Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1318/2024 25.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcu, tutmanın ipoteka predmetinə yönəldilməsi, likvid dəyər) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X2 iclas katibliyi, Qəbələ Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qətnaməsindən İddiaçı ASC və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları 2008-ci il 06 fevral tarixli RBB 003(İ) nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 16 %-lə 240 ay müddətinə 66000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh 66000 (altmış altı min) ABŞ dolları məbləği 240 ay müddətinə illik 16 % faizlə, birinci ay 742,23 ABŞ dolları, sonrakı aylar 918,23 ABŞ dolları, sonuncu ay isə 918,09 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) 06 fevral 2008-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 06 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 49348,36 ABŞ dolları əsas, 62594,48 ABŞ dolları faiz, 890,04 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 112832,88 ABŞ dolları və 481,82 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və torpaq sahəsinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 06 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 62847,86 ABŞ dolları əsas, 75050,55 ABŞ dolları faiz, 890,04 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 138788,45 ABŞ dolları və 481,82 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və torpaq sahəsinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonar Cavabdeh Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" İKB ASC-nin (hazırkı "xxxx" ASC-nin) "Qəbələ" filialından 16 faizlə 240 ay müddətinə ev almaq məqsədilə 66000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) 06 fevral 2008-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2023-cü il fevral ayının 24-dək Cavabdeh 06 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 49348.36 ABŞ Dolları əsas, 62594.48 ABŞ dolları faiz, 8900.38 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 120843.22 ABŞ dolları borcu vardır. Cavabdeh 06 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 8900.38 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10 % miqdarında olmaqla, yəni 890.04 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. 2008-ci il 06 fevral tarixli RBB 003(İ) nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 16 %-lə 240 ay müddətinə 66000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh 66000 (altmış altı min) ABŞ dolları məbləği 240 ay müddətinə illik 16 % faizlə, birinci ay 742,23 ABŞ dolları, sonrakı aylar 918,23 ABŞ dolları, sonuncu ay isə 918,09 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. 2008-ci il 06 fevral tarixli RBB 003(İ) nömrəli "xxxx" İKB ASC-İ ilə Cavabdeh arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi 2008-ci il 06 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məxsus Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi Nikoyl İKB-nin xeyirinə 2008-ci il 06 fevral tarixli RBB 003(İ) nömrəli müqavilə əsasında ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində xx.xx.2008-ci ildə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borcluya 5 (beş) iş günü müddətində banka olan borcunun ödənilməsi tələb edilmişdir. xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə və torpaq sahəsinə yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli İddiaçı ASC-i tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli, 9/6756 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 06 fevral 2008-ci il tarixli, RBB 003(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 137.898,40 ABŞ dolları məbləğində və xx.xx.2023-cü il tarixədək (sonuncu ödənişin tarixi) banka olan əsas və faiz borcu 141.893,83 ABŞ dolları məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/6697-9/6756-6757 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 171000 manat, likvid dəyəri isə 153900 manat məbləğində müəyyən olunur. İstinad edilmiş internet məlumatları rəyə əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2023-cü il tarixli, 3-16-16/2-4/1141 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, 4Ə-41 nömrəli notariat işinin 26-ci vərəqəsində olan 22 yanvar 2008-ci il tarixdə 7E-204 reyestr nömrəsi ilə qeydə alınmış (xx.xx.2008-ci il tarixdə 4Ə-41 nömrə ilə təsdiq edilmiş ipoteka müqaviləsinə dair notariat işi) və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş X4 adından olan ərizədə "İmza" yazısı önündəki imza -X10 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 4Ə- 41 nömrəli notariat işinin 26-cı vərəqəsində olan 22 yanvar 2008-ci il tarixdə 7E-204 reyestr nömrəsi ilə qeydə alınmış (xx.xx.2008 ci il tarixdə 40-41 nömrə ilə təsdiq edilmiş ipoteka müqaviləsinə dair notariat işi) və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş X4 adından olan ərizədəki yazılar - X10 tərəfindən yox, Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli (hakim: A.Əliyev) qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 62847,86 ABŞ dolları əsas, 75050,55 ABŞ dolları faiz borcu, 890,04 ABŞ dolları cərimə olmaqla, cəmi 138788,45 (bir yüz otuz səkkiz min yeddi yüz səksən səkkiz dollar qırx beş sent) ABŞ dolları məbləğində kredit borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 481,82 (dörd yüz səksən bir manat səksən iki qəpik) manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı tutulması, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiymətinin (likvid dəyəri) 153900 (yüz əlli üç min doqquz yüz) manat müəyyən edilməsi, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi satılması və ondan əldə ediləcək vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin hərracda satıldıqdan sonra bir ay ərzində cavabdeh Əliyev X5 rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evini və 0.06 ha torpaq sahəsini tərk etməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" ASC-i ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında, sonuncu Bankdan 66000 ABŞ dolları məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Kreditin təminatı olaraq Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi 2008-ci il 06 fevral tarixli RBB 003(İ) nömrəli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş üzrə iddiaçı Nikoyl İKB ASC-i həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə hesab etmişdir ki, iddia tələbi tutmanın Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC -nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti (likvid dəyəri) 153900 (yüz əlli üç min doqquz yüz) manat müəyyən edilməlidir. Fərdi yaşayış evi və torpaq sahəsi satılmalı və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməlidir. Fərdi yaşayış evi və torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh oranı tərk etməlidir. Cavabdehin qeyd edilən fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və onun fərdi yaşayış evindən çıxarılması isə yalnız həmin mənzilə mülkiyyət hüququ əldə etmiş şəxsin tələbi ilə məhkəmə qaydasında baxıla bilər. Bu səbəbdən də həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269, 385.1, 386.1, 442, 448.1, 448.2, 739.1 və 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39, 53, 54 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin qeyd edilən fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və onun fərdi yaşayış evindən çıxarılması isə yalnız həmin mənzilə mülkiyyət hüququ əldə etmiş şəxsin tələbi ilə məhkəmə qaydasında baxıla bilər. Bu səbəbdən də həmin hissədə iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə notariusun icra qeydinin və ya məhkəmə qərarının olması tutma yönəlməklə satılan əmlakdan bir ay ərzində könüllü surətdə çıxmayan ipoteka qoyanın məcburi qaydada çıxarılması üçün əsasdır. Birinci instansiya məhkəməsi göstərilən maddi hüquq normasının düzgün şərh etməmiş, nəticədə maddi hüquq normasının pozuntusuna yol vermişdir. Həmçinin o da bildirilir ki, birinci instansiya məhkəməsi bir tərəfdən qətnaməsində cavabdehin ipoteka predmeti olan fərdi yaşayış evi və torpaq sahəsini tərk etməsini göstərir, digər tərəfdən isə belə qənaətə gəlir ki, cavabdeh həmin yerdən çıxarılmalı deyil. Göründüyü kimi bu vəziyyət anlaşılmazlıq yaradır. Bir halda ki cavabdehin evi tərk etməsi qeyd olunursa, digər halda onun evdən çıxarılmaması təzad yaratmış olur. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin (likvid) satış qiymətinin 153900 manat müəyyən etməklə iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, işdən göründüyü kimi məhkəmənin müvafiq qərardadına əsasən iş üzrə məhkəmə mühasibatlıq və qiymətləndirmə ekspertizası təyin edilmiş, 19 aprel 2024-cü il ekspert rəyinə görə Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 171000 manat, likvid dəyəri isə 153900 manat məbləğində müəyyən olunur. Qeyd edək ki, hazırkı kreditin verilməsində məqsəd cavabdehin fərdi yaşayış evi əldə etməsi üçün olmuşdur. İşdən göründüyü kimi alınan əmlakın bazar dəyəri 70100 manat qiymətində olmuşdur. Düzdür aradan uzun müddət keçmiş, qiymətdə müəyyən dəyişiliklərin olması qaçılmaz olmuş, lakin bir hala diqqət yetirmək lazımdır ki, qiymət fərqinin bu qədər artıq olması inandırıcı olmamışdır. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Göründüyü kimi qanunvericiliyin məqsədi odur ki, ipoteka predmetinin dəyərinin likvid dəyərlə götürülməsi ilə həmin əmlakın tez bir zamanda satılması mümkün olsun, nəticədə işin uzanmaması üçün borcverənin birbaşa zərərə məruz qalması halı aradan qalxmış olsun. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pulun götürülməsini təsdiq edən və təqdim edilən qəbz ümumiyyətlə bu işə uyğun gəlmir. Çünki pul vəsaiti Notariat Kontoruna ödənilməli olduğu halda başqa yerə ödənilmiş və USD valyutası ilə olmuşdur. Həmçinin həmin valyutada AZN məzənnəsinə çevriləndə yenədə müqavilədəki məbləğlə uyğun gəlməmişdir. İddiaçı tərəfindən təqdim edilən Müqaviləyə və qanunvericiliyə əsasən vəsait bank hesabına mədaxil olmalı və mədaxil olunan vəsait Notariat Kontorunun depozit hesabına göndərməlidir. Lakin buna aid iddiaçı heç bir sübut və ümumiyyətlə pul vəsaitinin verilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Qətnamədə iddia tələbinin pul tələbi hissəsində əsaslandırılmamışdır. Qətnamənin ləğv edilməsi üçün digər əsas ondan ibarətdir ki, tərəfimizdən xx.xx.2023-cü il tarixdə Notariat Arxivinə müraciət olunmuş və notariat işi tələb edilmişdir. həmin sənədlərdə əvvəlki iclasda da qeyd etdiyi kimi Cavabdeh həyat yoldaşının razılıq ərizəsi olmamışdır. Həmin sənədlərdən bir qismi əlbəəl alınmış və məlum olmuşdur ki, Əliyeva Elza tərəfindən ümumiyyətlə Notariat Kontoruna ərizə verilməmiş və orda olan ərizədəki imza onun tərəfindən icra olunmamışdır. Hətta digər ev satan Məhəmməd adlı şəxsin də həyat yoldaşının imzası saxtalaşdırılmışdır. Məhkəmə işin faktiki hallarına deyil təqdim edilən sənədlərlə deyil, yalnız iddiaçının verdiyi sənədlərə əsasən qətnamə qəbul etmişdir. Belə ki, ilk növbədə məhkəmə prosessual hüquq normalarını pozaraq iddiaçı tərəfindən son iclasda təqdim edilən iddia tələbinin artırılması ərizəsini icraata qəbul etmişdir. İddia ərizə ilə ekspert rəyi arasında olan ziddiyət belə araşdırılmamışdır. Buna dair ekspertin rəyi ilə kifayətlənmiş və bundan sonrada Bankın iddia tələbinin artırılması ərizəsini icraata qəbul edərək işə baxmış və tələbi təmin etmişdir. Həmin ərizədə məhkəmə baxışında təqdim edilmiş və bu da prosessual pozuntudu. Həmçinin məhkəmə iddia tələbinin artırılması barədə ərizəni icraata qəbul edərkən prosessual pozuntu etmiş və dövlət rüsumu 525.94 AZN olduğu halda iddiaçı tərəfindən 481 AZN dövlət rüsumu qəbul etmişdir. İddiaçı iddia tələbini artırarkən yeni dövlət rüsumu ödənilməli idi. Bu səbəbdən iddia ərizəsi baxılmamış saxlanmalı və ərizə geri qaytarılmalıdı. Məhkəmə daşımaz əmlakın alqı- satqı müqaviləsinin xarici valyutada aparılmasını hansı hüquq norması əsasında olmasını araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddiaçı tərəfin apellyasiya şikayətini müdafiə edərək təmin, cavabdeh tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. İddiaçının nümayəndəsinə, cavabdehə, onun vəkilinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun:
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 36.1. İpoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka muqaviləsi uzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka muqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yonəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş muddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yonəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “....Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır....”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən iddiaçı və cavabdeh tərəfin apellyasiya şikayətləri qismən təmin edilərək qətnamə qismən ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı ASC Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi daha sonra, iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 06 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 62847,86 ABŞ dolları əsas, 75050,55 ABŞ dolları faiz, 890,04 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 138788,45 ABŞ dolları və 481,82 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və torpaq sahəsinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonar Cavabdeh Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyatorlardan iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini likvid dəyər və cavabdehin evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onun evdən çıxarılması, evin boşaldılaraq banka təhvil verilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın tam təmin edilməsini tələb edir. Apellyator olan cavabdeh tərəf isə birinci instansiya məhkəməsinin qətnaməsini borcun xarici valyutada tutulmasını, iddia tələbinin həcminin artırılması ilə bağlı ərizənın icraata qəbul edilməsini, likvid dəyəri, rüsumun az ödənilməsini, əsas borcun çox hesablanmasını və cavabdehin arvadının ipoteka ilə bağlı razılığının olmaması hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə qiymət verən zaman ilkin olaraq birinci instansiya məhkəməsinin cavabdehin öhdəliklərini tam olaraq icra etməməsi ilə bağlı hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Qeyd olunmalıdır ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Eyni zamanda, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarı). Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmuşdur. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Belə ki, Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Bundan başqa, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında da qeyd etmişdir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. Kollegiyası hesab edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC-i ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında, sonuncu Bankdan 66000 ABŞ dolları məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Kreditin təminatı olaraq Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi 2008-ci il 06 fevral tarixli RBB 003(İ) nömrəli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş üzrə iddiaçı Nikoyl İKB ASC-i həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətininin digər dəlili olan borcun xarici valyutada tələb edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsinin tələbi də ölkə ərazisində manatdan başqa digər pul vahidlərinin məhz ödəniş vasitəsi kimi işlədilməsini qadağan edir. Bununla belə, Konstitusiyanın həmin tələbi fiziki və hüquqi şəxslər tərəfindən xarici valyutanın sərbəst istifadə edilməsini, həmçinin xarici valyutada bank əməliyyatlarının həyata keçirilməsini istisna etmir. Əksinə, mülki dövriyyə iştirakçıları arasında əmanət və borc münasibətlərində xarici valyutadan istifadə edilməsinə məhdudiyyət qoyulması Konstitusiya ilə mülkiyyət hüququna verilmiş təminatla ziddiyyət yaratmış olardı. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının mənasından göründüyü kimi, kredit və əmanət müqaviləsi üzrə verilmiş pul kredit verənin (əmanətçinin) mülkiyyətində olan istənilən valyutada ola bilir və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.Məhkəmə kollegiyası qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Bundan başqa, Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Hazırki işdən isə müəyyən edilir ki, tərəflər müqavilədə borcun hansı qaydada ödənilməsi ilə bağlı müvafiq razılığa gəlmişlər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin qeyd edilən dəlilləri əsassızdır. Kollegiya xüsusilə qeyd edir ki, cavabdeh tərəf aldığı pulun miqdarını mübahisələndirməmiş, sadəcə həmin pulun xarici valyutada yox, manatla qaytarılmalı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətininin borcun (əsas və faiz borcunun) çox olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, 2008-ci il 06 fevral tarixli RBB 003(İ) nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 16 %-lə 240 ay müddətinə 66000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh 66000 (altmış altı min) ABŞ dolları məbləği 240 ay müddətinə illik 16 % faizlə, birinci ay 742,23 ABŞ dolları, sonrakı aylar 918,23 ABŞ dolları, sonuncu ay isə 918,09 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli, 9/6756 nömrəli rəyindən isə görünür ki, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 06 fevral 2008-ci il tarixli, RBB 003(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 137.898,40 ABŞ dolları məbləğində və xx.xx.2023-cü il tarixədək (sonuncu ödənişin tarixi) banka olan əsas və faiz borcu 141.893,83 ABŞ dolları məbləğində müəyyən edilir. Kollegiya qeyd edir ki, birinci insstansiya məhkəməsi ekspertiza rəyində qeyd edilmiş məbləği əsas götürərək cavabdehdən əsas və faiz borcu tutmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, qeyd edilən ekspert rəyi hər hansı bir əsasla təkzib edilə bilmədiyindən ekspertin borc ilə bağlı ekspert rəyin daha arqumentli sübut olaraq qəbul edilmişdir. Odur ki, cavabdeh tərəfin borcun artıq hesablanması ilə bağlı qeyd etdikləri öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası ekspertiza rəyi ilə bağlı qeyd edir ki, kreditin hansı hissəsinin aylar bölgüsü ilə əsas və faiz borcuna ödənilməsi ilə bağlı ödəniş cədvəlində məbləğlər göstərilmiş və cavabdeh ödəniş cədvəllərini öz imzası ilə təsdiq etmişdir. Bundan başqa, cavabdeh tərəfindən əlavə ödənişlərlə bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Kollegiya hesab edir ki, apellyator tərəfindən hazırki iş üzrə heç bir əlavə sənəd və ya sübut təqdim edilmədiyindən ekspertizanın təyin edilməklə yeni hal müəyyən edilməyəcək və bu lüzumsuz vaxt itkisinə səbəb olacaqdır. Əlavə olaraq borcun düzgün hesablanmadığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq ekspertizanın keçirilməsi də təmin oluna bilməz. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətininin iddia tələbinin həcminin artırılması ilə bağlı ərizənın icraata qəbul edilməli olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, cavabdeh tərəf apellyasiya şikayətində artırma ərizəsinin məhkəmə baxış iclasında verildiyini və bu səbəbdən də ərizənin icraata qəbulundan imtina edilməli olduğunu bildirmişdir. Lakin, iş materiallarından müəyyən edilir ki, iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə birinci instansiya məhkəməsində hazırlıq iclası zamanı verilmişdir. Belə ki, ərizə xx.xx.2024-cü il tarixdə verilmiş və həmin zaman da məhkəmə hazırlıq iclası baş tutmuşdur. Daha sonra isə, işin məhkəmə baxışına təyin edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Belə olan halda, iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə vaxtında verilmiş hesab edilməlidir. Odur ki, şikayətin həmin dəlilləri də əsassızdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətininin əmlak ipotekaya qoyulan zaman cavabdehin arvadının razılığı olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Cavabdeh tərəf əmlak ipotekaya qoyulan zaman cavabdehin arvadının buna razılıq vermədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2023-cü il tarixli, 3-16-16/2-4/1141 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, 4Ə-41nömrəli notariat işinin 26-cı vərəqəsində olan 22 yanvar 2008-ci il tarixdə 7E-204 reyestr nömrəsi ilə qeydə alınmış (xx.xx.2008 ci il tarixdə 40-41 nömrə ilə təsdiq edilmiş ipoteka müqaviləsinə dair notariat işi) və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş X4 adından olan ərizədəki yazılar - X10 tərəfindən yox, Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin rəydən daha sonra isə göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, 4Ə-41 nömrəli notariat işinin 26-ci vərəqəsində olan 22 yanvar 2008-ci il tarixdə 7E-204 reyestr nömrəsi ilə qeydə alınmış (xx.xx.2008-ci il tarixdə 4Ə-41 nömrə ilə təsdiq edilmiş ipoteka müqaviləsinə dair notariat işi) və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş X4 adından olan ərizədə "İmza" yazısı önündəki imza -X10 tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, doğrudan da X4 adından olan ərizədəki yazılar - X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunsa da, ərizədə olan "İmza" X10 tərəfindən icra olunmuşdur. Kollegiyası hesab edir ki, ərizədəki yazıların X10 tərəfindən icra edilməməsi iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, ərizədə olan "İmza" X10 tərəfindən icra olunmuşdur. Odur ki, ekspert rəyi ilə cavabdehin “X4 əmlakın girov qoyulmasına razılıq vermədiyi və əmlakın girovda olmasından xəbəri olmaması” barədə dəlilləri tamamilə təkzib olunmuşdur. Bundan başqa, iddia tələbi X7 qarşı yox, Cavabdeh qarşı irəli sürülmüşdür. Yəni, X7 qarşı onun mənzildən çıxarılması və ya başqa bir tələb irəli sürülməmişdir. Bundan başqa, 2008-ci il 06 fevral tarixli RBB 003(İ) nömrəli "xxxx" İKB ASC-İ ilə Cavabdeh arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, məhz Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi 2008-ci il 06 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Belə olan halda isə kollegiya hesab edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Məhkəmə kollegiyası iddiaçı və cavabdeh tərəfin apellyasiya şikayətlərininin likvid dəyər ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətlərin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, iddiaçı tərəf əmlakın likvid dəyərinin çoxluğundan, cavabdeh tərəf isə dəyərin azlığından narazılıqlarını bildirmişlər. 2008-ci il 06 fevral tarixli RBB 003(İ) nömrəli "xxxx" İKB ASC-İ ilə Cavabdeh arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi 2008-ci il 06 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məxsus Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi Nikoyl İKB-nin xeyirinə 2008-ci il 06 fevral tarixli RBB 003(İ) nömrəli müqavilə əsasında ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində xx.xx.2008-ci ildə qeydiyyata alınmışdır. Həmin müqavilənin 1.81-ci bəndinə əsasən, ipoteka predmeti tərəflərin ümumi razılığı əsasında 83000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əmlakın likvid dəyərini düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/6697-9/6756-6757 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 171000 manat, likvid dəyəri isə 153900 manat məbləğində müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, sözü gedən ekspert rəyi hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X3rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Kollegiyası xüsusilə qeyd edir ki, ipoteka müqaviləsi bağlandığı vaxtdan təxminən 10 ildən artıq müddət keçmiş və keçən müddət ərzində əmakn qiyməti dəfələrlə artımışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, zaman kəsiyini və bu müddət ərzində əmlak bazarında qiymətlərin artımının olmasını nəzərə alaraq əmlakın hərracda satılması üçün likvid dəyərinin 153900 manat müəyyən edilməsi qanuni və ədalətli və tərəflərin mənafeyinə uyğun olmuşdur. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verilən zaman dövlət rüsumunun ödənilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayəti həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı iddia ərizəsi verilən zaman (ümumilikdə 112832.88 ABŞ dollarına münasibətdə) 481.82 manat dövlət rüsumu ödəmişdir. Daha sonra, iddiaçı tərəf iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 06 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 62847,86 ABŞ dolları əsas, 75050,55 ABŞ dolları faiz, 890,04 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 138788,45 ABŞ dolları və 481,82 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Lakin, iş materiallarına əlavə edilmiş iddia tələbinin həcminin artırılmasına dair ərizədən görünür ki, tutulması tələb edilən məbləğ artırılsa da, iddiaçı tərəf ona mütənasib əlavə rüsum ödəməmişdir. Kollegiya hesab edir ki, bu işin baxılmamış saxlanılması üçün əsas olmasa da müvafiq qaydada ödənilməmiş rüsum məhz iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman dövlət rüsumunun ödənilməsi vəzifəsi iddiaçının üzərinə düşür. İşdən isə görünür ki, iddiaçı tərəfindən rüsumun kəsiri (tələbin həcmi artırılan zaman) ödənməmişdir. Doğrudur, iddiaçı artırmada tələb etdiyi məbləğ tam olaraq cavabdehdən tutulmuşdur. Lakin, artırma ilə bağlı ödənilməli olan rüsumun cavabdehdən tutulması tələbi irəli (artırma ərizəsində) sürülməmişdir. Belə tələb irəli sürülmədiyi halda isə, rüsumun kəsir hissəsini cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qənaətinə gələrsə kollegiya hesab edir ki, məhkəmə iddia tələbindən kənara çıxmış olacaqdır. Odur ki, artırma verilən zaman ödənilməmiş qalan 44.12 manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməli və iddiaçıya həmin məbləği gəcəkdə cavabdehdən təmin edilmiş borca münasibətdə tələb hüququ izah edilməlidir. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətinin cavabdehin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, onun evdən çıxarılması və boşaldılaraq təhvil verilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayəti həmin hissədə qismən əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli qətnamənin nəticə hissəsi ilə əsaslandırıcı hissəsi biri-birinə uyğun deyil və qeyri-müəyyənlik yaradır. Belə ki, qətnamənin “nəticə” hissəsində Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində cavabdeh Əliyev X5 rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evini və 0.06 ha torpaq sahəsini tərk etməsi, iddia tələbinin isə qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin “əsaslandırıcı” hissəsində isə qeyd edilmişdir ki, iddia tələbi tutmanın Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC -nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsi hissəsində qismən təmin edilməlidir. Göründüyü kimi, qətnamənin nəticə hissəsində cavabdehin ipoteka predmeti olan əmlakı tərk etməsi qeyd edilsə də, əsaslandırıcı hissədə tələbin çıxarılma hissəsi təmin edilməmişdir. Kollegiya hesab edir ki, qeyri-müəyyənliyin aradan qaldırılması üçün qətnamə cavabdehin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, onun evdən çıxarılması və boşaldılaraq təhvil verilməsi hissədə ləğv edilərək, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlakın cavabdeh tərəfindən boşaldılması və həmin əmlakdan çıxarılması”na dair hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulduğundan, borc ödənilmədiyi təqdirdə cavabdehin ipoteka predmeti olan əmlakdan çıxacağını və boşaldacağını öhdələrinə götürdüyündən iddia tələbi həmin hissədə də əsaslı olmuşdur. Məhkəmə kollegiyası “əmlakın təhvil verilməsi”nə dair hissəsinə münasibətdə hesab edir ki, əmlakın təhvil verilməsi üçün ilk öncə həmin əmlaka tutma yönəldilməli və o satılmalıdır. İpotekaya qoyulmuş əmlak satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçi və orada olan şəxslər yeni mülkiyyətçi qarşısında fərdi yaşayış evini 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun (və ya başqa şəxsin) baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinin “ipoteka predmeti olan daşınmaz əmlaka tutma yönəldikdə və o satıldıqdan sonra həmin əmlak üzərində Cavabdeh istifadə hüququnun itirilməsi”nə dair hissəsinə münasibətdə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə yanaşı istifadə hüquqlarının itirilməsi tələbinin irəli sürülməsinə zərurətin olmadığını bildirir. Bu səbəbdən də həmin hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “22” iyun 2023-cü il tarixli qərardadında da qeyd edilmişdir ki, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən hissədə iddia tələbi qismən təmin edilərək Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 kv.metr ümumi, 108.42 kv.metr yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi hərracda satıldıqdan bir ay sonra fərdi yaşayış evi boşaldılaraq Cavabdeh həmin evndən çıxarılmalıdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, iddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı ASC-nin və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətləri qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qətnaməsi qismən yəni, cavabdehin mübahisəli evə istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq banka təhvil verilməsinə aid hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 kv.metr ümumi, 108.42 kv.metr yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi hərracda satıldıqdan bir ay sonra fərdi yaşayış evi boşaldılaraq Cavabdeh həmin evdən çıxarılsın. İddiaçı ASC-dən ödənilməmiş qalan dövlət rüsumumunun 44.12 manatı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunsun. İddiaçı ASC-yə iddia tələbinin həcmi artırılan zaman ödənilməmiş qalan və hazırki qətnamə ilə iddiaçıdan tutulan 44.12 manat dövlət rüsumuna münasibətdə gəcəkdə cavabdehə qarşı iddia qaldırmaq hüququ izah edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.