 (019)-797/2022 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana kimi dayandırılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Həsənov X2 Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, e-2(019)-465/2022 nömrəli qərardadından şikayət verərək, Balakən Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, e-2(019)-465/2022 saylı qərardadının ləğv edilməsini, mülki işə mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayəti onunla əsasladırmışdır ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “torpaq sahəsinə və onun üzərində olan tikililərə istifadə, sahiblik hüququnun verilməsi və yaradılmış maneçiliyin aradan qaldırılmasına dair” qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,33 ha torpaq sahəsi və onun üzərində olan qeyri-yaşayış tikililərinin cavabdeh 15 saylı X3 Məsuliyyətli Cəmiyyətinin qanunsuz istifadəsindən alınaraq onun sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Avtomobil X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,33 ha torpaq sahəsi və onun üzərində olan qeyri-yaşayış tikililərinin cavabdeh 15 saylı X3 Məsuliyyətli Cəmiyyətinin qanunsuz istifadəsindən alınaraq onun sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair e-2(019)-465/2022 saylı mülki iş Balakən Rayon Məhkəməsinin icraatında olan Azərbaycan Respublikası Avtomobil X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və İddiaçı qarşı qeydiyyat vəsiqəsinin ləğvi tələbinə dair e-2 (019)- 797/2022 nömrəli mülki iş üzrə yekun məhkəmə aktından asılı olduğundan həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana kimi hazırkı işin icraatı dayandırılmalıdır. Balakən Rayon Məhkəməsi hazırki mülki iş üzrə cavabdeh 15 saylı MMC-nin İddiaçı və Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qeydiyyat vəsiqəsinin ləğvi tələbinə dair iddia ərizəsini icraata götürərək 22 sentyabr 2022-ci il tarixə hazırlıq iclası təyin etdiyi üçün MPM-nin 254-cü maddəsini tələblərinə əsasən dayandırmışdır. Məhkəmə MPM-nin 169.3-cü maddəsinin tələblərini nəzərə almamış tərəflərin eyni olmasına baxmayaraq mülki işlərin icraatını birləşdirməmiş və MPM-nin 254cü maddəsinin bəndlərində göstərilmiş dispozisyasının təsir dairəsinə düşməsi halı mövcud olmadığından qanunsuz olaraq mülki işin icraatını dayandırmışdır. Mülki işlər birləşdirilərək bir icraatda baxılmalı idi ki, məhkəmə süründürməçilik yaradaraq qanunsuz olaraq icraatı dayandırmışdır. Balakən Rayon Məhkəməsi (hakim Zamin Tahirov) hazırki mülki iş üzrə məhkəmədə baxılması daxil olduğu vaxtdan 4 aydan artıq keçmişdir ki, məhkəmə yekun qətnamə və qərardad qəbul etməmişdir. Mülki iş üzrə 09 iyun 2022-ci il tarixdə və 28 iyun 2022-ci il tarixdə 2 dəfə hazırlıq iclası keçirilmiş, 11 avqust 2022-ci il tarixdə məhkəmə baxışı iclası keçirilməsinə baxmayaraq, məhkəmə əsassız olaraq cavabdehə şərait yaradaraq təxirə salmış 17 avqust 2022-ci il tarixdə məhkəmə mülki işin icraatını əsassız dayandırmışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Avtomobil X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,33 ha torpaq sahəsi və onun üzərində olan qeyri-yaşayış tikililərinin cavabdeh 15 saylı X3 Məsuliyyətli Cəmiyyətinin qanunsuz istifadəsindən alınaraq onun sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair e-2(019)- 465/2022 saylı mülki iş Balakən Rayon Məhkəməsinin icraatında olan Azərbaycan Respublikası Avtomobil X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və İddiaçı qarşı qeydiyyat vəsiqəsinin ləğvi tələbinə dair e-2 (019)- 797/2022 nömrəli mülki iş üzrə yekun məhkəmə aktından asılı olduğundan həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana kimi hazırkı işin icraatı dayandırılmalıdır. Məhkəmə iddia ərizəsinə baxılması daxil olduğu vaxtdan 4 aydan artıq keçdikdən sonra mülki iş üzrə əsassız olaraq cavabdehə şərait yaradaraq cavabdeh 15 saylı MMC İddiaçı və Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmə icraatına qəbul etmiş və 22 sentyabr 2022-ci il tarixə saat 11:00-a məhkəmə hazırlıq iclası təyin etmişdir. Məhkəmə cavabdehin iddia ərizəsini icraata qəbul etdiyi üçün icraatı qanunusuz dayandırmışdır. Lakin məhkəmə qərardadında Azərbaycan Respublikası MPM-nin 254.1.4-ci maddənin dispoziyasını düzgün təsvir etməyərək iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasını göstərərək qeyd etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 254.1.4-ci maddəsinin dispoziyası düzgün təsvir edilməmiş və həmin maddənin yuxarıda qeyd edilən dispoziyasından göründüyü kimi, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmənin icraatı dayandırmaq vəzifəsidir. Hazıki mülki işlə əlaqəli qanunda göstərilən hallar olmamış və məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsi halları olmamışdır. Bundan başqa hazırki mülki iş üzrə AR MPM-nin 254-cü maddəsinin təsiri altına düşən hər hansı bir hal müəyyən edilməmişdir. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Məhkəmə cavabdeh 15 saylı Yol İstismar MMC-nin qeydiyyat vəsiqəsinin ləğvi iddia tələbinin iddia ərizəsinin inzibati icraata aid olduğunu yoxlamamış və inzibati orqan 18 saylı Zaqatala Ərazi İdarəsinin imtinası və həmin orqana müraciəti nəzərə almamış, həmin iddia tələbinin inzibati icraata aid olduğu halda mülki icraat qaydasında icraata götürərək icraata qəbul etmişdir. Məhkəmə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarının 17-ci bəndinə görə Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Lakin məhkəmə heç bir araşdırma aparmadan qeyd edilən faktiki halları nəzərə almamışdır. Məhkəmənin qərardadından görünür ki, hazırki, mülki işin icraatının dayandırılması üçün MPM-nin 254-cü maddəsinin tələblərinə aid olan halların heç biri mövcud deylidir. Hazırki qərardadda həmin halları sübut edən hər hansı sübutlar yoxdur. AR MPM-88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qərardadında 15 saylı Yol İstismarı MMC-nin qeyldiyyat vəsiqəsinin ləğvinə dair iddia tələbinin baxılıb qurtaranadək işin dayandırılmasını hazırki mülki işin icraatının dayandırılmasına uyğun gəlməsinə dair dəlillər mövcud deyildir. Mülki işlərin icraatının birləşdirilərək bir icraatda baxılması üçün yetəri qədər əsaslar olduğundan məhkəmə qərəzli olaraq icraatları birləşdirməmişdir. Məhkəmə qərardadında 15 saylı Yol İstismarı MMC-nin qeydiyyat vəsiqəsinin ləğvinə dair iddia tələbinin baxılıb qurtaranadək işin dayandırılmasını hazırki mülki işin icraatının dayandırılmasına uyğun gəlməsinə dair dəlillər mövcud deyildir. Mülki işlərin icraatının birləşdirilərək bir icraatda baxılması üçün yetəri qədər sübutlar olduğundan məhkəmə qərəzli olaraq icraatları birləşdirməmişdir. Qeyd edilənləri nəzərə alaraq Balakən Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, e2(019)-465/2022 nömrəli qərardadının ləğv edilməsini, mülki işə mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-465/2022 saylı qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməmiş və Balakən Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, e-2(019)-465/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılaraq, Balakən Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, e-2(019)-465/2022 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, e-2(019)-465/2022 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü mаddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icrааt dаyаndırılmаlıdır. “Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbayacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın”. Azərbayacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Qanunvericiliyin mənasına görə, işə bаxılmanın mümkün olmaması dedikdə, başqa bir işdə icraatı dayandırılmış mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülür. Preyudisial əhəmiyyəti olan həmin faktlar mülki icraat qaydasında baxılan iş üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət Balakən Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, e- 2(019)-465/2022 saylı qərаrdаdının ləğv edilməsi üçün əsas deyil. İş üzrə icraatın dayandırılması işin baxılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin əsassız axımının qarşısını almaqla, həmin müddətin daha səmərəli istifadəsinə yönəlmişdir və dayandırılma üçün əsaslar aradan qalxdıqdan sonra iş üzrə icraatın təzələnməsini istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən , apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi, iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də şikayət təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, e-2(019)-465/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, e-2(019)-465/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar