Məhkəmə qərarları › İş №2(107)-1228/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1228/2023

15.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1228/2023 15.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə (Açar sözlər: ləğv, icraatdan çıxarılma, 384.0.6) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli 2(037)-539/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qalmış 5040 manat dəyərində qızıl-zinyət əşyaları və ya dəyəri, 3212 manat dəyərində cehiz əmlakı və ya dəyəri, 650 manat dəyərində atası və qardaşı tərəfindən hədiyyə edilmiş su çəni, odun peçləri və çörək bişirən peç və ya dəyəri, birgə nikah müddətində 3000 manat xərc çəkilərək tikilmiş tövlənin yarı dəyəri 1500 manat və 1000 manat dəyəri olan 6 baş inəyin 3 başını və ya onların dəyəri kimi 5000 manat - cəmi 15402 manat dəyərində əmlak və ya dəyəri cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli 2(037)-539/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 680 manat dəyərində bir ədəd briliyant tək qaşlı 750 prob üzük, 550 manat dəyərində yumru üstü xırda qaşlı 583 prob 07 qram üzük, 380 manat dəyərində paxlava şəkilli, ortada böyük yaşıl qaşlı, qıraqları xırda qaşlar olan 05 qram üzük, 450 manat dəyərində üç ağ qaşlı 06 qramlı qızıl üzük, 380 manat dəyərində üstü xırda qaşlar olan 750 prob 03 qramlıq üzük, 2600 manat dəyərində cəmi 32 qramlıq qızıl dəst-sırğa, üzük, sep, 200 manat dəyərində dəmir su çəni, biri 260 manat dəyərində, biri 30 manat dəyərində odun peçi, 160 manat dəyərində odunla işləyən çörək bişirən peç, 80 manat dəyərində bir ədəd taxt döşəyi və yorğanı, 210 manat dəyərində üç dəst tək adamlıq yorğan-döşək dəsti, 140 manat dəyərində dörd ədəd müxtəlif ölçülü ədyallar, 160 manat dəyərində dörd ədəd böyük döşəkçə və beş ədəd balınc, 100 manat dəyərində altı ədəd divan döşəkçəsi və bir ədəd divan üstü örtük, 125 manat dəyərində beş dəst çexolprastina, 135 manat dəyərində on ədəd əl-üz dəsmalı, üç ədəd iri hamam dəsmalı, iki ədəd çay dəsmalı, 400 manat iki ədəd yataq otağının pərdəsi, iki karniz, səkkiz metrə eyvan pərdəsi və karnizi, əlavə pəncərə pərdələri və karnizləri, 1300 manat dəyərində yeddi ədəd xalça, hədiyyə verilmiş palaz, 320 manat dəyərində iki cüt obed servisi, bir çamadan qaşıq dəsti, 48 ədəd stəkannəlbəki dəsti, 12 ədəd xurustal stəkan, 135 manat dəyərində iki ədəd vaz, iki ədəd güldan, bir ədəd yataq otağı lüstürü, 127 manat dəyərində iki çaydan, bir divar saatı, dördayaq, çuqun teşt, üç ədəd podnos - cəmi 8922 manat dəyərində cehiz əmlakları, həmin əmlaklar olmadıqda onların dəyəri olan 8922 (səkkiz min doqquz yüz iyirmi iki) manat məbləği alınaraq İddiaçı ödənilməsi, Cavabdeh1 birgə nikah dövründə inşa edilmiş tövlə binasının tikilməsinə çəkilmiş 1254,10 manat xərcin yarısı – 627 (altı yüz iyirmi yeddi) manat 05 (beş) qəpik alınaraq İddiaçı ödənilməsi, mülki iş üzrə ödənilmiş 87 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin iddiaçının özünə aid edilməsi, İddiaçı 100 (bir yüz) manat və Cavabdeh1 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat ekspertiza xərci məbləğinin tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, bank: "xxxx" ASC Yevlax filialı, kod: 509299, bankın VÖENİ: **********, h/h: AZ61BRES********************, m/h: AZ80NABZ********************, SWİFT: BRESAZ722) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şiakyəti verilmişdir. İş Şəki Аpellyаsiyа Məhkəməsinə daxil olmuş və mülki kollegiyanın 13 oktyabr 2023cü il tarixli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 verdiyi apellyasiya şikayətində “apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində “İsmayıllı Rayon Məhkəməsinin 2(037)-539/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul olunmalıdır” cümləsi yazılmış, apellyasiya məhkəməsindən nə məzmunda qətnamə qəbul edilməsinin xahiş edilməsi göstərilməmişdir. O cümlədən, apellyasiya şikayətinin məzmunu da qeyri-dəqiq yazılmaqla, cavabdehin birinci instansiya məhkəməsinin iddia tələbinə dəqiq münasibəti və hansı hissə ilə razılaşıb, hansı hissə ilə razılaşmaması, nəticədə hansı məzmunda qətnamə qəbul edilməsinin arzu edilməsi aydın deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə qızıl-zinət əşyaları, cehiz və digər əşyalar daxil, iddia ərizəsində cəmi 16 sırada göstərilən əmlaklar təmin edildiyi halda, apellyator cəmi 7 əmlaka dair fikir bildirmiş, digər əmlaklarla bağlı heç bir münasibət bildirilməmişdir. “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində hansı məzmunda qətnamənin qəbul edilməsinin xahiş edilməsinin göstərilməməsi də nəzərə alındıqda, hazırki iş üzrə cavabdehin qətnaməyə və iddia ərizəsinə münasibəti və apellyasiya məhkəməsindən tələbi ümumiyyətlə aydın olmur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayəti ilə əlaqəsi olmayan izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin məzmununun aydın olmadığını, yazılanların qeyri-dəqiq olduğunu bildirmişdir. Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 361.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, Cavabdeh1 verdiyi apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməmişdir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Belə оlаn hаldа məhkəmə kоllegiyаsı hesаb edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətin uyğunluğunu yoxlamalı olduğu halda, bunu etmədiyindən, həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün deyildir. Ona görə də, hazırki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməsi və işin icraata qəbul edilməsi haqqında qərardadı ləğv edilməklə, iş apelyasiya baxışından çıxarılmalı və apellyasiya qeyri-mümkün hesab edilməklə İsmayıllı Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 384, 395-397, 400, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair 2(107)- 1228/2023 nömrəli mülki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında 13 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya baxışından çıxarılsın və apellyasiya qeyri-mümkün hesab edilməklə İsmayıllı Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına “Elektron məhkəmə” informasiya sistemi qaydasında kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar