Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1279/2022 06.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Göycay Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə Cavabdeh2 arasında geyim mallarının alğı-satqısı barədə şifahi razılaşma olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 11.500 manat məbləğində pulun, 300 manat nümayəndəyə ödənilmiş pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərində geyim əşyalarının satışı ilə məşğul olur, o, 2018-ci ildə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə tanış olmuş və onlara satmaq üçün xeyli miqdarda geyim əşyaları vermiş, onlar həmin geyim əşyalarını bir neçə günə satıb pulunu ödəməyi iddiaçıya söz vermişlər. Lakin bu günədək həmin əşyaların pulunu ona tam qaytarmamışlar. Cavabdehlər nisyə alğı-satqı müqaviləsi əsasında iddiaçıdan aldıqları geyim əşyalarının dəyərini təşkil edən 11.500 manat borclu qalmışlar. Həmin pulu cavabdehlər qaytarmadıqlarına görə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət etmiş, cavabdehlər 18-ci Polis Şöbəsində izahat verərək ona olan borclarını etiraf etmişlər. Lakin o, dəfələrlə borclarını ödəmələrini cavabdehlərdən tələb etsə də onlar müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınırlar. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(046)- 1272/2021 nömrəli iş üzrə qəbul etdiyi 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia qismən təmin edilmiş, Cavabdeh2 10.961 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın Cavabdeh1 münasibətdə təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh2 digər Cavabdeh1 vasitəsi ilə tanış olduğu İddiaçı 2018-ci ildə 35.000 manat dəyərində kişi geyimlərini nisyə almış, həmin puldan 24.039 manatı qaytarmış, iddiaçıya 10.961 manat borcu qalmışdır. İddiaçıya məxsus 10.961 manat məbləğində pul vəsaiti Cavabdeh2 qanunsuz sahibliyindədir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Ona görə ki, məhkəmə baxışı zamanı Cavabdeh1 İddiaçı qarşısında pul ödənilməsi ilə bağlı öhdəliyinin olması müəyyən edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 600.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İşin fаktiki hаllаrındаn görünür ki, iddiаçı Rövşən Rəhimоv ona məхsus Göyçаy şəhərində fəаliyyət göstərən kişi gеyimləri mаğаzаsındа sаtmаq üçün müхtəlif vахtlаrdа mаl vеrmiş, rаzılаşdıqları qаydаdа və müddətdə vеrilmiş mаllаrın dəyəri mаğаzаnın sаtıcısı Vüqаr Cаvаdоv tərəfindən iddiаçıyа ödənilmişdir. Sоnuncu dəfə iddiаçı 2018-ci ilin аprеl аyındа 35.000 mаnаt dəyərində kişi gеyimləri аlınmış, həmin mаlın 24.039 mаnаt hissəsi sаtılаrаq, dəyəri sоnuncuyа ödənilmiş, qаlаn 10.961 mаnаt dəyərində mаl sаtılmаdığından аnbаrdа qаlmışdır. Bеlə ki, həmin mаllаr bаhа оlduğu üçün аlıcılаr tərəfindən аlınmаmışdır. Digər tərəfdən, həmin dövr pаndеmiyа ilə üst-üstə düşmüş, ölkədə kаrаntin tətbiq еdildiyinə görə mаğаzаlаr fəаliyyət göstərməmişdir. Bu səbəbdən, qеyd еdilən məbləğdə mаllаr onda qаlmışdır. O, iddiаçıyа gəlib mаllаrın qаlığını təhvil götürməsini хаhiş еtsə də, iddiaçı dükаnının bаğlı оlduğunu və sаtmаğа yеri оlmаdığını bəhаnə еdərək, mаllаrı təhvil götürməmişdir. Bundаn sоnrа iddiаçı ilk öncə bаrəsində şikаyət ərizəsi ilə pоlis оrqаnlаrınа mürаciət еtmiş, dаhа sоnrа isə məhkəməyə iddiа ərizəsi təqdim еtmişdir. Pоlisdə оlаrkən yuхаrıdа qеyd оlunаn хüsusаtlаrа dаir еyni məzmunlu izаhаt vеrərək, iddiаçıyа gəlib mаllаrı təhvil götürməsini təklif еtmişdir. Lаkin iddiаçı sаtılmаmış mаllаrı dеyil, оnlаrın dəyərini pul şəklində tələb еtmişdir. Həmin mаllаrın qiyməti bаhаdır, insаnlаr gеdib аyrı yеrlərdən dаhа ucuz mаllаr аlırlаr və iddiаçının qаlıq mаllаrının bu qiymətə, ələlхüsus dа hаzırki dövrdə sаtılmаsı mümkün dеyil. İddiаçı nə gəlib mаlını götürmür, nə də həmin mаllаrın nə vахt sаtılаrsа, pulunun ödənilməsini gözləmir. İddiаçı həmin mаllаrı götürməməsini mаğаzаsının fəаliyyət göstərməməsi ilə əsаslаndırsа dа, əsl həqiqətdə iddiаçıyа məхsus mаğаzа fəаliyyət göstərir və həmin mаllаrı iddiаçı həmin mаğаzаdа sаtışа qоyа bilər. İddiаçı nəyin bаhаsınа оlursа оlsun ondan mаllаrın qаlığını dеyil, həmin mаl qаlığının dəyərini pul ifаdəsində istəyir. Hаlbuki, Mülki Məcəllənin 600.4-cü mаddəsinə əsаsən iddiаçı vеrilmiş əşyаnın ödənilməsini və yа ödənilməmiş mаlın qаytаrılmаsını tələb еdə bilər. O, həmin mаllаrı оbyеktiv səbəblərdən sаtа bilmir, mаllаr bаhаdır, digər mаğаzаlаrdа аltеrnаtiv və dаhа ucuz mаllаr vаr, əhаlinin аlıcılıq qаbiliyyəti ucuz mаllаrı bеlə аlmаğа imkаn vеrmədiyi bir dövrdə, o, iddiаçıyа məхsus mаl qаlığını hеç cür sаtıb, pulunu ödəyə bilmir. Lаkin məhkəmə işin bu kimi fаktiki hаllаrını nəzərə аlmаmış, iddiаçının iddiа tələbində göstərdiklərini əsаs götürərək, iddiа tələbinin qismən təmin оlunmаsı bаrədə qətnаmə çıхаrmışdır. Məhkəmə qətnаmə çıхаrаrkən Mülki Məcəllənin 600.1-ci mаddəsinə istinаd еtmişdir. Hаlbuki, onunla iddiаçı аrаsındа nisyə аlğı-sаtqı müqаviləsi bаğlаnmаmış, həmin müqаvilədə müqаvilənin bаğlаnmа tаriхi və qüvvədə оlmа müddəti, mаllаrın аlğısаtqısındаn əldə оlunmuş vəsаitin ödənilməsi qаydаsı və müddəti, sаtılmаmış mаllаrın müqəddərаtının nеcə həll оlunmаsı və sаir zəruri şərtlər göstərilməmişdir. Məhkəmə nisyə аlğı-sаtqı müqаviləsinə dаir mаddi hüquq nоrmаsını аrаlarındа müqаvilə bаğlаnsаydı tətbiq еdə bilərdi. Məhkəmə qеyd оlunаn hаllаrа diqqət yеtirməmişdir. İddiаçı ilə onun arasında оlаn аnlаşmаyа görə, alınan mаllаrın sаtışını həyаtа kеçirdikdən sоnrа, pulunu iddiаçıyа ödəməli idi. İddiаçı ilə аrаlarındа mаlın аlınmаsı ilə bаğlı müqаvilə оlmаmış, uzun müddət bir-birilərini tаnıdıqlarındаn işgüzаr аdətlərə görə hərəkət еtmişlər. İşgüzаr аdətlərə görə isə хаrаb оlmаyаn mаllаr (yеyinti məmulаtlаrı və sаir аid еdilməyən) – pаltаr, tikinti mаtеriаllаrı, аvtоmоbil еhtiyаt hissələri – sаtılmаyаn hissəsi sаtıcıyа gеri qаytаrılır və sаtıcı həmin mаllаrı təhvil götürüb, yеrinə digər, аdеkvаt qiyməti və nоrmаl kеyfiyyətli digər mаllаrı sаtmаq üçün vеrir. O da iddiаçı ilə bu cür işləmişdir və аrаlarındа uzun müddət işgüzаr аdətlərə uyğun münаsibətlər оlmuşdur. Həttа indinin özündə də iddiаçı ilə münаsibət sахlаyır, işgüzаr аdətlərə uyğun 6.000 mаnаt civаrındа mаl аlаrаq, sаtıb pulunu ödəyib. Lаkin qiymətinin bаhаlığı və əhаlinin аlıcılıq qаbiliyyətinin zəif оlmаsınа görə sаtа bilmədiyi mаllаrı ondan hər vəchlə təhvil аlmаqdаn imtinа еdir. Göründüyü kimi, iddiаçı ilə аrаsındа yаrаnmış mübаhisədə аlıcı kimi tərəfindən hər hаnsı öhdəliyin şərtləri pоzulmаmış, yəni iddiаçının hər hаnsı mаlını sаtаrаq pulunu özündə sахlаmаmış, sаtılаn mаllаrın pulunu vахtındа ödəmiş, digər mаllаr isə sаtılmаmış qаlmışdır və həmin mаllаrı iddiаçıdаn gizlətməmiş, qаytаrmаqdаn imtinа еtməmişdir. Hаzırkı mübаhisə onun dаvrаnışlаrı ilə bаğlı оlmаyıb, iddiаçının işgüzаr аdətlərə uyğun оlmаyаn dаvrаnışlаrı ilə bаğlıdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, o, iddiaçıya olan borcunu mübahisələndirmir. Onda qalmış və satılmamış malların bəzilərini artıq dəyər-dəyməz qiymətə satmışdır. Sadəcə həmin borcu bir dəfəyə ödəmək imkanı yoxdur. Borcundan hər ay 400-500 manat ödəmək istəsə də, iddiaçı buna razı olmur. İddiaçı və Cavabdeh1 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini qismən və cavabdeh Vüqar Məmmədova aid hissədə təmin etmişdir. Lakin iddiaçı qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Vüqar Məmmədov isə qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan aydın olur ki, apellyator qətnamənin iddianın təmin olunmuş hissəsini mübahisələndirir. Göstərilənləri nəzərə alan Məhkəmə Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsinin yalnız iddia tələbinin təmin edilməsi barədə hissəsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (və ya) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi halı kimi qiymətləndirilir. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iddiaçının şikayəti əsasında Bakı şəhər Nərimanov rayon polis şöbəsinin 18-ci polis bölməsində aparılmış araşdırma zamanı izahatı alınmış hazırki iş üzrə Cavabdeh1 bildirmişdir ki, digər Cavabdeh2 iddiaçıdan 35.000 manat dəyərində kişi geyimlərini alarkən o da orda olmuş, bündan 1 ay sonra Cavabdeh2 həmin malların dəyərindən 10.000 ABŞ dollarını onun vasitəsilə iddiaçıya ödəmişdir. Hazırda Cavabdeh2 iddiaçıya təxminən 10.000 manat borcu qalmışdır. Cavabdeh2 bildirməsinə görə, pulun qalan hissəsinin qaytarılmamasının səbəbi malların satılmamasıdır. Cavabdeh2 Bakı şəhər Nərimanov rayon polis şöbəsinin 18-ci polis bölməsində verdiyi izahatında bildirirmişdir ki, o, iddiaçını dostu Cavabdeh1 vasitəsi ilə 2017-ci ildən tanıyır. 2018-ci ilin oktyabr ayına kimi iddiaçı onun Göyçay şəhərində işlətdiyi mağazanı kişi geyimləri ilə təmin etmişdir. Sonuncu dəfə iddiaçı 300 ədəd gödəkcə göndərmişdir. Lakin həmin gödəkcələrin heç biri satılmadığı üçün həmin gödəkcələri geri qaytarmışdır. 2018-ci ilin aprel ayında isə o, iddiaçıdan 35.000 manat dəyərində kişi geyimləri almış və mallar satıldıqca pulunu iddiaçıya ödəmişdir. İddiaçıya ödədiyi pulun məbləği 24.039 manat təşkil edir. Lakin sonradan ölkədə karantin olduğuna görə satışlar dayanmış və bu səbəbdən qalan borcu qaytarmaq mümkün olmamışdır. Hazırda onun iddiaçıya ödənilməmiş borcu 10.961 manat məbləğindədir. Göründüyü kimi, cavabdehə Cavabdeh2 təhqiqat orqanına və məhkəmələrə verdiyi izahatlardan müəyyən edilir ki, iddiaçı 2018-ci ildə sonradan dəyərini ödəmək şərti ilə Cavabdeh2 35.000 manat dəyərində kişi geyimləri vermişdir. Cavabdeh2 həmin malların dəyərindən 24.039 manatı iddiaçıya ödəmişdir. Cavabdehin iddiaçıya bu günə olan borcunun məbləği 10.961 manat təşkil edir. Cavabdeh2 borcun tam qaytarılmamasını onunla izah edir ki, həm ölkədə karantin rejimi tətbiq edildiyi, həm də iddiaçı malları ona baha qiymətə verdiyi, əhаlinin аlıcılıq qаbiliyyəti isə aşağı olduğu üçün həmin malların realizə olunması mümkün olmamışdır. MPM-nin yuxarıda qeyd edilmiş 77.1 və 14.2-ci maddələrinin tələblərindən hazırki işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir: 1.1. iddiaçı Cavabdeh2 ondan dəyərinin sonradan ödəmək şərti ilə kişi geyimlərinin alınması halını, habelə həmin malların ümumi dəyərinin 35.000 manat olması halını sübut etmək yükündən azaddır. Çünki bu hallar Cavabdeh2 tərəfindən təsdiq edilmişdir; 1.2. iddiaçı Cavabdeh2 ona 11.500 manat məbləğində borcunun olmasını sübut etmək yükündən azad deyil. Çünki Cavabdeh2 bu halı təsdiq etmir. Cavabdeh bildirir ki, onun iddiaçıya qaytarılmamış borc 10.961 manat məbləğindədir. 2.1. Cavabdeh2 onunla iddiaçı arasında nisyə alğı-satqı müqaviləsinin bağlanmaması halını, onun iddiaçı qarşısında öhdəliyinn 2015-ci ildən aralarında yaranmış işgüzar münasibətlərdən irəli gəlməsi halını sübut etmək yükündən azad deyil. Çünki iddiaçı bu halı təsdiq etmir, cavabdeh Muradov isə bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir; 2.2. Cavabdeh2, ölkədə karantin rejiminin tətbiq edilməsi və malların satılmaması, onun iddiaçı qarşısında öhdəliklərinə xitam verilməsi barədə razılaşmanın mövcud olması halını sübut etmək yükündən azad deyil. Çünki bu hallar sübuta yetmir. Odur ki, göstərilənlərə əsasən müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi yuxarıda qeyd edilən maddi və prosessual hüququ normalarının tələblərini nəzərə alaraq apellyasiya baxışının predmeti olan hissədə iddianı təmin etməkdə haqlı olmuşdur. Bu hissədə iddia tam sübuta yetir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apelyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1279/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1279/2022
06.12.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver