Məhkəmə qərarları › İş №2(107)-1247/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1247/2024

18.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1247/2024 18.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Qax rayon Şöbəsinə, Cavabdeh4, X2, Cavabdeh5 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 1952-1959-cu illərdə X7 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X5 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X7 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X5 və Cavabdeh5un göstərilən torpaq sahələrindən çıxarılması və Qax rayon X12 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X6 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 1952-1959-cu illərdə X7 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X5 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X7 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X5 və Cavabdeh5un göstərilən torpaq sahələrindən çıxarılması və Qax rayon X12 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X6 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadına əsasən iddia tələbinin “Qax rayon X12 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X6 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi”nə dair hissəsi işə baxan məhkəməyə aid olmadığı üçün həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qətnaməsinə əsasən iddianın təmin edilməməsi, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Qax rayon Şöbəsinə, Cavabdeh4, X2, Cavabdeh5 qarşı “1952-1959-cu illərdə X7 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X5 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X8 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X5 və Cavabdeh5un göstərilən torpaq sahələrindən çıxarılması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməsi, iddiaçının məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadından İddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı şikayəti işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarından müəyyən оlunmuşdur ki, birinci instansiya məhkəməsi İddiaçı Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadından verdiyi şikayətə baxaraq təmin etmədiyi təqdirdə apellyasiya məhkəməsinə göndərməli olduğu halda, şikayətə baxmadan, həmin şikayəti Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)- 385/2024 saylı qətnaməsindən verilmiş şikayət kimi qəbul edərək iş materiallarını Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin əvvəlində onun apellyasiya şikayəti olması qeyd edilsə də iddiaçının xahişi Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)- 385/2024 saylı qərardadının ləğv edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi şikayətin qətnamədən verilən şikayət olması qənaətinə gəlmmişdirsə belə bu halı şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərməmişdən əvvəl iddiaçı ilə dəqiqləşdirməli olmuşdur. Lakin qeyd edilən hallara riayət edilmədən şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərməmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı iddia tələbinin “Qax rayon X12 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X6 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi”nə dair hissəsində iş üzrə icraata xitam verilmiş, iddiaçı həmin qərardaddan şikayət vermiş, birinci instansiya məhkəməsi isə İddiaçı şikayətinə baxmadan, iş materiallarını qərardaddan şikayətə baxılması üçün birbaşa apellyasiya məhkəməsinə göndərmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadından İddiaçı şikayətinə baxılması ilə bağlı prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Ona görə də, məhkəmə kollegiyası hesab edirki, Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilməli və iddiaçının şikayəti MPM-nin tələblərinə riayət edilməsi üçün iş materialı ilə Qax Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 366 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin və iddiaçının şikayəti MPM-nin tələblərinə riayət edilməsi üçün iş materialı ilə Qax Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar