Məhkəmə qərarları › İş №2(107)-1222/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1222/2022

08.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1222/2022 08.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, Oğuz rayon Notariat Ofisi üçüncü şəxs qismində işə cəlb edilməklə, Cavabdeh qarşı evin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd olunan evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə2, Cavabdeh iştirakları ilə, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(054)-56/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı, Oğuz rayon Notariat Ofisi üçüncü şəxs qismində işə cəlb edilməklə, Cavabdeh qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evin cavabdehə satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd olunan evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1996-cı ildə X9 ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.1997-ci il tarixdə X10 adlı bir uşaqları anadan olmuşdur. X2 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Hazırda mübahisə olunan ünvan 3 ünvanında yerləşən, sahəsi 59.3 kv.metr olan ev mərhum ərinin şəxsi mülkiyyətində olmuşdur. Əri vəfat etdikdən sonra o, ərindən miras qalmış evi və torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyəndə ərinin qardaşı, yəni hazırki iş üzrə Cavabdeh və anası ona bildirmişlər ki, oğlu Ruslan yetkinlik yaşına çatanadək miras əmlak hesab olunan ev heç kimin adına rəsmiləşdirilməsin, Ruslan yetkinlik yaşına çatdıqdan sonra evi onun adına rəsmiləşdirəcəklər. O da gələcəkdə miras evin oğlunun adına rəsmiləşdiriləcəyinə inandığı üçün buna razılıq vermişdir. 2021-ci ilin yay aylarında miras əmlakla bağlı Qəbələ “ASAN Xidmət” Mərkəzinə müraciət edərkən ona bildirmişlər ki, müvafiq sorğulara cavab alındıqdan sonra vərəsəlik şəhadətnaməsi verilə bilər. Təxminən, 1 ay sonra Qəbələ “ASAN Xidmət” Mərkəzinə dəvət olunmuş və həmin vaxt ona bildirilmişdir ki, onun adına artıq vərəsəlik şəhadətnaməsi verilmişdir və o, həmin sənədləri Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinə təqdim edərək evə dair Çıxarış sənədi ala bilər. O, Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinə müraciət edən zaman isə məlum olmuşdur ki, cavabdeh onun xəbəri olmadan evi öz adına rəsmiləşdirmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə müraciət etmiş, həmin orqandan ona verilən sənədlərdən məlum olmuşdur ki, cavabdeh onun xx.xx.2000ci il tarixdə Oğuz rayon Notariat X1 verdiyi etibarnamədən istifadə edərək xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə nail olmuşdur. O, yalnız mərhum ərindən qalmış avtomobilin satılması ilə bağlı etibarnamə vermişdir. X8 isə tanımır, həmin şəxsə hər hansı etibarnamə və tapşırıq verməmişdir. O, ümumiyyətlə ərindən qalan miras əmlakla bağlı notariat orqanına müraciət etməmiş, vərəsəlik şəhadətnaməsi almamışdır. Belə ki, mərhum ərinin anası və hazırki iş üzrə cavabdehlə aralarında olan razılaşmaya əsasən oğlu Ruslan 18 yaşına çatanadək heç buna ehtiyac olmamalı idi. Cavabdeh həmin etibarnaməni ondan mərhum ərindən miras qalmış avtomobilin satılması üçün istəyib almışdır. Onun mərhum ərindən miras qalmış, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini satmaq fikri olmamışdır. Həmin əsaslara görə hesab edir ki, alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və qeyd olunan evin hüquqi statusu əvvəlki vəziyyətinə qaytarılmalıdır. Ona görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(054)-56/2022 saylı qətnaməsi ilə (hakim K.Süleymanov) İddiaçı, Oğuz rayon Notariat Ofisi üçüncü şəxs qismində işə cəlb edilməklə, Cavabdeh qarşı ünvan 3 ünvanında yerləşən evin cavabdehə satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd olunan evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması barədə iddia tələbinin təmin edilməməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləğinin İddiaçı aid edilməsi, iş üzrə cəmi 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı hazırki iş üzrə cavabdehin mərhum qardaşı X3 arvadı olmuşdur. Onların birgə nikahından xx.xx.1997-ci il tarixdə X10 adlı bir uşaqları olmuşdur. X9 xx.xx.1998-ci il tarixdə vəfat etmiş, ondan miras qalan, ünvan 1 ünvanında yerləşən evə dair xx.xx.2000-ci il tarixdə hazırki iş üzrə iddiaçı və onun övladı X4 adına birinci növbədə vərəsələr kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunan vəsiyyətnamə əsasında həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında hazırki iş üzrə iddiaçı və onun övladı X4 adına rəsmiləşdirilmişdir. xx.xx.2000-ci il tarixdə iddiaçının adından X7 etibarnamə verilərək ünvan 3 ünvanında yerləşən evdən istifadə etmək, evi satmaq, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq və başqa işlərin görülməsi sonuncuya etibar edilmişdir. Həmin etibarnamə əsasında ünvan 1 ünvanında yerləşən ev cavabdehə satılmış və bununla əlaqədar bağlanmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi Oğuz rayon Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmişdir. Alqı-satqı müqaviləsini satıcı qismində iddiaçının adından X11 imzalamışdır. Bundan sonra qeyd olunan fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında hazırki iş üzrə cavabdehin adına rəsmiləşdirilmişdir. Evin yerləşdiyi 504,38 kv.metr həyətyanı torpaq sahəsinə də aqrar islahat komissiyasının müvafiq qərarı ilə hazırki iş üzrə cavabdehin adına hüquqmüəyyənedici sənəd tərtib edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən evin cavabdehə satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi satıcı qismində iddiaçının adından onun verdiyi xx.xx.2000-ci il tarixli etibarnamə əsasında imzalanmışdır. Məhkəmə iddiaçının iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməzdən əvvəl iştirak etdiyi məhkəmə prosesində verdiyi izahatda göstərdiyi, X8 tanımadığı, həmin şəxsə hər hansı etibarnamə və tapşırıq vermədiyi, ümumiyyətlə, evi satmaq fikrində olmadığı barədə xüsusatlara münasibət bildirərək qeyd etmişdir ki, həmin xüsusatlar cavabdehin dəlilləri ilə yanaşı, məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi ilə təkzib edilmiş, yəni xx.xx.2000-ci il tarixli etibarnamədə olan yazıların və imzanın məhz iddiaçının özü tərəfindən icra edildiyi təsdiq edilmişdir. Eyni zamanda, iddiaçı yalnız mərhum ərindən qalmış avtomobilin satılması ilə bağlı etibarnamə verdiyini, cavabdehin həmin etibarnaməni ondan qeyd olunan avtomobilin satılması üçün istəyib aldığını, ümumiyyətlə, onun ərindən miras qalan evi satmaq niyyətində olmadığını, mərhum ərinin anası və hazırki iş üzrə cavabdehlə aralarında olan razılaşmaya əsasən həmin şəxslərin onun oğlu Ruslan 18 yaşına çatanda evin onun adına rəsmiləşdiriləcəyini vəd etdiklərini iddia etsə də, bunu sübut edə bilməmişdir. Məhkəməyə təqdim edilən və məhz iddiaçı tərəfindən imzalanmış olduğu sübuta yetirilən etibarnamədə isə etibarnamənin konkret olaraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində sərəncam verilməsi (o cümlədən evin satılması) məqsədi ilə verildiyi müəyyən olunur. Ona görə də məhkəmə iddiaçının iddia tələbində və izahatında göstərdiyi xüsusatlara tənqidi yanaşmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırki iddianın predmetinə aid olan fərdi yaşayış evindən istifadə etmək, evi satmaq, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq və başqa işlərin görülməsi ilə əlaqədar 2020-ci ildə digər şəxsə etibarnamə verməsi, o vaxtdan indiyədək keçən 22 ilə yaxın müddət ərzində qeyd olunan etibarnaməni, həmin etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsini və etibarnamənin doğurduğu digər nəticələri, habelə, evin cavabdehin mülkiyyətində və faktiki sahibliyində olmasını mübahisələndirməməsi də onun etibarnamə verilən vaxtda həmin evin satılmasına razı olduğunu deməyə əsas verir. Hazırki iş üzrə mübahisə predmetinə aid olan alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilərək təsdiq olunduğu, həmin müqavilənin etibarsız hesab edilməsinə hər hansı qanuni əsasların mövcud olmadığı işin faktiki halları ilə müəyyən edilmişdir. İddiaçı isə hazırki iddiasında mübahisələndirdiyi əqdin etibarsızlığına səbəb ola biləcək hər hansı halların mövcud olduğunu məhkəmə iclasında sübut edə bilməmişdir. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi, iddiaçı onun adına etibarnamə verərkən onun iddiaçını görmədiyi və iddiaçı ona etibarnamə əsasında konkret olaraq hər hansı işi görməyi, notariat əməliyyatını həyata keçirməyi şəxsən tapşırmadığı, həmin etibarnaməni ona cavabdehin təqdim etdiyi barədə xüsusatları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1 və 362.1-ci maddələrinin tələbləri baxımından həmin etibarnamə əsasında bağlanmış əqdin etibarlılığının şübhə altına alınması üçün əsas hesab etməmişdir. Evin alqı-satqı müqaviləsinin bağlanması nəticəsində alıcı tərəfindən iddiaçını etibarnamə ilə təmsil edən şəxsə hər hansı məbləğ ödənilməməsi və həmin şəxsin də iddiaçıya evin alqısatqısına görə hər hansı məbləğ verməməsi isə hazırki iş üzrə mübahisə predmetinə aid olmayıb, qeyd olunan alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına əsas deyildir. Məhkəmə tərəflərin dəlillərinə məcmu halında işin faktiki halları və qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlmişdir ki, hazırki iş üzrə mübahisə predmetinə aid olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə hər hansı əsaslar mövcud olmadığına görə məhkəmə iddia tələbinin ünvan 3 ünvanında yerləşən evin cavabdehə satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mübahisə predmetinə aid olan evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması barədə hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı iddia tələbinin həmin hissəsinin əsası kimi də alqı-satqı müqaviləsinin etibarsızlığına istinad etmişdir. Qeyd olunan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə hər hansı qanuni əsaslar mövcud olmadığından və iddia tələbinin həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbinin evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı hissəsinin də heç bir hüquqi əsası yoxdur. Qeyd olunan əsaslara görə məhkəmə iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu məbləğinin onun özünə aid edilməsini qanunauyğun hesab etmişdir. İş üzrə ekspertiza iddiaçının vəsatəti əsasında təyin edildiyindən və ekspertizaya təqdim edilmiş sənədin (etibarnamə) məhz onun tərəfindən imzalandığı sübuta yetirildiyindən məhkəmə hesab etmişdir ki, iş üzrə ekspertiza xərci olan 138 manat məbləğ də iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1, 362.1, 394-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1-ci, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı Oğuz şəhərindəki evdə yaşamaq istəmədiyi üçün onların Rusiya Federasiyasındakı evi satıldıqdan sonra mərhum ərinin dayısı Bakı şəhərindəki evi almışdır. İşin bu halı cavabdehin məhkəmədə verdiyi izahatında da öz təsdiqini taparaq sübut olunmuşdur. Belə ki, qətnamənin 3-cü səhifəsinin 2-ci abzasında göstərildiyi kimi cavabdeh bildirir ki, mərhum qardaşı Habilin Rusiya Federasiyasında faktiki olaraq evi olmuşdur. 1998-ci ildə qardaşı Habil vəfat etmişdir. Habilin vəfatından sonra onun Rusiya Federasiyasındakı evi satılmış və əldə olunmuş vəsaitlə onun ailəsinə ev almaq qərarına gəlmişlər. iddiaçı Oğuz şəhərindəki evi istəmədiyi, ona Bakı şəhərindən ev alınmasını təkidlə istədiyi üçün iddiaçıya Bakı şəhərindən ev alınmışdır. Göründüyü kimi iddiaçı üçün Bakı şəhərində alınmış evin dəyərinin, onun mərhum həyat yoldaşına məxsus olmuş, Rusiya Federasiyasındakı mənzilin satışından əldə edilmiş vəsait hesabına alınması işin mübahisəsiz halıdır. Cavabdeh isə ona mərhum ərinin adına Rusiya Federasiyasının Surqut şəhərində minik avtomobili qaldığını bildirmiş, o da həmin işlə bağlı Rusiya Federasiyasında yaşayan şəxsə etibarnamə vermişdir. Avtomobillə bağlı etibarnamə verdiyi şəxsin adı Ramazan olmuş, soyadı və digər məlumatları isə hazırda xatırlamır. Oğuz şəhərindəki evin satılması ilə bağlı onun yanımda heç vaxt danışıq və ya razılaşma olmamışdır. O, həmin evin mərhum ərinin adına olduğunu bilmiş, ancaq evin onun öz adına necə rəsmiləşdirildiyindən və satıldığından xəbəri olmamışdır. O, Kamal Yusifov adlı şəxsi görməmiş, ona etibarnamə verdiyini belə xatırlamır. Kamal Yusfov məhkəmədə verdiyi izahatında iddiaçının fikirlərini təsdiqləyərək bildirmişdir ki, İddiaçı tərəfindən ona hazırda mübahisələndirilən evin satışı və ya digər formada özgəninkiləşdirilməsi ilə bağlı hər hansı bir tapşırıq verilməmişdir. O, sadəcə Mürvətin xahişi ilə notariat ofisinə gələrək alqı-satqı müqaviləsini imzalamış, bunun müqabilində Cavabdeh pul almamış, İddiaçı pul verməmişdir. Cavabdeh özü də məhkəmədə verdiyi izahatında göstərmişdir ki, hazırda mübahisələndirilən fərdi yaşayış evinin onun mülkiyyətinə keçirilməsi zamanı bağlanmış xx.xx.2002-ci il tarixli alğı-satqı müqaviləsində evin dəyəri 18.000.000 (on səkkiz milyon) manat göstərilsə də, pul ödəməmişdir. İddiaçının oğlu Ruslan 1997-ci ildə anadan olmaqla, 2015-ci ildə 18 yaşı tamam olmuş və yetkinlik yaşına çatmışdır. Ancaq atasının vəfat etməsi, həmçinin, digər ailə qayğıları və problemləri səbəbindən oğlunun 18 yaşı tamam olduqdan dərhal sonra sənədləşmə işlərinə başlaya bilməmişdir. Göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən iş materiallarına əlavə edilmiş sübutlara, məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlara, o cümlədən məhkəmədə verilmiş şahid ifadələrinə deyil, özü tərəfindən irəli sürülmüş fikirlərə hüquqi qiymət vermişdir. Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin istinad etdiyi xx.xx.2000-ci il tarixli, 4-E-İ/56 №-li etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbinin həcminin artırılması barədə ərizəni məhkəmə bilərəkdən əsassız olaraq geri qaytarmış, bu barədə iddiaçıya qəbul etdiyi qərardadı rəsmi qaydada təqdim etməyərək, gələcəkdə belə bir qanunsuz və əsassız qətnamə qəbul etməsinə özlüyündə şərait yaratmışdır. Qeyd olunanlara əsasən, o, Oğuz Rayon Məhkəməsinin 2(054)-56/202 saylı iş üzrə xx.xx.2022ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin 2(054)-56/202 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 2(054)-56/202 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Oğuz Rayon Məhkəməsinin 2(054)-56/202 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə apellyasiya şikayətinə münasibətdə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(054)-56/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı hazırki iş üzrə cavabdehin mərhum qardaşı X3 arvadı olmuşdur. Onların birgə nikahından xx.xx.1997-ci il tarixdə X10 adlı bir uşaqları olmuşdur. X9 xx.xx.1998-ci il tarixdə vəfat etmiş, ondan miras qalan, ünvan 1 ünvanında yerləşən evə dair xx.xx.2000-ci il tarixdə hazırki iş üzrə iddiaçı və onun övladı X4 adına birinci növbədə vərəsələr kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunan vəsiyyətnamə əsasında həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında hazırki iş üzrə iddiaçı və onun övladı X4 adına rəsmiləşdirilmişdir. xx.xx.2000-ci il tarixdə iddiaçının adından X7 etibarnamə verilərək ünvan 3 ünvanında yerləşən evdən istifadə etmək, evi satmaq, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq və başqa işlərin görülməsi sonuncuya etibar edilmişdir. Həmin etibarnamə əsasında ünvan 1 ünvanında yerləşən ev cavabdehə satılmış və bununla əlaqədar bağlanmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi Oğuz rayon Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmişdir. Alqı-satqı müqaviləsini satıcı qismində iddiaçının adından X11 imzalamışdır. Bundan sonra qeyd olunan fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında hazırki iş üzrə cavabdehin adına rəsmiləşdirilmişdir. Evin yerləşdiyi 504,38 kv.metr həyətyanı torpaq sahəsinə də aqrar islahat komissiyasının müvafiq qərarı ilə hazırki iş üzrə cavabdehin adına hüquqmüəyyənedici sənəd tərtib edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Apellyator verdiyi apellayasiya şikayətində qeyd etmişdir ki, o, Kamal Yusifov adlı şəxsi görməmiş, ona etibarnamə verdiyini belə xatırlamır. Kamal Yusfov məhkəmədə verdiyi izahatında iddiaçının fikirlərini təsdiqləyərək bildirmişdir ki, İddiaçı tərəfindən ona hazırda mübahisələndirilən evin satışı və ya digər formada özgəninkiləşdirilməsi ilə bağlı hər hansı bir tapşırıq verilməmişdir. O, sadəcə Mürvətin xahişi ilə notariat ofisinə gələrək alqı-satqı müqaviləsini imzalamış, bunun müqabilində Cavabdeh pul almamış, İddiaçı pul verməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, mülki iş materiallarına əlavə edilən 17 fevral 2000-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı X7 etibarnamə verərək, ona məxsus olan ünvan 3 ünvanında yerləşən evindən istifadə etməyə, satmağa, qeydiyyatdan çıxarmağa, qeydiyyat salmağa və başqa işləri görməyi etibar etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının vəsatəti əsasında iş materiallarında olan xx.xx.2000-ci il tarixli etibarnamədə “İddiaçı” sözlərinin, həmin sözlərin qarşısında olan imzanın kim tərəfindən icra edildiyini, həmin imzanın İddiaçı tərəfindən qəsdən dəyişdirilməklə təhrif olunmuş şəkildə icra edilib-edilmədiyini dəqiqləşdirmək üçün Oğuz Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməxəttşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi nəticəsində verilmiş və mülki iş materiallarına əlavə edilən xx.xx.2022-ci il tarixli 4/518 nömrəli rəydən görünür ki, İddiaçı adından verilmiş xx.xx.2000-ci il tarixli etibarnamədə “İddiaçı” sözləri, həmin sözlərin qarşısında olan imza İddiaçı tərəfindən icra edilmişdir. Həmin imzanın qəsdən dəyişdirilməklə icra olunması əlamətləri aşkar edilməmişdir Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqata təqdim olunmuş iddiaçıya məxsus eksperimental xətt nümunələri əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən evin cavabdehə satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi satıcı qismində iddiaçının adından onun verdiyi xx.xx.2000-ci il tarixli etibarnamə əsasında imzalanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmə kollegiyasının qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsihəmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Həm iddiaçı tərəfindən etibarnamə verilərkən, həm də cavabdeh ilə digər etibarnamə alan şəxs arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanarkən mülki qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçı tələbində müvafiq etibarnaməni avtomobilin satılması üçün verdiyini göstərsə də, bu halı sübut edə bilməmişdir. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bundan başqa apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin istinad etdiyi xx.xx.2000-ci il tarixli, 4-E-İ/56 №-li etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbinin həcminin artırılması barədə ərizəni məhkəmə bilərəkdən əsassız olaraq geri qaytarmış, bu barədə iddiaçıya qəbul etdiyi qərardadı rəsmi qaydada təqdim etməyərək, gələcəkdə belə bir qanunsuz və əsassız qətnamə qəbul etməsinə özlüyündə şərait yaratmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Məhkəmə kollegiyası qeyd edi ki, iş üzrə iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması və əlavə cavabdehin cəlb olunması barədə ərizə ilə müraciət etsə də, mülki iş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(107)- 56/2022 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı, Oğuz rayon Notariat Ofisi üçüncü şəxs qismində işə cəlb edilməklə, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia tələbinin həcminin artırılması və əlavə cavabdehin cəlb olunması barədə verilmiş ərizə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 qaytarılması qərara alınmışdır. Bundan başqa tərəfə qərardad ona rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət vermək hüququ izah edilmişdir. Lakin İddiaçı Oğuz Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(107)-56/2022 saylı qərardadını həmin müddət ərzində mübahisələndirməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırki iddianın predmetinə aid olan fərdi yaşayış evindən istifadə etmək, evi satmaq, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq və başqa işlərin görülməsi ilə əlaqədar 2020-ci ildə digər şəxsə etibarnamə verməsi, o vaxtdan indiyədək keçən 22 ilə yaxın müddət ərzində qeyd olunan etibarnaməni, həmin etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsini və etibarnamənin doğurduğu digər nəticələri, habelə, evin cavabdehin mülkiyyətində və faktiki sahibliyində olmasını mübahisələndirməməsi də onun etibarnamə verilən vaxtda həmin evin satılmasına razı olduğunu deməyə əsas verir. Hazırki iş üzrə mübahisə predmetinə aid olan alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilərək təsdiq olunduğu, həmin müqavilənin etibarsız hesab edilməsinə hər hansı qanuni əsasların mövcud olmadığı işin faktiki halları ilə müəyyən edilmişdir. İddiaçı isə hazırki iddiasında mübahisələndirdiyi əqdin etibarsızlığına səbəb ola biləcək hər hansı halların mövcud olduğunu məhkəmə iclasında sübut edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə iddiaçının apellyasiya şikayətinə münasibətdə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(054)-56/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(054)-56/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar