Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1303/2023 07.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlak” tələbinə dair mülki iş üzrə (Açar sözlər: cehiz əmlak və qızıl-zinət əşyası, birgə nikah, sübutetmə yükü) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və nümayəndəsi, həmçinin vəkili Nümayəndə Məmməd oğlunun, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi, həmçinin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(075)-1085/2023 saylı qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 48.304 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin, 53.178 manat dəyərində mebel əşyalarının və ya onların dəyərinin, 19.350 manat dəyərində şəxsi istifadə etdiyi geyim əşyalarının və ya onların dəyərinin, Cavabdeh1 76.223 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin, 1700 manat məbləğində borcun və hər iki cavabdehdən müştərək qaydada ödənilmiş 408 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Cavabdeh2 48694 manat dəyərində qızıl-zinət əşyalarının və ya dəyərinin, 53633 manat dəyərində mebel əşyalarının və ya dəyərinin, 19350 manat dəyərində şəxsi geyim əşyalarının və ya dəyərinin, Cavabdeh1 76223 manat dəyərində qızıl-zinət əşyalarının və ya dəyərinin, 1700 manat məbləğində borcun, eyni zamanda hər iki cavabdehdən müştərək qayda ödəilmiş 487 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı X3 ərizəsini belə əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 13 yanvar 2021-ci il tarixdə Cəbrayıl rayon Qeydiyyat Şöbəsində nikah qeyd etdirməklə ailə qurmuşdur. Həmin nikahdan 01 noyabr 2021-ci il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh1 ilə münasibətləri pozulmuşdur. Uzun müddərdir ki, ayrı yaşayırlar. Lakin nikahları pozulmamışdır. Cavabdeh2 onun qayınatasıdır. O, ailə qurarkən ona cehiz olaraq verilmiş mebel dəsti və digər ev avadanlığı Cavabdeh2 Şəki şəhərində yerləşən evində qalmışdır. Dəfələrlə tələb etsə də, onun cehiz əşyalarını və ona toy hədiyyəsi olaraq alınmış qızıl-zinət əşyalarını könüllü qaytarmamışlar. Bu barədə mediasiya təşkilatına müraciət etsə də, hər iki cavabdeh mediasiya sessiyasında iştirak etməmişlər. Hazırda Cavabdeh2 qalan əmlakları yataq dəsti mebel (italiya istehsalı) dəyəri - 20.000 manat; stol və stullar (8 nəfərlik) (İtaliya istehsalı) dəyəri - 10.000 manat; divanlar və qonaq otağı dəstləri (İtaliya istehsalı) - dəyəri 8.000 manat; “LG” markalı paltaryuyan maşın dəyəri 800 manat; “LG” markalı soyuducu -dəyəri 1.200 manat; çarpayı, 2 ədəd tumba, yataq dəsti, pərdə və döşək - dəyəri 3.750 manat; şifoner - dəyəri 1.000 manat; “LG” markalı televizor - dəyəri 2.000 manat; “LG” markalı qabyuyan maşın - dəyəri 1000 manat; çılçıraq 4 ədəd (hər birinin dəyəri 800 manat) - cəmi 3.200 manat; çilçıraq 2 ədəd (hər birinin dəyəri 600 manat) - cəmi 1.200 manat; çılçıraq 1ədəd - dəyəri 500 manat olmaqla, cəmi 52650 manat dəyərində cehiz əşyalarından ibarətdir. Ona toy hədiyyəsi olaraq alınmış qızıl-zinət əşyaları da hazırda cavabdeh Şahin Cəlalovdadır. Belə ki, onlar toydan bir neçə ay sonra Şəki şəhərinə qayınatasıgilə getmişlər. Orada qayınanası ona demişdir ki, gəlin üçün alınmış qızıl-zinət əşyaları qayınanada qalmalıdır, bu adətdədəndir. O, ilk öncə etiraz etmiş və əşyalarını verməmişdir. Sonradan Cavabdeh1 dəfələrlə israr etmiş və ona toy hədiyyəsi olaraq alınmış bütün qızıl-zinət əşyalarını və valideynlərinin ona aldıqları qızıl-zinət əşyalarını çıxararaq evdəki stolun üstünə qoymuşdur. Qayınatası Cavabdeh2 həmin əşyaları götürmüş və öz yataq otaqlarına aparmışdır. Bakı şəhərinə qayıtdıqdan sonra o, Cavabdeh1 dəfələrlə ona toy hədiyyəsi olaraq alınmış qızıl-zinət əşyalarının alınaraq qaytarılmasını xahiş etmiş, lakin Murad hər dəfə “hələlik ananın qızıllarından müvəqqəti istifadə et, növbəti dəfə Şəkiyə qayıdanda onları da götürərsən, səndən alan yoxdur, onlar da sənindir” deyərək ona cavab vermişdir. Cavabdeh2 tələb etdiyi qızıl-zinət əşyaları brilyant dəst (üzük, sırğa,klon və boyunbağı) 46 qram dəyəri - 15.840 manat; sırğa brilyant 71 qram - dəyəri 7.810 manat; brilyant qaşlı qızıl üzük 12 qram - dəyəri 3.220 manat; boyunbağı, braslet qızıl mirvari 16 qram - dəyəri 3.930 manat; mirvari qaşlı qızıl boyunbağı 4,2 qram - dəyəri 924 manat; tək qaşlı brilyant sırğa 6,0 qram - dəyəri 1.780 manat; ağ qızıldan halqavari brilyant sırğa 24 qram - dəyəri 5.300 manat; “Emerald” markalı rəngli sırğa - dəyəri 2.750 manat; brilyant qaşlı nişan üzüyü - dəyəri 970 manat; brilyant qaşlı üzük və sırğa - dəyəri 5.120 manat; qızıl boyunbağı və klon - dəyəri 660 manat olmaqla, cəmi 48.304 manat dəyərindədir. Bundan başqa Cavabdeh1 tələb etdiyi qızıl-zinət əşyaları şəbəkə braslet 41.0 qram - dəyəri 4.510 manat; ağ qızıldan üzük və sırğa 60,0 qram - dəyəri 6.600 manat; brilyant qaşlı sırğa - dəyəri 2.713 manat; tünd yaşıl qızıldan brilyant sırğa 13 qram - dəyəri 3.600 manat; qızıl zəncirli saat 14 qram - dəyəri 12,320 manat; brilyant dəst (üzük, sırğa) 10.0 qram - dəyəri 1.940 manat; sırğa, qolbağı və üzük brilyant qaşlı 44 qram - dəyəri 18.700 manat; brilyant qaşlı qızıl üzük, sırğa, boyunbağı və klon 18 qram - dəyəri 25.840 manat olmaqla cəmi 76.223 manat dəyərindədir. O, Cavabdeh1la Bakı şəhərində yaşadıqları dövrdə anasına məxsus qızıl-zinət əşyalarından istifadə edirdi. Cavabdeh1 müxtəlif bəhanələrlə evdə söz-söhbət yaradırdı, münasibətləri normal deyildi. O, atası evində yaşayırdı. Cavabdeh1 ona zəng edərək yaxın qohumunun toyuna gedəcəklərini bildirmiş və təcili evə gəlməyini xahiş etmişdir. O, toya getmək üçün anasına məxsus qızıl-zinət əşyalarını çantasına qoyaraq yaşadığı mənzilə getmişdir. Mənzilə daxil olarkən Muradın onu aldatdığını, toya getmək fikrinin olmadığını görmüşdür. Bu zaman Murad, onun çantasını əlindən alaraq bütün qızıl-zinət əşyalarını götürmüşdür. Bundan sonra Murad evdən çıxıb getmişdir və onlar bir daha görüşməmişlər. Bundan başqa 27 mart 2021-ci il tarixdə Cavabdeh1 öz oturum icazəsini artırmaq üçün Almaniya Federativ Respublikasına gedərkən pulu olmamışdır. Murad ondan xahiş etmişdir ki, atasından borca pul alıb ona versin, qayıtdıqdan sonra borcunu qaytaracaqdır. O, atasından 1.000 ABŞ dolları alaraq ona vermişdir. Bu günədək həmin pul da ona qaytarılmamışdır. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 1 sentyabr 2023-cü il tarixli, 2(075)-1085/2023 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) iddianın qismən təmin edilməsi, Cavabdeh2 onun evində qalmış dəyəri 560 manat olan 1 ədəd 4 qapılı dolab, dəyəri 1369 manat olan 1 ədəd çarpayı və 2 ədəd tumbadan ibarət yataq dəsti, pərdə və 1 ədəd 403 manat dəyərində çılçıraq naturada, olmadıqda həmin əşyaların dəyəri olan 2332 manat və 43.32 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 443.68 manatı iddiaçının özünə aid edilməsi və iddia tələbi qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş üzrə qanuni və obyektiv qərar qəbul etmək üçün məhkəmə İddiaçı gəlin köçdüyü, Cavabdeh2 məxsus evə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, evdə, gəlin otağında 4 qapılı paltar dolabı, dəmir çarpayı və 2 ədəd tumba, 1 ədəd çılçıraq və 1 pəncərə üçün tikilən pərdə mövcuddur. İddia tələbində göstərilən digər mebel əşyaları, soyuducu, televizor və sair aşkar olunmamışdır. Belə ki, evdə televizor, soyuducu, paltaryuyan olsa da, iddia tələbində göstərilən marka ilə uyğun deyil. Mebel əşyaları da, iddia tələbində göstərilən mebellərlə uyğunluq təşkil etmir. Həmçinin yerli baxışda iştirak edən iddiaçının nümayəndəsi də evdə mövcud olan 4 qapılı paltar dolabı, dəmir çarpayı və 2 ədəd tumba, 1 ədəd çılçıraq və 1 pəncərə üçün tikilən pərdədən başqa tələb edilən digər əşyaların bu evdə olmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 ilə 13 yanvar 2021-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 01 noyabr 2021-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Onlar ailə qurduqları ilk vaxtlar səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri pisləşmiş və faktiki ayrılmışlar. İddiaçı azyaşlı uşağı ilə birlikdə atasının evində yaşayır. İddiaçı atasının evinə gedərkən ona cehiz olaraq verilmiş mebel dəsti, digər ev avadanlıqları və qızıl-zinət əşyaları cavabdehlərdə qaldığını iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddia tələbinin Cavabdeh2 tələb edilən qızıl-zinət əşyaları, geyim əşyaları və mebellərlə bağlı aşağıdakıları qeyd etmişdir; İddiaçı ona toy hədiyyəsi olaraq verilmiş və özünə məxsus olan qızıl zinət əşyalarının Cavabdeh2 evində qaldığını, yəni Cavabdeh1 anasına verdiyini qeyd edir ki, bu hal iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarına olan “whatsapp” yazışmalarından da görünür ki, iddiaçı qızılları və pulları çantasına qoyduğunu, çantanın isə taksi kimi başa düşülən maşında qaldığını qeyd etmiş, Cavabdeh1 isə iddiaçıya irad bildirərək bir də, bu tərz əşyaları özü ilə götürməməsini qeyd edir. Bundan belə nəticə hasil olur ki, iddiaçının Cavabdeh2 tələb etdiyi qızıl-zinət əşyaları da cavabdehlərdə deyil, məhz İddiaçı özündə qalmışdır. Həmçinin İddiaçı, gələn köçdüyü evdən zorla və ya qəfil deyil, öz xoşu ilə çıxıb getmişdir. Bu hal bir daha təsdiq edir ki, iddiaçı gedərkən qızıl-zinət və geyim əşyalarını özü ilə aparmışdır. İddiaçı iddia tələbində qeyd etdiyi mebel əşyalarının, həmçinin paltaryuyan, televizor, çılçıraqların həqiqətən mövcud olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bunun əksinə məhkəmə tərəfindən Cavabdeh2 evinə baxış keçirilərkən iddiaçının gəlin köçdüyü otaqda 1 ədəd "xxxx" MMC-dən alınmış 4 qapılı dolabın, iddiaçının atasının mebel sexində hazırlandığı bildirilən çarpayı və 2 ədəd tumbanın, 1 ədəd çılçırağın və pərdənin mövcud olduğu müəyyən olunmuş və Cavabdeh2, həmin əşyaların qaytarılmasına heç bir maneə törətmədiyini bildirmişdir. Həmin əşyaların iddiaçıya məxsus olmasını baxışda iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə da, təsdiq etmişdir. Eyni zamandan cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının Cavabdeh2 məxsus evə gəlin köçərkən çəkilmiş video görüntülərdən də müəyyən olunur ki, iddaçının həqiqətən də məhkəmənin yerli baxışı zamanı müəyyən olunan əmlakları mövcud olmuş və hazırda da həmin otaqdadır. Cavabdeh isə qeyd edilən əmlakları iddiaçıya qaytarmağa etiraz etmir. Həmçinin birinci instansiya məhkəməsi iddia tələbinin digər Cavabdeh1 iddiaçının anasına məxsus qızıl-zinət əşyalarının alınması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin qızıl-zinət əşyalarının Cavabdeh1 tərəfindən onun əlindən alındığını iddia etsə də, buna dair məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Həmçinin iddiaçı iddia tələbində Cavabdeh1 27 mart 2021-ci il tarixdə Almaniya Federativ Respublikasına gedərkən atasından pul alaraq 1000 ABŞ dolları məbləğində borc verdiyini iddia etmişdir. Məhkəmə iddia tələbini həmin hissədə də əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə bildirişindən müəyyən olunur ki, Cavabdeh1 iddiaçının qeyd etdiyi tarixdə deyil, 17 mart 2021-ci il tarixdə X7 tərəfindən 999.98 ABŞ dolları məbləğində pul göndərilmişdir. Məhkəmə iclası zamanı Cavabdeh2, pul göndərən həmin şəxsin Cavabdeh1 dostu olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş foto şəkillərdə müəyyən qızıl-zinət əşyalarının mövcudluğu əks olunsa da, məhz həmin qızılların cavabdehlərdə qalması, həmçinin tələb etdiyi digər mebel əşyalarının, cehiz əşyalarının və paltarların cavabdehlərdə qalmasını sübut etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı nəticə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 onun evində qalmış dəyəri 560 manat olan 1 ədəd 4 qapılı dolab, dəyəri 1369 manat olan 1 ədəd çarpayı və 2 ədəd tumbadan ibarət yataq dəsti, pərdə və 1 ədəd 403 manat dəyərində çılçıraq naturada, olmadıqda həmin əşyaların dəyəri olan 2332 manat alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 225.2-ci maddələri, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı və “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4 və 218.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hazırda Cavabdeh2 onun aşağıdakı geyim əşyaları qalmışdır. Həmin əşyalar -xəz dəri gödəkçə- 8.000 manat; ayaqqabı-dəyəri 1.500 manat; şalvar -dəyəri 150 manat; köynək-dəyəri 200 manat; çanta-dəyəri 500 manat; ayaqqabı-dəyəri 700 manat; idman şalvarı-dəyəri 200 manat; cins gödəkcə-dəyəri 700 manat; şalvar-dəyəri 300 manat; çanta qırmızı rəngli-dəyəri 400 manat; ağ köynək-dəyəri 200 manat; palvar-dəyəri 2.000 manat; gəlinlik paltarı-dəyəri 4.000 manat; gəlinlik çantası-dəyəri 3000 manat; gəlinlik ayaqqabısı-dəyəri 200 manat. Cəmi: 19.350 manat. Qeyd elədiyi geyimlər Şəkidə Cavabdeh2 evindədir. Ona toy hədiyyəsi olaraq alınmış qızıl-zinət əşyaları və valideyinlərinin ona illər boyu hədiyyə etdikləri qızıl-zinət əşyaları hazırda Cavabdeh2dir. Belə ki, onlar toydan bir neçə ay sonra, may ayının 27-də Şəki şəhərinə getmişlər. Cavabdeh2 israrla zəng edib çağırmışdır. Bakıda evdən çıxmamışdan öncə Murad ona demişdir ki, evdə bütün nə qızıl varsa və pulları götür, birdən evə oğru girər. Orada qayınanası Esmira Calalova ona demişdir ki, gəlin üçün alınmış və hədiyyə edilmiş qızıl-zinət əşyaları qaynanada qalmalıdır, bu adətdəndir. O, ilk öncə etiraz etmişdir və əşyalarını verməmişdir. Sonradan Cavabdeh1 dəfələrlə israr etmişdir ki, anam düz deyir və ona toy hədiyyəsi olaraq alınmış bütün qızıl-zinət əşyalarını və valideynlərinin ona qızlıq vaxtı aldıqları qızıl-zinət əşyalarını çıxararaq evdəki stolun üstünə qoymuşdur. Qayınatası Cavabdeh2 həmin əşyaları verdiyi qutudan götürmüş və öz yataq otaqlarına aparmışdır. Qızıl-zinət əşyası olan qutuda bu zinət əşyaları var idi, şəkillərin təqdim etmişdir. Bakı şəhərinə qayıtdıqdan sonra o, Cavabdeh1 dəfələrlə ona toy hədiyyəsi olaraq alınmış qızıl-zinət əşyalarının və valideyinlərinin ona illər boyu hədiyyə etdikləri qızıl-zinət əşyalarının alınaraq qaytarılmasını xahiş etmişdir. Cavabdeh ona hər dəfə “hələlik ananın qızıllarından müvəqqəti istifadə et, növbəti dəfə Şəkiyə qayıdanda Murad ona onları da götürərsən, səndən alan yoxdur, onlar da sənindir” deyərək onu sakitləşdirirdi. Yalnız qulağında anasına aid gündəlik qızıl sırğa, özünə aid saatı və anasına aid qolbaq qaldı. Hal-hazirda anasına aid sırğa, qolbaq və saat ondadır. Daha sonra Şəkidən Bakıya qayıdanda yolda halı pisləşləşmişdir. Qulağındakı sırğanı, qolbağını və saatını çıxarıb çantasına qoymuşdur. Taksi sürücüsü bir kafede saxlamış, düşdükdən sonra çantasını taksinin baqajına qoymuşdur. Murad bir az ləngimiş, sumkasının taksidə qaldığını xatırlamış və Murada Whatsappda mesaj göndərmişdir ki, qızıllar sumkada qalıb, birdən qapılar açıq olar, kimsə götürər. Əslində o, Şəkidəki hadisədən sonra Muraddan şübhələnmişdir, fikirləşmişdir ki, Murad qızılları götürər, qoy bilsin ki, xəbəri var. Murad ona yazmış ki, sumka yerindədir, bir də belə iş görmə. Muradın ona toy hədiyyəsi olunan qızılları xalasının satıcı işlədiyi mağazadan alınmışdı. Murad ona daha sonra demişdir ki, xalasının verdiyi qızılların pulun qaytarmalıdır. Xalası kasıb adamdır və satıcı işləyir. Mütləq pulun geri qaytarmalıdır. Bildiyi qədəri ilə o qızılları xalası Murada hədiyyə etməmişdi, özü pulu ödəmişdi, Murad pulun ödəməli idi. X1 ona Şəkiyə getdiyi ilk gün bir üzük hədiyyə etmişdir, lakin Murad o üzüyü bir ay sonra metrostansiyanın üstündəki qızıl alqı-satqı mağazasında 80 manata satmışıdır. Səbəbini soruşduqda Murad demiş ki, bibisi çox uğursuz qadındır, ona aid üzük və başqa əşyaların evdə olmasını istəmir, öz uşağı rəhmətə gedib və onların evliliyi gözü götürmür, əlindən gələni edir ki, ayrılaq. Hazırda Cavabdeh1 onun aşağıdakı qızıl-zinət əşyalarım qalmışdır; şəbəkə braslet 41.0 qram, 750 əyarlı qızıl-dəyəri 4.510 manat; (şəkil 1) ağ qızıldan üzük və sırğa 60,0 qram, 750 əyarlı-dəyəri 6.600 manat; (şəkil 1) brilyant qaşlı sırğa D:2.28 ct, 10,15 qram, 750 əyarlı qızıl-dəyəri 2.713 manat; (şəkil 3) tünd yaşıl qızıldan brilyant sırğa 13 qr. D: 3,1 ct, 750 əyarlı-dəyəri 3.600 manat; (şəkil 4) qızıl zəncirli saat 14 qr.D:15,40 ct, 750 əyarlı-dəyəri 12.320 manat; (şəkil 5) brilyant dəst (üzük, sırğa) 10.0 qram, D:1.20 ct, 750 əyarlı qızıl-dəyəri 1.940 manat; (şəkil 6) sırğa, qolbağı və üzük brilyant qaşlı 44 qram, D:15.40 ct, 750 əyarlı qızıl-dəyəri 18.700 manat; (şəkil 7) brilyant qaşlı qızıl üzük, sırğa, boyunbağı və klon 18 qram, D:83.7 ct, 750 əyarlıdəyəri 25.840 manat (şəkil 8) borc aldığı pul: 1.700 manat (1.000 ABŞ dolları) cəmi: 76. 223 manatdır. O, Cavabdeh1la Bakı şəhərində yaşadığı dövrdə anasına məxsus qızıl-zinət əşyalarından istifadə etmişdir. Cavabdeh1 müxtəli bəhanələrlə, səbəbli və ya səbəbsiz evdə söz-söhbət yaratmış, münasibətləri normal olmamışdır. O, atası evində idi. Cavabdeh1 ona zəng edərək yaxın qohumunun toyuna gedəcəklərini bildirmiş və təcili evə gəlməyini xahiş etmişdir. O, toya getmək üçün müvafiq geyim və qızıl-zinət əşyalarının olmadığını bildirərək toya getməkdən imtina etmişdir. Cavabdeh1 bu toya getməyin vacib olduğunu, getməsə valideynlərinin inciyəcəklərini bildirərək onu dilə tutmuş və toya getməyə razı salmışdır. Demişdir ki, atan evindəki münasib paltarlardan götür, ananın qızıl-zinət əşyalarından da götür, gəl evdə geyinək, birlikdə toya gedək. O, bu barədə anasına demiş, o da aralarındakı inciklik böyüməsin deyə özünə məxsus qızıl-zinət əşyalarını ona vermiş və demiş ki, yoldaşınla razılaş, hansı uyğun gəlsə onu taxarsan. O, anasının verdiyi qızıl-zinət əşyalarını sumkasına qoyaraq yaşadığı mənzilə gəlmişdir. Mənzilə daxil olarkən Cavabdeh1 mənzildə tək olmuş, onun toya gedəsi halının olmadığını hiss etmişdir. Cavabdeh1 üstünə acıqlı surətdə “niyə öz evində tapılmırsan?” demiş, əl çantasını əlindən alaraq çantanın ağzını açmış, üzü üstə çevirmiş, çantadakı qızıl-zinət əşyalarını stolun üstünə tökmüş və bütün qızıl-zinət əşyalarını götürmüşdür. O, ilk öncə nə baş verdiyini anlamamışdır. Onun sakitləşməsini gözləmişdir. Lakin bir azdan sonra Cavabdeh1 heç bir söz demədən paltarını geyinərək mənzildən çıxmışdır. Sonradan onlar bir daha görüşməmişlər. Telefon zənglərinə cavab verməmişdir. Ona nikaha girənədək məxsus olmuş və toy hədiyyəsi olaraq alınmış qızılzinət əşyalarının cavabdehlərdə qalmaması və həmin əşyaların özü ilə apardığı barədə işə baxan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır, iddia tələbinin həmin hissəsinin rədd edilməsi barədə işə baxan birinci instansiya məhkəməsinin gəldiyi nəticə məhkəmə tərəfindən müəyyən edilmiş sübutlarla təsdiq olunmur. Tərəfindən təqdim edilmiş sübutlar tələbinin əsaslı olduğunu təsdiq edir. Tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qeyd etdiyi dəlillər hər hansı sübutla təsdiq olunmur, tərəfindən tələb etdiyi əşyaların aparılması hallar sübut edilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi həmin nəticəsini yalnız cavabdehin izahatı və “Whatsapp” yazışması ilə əsaslandırmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Şəki Rayon Məhkəməsinin 1 sentyabr 2023-cü il tarixli e-2(075)-1085/2023 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin bütövlükdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi, həmçinin vəkili Nümayəndə Məmməd oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 1 sentyabr 2023-cü il tarixli e-2(075)-1085/2023 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin bütövlükdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh2 və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin olunmamasını, Şəki Rayon Məhkəməsinin 1 sentyabr 2023-cü il tarixli e-2(075)-1085/2023 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən müvafiq olaraq mülkiyyətçi öz əmlakını özgənin qanunsuz istifadəsindən geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
Apellyasiya baxışının hədləri
Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(075)-1085/2023 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin bütövlükdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(075)-1085/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamənin mübahisələndirilən Cavabdeh2 münasibətdə qızıl-zinət əşyalarına aid hissədə işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 01 sentyabr 2023cü il tarixli, 2(075)-1085/2023 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən Cavabdeh2 olan qızıl-ziynət əşyalarına aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qızıl-zinət əşyalarının - brilyant dəst (üzük, sırğa, klon və boyunbağı) 46 qram dəyəri - 15.840 manat; sırğa brilyant 71 qram - dəyəri 7.810 manat; brilyant qaşlı qızıl üzük 12 qram - dəyəri 3.220 manat; boyunbağı, braslet qızıl mirvari 16 qram - dəyəri 3.930 manat; mirvari qaşlı qızıl boyunbağı 4,2 qram - dəyəri 924 manat; tək qaşlı brilyant sırğa 6,0 qram - dəyəri 1.780 manat; ağ qızıldan halqavari brilyant sırğa 24 qram - dəyəri 5.300 manat; “Emerald” markalı rəngli sırğa - dəyəri 2.750 manat; brilyant qaşlı nişan üzüyü - dəyəri 970 manat; brilyant qaşlı üzük və sırğa - dəyəri 5.120 manat; qızıl boyunbağı və klon - dəyəri 660 manata aid hissədə təmin edilməli və həmin əşyalar mövcud olmadığı halda onların dəyəri Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 ilə 13 yanvar 2021-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onlar ailə qurduqları ilk vaxtlar səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri pisləşmiş və faktiki ayrılmışlar. İddiaçı atasının evinə gedərkən ona cehiz olaraq verilmiş mebel dəsti, digər ev avadanlıqları və qızıl-zinət əşyaları cavabdehlərdə qaldığını iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçıya məxsus aşağıda adları qeyd edilən qızıl-zinət əşyaları - brilyant dəst (üzük, sırğa,klon və boyunbağı) 46 qram dəyəri - 15.840 manat; sırğa brilyant 71 qram - dəyəri 7.810 manat; brilyant qaşlı qızıl üzük 12 qram - dəyəri 3.220 manat; boyunbağı, braslet qızıl mirvari 16 qram - dəyəri 3.930 manat; mirvari qaşlı qızıl boyunbağı 4,2 qram dəyəri 924 manat; tək qaşlı brilyant sırğa 6,0 qram - dəyəri 1.780 manat; ağ qızıldan halqavari brilyant sırğa 24 qram - dəyəri 5.300 manat; “Emerald” markalı rəngli sırğa dəyəri 2.750 manat; brilyant qaşlı nişan üzüyü - dəyəri 970 manat; brilyant qaşlı üzük və sırğa - dəyəri 5.120 manat; qızıl boyunbağı və klon - dəyəri 660 manat Cavabdeh2 qalmışdır. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırki iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehlərin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddianın Cavabdeh2 tələb edilən qızıl-zinət əşyalarına aid hissəsinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş siyahıda qeyd edilən iddiaçıya hədiyyə edilmiş qızıl-zinət əşyalarının mövcudluğunu iddiaçı tərəf sübut etmiş, eyni zamanda onların qiymətinə dair mütəxəssis rəyi təqdim etmişdir. Cavabdeh2 onların qiymətini mübahisələndirməmiş və əlavə olaraq həmin qızılların daha aşağı qiymətə olmasına dair sübutlar təqdim etməmişdir. Lakin Cavabdeh2 qızıl zinət əşyalarının iddiaçının özü tərəfindən aparıldığını bildirsə də işin faktiki halları bunun əksini deyir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin bu hissə üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, Cavabdeh2 olan qızıl-zinət əşyalarına aid hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, həmin hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslı olmaqla, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvi üçün əsasdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib hesab edir. Hazırkı şəraitdə məhkəmə kollegiyası hesab edir ki, tələb edilən cehiz əmlakların, geyim əşyalarının, qızıl-zinət əşyalarının cavabdehlərdə də qalması, yoxsa iddiaçı tərəfindən aparılması ətrafında araşdırılma aparılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh2 olan qızıl-zinət əşyalarına aid hissədə təmin edilməlidir. İddiaçı Cavabdeh2 olan qızıl-zinət əşyalarına aid hissədə iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 israrla zəng edib onları Şəkiyə çağırmışdır. Bakıda evdən çıxmamışdan öncə Cavabdeh1 ona demişdir ki, evdə bütün nə qızıl varsa və pulları götür, birdən evə oğru girər. Şəkidə olduğu vaxt evdə qayınanası Esmira Calalova ona demişdir ki, gəlin üçün alınmış və hədiyyə edilmiş qızıl-zinət əşyaları qaynanada qalmalıdır, bu adətdəndir. O, ilk öncə etiraz etmişdir və əşyalarını verməmişdir. Sonradan Cavabdeh1 dəfələrlə israr etmişdir ki, anam düz deyir və ona toy hədiyyəsi olaraq alınmış bütün qızıl-zinət əşyalarını və valideynlərinin ona qızlıq vaxtı aldıqları qızıl-zinət əşyalarını çıxararaq evdəki stolun üstünə qoymuşdur. Qayınatası Cavabdeh2 həmin əşyaları verdiyi qutudan götürmüş və öz yataq otaqlarına aparmışdır. Kollegiya hesab edir ki, iddia tələbi və apelyasiya şikayəti bu hissədə əsaslıdır. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; Kollegiyanın iclasında iştirak edən iddiaçı verilən suallara cavab olaraq izahatında bildirmişdir ki, yuxarıda qeyd edilən qızıl-zinət əşyalarının qayınanası Esmira Calalovadan yox, qayınatası Cavabdeh2 tələb etməyinin səbəbi, qızıl əşyasının olduğu çantanı stolun üzərinə boşaltdıqdan sonra həmin qızıl əşyalarının məhz qaynatası Cavabdeh2 tərəfindən götürülməsi ilə əsaslandırmışdır. Kollegiyanın iclasında iştirak edən Cavabdeh2 birinci instansiya məhkəməsində və kollegiyanın iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Daha sonra izahatını davam etdirərək bildirmişdir ki, iddiaçı ümumiyyətlə Şəki şəhərinə gəldiyi vaxt özlərinin hədiyyə etdiyi qızıl əşyalarından başqa qızıl-zinət əşyaları gətirməmişdir. Göründüyü kimi Cavabdeh2 ziddiyyətli izahat verməklə qeyri-səmimi olmuşdur. Kollegiyanın qənaətinə görə iddiaçının Şəki şəhərinə gəldiyi vaxt cavabdeh tərəfin hədiyyə etdiyi qızıl əşyalarından başqa qızıl-zinət əşyalarının gətirməməsi barədə cavabdehin etirazı əsassızdır. Belə ki, verilən suallara cavab olaraq Cavabdeh2 bildirmişdir ki, iş materiallarının 98-ci səifəsində olan fotoşəkil onun həyat yoldaşı ilə birlikdə Şəkidə çəkilmişdir. Həmin fotoşəkildə olan iddiaçının üzərində daşıdığı qızıl-zinət əşyası onların iddiaçıya hədiyyə etdiyi qızıl-zinət əşyası yox, iddiaçının özü ilə Şəki şəhərinə gətirdiyi qızıl-zinət əşyasıdır. Ancaq həmin şəkillərin fotomontaj olduğunu bildirmişdir. Göründüyü kimi Cavabdeh2 verdiyi izahatında qeyri səmimi olmuşdur. Kollegiyanın gənaətinə görə həmin şəkillərin fotomontaj olması barədə cavabdehin etirazı əsassızdır. Belə ki, cavabdeh tərəf həmin fotoşəkillərin fotomantaj olması barədə hər hansı bir sübut növü təqdim etməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə rədd edərkən “Whatsapp” yazışmalarına istinad etməklə iddia tələbini rədd etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmır. Belə ki, iddiaçının iddia tələbindən və verdiyi izahatdan da görünür ki, o, qızılları təhvil verdikdən sonra üzərində anasına və özünə məxsus 3 adda qızıl əşyasının saxladığını qeyd etmişdir. Yəni həmin yazışma 3 adda qızıl əşyasına aid olmaqla Cavabdeh2 olan qızıl əşyası ilə bağlı olmamışdır. Bundan başqa kollegiyanın yuxarıda qeyd etdiyi hallar isə iddiaçıya məxsus qızıl-zinət əşyasının həqiəqtən də Cavabdeh2 tərəfindən götürülməsi qənaətinə gəlməyə əsas verir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, iddiaçı iddia tələbində və izahatında bildirmişdir ki, cavabdeh tərəf onun qızıl əşyalarını qaytarmadığından anasına məxsus qızıl-zinət əşyasından istifadə etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X5 ifadəsində bildirmişdir ki, qızı Nərminin cavabdehlə aralarında mübahisə olduğundan evə gəlmiş, ancaq evə qayıtdığı zaman həmin qızıl-zinət əşyalarını özü ilə birlikdə gətirmədiyini görmüşdür. Soruşduqda isə qızlların qaynatası Cavabdeh2 tərəfindən tərəfindən götürüldüyünü bildirmişdir. Bundan sonra qızının müvəqqəti istifadə etməsi üçün özünə məxsus qızılzinət əşyalarını ona vermişdir. Kollegiya şahidin vermiş olduğu izahatı ona görə inandırıcı hesab edir ki, iddiaçı ilə şahidin ayrı-ayrılıqda dindirilən zaman iddiaçının vermiş olduğu izahatla şahidin vermiş olduğu izahat bir-birini tamamlamışdır. Bundan başqa iş materiallarında olan iddiaçı ilə Cavabdeh1 arasında olan “Whatsapp” yazışmalarından da görünür ki, iddiaçı cavabdehə uşağın sağlamlığında narahatçılığın yaranmasını və uşağının mülicə olunması məqsədiylə Tükiyəyə aparmaq istədiyini bildirmişdir. Cavabdeh1 isə bunun qarşılığında iddiaçıdan alimentdən imtina etməsini və 10 min avro məbləğində pulu atasından alaraq ona verməsindən sonra uşağı Türkiyəyə aparmağına razı olacağını bildirmişdir. Bundan sonra İddiaçı Cavabdeh1 bugünədək aliment istəmədiyini, ancaq bundan sonra qanunun tələbinə uyğun olaraq aliment tələb edəcəyini bildirmiş və Cavabdeh1 oğurladığı cehizlərini, qızıllarını qaytarılmasını bildirmişdir. Cavabdeh1 cavabında isə İddiaçı qətnamədə qeyd edilməsi mümkün olmayan etik qaydalara, mənəvi-əxlaqi dəyərlərə sığmayan təhqiredici ifadələr işlədərək aliment ödəməyəcəyini və iddiaçıya aliment istədiyi təqdirdə cəmiyyət içərisində onu biabır edəcəyini bildirmiş və həmin əşyaların ona məxsus olduğunu deyərək cehizləri, qızılları ona qaytarmayacağını bildirmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçı iddia tələbində bu hissədə haqlıdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 bu yazışmada Nərminin qızıllarının qaytarmayacağı barədə etirafı ona münasibətdə də iddianın təmin edilməli olması anlamına gəlmir. Belə ki, iddiaçının iddia tələbində Cavabdeh2 tələb etdiyi qızıl-zinət əşyalarının mövcud olması, qiymətləri və sayı məhz iddiaçının təqdim etdiyi fotoşəkillər və qiymətləndirmə rəyi ilə Cavabdeh2 tələb edilən qızıl-zinət əşyalarına uyğun gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin digər hissələrinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətinin digər hissələrdə təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən digər hissələrdə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianın digər hissələrini düzgün olaraq təmin etməmişdir. Birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində qeyd etdiyi mebel əşyalarının, həmçinin paltaryuyan, televizor, çılçıraqların həqiqətən mövcud olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamandan cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının Cavabdeh2 məxsus evə gəlin köçərkən çəkilmiş videogörüntülərdən də müəyyən olunur ki, iddaçının həqiqətən də məhkəmənin yerli baxışı zamanı müəyyən olunan əmlakları mövcud olmuş və hazırda da həmin otaqdadır. Cavabdeh isə qeyd edilən əmlakları iddiaçıya qaytarmağa etiraz etmir. Daha sonra birinci instansiya məhkəməsi iddia tələbinin digər Cavabdeh1 iddiaçının anasına məxsus qızıl-zinət əşyalarının alınması hissəsinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, həmin qızıl-zinət əşyalarının Cavabdeh1 tərəfindən onun əlindən alındığını iddia etsə də, buna dair məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Həmçinin iddiaçı iddia tələbində və apelyasiya şikayətində Cavabdeh1 27 mart 2021-ci il tarixdə Almaniya Federativ Respublikasına gedərkən atasından pul alaraq 1000 ABŞ dolları məbləğində borc verdiyini iddia etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddianı həmin hissədə əsassız hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə bildirişindən müəyyən olunur ki, Cavabdeh1 iddiaçının qeyd etdiyi tarixdə deyil, 17 mart 2021-ci il tarixdə X7 tərəfindən 999.98 ABŞ dolları məbləğində pul göndərilmişdir. Göründüyü kimi şikayətin dəlilləri digər hissələrdə əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamənin mübahisələndirilən Cavabdeh2 münasibətdə qızıl-zinət əşyalarına aid hissədə işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 01 sentyabr 2023cü il tarixli, 2(075)-1085/2023 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən Cavabdeh2 olan qızıl-ziynət əşyalarına aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qızıl-zinət əşyalarının - brilyant dəst (üzük, sırğa,klon və boyunbağı) 46 qram dəyəri - 15.840 manat; sırğa brilyant 71 qram - dəyəri 7.810 manat; brilyant qaşlı qızıl üzük 12 qram - dəyəri 3.220 manat; boyunbağı, braslet qızıl mirvari 16 qram - dəyəri 3.930 manat; mirvari qaşlı qızıl boyunbağı 4,2 qram - dəyəri 924 manat; tək qaşlı brilyant sırğa 6,0 qram - dəyəri 1.780 manat; ağ qızıldan halqavari brilyant sırğa 24 qram - dəyəri 5.300 manat; “Emerald” markalı rəngli sırğa - dəyəri 2.750 manat; brilyant qaşlı nişan üzüyü - dəyəri 970 manat; brilyant qaşlı üzük və sırğa - dəyəri 5.120 manat; qızıl boyunbağı və klon - dəyəri 660 manata aid hissədə təmin edilməli və həmin əşyalar mövcud olmadığı halda onların dəyəri Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(075)-1085/2023 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən Cavabdeh2 olan qızıl-zinət əşyalarına aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Brilyant dəst (üzük, sırğa,klon və boyunbağı) 46 qram dəyəri - 15.840 manat; sırğa brilyant 71 qram - dəyəri 7.810 manat; brilyant qaşlı qızıl üzük 12 qram - dəyəri 3.220 manat; boyunbağı, braslet qızıl mirvari 16 qram - dəyəri 3.930 manat; mirvari qaşlı qızıl boyunbağı 4,2 qram - dəyəri 924 manat; tək qaşlı brilyant sırğa 6,0 qram - dəyəri 1.780 manat; ağ qızıldan halqavari brilyant sırğa 24 qram - dəyəri 5.300 manat; “Emerald” markalı rəngli sırğa - dəyəri 2.750 manat; brilyant qaşlı nişan üzüyü - dəyəri 970 manat; brilyant qaşlı üzük və sırğa - dəyəri 5.120 manat; qızıl boyunbağı və klon - dəyəri 660 manat, qətnamə icra edilən zaman əşyalar naturada mövcud olmadıqda onların dəyəri Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.