Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1297/2021 28.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X4 və cavabdeh Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbinin direktoru X1 iştirakları ilə, İddiaçı cavabdehlər Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbinə, Şəki şəhər Təhsil Şöbəsinə, Oğuz rayon 4 saylı Regional Ərazi ƏMHM-nə və Cavabdeh4nə qarşı “dərs saatlarının qaytarılması və ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(075)-448/2021 nömrəli qətnaməsindən cavabdeh Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbinin direktoru X2 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(075)-448/2021 nömrəli qətnaməsi ilə (X11) iddia qismən təmin olunmuş, 1 saat musiqi, 1 saat təsviri incəsənət və 1 saat həyat bilgisi olmaqla İddiaçı Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbində 3 saat dərs yükünün verilməsinin təmin edilməsi və həmin saatlara görə 15 sentyabr 2020-ci il tarixdən 08 fevral 2021-ci il tarixədək və 10 mart 2021-ci il tarixdən etibarən əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbinə, Şəki şəhər Təhsil Şöbəsinə, Oğuz rayon 4 saylı ƏMHM-nə və Cavabdeh4nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 2020-ci ildən qanunsuz əlindən alınmış 6 saat (nəğmə-1 saat, rəsm-1 saat, həyat bilgisi-1 saat, informatika-1 saat, bətən tərbiyəsi-2 saat) olmaqla, cəmi 6 saat dərs yükünün təmin edilməsi və ona 6 saat hesablanacaq əmək haqqının 15 sentyabr 2020-ci ildən hesablanaraq verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, 1990-cı ildən Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbində ibtidai sinif müəllimi işləyir. 1990-cı ildən 2013-cü ilə kimi ibtidai sinifdə bütün dərs saatlarını özü tədris etmişdir. 2013-cü ildən 2020-ci ilə kimi məktəbin direktoru Sadəddin İbrahimov onun ibtidai sinifdə 6 saat dərs saatlarını almaq tələbini irəli sürmüşdür. O, isə buna razı olmamışdır. Hətta, o 2015-ci ildə bununla bağlı məhkəməyə müraciət etmişdir. Barışıq sazişi ilə onun dərs saatları verilmişdir. Sadəddin İbrahimov qanunu pozaraq 2019-2020-ci ildə 5 yaşlı hazırlıq kursunu da ona verməmişdir. Bu ildən o, birinci sinif götürmüşdür. Əəvvəlcədən 5 yaşlı uşaqlara dərs saatı demədiyinə görə şagirdlər adaptasiya olunmur. 2020-2021-ci dərs ili üzrə 2020- ci ilin sentyabr ayının 15dən birinci sinifdə xarici dildən başqa dərs saatlarını özü tədris etmişdir. Əmək haqqı alanda ona direktorun 14 saat dərs saatı yazdığını bilmişdir. O, heç vaxt dərs saatlarının azaldılmasına razı olmamışdır. Onlayn dərs saatları tədris olunmasından istifadə edərək direktor qanunsuz olaraq onun dərs saatlarını azaltmışdır. Direktor buna əsas kimi ibtidai sinif müəllimlərinin çox olduğunu göstərir. Sadəddin İbrahimov 2013-cü ildə direktor təyin olunmasından sonra 3 ibtidai sinif müəllimi işə qəbul etmişdir. Müəllimlərin işə qəbulu vakansiya yolu ilə olmalıdır. Hətta o, işlədiyi dövrdə 8 sinif müəllimi işə qəbul olunmuşdur. Əgər ibtidai sinifdə dərs saatı yoxdursa, onda əlavə sinif müəlliminin də işə qəbul edilməsinə zərurət yoxdur. O, bu günə qədər dərs jurnalını yaza bilmir. Sinif jurnalı məktəb direktoru tərəfindən əlindən alınıb sinifinə dərsə gəlməyənlərə dərs saatları yazdırılmışdır. Onlayn dərslər buna imkan versə də, onun başqa müəllimləri Nazirin əmri əsasında sinifinə buraxmamağa səlahiyyəti vardır və sinfindəki dərsləri özü tədris etməlidir. Hətta təhsil şöbəsindən Elxan müəllim, Məmməd müəllim, Oğuz regional idarədən Sadiq müəllim, Araz müəllim məktəbə gələrək sinif müəllimlərinə bədən tərbiyəsi, həyat bilgisi, nəğmə, rəsm, texnologiya dərslərini vermişlər. Lakin, Sadəddin İbrahimov yenə tabeldə həmin dərsləri sinif müəllimlərinə yox yuxarı sinif müəllimlərinə vermişdir. Hesab edir ki, 2020-ci ilin sentyabr ayının 15-dən məhkəmə qərarı qəbul olunana kimi 6 dərs saatlarının əmək haqqının verilməsi də təmin edilməlidir. Belə ki, həmin dərslər onlayn qaydada onun tərəfindən tədris olunmuşdur. Bundan başqa onun 3 nəfər işsiz ailə üzvü vardır. Sadəddin İbrahimov 2 nəfər ailə üzvü olan müəllimlərə onun dərs saatlarını vermişdir. 2020-2021-ci tədris ilində 1-ci sinifdə ona Nəğmə-1 sat, Rəsm-1 saat, Həyat bilgisi- 1 saat, İnformatika-1 saat həvalə edilmişdir. Təhsil Nazirliyinin müvafiq təlimatına əsasən ibtidai sinifdən dərs saatlarını götürmək olmaz, Texnologiya, Rəsm, Nəğmə, İnformatika və Bədən tərbiyəsi dərslərinin tədrisini yalnız ibtidai sinif müəllimi apara bilər. Dərs saatları azaldılarkən onun razılığı alınmamışdır. Belə ki, o, 2019-2020-ci ildə 474 manat əmək haqqı alırdı, 2020- 2021-ci tədris ilində isə 364 manat əmək haqqı alır. O, 2018-2019-cu ildə 21 saat, 2019- 2020-ci illərdə 18 saat dərs tədris etsə də cavabdeh məktəbin direktoru tərəfindən 2020- 2021-ci dərs ilində dərs saatları bir qədər də azaldılaraq 14 saata endirilmişdir. O, 2019- 2020-ci dərs ilində bədən tərbiyəsi dərsini tədris etməmişdir. Belə ki, o, həmin dərs ilində özü bununla bağlı ərizə yazaraq bədən tərbiyəsi dərsini tədris etmək istəməmişdir. Lakin 2020-2021-ci dərs ilinin əvvəlindən məktəb rəhbərliyi tərəfindən verilmiş 14 saat dərsdən əlavə işlədiyi sinifdə həyat bilgisi, təsviri incəsənət, musiqi və bədən tərbiyəsi dərslərini tədris etmişdir. Lakin informatika dərsini nə 2019-2020-ci, nə də ki, 2020-2021-ci dərs ilində tədris etməmişdir. O, 2020- 2021-ci tədris ilinin sentyabr ayından ona rəsmi qaydada verilmiş 14 saatlıq dərs yükündən əlavə faktiki olaraq həyat bilgisi, təsviri incəsənət, musiqi və bədən tərbiyəsi dərslərini də tədris etməsinə baxmayaraq, onun tədris etdiyi həyat bilgisi, təsviri incəsənət, musiqi və bədən tərbiyəsi dərslərinə görə əmək haqqı məktəbin digər müəllimlərinə ödənilir. Göstərilənlərə əsasən hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi əsaslıdır və iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. 15 sentyabr 2020-ci ildən qanunsuz əlindən alınmış 6 saat (nəğmə-1 saat, rəsm-1 saat, həyat bilgisi-1 saat, informatika-1 saat, bətən tərbiyəsi-2 saat) olmaqla, cəmi 6 saat dərs yükünün təmin edilməsi və ona 6 saat hesablanacaq əmək haqqının 15 sentyabr 2020-ci ildən hesablanaraq verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi X7 izahatında göstərdi ki, İddiaçı 1990cı ildən Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbində ibtidai sinif müəllimi işləyir. İddiaçı hər il ən azı 18 saat dərs verilmişdir. Təlimata əsasən ibtidai siniflərdə yalnız xarici dili və informatika fənninin başqa müəllim tərəfindən tədris edilməsinə həmin məktəbdə xarici dili və informatika fənni üzrə ixtisas müəllimləri olduqda icazə verilir. İddiaçı sinfində həmişə bədən tərbiyəsi fənnini özü tədris etmişdir. Nəğmə müəllimi yerinə isə vakansiya verilməmişdir. İddiaçı 2020-2021-ci tədris ilinin sentyabr ayına görə 18 saat üçün əmək haqqı almışdır. Oktyabr ayında isə sentyabr ayındakı əlavə 4 saata görə verilmiş artım tutulmuşdur. 15 sentyabr 2020-ci il tarixdən həmin sinifdə nəğmə, təsviri incəsənət və musiqi dərslərini İddiaçı özü tədris etmişdir. Lakin, İddiaçı yalnız rəsmi əvəzçilik dövründə əmək haqqı almış, qalan tədris etdiyi dərs saatlarını almamışdır. Təhsil Nazirliyinin müvafiq təlimatına əsasən ibtidai sinifdən dərs saatlarını götürmək olmaz, Texnologiya ,Rəsm, Nəğmə, İnformatika və Bədən tərbiyəsi dərslərinin tədrisini yalnız İbtidai sinif müəllimi apara bilər. Dərs saatları azaldılarkən iddiaçının razılığı alınmamışdır. Belə ki, iddiaçı 2019-2020-ci tədris ilində 474 manat əmək haqqı alırdı, 2020-2021-ci tədris ilində isə 364 manat əmək haqqı alır. O, 2020-2021-ci tədris ilində iddiaçının tədris etdiyi dərs saatlarının pullarını başqa müəllimlər alır. Göstərilənlərə əsasən İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi əsaslıdır və iddianı müdafiə edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbinin direktoru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Baş Göynük kənd 1 nömrəli tam orta məktəbinin direktorudur. İddiaçı Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbində müəllim işləyir. 2020-2021-ci dərs ilində Baş Göynük kənd 1 nömrəli tam orta məktəbində 8 ibtidai sinif komplekti və 2 məktəbəqədər hazırlıq qrupunda 13 ibtidai sinif müəllimi fəaliyyət göstərir. 2019-2020-ci tədris ilindən etibarən Təhsil Nazirliyinin dərs bölgüsünə aid təlimatına əsasən ibtidai sinif müəlliminin sayı ibtidai sinif komplektindən çox olduğu təqdirdə ən yüksək ixtisas balına sahib müəllimlərə 14 saat dərs yükü verilir. Yığma dərs saatları isə ixtisas balı ardıcıllığı nəzərə alınmaqla müəyyən düstura əsasən aşağı ballı müəllimlər arasında bölünür. Həmin düstura əsasən cdy-cəmi dərs yükünə bölünür və müəllimlərin cəmi ixtisas balına vurulur. İbtidai sinif üzrə dərs bölgüsü zamanı ana dili və riyaziyyat fənləri üzrə dərs saatlarının eyni müəllimə verilməsinin vacib olduğu bildirilir. Ona görə də İddiaçı DQ üzrə topladığı ixtisas balı olan 23 bala görə ona 11 saat dərs düşür. Lakin, iddiaçıya 14 saat dərs yükü verilmişdir. Halbuki, ibtidai sinif müəllimləri arasında İddiaçı ixtisas üzrə ən az balı olan müəlmlərdəndir. İddiaçı 2017-2018-ci dərs ilində 18 saat, 2018-2019-cu dərs ilində 21 saat, 2019-2020-ci dərs ilində 15 saat, sonradan 3 saat da əlavə edilməklə 18 saat, 2020-2021- ci il dərs ilində dərs yükü 14 saat olmuşdur. 2017-2018-ci və 2018-2019-cu dərs illərində ibtidai sinif komplektlərinin sayı qədər sinif müəllimləri olduğundan müəllimlərin dərs yükü normal olmuşdur. Son iki ildə ibtidai siniflər üzrə 2 sinif komplekti azaldığından 8 ibtidai sinif və 2 məktəbəhazırlıq qrupunda 13 nəfər ibtidai sinif müəllimi fəaliyyət göstərmişdir. Buna görə də 3 nəfər ibtidai sinif müəlliminin dərs yükü yığma dərslər hesabına həmin 8 ibtidai sinifdən verilməlidir. 2019-2020-ci dərs ilində İddiaçı digər müəllimlər kimi 15 saat dərs yükü verilmişdir. Lakin, o, müəllimlərin etik davranış qaydalarım kobud şəkildə pozaraq sinfə yığma dərs aparan müəllimləri buraxmamış, dərsləri özü tədris etmiş və sinif jurnalını da özü yazmışdır. Bu barədə 23.09.2019-cu il tarixində məktəbdə akt tərtib edilmiş, məsələ 23.10.2019-cu il tarixində pedaqoji şuraya çıxarılmışdır. Lakin İddiaçı bu dəfə də pedaqoji şura üzvlərinə hörmətsizlik edərək iclası tərk etmişdir və buna görə də 23.10.2019-cu il tarixili 2№-li pedaqoji şuranın qərarı ilə Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən ona yazılı xəbərdarlıq edilmişdir. İddiaçı sinfində yığma dərs aparan müəllim-Cabbarova Nilufərə qarşı kobudluq və hörmətsizlik etdiyinə görə Cabbarova Nilufər sinfə girməkdən imtina etmiş və buna görə də 02.12.2019-cu il tarixində 558 nömrəli əmrlə Cabbarova Nilufərin dərs yükünün tənzimlənməsi məqsədilə 1 saat İbrahimova Alagözdən, 1 saat Mürşüdova Nəzakətdən, 2 saat Əliyeva Gülnardan-cəmi 4 saat dərs götürülərək 3 saatı Cabbarova Nilufərə, 1 saatı Zamanova Validəyə verilmişdir. İddiaçı isə həmin tarixdən dərs yükü 18 saat olmuşdur. Məktəbdə dərs bölgüsü bir qayda olaraq diaqnostik qiymətləndirmənin nəticəsinə uyğun olaraq aparılır. 2020-2021-ci dərs ilində İddiaçı sinif müəllimi olduğu İ a sinfində həyat bilgisi-1 saat, təsviri incəsənət-1 saat, musiqi-1 saat olmaqla, cəmi 3 saat Əliyeva Gülnara, 2 saat fiziki tərbiyə Maqsudov Nöbərə, 1 saat informatika Əhmədov Zamana, 2 saat ingilis dili Mustafayev Telmana verilmiş və müəllimlər 15.09.2020-ci il tarixindən bu günə qədər sinif jurnalında müvafiq qeydlər aparmışlar. Gülnarın qaynanası xəstə olduğundan onun dərslərini yəni 08 fevral 2021-ci il tarixdən 10 mart 2021-ci il tarixədək İddiaçı tədris etmiş və həmin saatların əmək haqqısını iddiaçı özü almışdır. İddiaçı 2019-2020-ci tədris ilində dördüncü sinifdə, bu tədris ilində isə birinci sinifdə dərs tədris edir. Ümumtəhsil məktəblərində hər dərs ilinin əvvəllərində dərs yükü arta və ya azala bilər. Həmçinin, şagird sayının da azalması dərs saatlarının sayının azalmasına səbəb olmuşdur. Məktəbdə ibtidai sinif müəllimlərindən yalnız bir sinif müəlliminin 18 saat dərsi vardır ki, bu da fiziki tərbiyə hesabına artmışdır. Çünki, həmin müəllim 36 bal toplamışdır. Buna görə də dərs saatları azaldılarkən iddiaçının razılığını almağa zərurət olmamışdır. İddiaçıya 2020-ci ilin sentyabr ayında əvvəlki ilə uyğun olaraq 18 saatın əmək haqqısı verilsə də, oktyabr ayında artıq hesablanmış pul iddiaçıdan tutulmuşdur. Göstərilənlərə əsasən iddianı qəbul etmir. Qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclası zamanı cavabdeh Şəki şəhər Təhsil Şöbəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, Şəki şəhər Təhsil Şöbəsi məktəbdə müəllimlərinin dərs saatlarının çox olmasının tərəfdarıdır. Əvvəlllər iddiaçının işlədiyi Baş Göynük kənd 1 nömrəli tam orta məktəbində1200 şagir var idi. Hazırda həmin məktəbdə 18 sinif vardır. Hazırda həmin məktəb üzrə də insan resusları mərkəzi qaydaları müəyyənləşdirilmişdir. DQ üzrə 23 bal toplaması da nəzərə alınmaqla, İddiaçı iddiasını əsaslı hesab etmir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Oğuz rayon 4 saylı Regional Ərazi ƏMHM və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və cavabdeh Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbinin direktoru X2 аpellyаsiyа şikаyətləri vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 1990-cı ildən Şəki rayon Baş Göynük kənd 1 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. İşlədiyi dövr ərzində ibtidai sinifdə bütün dərs saatlarını özü tədris etmişdir. Bu məsələ ilə bağlı 3 məktəb direktoru onun 6 saat dərs saatını vermədiyinə görə Nazirliyə müraciəti əsasında işdən azad olunub. 2013-cü ildə heç bir müəllimin xəbəri olmadan, məktəbdə heç bir vəzifə daşımayan Sadəddin İbrahimov məktəbə direktor təyin olundu. 2014-2015-ci tədris ilində həmin direktor onun 6 saat dərs yükünü vermədi. 2015-ci ildə barışıq sazişi əsasında Şəki Rayon Məhkəməsi onun dərs saatlarını qaytarıb. Ancaq yenə 2016-cı ildən bu ilə qədər o, hər il dərs bölgüsü vaxtı onun dərs saatlarını alır, ancaq o tələb edib dərs saatlarını qaytarır. O da bununla bağlı 2020-ci ildə Şəki Rayon Məhkəməsinə müraciət edib. X11 ədalətsiz qərar qəbul etdi, Təhsil Nazirinin əmrinə saymazyana yanaşdı və qətnaməni qismən təmin etdi. İbtidai sinifdə dərslər bir sinif komplektidir. Onu başqa müəllimə vermək mümkün deyil. Elçin Mehdiyev məhkəmə qayda-qanunlarını pozaraq 4 cavabdehə iddia ərizələrini göndərməmiş, hətta məktəb direktoru Elçin Mehdiyevdən iddia ərizəsini baxış iclasında tələb edib almışdır. Hakim obyektiv araşdırma aparmamışdır. Belə ki, məktəb direktoru onunla hər il bağlanacaq əmək müqaviləsinin 2016-cı ildəki surətini təqdim etmişdir. Məktəb direktoru 2018-2019-cu tədris ilində məhkəməyə təqdim etdiyi dərs saatlarını süni şəkildə azaldaraq 238 saat dərs yükünün 196 saatını məhkəməyə rəsmi sənəd kimi təqdim etmişdir. Bütün bunlar hakim tərəfindən diqqətə alınmamışdır. Hakim tərəfindən tərəflərə iddia ərizəsi təqdim olunmadığı üçün məktəb direktorundan başqa digər cavabdehlər məhkəməyə gəlməyiblər. Əgər iddia ərizəsi yoxdursa, cavabdehlərə məhkəmənin mahiyyəti maraqlı deyil. Hakim ədalət prinsipini əsas götürməyib, yalnız onun tədris etdiyi 3 saatın əmək haqqının verilməsini və 3 saat dərs saatının verilməsini təmin edib. Qalan 3 saat “online” tədris olunduğu üçün ona həmin dərs saatlarının həm əmək haqqını, həm də dərs saatlarının verilməsini təmin etmədi. Ona görə də, Şəki Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(075)-448/2021 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsinə aid hissədə ləğv edilməsini və 1 saat informatika, 2 saat bətən tərbiyəsi olmaqla 3 saat dərs yükünün də ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbinin direktoru X2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(075)-448/2021 nömrəli qətnaməsini qanunsuz və əsassız hesab edir. İddiaçı 2020/2021-ci tədris ilində Baş Göynük kənd 1 No-li tam orta məktəbində Təhsil Nazirliyinin müvafiq təlimatına əsasən İa sinfində əsas sinif müəllimi kimi 14 saat dərs yükü ilə (ana dili 9s,riyaziyyat4s,texnologiya İs) təmin olunub. Bir qayda olaraq məktəblərdə müəllimlərin dərs yükü diaqnostik qiymətləndirmənin nəticələrinə uyğun olaraq verlir.İddiaçı diaqnostik qiymətləndirmə üzrə ixtisas balına görə (23 bal) 11 saat dərs yükü düşdüyü halda təlimatın tələbinə uyğun (ibtidai siniflərdə ana dili və riyaziyyat fənləri üzrə dərs saatlarının eyni müəllimin tədris etməsi) 14 saat dərs yükü verilmişdir. Əsas sinif aparan ibtidai sinif müəllimləri arasında diaqnostik qiymətləndirmə üzrə ən aşağı ixtisas balı İddiaçı balıdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(075)-448/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, özlərinin verdikləri apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbinin direktoru X1 apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbinin direktoru X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, özünün verdiyi apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbinin direktoru X2 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(075)-448/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 15 sentyabr 2016-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbində müddətsiz əsaslarla ibtidai sinif müəllimi vəzifəsində işə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.2, 3.2, 3.3, 57.1, 57.3, 68, 70, 71.3, 74.2 və 300.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 57-ci maddəsinin 1-ci hissəsinə əsasən şəgötürən işçinin əmək funksiyasının-əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Həmin Məcəllənin 57-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələrinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsidir. Həmin Məcəllənin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 74-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iş üzrə İddiaçı və Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbi arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbində sinif müəllimi işinə təyin edilmişdir. İddiaçı 2017-2018-ci dərs ilində 18 saat, 2018-2019-cu dərs ilində 21 saat, 2019-2020-ci dərs ilində 18 saat, 2020-2021-ci il dərs ilində 14 saat dərs yükü ilə təmin edilərək həmin dərsləri tədris etmişdir. Əvvəlki illərə münasibətdə iddiaçının dərs saatları azaldılmış, 1 saat musiqi, 1 saat təsviri incəsənət və 1 saat həyat bilgisi olmaqla İddiaçı Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbində 3 saat dərs yükünün verilməsi təmin edilməmiş və həmin saatlara görə 15 sentyabr 2020-ci il tarixdən 08 fevral 2021-ci il tarixədək və 10 mart 2021-ci il tarixdən etibarən əmək haqqı hesablanaraq İddiaçı ödənilməmişdir. Həmçinin iddiaçı tərəfindən 2019-2020-ci dərs ilində bədən tərbiyəsi və informatika dərsləri tədris edilməmişdir. İşin bu halları tərəflərin izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı əsassız olaraq tədris etdiyi dərs saatlarının başqa müəllimin üzərinə tarifləşməsini və tədris etdiyi dərs daatlarının pulunu ala bilmədiyini göstərərək iddianı müdafiə edir. Cavabdeh məktəbin rəhbəri və cavabdeh Şəki şəhər Təhsil Şöbəsinin nümayəndəsi isə iddianı qəbul etmirlər. Qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Cavabdeh məktəbin direktoru əmək qanunvericilinin tələblərini pozaraq iddiaçının razılığı olmadan birtərəfli qaydada onun əmək funksiyasını dəyişdirmişdir. Cavabdeh məktəbin direktoru isə iddiaçını işdən azad etməsə də, iddiaçının əvvəlki illərə münasibətdə onun 1 saat musiqi, 1 saat təsviri incəsənət və 1 saat həyat bilgisi olmaqla 3 saat dərs yükünü başqa bir müəllimə həvalə etmiş, eyni zamanda iddiaçı 15 sentyabr 2020-ci il tarixdən 08 fevral 2021-ci il tarixədək və 10 mart 2021-ci il tarixdən tədris etdiyi həmin dərs saatlarının pulunu ala bilməmişdir. Cavabdeh Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbinin direktoru Əmək Məcəlləsinin tələblərinə zidd olaraq iddiaçının tədris etdiyi dərs yükünü başqa bir müəllimə həvalə etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında əvvəlki, yəni 2019-2020-ci tədris ilində informatika və bədən tərbiyəsi dərslərini tədris etmədiyini göstərmişdir. Yəni musiqi, təsviri incəsənət və həyat bilgisi dərsləri istisna olmaqla informatika və bədən tərbiyəsi dərslərinin tədrisi 2019-2020-ci dərs ilində iddiaçının əmək funksiyasına daxil olmamışdır. Bu baxımdan informatika və bədən tərbiyəsi dərsləri 2020- 2021-ci dərs ilində də də tədris edilməsi üçün iddiaçıya təqdim edilmədiyindən, əvvəlki ildə də həmin dərslərin onun tərəfindən tədris edilməməsi nəzərə alınaraq informatika və bədən tərbiyəsi dərslərinə münasibətdə iddiaçının əmək funksiyasının dairəsi azaldılmamışdır. Həmçinin iddiaçı 15 sentyabr 2020-ci ildən əsassız əlindən alınmış musiqi, təsviri incəsənət, həyat bilgisi dərsləri üçün hesablanacaq əmək haqqının 15 sentyabr 2020-ci ildən hesablanaraq ona verilməsini xahiş etsə də iddiaçının 08 fevral 2021-ci il tarixdən, 10 mart 2021-ci il tarixədək əvəzçilik qaydasında həmin dərsləri tədris edərək əmək haqqını da alması müəyyən edilmişdir. Qeyd edilən səbəblərdən də İddiaçı 15 sentyabr 2020-ci ildən 1 saat informatika, 2 saat bədən tərbiyəsi olmaqla, 3 saat dərs yükünün təmin edilməsini, həmin 3 saat dərs yükünə görə ona hesablanacaq əmək haqqının 15 sentyabr 2020-ci ildən hesablanaraq ona verilməsini, 1saat musiqi, 1 saat təsviri incəsənət və 1 saat həyat bilgisi dərsləri üçün isə 08 fevral 2021-ci il tarixdən, 10 mart 2021-ci il tarixədək əmək haqqının hesablanaraq ona ödənilməsini tələb etməkdə haqlı deyildir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı iddiası qismən təmin edilərək, 1 saat musiqi, 1 saat təsviri incəsənət və 1 saat həyat bilgisi olmaqla İddiaçı Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbində 3 saat dərs yükünün verilməsi təmin edilməli və həmin saatlara görə 15 sentyabr 2020-ci il tarixdən 08 fevral 2021-ci il tarixədək və 10 mart 2021-ci il tarixdən etibarən əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir. Əsaslı olmadığından İddiaçı iddiasının 15 sentyabr 2020-ci ildən 1 saat informatika, 2 saat bədən tərbiyəsi olmaqla, 3 saat dərs yükünün təmin edilməsi, həmin 3 saat dərs yükünə görə ona hesablanacaq əmək haqqının 15 sentyabr 2020-ci ildən hesablanaraq ona verilməsi, 1saat musiqi, 1 saat təsviri incəsənət və 1 saat həyat bilgisi dərsləri üçün 08 fevral 2021-ci il tarixdən, 10 mart 2021-ci il tarixədək əmək haqqının hesablanaraq ona ödənilməsinə dair hissəsi təmin edilməməlidir. Cavabdeh Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbinin direktoru X1 məhkəmə kollegiyasına təqdim etdiyi həmin məktəb üzrə 01 iyun 2021-ci il tarixli 620 nömrəli əmrdən çıxarışdan görünür ki, məktəbin ibtidai sinif müəllimi X3 üzərindən 1asinfində həyat bilgisi-1s , təsviri incəsənət-1s , musiqi-1s -cəmi 3 saat dərs yükü 01.06.2021-ci il tarixindən götürülüb İddiaçı verilmiş və bu barədə tarifləşmə cədvəlində dəyişkənliklər aparılmışdır. 2021-ci ilin aprel və may ayları üçün 1a-sinfində həyat bilgisi-1s , təsviri incəsənət-1s , musiqi-1s -cəmi 3 saat dərs yükü üçün hesablanmış əmək haqqı Əliyeva Gülnardan tutularaq İddiaçı verilmişdir. Əsas olaraq Əliyeva Gülnarın ərizəsi götürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, tərəflər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin mübahisələndirilən hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbinin direktoru X2 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(075)-448/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbinin direktoru X2 və İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(075)-448/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1297/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1297/2021
28.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver