Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-122/2024 29.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məmmədəli oğlunun cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı vərəsəlik hüququnun tanınması, vərəsəlikdə miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi,müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlikdə miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi,müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, kəsici müddət) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X13 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı Məmmədəli oğlunun nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Məmmədəli oğlunun cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı vərəsəlik hüququnun tanınması, vərəsəlikdə miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi,müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(046)-1250/2023 saylı qətnaməsindən İddiaçı Məmmədəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Məmmədəli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhəri X16 ev 8 ünvanında yerləşən yaşayış sahəsinə İddiaçı Məmmədəli oğlunun vərəsəlik hüququnun tanınması, Göyçay şəhəri X16 ev 8 ünvanında yerləşən yaşayış sahəsinə ½ hissəsinə İddiaçı Məmmədəli oğlunun miras payının müəyyən edilməsi, həmin yaşayış sahəsinə dair Göyçay Rayon noratiat ofisinin xüsusi notariusu X9 xx.xx.2008-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi X5 miras əmlakda tam hissədə pay ayrılmasına dair 7 iyun 2021-ci il tarixli “vərəsəlik hüququ haqqında şəhadətnamə”nin qismən, yəni ½ hissədə etibarsız hesab edilməsi, X4 adına vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış qismən, ½ hissədə ləğv olunması, Bakı şəhəri 35 saylı Notariat ofisi tərəfindən X4 Göyçay şəhəri X16 ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair sərəncam hüququ barədə xx.xx.2022-ci ildə Nisə Həbibovaya verilmiş etibarnamə və yaşayış sahəsinin Cavabdeh5 satılmasına dair xx.xx.2021-ci il tarixli, 4Ə- 304 saylı alqı-satqı müqaviləsinin (X8 anlaqsız olmuşdur) tam etibarsız hesab olunması, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair alqı- satqı müqaviləsi əsasında Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına xx.xx.2022-ci il tarixli **********, **********, ********** qeydiyyat nömrəli çıxarışların ləğv olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X8 mərhum X10 övladlarıdır (qanun üzrə vərəsələrdir). İddiaçı ailə üzvləri ilə birlikdə Göyçay şəhəri X16 ev 8 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Göyçay şəhəri X16 ev 8 ünvanında yerləşən fərdi yaşayış evi X10 xüsusi mülkiyyətində olmuşdur. İddiaçı Göyçay şəhəri X16 ev 8 ünvanında yerləşən yaşayış evində pasport qeydiyyatındadır. X20 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İddiaçı anasının üzüründə iştirak etmiş və dəfn xərclərini özü çəkmiş, daha sonra işləmək üçün Ukrayna Respublikasına getmişdir. Analarının ölümündən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə almadan iddiaçı və bacısı miras əmakı faktiki qəbul və idarə etmişdir. İddiaçı Məmmədəli oğlu sözügedən yaşayış evinin damını tam təmir etdirmişdir. Göyçay rayon Notariat Ofisində vərəsələrin dairəsi tam müəyyən olunmamışdır. xx.xx.2023-cü il tarixdə mərhuma məxsus olan, Göyçay şəhəri X16 ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair Göyçay Notariat Ofisində, X5 xx.xx.2021-ci il tarixli 2V-322 reyster nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X8 şizofreniya xəstəsi idi və bu xəstəliyi ilə əlaqədar 2-ci dərəcəli əlilliyi müəyyən olunmuşdur. Xəstəliyi üzündən ailə həyatı qurmamışdır. Şərqiyyə daima psixoloji gərgin olurdu, etdiyi hərəkətlərin nəticəsini dərk etmirdi. Bu halı məhkəmə iclasında şahidlər təsdiq edə bilər. Şizofreniya xəstəsi X8 tək yaşadığı üçün qohumu X23 ona nəzarət edirdi. Necə olur ki, X8 xx.xx.2022-ci ildə mirası qəbul etmiş və Göyçay şəhəri X16 ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair sərəncam hüququ barədə xx.xx.2022-ci ildə X27 rayon Notariat Ofisində etibarnamə vermişdir. Nisə Həbibova isə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaşayış evini öz oğlu Cavabdeh5 satmışdır. Bakı şəhər 51 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4 Ə-304 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 satılmışdır. Alqı-satı müqaviləsi əsasında sözü gedən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli, **********, **********, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh2, Cavabdeh3 Sadiq oğlunun, Cavabdeh4 adına qeydiyyata alınmışdır. Göyçay şəhəri X16 8 saylı fərdi yaşayış evi əvvəlcədən planlı olaraq bir neçə şəxslər tərəfindən X4 xəstə olması halından istifadə edilərək özgəninkiləşdirilmişdir. X8 xx.xx.2022-ci il öldüyü tarixə qədər Göyçay şəhəri X16 8 saylı fərdi yaşayış evində yaşamışdır və bu evdən dəfn olunmuşdur. Lakin işdə olan sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə özgəninkiləşdirilmişdir. Belə olan halda sual olunur ki, necə ola bilər ki, Şərqiyyə evini satır, lakin öldüyü günə qədər yəni, bir il həmin evdə yaşayır. Ona əmlakın özgəninkiləşdirilməsi X4 dəfnindən sonra məlumatı olmuşdur. Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli PHŞ-6-40/2185/2023 saylı məktubundan görünür ki, X8 “Şizofreniya, paranoid forma” diaqnozu ilə Göyçay RMX publik hüquqi şəxsində psixiatrik həkimin qeydiyyatında olmuşdur. Bundan başqa Göyçay Rayon Mərkəzi Xəstəxanasının 7 mart 2023-cü il tarixli məktubuna əlavə olunmuş ambulator kitabçadan görünür ki, “Şizofreniya, paranoid forma” xəstəliyindən əziyyət çəkən X8 mütamadi olaraq həkim nəzarətində olmuş və psixoloji durumunda problemlər müşahidə olunmaqda idi. Belə ki, Şərqiyyə əsəbi və psixoloji gərgin olmuş, həkimə həqiqətə uyğun olmayan, uydurma və ağılasığmaz sözlər danışırmış. Bu barədə ambulator kitabçada qeydlər aparılıb. Ən əsası psixoloji durumu yerində olmayan X8 dərman içərək zəhərlənmiş və bu barədə rayon prokurorluğunda araşdırma aparılmışdır. Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma zamanı X4 “Şizofreniya, paranoid forma” xəstəliyindən əziyyət çəkdiyi məlum olmuş və Şərqiyyənin müalicəsi ilə əlaqədar prokurorluq tərəfindən Göyçay Rayon Mərkəzi Xəstəxanasına müvafiq tövsiyyələr verilmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(046)-1250/2023 saylı qətnaməsi ilə (hakim E.Qurbanov) iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; X14 məxsus olmuş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli, 2V-322 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində X6 adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə il tarixdə X11 10 il müddətinə X17 etibarnamə vermişdir. Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-304 saylı alqı-satqı müqaviləsinə əsasən X2 Şərqiyə Şiralı qızının adından həmin evi oğlu Cavabdeh5 satmışdır. Cavabdeh5 həmin ev üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci ii tarixli, 4Ə-1423 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 1/3 hissəsini müvafiq olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 satmış, xx.xx.2022-ci ildə onların hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə edən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vicdanlı alıcıdırlar, əmlak üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; X14 məxsus olmuş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli, 2V-322 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində X6 adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə il tarixdə X11 10 il müddətinə X17 etibarnamə vermişdir.Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-304 saylı alqı-satqı müqaviləsinə əsasən X2 Şərqiyə Şiralı qızının adından həmin evi oğlu Cavabdeh5 satmışdır. Cavabdeh5 həmin ev üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ıl tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci ii tarixli, 4Ə-1423 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 1/3 hissəsini müvafiq olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 satmış,xx.xx.2022-ci ildə onların hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə edən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vicdanlı alıcıdırlar,əmlak üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Məmmədəli oğlu tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vicdanlı alıcı olmaması qənaətinə gəlmək üçün hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş,bununla da iddiasının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Belə olan halda məhkəmə yuxarıda qeyd olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqeyini,daşınmaz əmlakın dövlət reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vicdanlı alıcı olmalarını nəzərə alıb hesab edir ki,iddianın təmin olunmasından imtina edilməli,ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 182.1, 337.1-ci maddələri, Notariat haqqında Azərbaycan Respublikası Qanununun 57, 58 və 59-cu maddələri, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay şəhəri X16 ev 8 ünvanındayerləşən fərdi yaşayış evi X10 xüsusi mülkiyyətində olmuşdur. O, Göyçay şəhəri X16 ev 8 ünvanında yerləşən yaşayı evində pasport qeydiyyatındadır. X20 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. O, anasının dəfnində iştirak etmiş və dəfin xərcini özü çəkmiş, daha sonra o, işləmək üçün Ukrayna Respublikasına getmişdir. O, sözügedən yaşayış evinin damını tam təmir etdirmişdir. Göyçay rayon Notariat Ofisində vərəsələrin dairəsi tam müəyyən olunmadan xx.xx.2023-cü il tarixdə X14 məxsus olan, Göyçay şəhəri X16 ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair Göyçay Notariat Ofisində, X5 2021-ci il tarixli 2V-322 reyster nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X8 şizofreniya xəstəsi idi və əliyi ilə əlaqədar 2-ci dərəcəli əlilliyi müəyyən olunmuşdur. Xəstəliyi üzündən ailə həyatı qurmamışdır. Şərqiyyə daima psixoloji gərgin olurdu, etdiyi hərəkətlərin nəticəsini dərk etmirdi. Bu halı məhkəmə iclasında şahidlər də təsdiq etmişlər. Şizofreniya xəstəsi X8 tək yaşadığın qohumu X23 ona nəzarət edirdi. Necə ola bilər ki, X8 xx.xx.2022-ci ildə mirası qəbul etmiş və Göyçay şəhəri X16 ev 8 ünvanında əşən fərdi yaşayış evinə dair sərəncam hüququ barədə xx.xx.2022-ci ildə X27 rayon notariat ofisində etibarnamə vermişdir. Nisə Həbibova isə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaşayış evini öz oğlu Cavabdeh5 satmışdır. Bakı şəhər 51 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4 Ə-304 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 satılmışdır. Alqı-satqı müqaviləsi əsasında sözü gedən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli, **********, **********, ********** qeydiyyat nömrəli çıxarışlara əsasən Cavabdeh2, Cavabdeh3 Sadiq oğlunun, Cavabdeh4 adına qeydiyyata alınmışdır. Göyçay şəhəri X16 8 saylı fərdi yaşayış evi əvvəlcədən planlı olaraq bir neçə şəxslər tərəfindən X1 xəstə olması halından istifadə edilərək özgəninkiləşdirilmişdir. X8 öldüyü tarixə qədər, xx.xx.2022-ci ilədək Göyçay şəhəri N.Nərimanov Prospekti 8 saylı fərdi yaşayış evində yaşamış, bu evdən aparılıb dəfn olunmuşdur. Lakin işdə olan sənədlərdən görünür ki, mübahisəli ev xx.xx.2021-ci il tarixdə özgəninkiləşdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-1250/2023 saylı, qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Məmmədəli oğlunun nümayəndəsi Nümayəndə Məmmədəli oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq cavabdehlər Cavabdeh5, X24 və Göyçay Rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişlər. Cavabdeh5 məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Müki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Mülki Məcəllənin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “S.N.Məmmədоvаnın şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrı; “A.Nadirova və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarı; “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Notariat haqqında Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-ci maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun: 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator apellyasiya şikayətinin təmin edilməsini və Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-1250/2023 saylı, qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(046)-1250/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya ilk növbədə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı Məmmədəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(046)-1250/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə iddianın vərəsəlik hüququnun tanınması hissəsində icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(046)-1250/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X14 məxsus olmuş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli, 2V-322 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində X6 adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə X11 10 il müddətinə X17 etibarnamə vermişdir. Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-304 saylı alqı-satqı müqaviləsinə əsasən X2 Şərqiyə Şiralı qızının adından həmin evi oğlu Cavabdeh5 satmışdır. Cavabdeh5 həmin ev üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ıl tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci ii tarixli, 4Ə- 1423 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 1/3 hissəsini müvafiq olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 satmış, xx.xx.2022-ci ildə onların hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə edən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vicdanlı alıcıdırlar, əmlak üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Məmmədəli oğlu tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vicdanlı alıcı olmaması qənaətinə gəlmək üçün hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddiasının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırılmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmamışdır. Ona görə də qətnamə ləğv edilməli, yeni qətnamə ilə iddia rədd edilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, X14 məxsus olmuş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli, 2V-322 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində X6 adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə il tarixdə X11 10 il müddətinə X17 etibarnamə vermişdir. Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-304 saylı alqı-satqı müqaviləsinə əsasən X2 Şərqiyə Şiralı qızının adından həmin evi oğlu Cavabdeh5 satmışdır. Cavabdeh5 həmin evin üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci ii tarixli, 4Ə- 1423 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 1/3 hissəsini müvafiq olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 satmış,xx.xx.2022-ci ildə onların hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şikayətin dəlilləri ondan ibarətdir ki, Göyçay şəhəri X16 ev 8 ünvanında yerləşən fərdi yaşayış evi X10 xüsusi mülkiyyətində olmuşdur. O, Göyçay şəhəri X16 ev 8 ünvanında yerləşən yaşayı evində pasport qeydiyyatındadır. X20 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. O, anasının dəfnində iştirak etmiş və dəfin xərcini özü çəkmiş, daha sonra o, işləmək üçün Ukrayna Respublikasına getmişdir. O, sözügedən yaşayış evinin damını tam təmir etdirmişdir. Göyçay rayon Notariat Ofisində vərəsələrin dairəsi tam müəyyən olunmadan xx.xx.2023-cü il tarixdə X14 məxsus olan, Göyçay şəhəri X16 ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair Göyçay Notariat Ofisində, X5 2021-ci il tarixli 2V-322 reyster nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X8 şizofreniya xəstəsi idi və xəstəliyi ilə əlaqədar 2-ci dərəcəli əlilliyi müəyyən olunmuşdur. Xəstəliyi üzündən ailə həyatı qurmamışdır. Şərqiyyə daima psixoloji gərgin olurdu, etdiyi hərəkətlərin nəticəsini dərk etmirdi. Bu halı məhkəmə iclasında şahidlər də təsdiq etmişlər. Şizofreniya xəstəsi X8 tək yaşadığın qohumu X23 ona nəzarət edirdi. Necə ola bilər ki, X8 xx.xx.2022-ci ildə mirası qəbul etmiş və Göyçay şəhəri X16 ev 8 ünvanında əşən fərdi yaşayış evinə dair sərəncam hüququ barədə xx.xx.2022-ci ildə X27 rayon notariat ofisində etibarnamə vermişdir. Nisə Həbibova isə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaşayış evini öz oğlu Cavabdeh5 satmışdır. Bakı şəhər 51 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4 Ə- 304 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 satılmışdır. Alqı-satqı müqaviləsi əsasında sözü gedən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli, **********, **********, ********** qeydiyyat nömrəli çıxarışlara əsasən Cavabdeh2, Cavabdeh3 Sadiq oğlunun, Cavabdeh4 adına qeydiyyata alınmışdır. Göyçay şəhəri X16 8 saylı fərdi yaşayış evi əvvəlcədən planlı olaraq bir neçə şəxslər tərəfindən X1 xəstə olması halından istifadə edilərək özgəninkiləşdirilmişdir. X8 öldüyü tarixə qədər, xx.xx.2022-ci ilədək Göyçay şəhəri N.Nərimanov Prospekti 8 saylı fərdi yaşayış evində yaşamış, bu evdən aparılıb dəfn olunmuşdur. Lakin işdə olan sənədlərdən görünür ki, mübahisəli ev xx.xx.2021-ci il tarixdə özgəninkiləşdirilmişdir. Kollegiya hesab edir ki, iddia tələbi və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli “A.Nadirova və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasının qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququnun itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bu baxımdan, vərəsəlik hüququ haqqında şəhadətnamənin etribarsızlığı barədə iddia tələbinin mahiyyəti üzrə əsaslılığı yoxlanılandan əvvəl, iddiaçının əqdi mübahisələndirmək hüququnu müddətlər nöqteyi-nəzərindən itirib ititrməməsi müəyyən olunmalıdır. Göründüyü kimi, Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş 2 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Göyçay rayon Notariat Ofisinin 31 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi olan X7 xx.xx.2021-ci il tarixdə 2V-322 reyetr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göründüyü kimi, İddiaçı Məmmədəli oğlunun 7 iyun 2021-ci il tarixdə, 2V-322 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətinin ona göndərilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Rayon Notariat Ofisinə müraciət etmişdir. İddiaçı Məmmədəli oğlu 7 iyun 2021-ci il tarixli, 2V-322 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətini 31 yanvar 2023-cü il tarixdə almışdır. Bu da onu göstərir ki, həmin vaxt iddiaçı həmin şəhadətnamənin mövcudluğundan artıq xəbərdar idi. İddiaçı 7 iyun 2021-ci il tarixdə verilmiş 2V-322 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin mövcudluğundan 31 yanvar 2023-ci il tarixdə xəbərdar olduğundan və 18 may 2023-cü il tarixdə hazırki iddia ilə Göyçay Rayon Məhkəməsinin müraciət etdiyindən həmin vaxt artıq qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülmüşdü. Kollegiyanın qənaətinə görə, məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Halbuki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifəsi yalnız haqların (hüquqların) təsdiq olunmaqla qorunmasını təmin etməkdir (MPM.m.2.1.). İndi bir haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq, sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Buna görə də, iddia müddətlərinin ötürülmüş olmasını məhkəmələr öz-özlüyündən nəzərə ala bilmədikləri halda, heç kim irəli sürməsə də iş materiallarından kəsici müddətlərin ötürülüməsinin məlum olduğu hallarda məhkəmə bunu nəzərə almağa məcburdur. Əks halda məhkəmə olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni mənafeyini hüquqa zidd bir şəkildə pozmuş olar. İddia müddətlərinin ötürülməsi iddiaçının iddia tələbinin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirmir (MM.m.3 83). Halbuki kəsici müddətin ötürülməsi bu müddətin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfin kəsici müddətin ötürülməsi nəticəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ da aradan qalxdığına görə, iddia tələbi Göyçay rayon Notariat Ofisinin xx.xx.2008-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi olan X6 adına verilmiş xx.xx.2021-ci il tarixli 2V-322 reyetr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab olunması barədə tələbi təmin edilə bilməz. İddia tələbinin mübahisəli miras əmlakda iddiaçının payının müəyyən edilməsi hissəsinə gəldikdə isə kollegiya qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Belə ki, nə qədər ki, xx.xx.2021-ci il tarixli 2V-322 reyetr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” qüvvədədir və ləğv edilməmişdir mübahisəli miras əmlakda iddiaçının payının müəyyən edilməsi tələbi də təmin edilə bilməz. Kollegiya iddia tələbinin X4 adına vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın qismən, ½ hissədə ləğv olunması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Belə ki, X4 adına həmin fərdi yaşayış evinə xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış X6 adına verilmiş xx.xx.2021-ci il tarixli, 2V-322 reyetr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında verilmişdir. Yəni, nə qədər ki, həmin şəhadətnamə qüvvədədir, onun əsasında verilmiş çıxarış da ləğv edilə bilməz. Kollegiya iddia tələbinin Bakı şəhəri 35 saylı Notariat ofisi tərəfindən X4 Göyçay şəhəri X16 ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair sərəncam hüququ barədə xx.xx.2022-ci ildə Nisə Həbibovaya verilmiş etibarnamə və yaşayış sahəsinin Cavabdeh5 satılmasına dair xx.xx.2021-ci il tarixli, 4Ə-304 saylı alqı-satqı müqaviləsinin tam etibarsız hesab olunması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə, dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamlığına dəlalət edir. Mülki Məcəllənin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. “S.N.Məmmədоvаnın şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrındа Kоnstitusiyа Məhkəməsinin hüquqi müvqeyi оndаn ibаrət оlmuşdur ki, əmlаkı bаşqа şəxslərdən əldə edən hər bir аlıcıdа əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаdıqdа, о vicdаnlı аlıcı qismində qəbul оlunur. Bundаn bаşqа, əldə оlunmuş əmlаkа üçüncü şəxslərin mümkün iddiаlаrındаn xəbəri оlmаdığı hаllаrdа dа аlıcı vicdаnlı hesаb edilir. Həmçinin vurğulаnmаlıdır ki, mülkiyyət hüququnа dаir dövlət reyestrindəki yаzının qаnuniliyinin yоxlаnılmаsındаn sоnrа deyil, məhz həmin yаzının mövcudluğu fаktınа əsаsən vicdаnlı аlıcı əmlаkın mulkiyyətçisi kimi tаnınır. Gələcəkdə əqdin bаğlаnmаsı аnındа оnа mаne оlаn hər hаnsı hаllаrın muəyyən оlunmаsı isə vicdаnlı аlıcının əmlаk hüquqlаrının pоzulmаsı səbəbini təşkil etməməlidir.” Mübahisə edilən alqı-satqı müqaviləsi dövlət reyestrindəki yаzının mövcudluğu fаktınа əsаslanmaqla bağlanılmışdır və alıcı vicdanlı əldə edəndir. Həmin reyestrdəki qeyd əsasında verilmiş Çıxarış yuxrıda qeyd olunan səbəblərlə ləğv edilmədiyindən həmin qeyd əsasında bağlanmış müqavilə də etibarsız hesab oluna bilməz. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair alqı- satqı müqaviləsi əsasında Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına xx.xx.2022-ci il tarixli **********, **********, ********** qeydiyyat nömrəli çıxarışların ləğv olunması hissəsinə gəldikdə isə, həmin Çıxarışlar da öz növbəsində xx.xx.2021-ci il tarixli, 4Ə-304 saylı alqı-satqı müqaviləsi əsasında verilmişdir ki, həmin alqı satqı müqaviləsi ləğv edilmədiyi halda həmin Çıxarışların da ləğv edilməsi yol verilməzdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(046)- 1250/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Məmmədəli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(046)- 1250/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-122/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-122/2024
29.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver