Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1325/2023 20.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi X1 xx.xx.1969-cu il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair mülki iş üzrə (Açar sözlər: ərizənin baxılmamış saxlanılması, ləğv) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Ərizəçi X1 xx.xx.1969-cu il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsinin baxılmamış saxlanılması barədə Göyçay Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli 2(046)-1974/2023 nömrəli qərardadından ərizəçi X3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1969-cu il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X3 ərizənin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1948-ci tarixdə anadan olmuş X6 xx.xx.2019-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli 2(046)-1974/2023 nömrəli qərardadı ilə ərizəçi X1 ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işin baxılmamış saxlanılması, ərizəçi X2 mərhum atası X4 ölümünə dair şəhadətnamənin verilməməsindən imtina ilə bağlı tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilməsi və mərhum nənəsi X6 ölüm faktının müəyyən edilməsi üçün ayrıca şəkildə ərizə ilə məhkəməyə müraciət edə bilməsi hüququnun izah edilməsi qərara alınmışdır. Həmin qərardaddan iş üzrə ərizəçi X3 şikаyət vermişdir. Göyçay Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2(046)-1974/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli 2(046)-1974/2023 nömrəli qərardadı “ərizəçi X1 ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işin baxılmamış saxlanılması” hissəsində ləğv edilməli, ərizəçi X1 ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə icraata xitam verilməli, qərardad mübahisləndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, X9 xx.xx.2023cu il tarixdə saat 01.00-da X17 X11 Yardım şöbəsində vəfat etmişdir. Onun həmin tarixdə vəfat etməsi faktı Tibbi ərazi bölmələri idarəetmə birliyi PHŞ X16 verilmiş arayışla, eləcə də Azərbaycan Respublikası "Tibbi ərazi X7" X20 "X19" X21 tərəfindən xx.xx.2023-cü il tarixdə ərizəçi X2 ünvanlanmış məktubla öz təsdiqini tapmışdır. Göründüyü kimi X5 ölümünü təsdiq edən şəhadətnamənin verilməməsi üçün heç bir əsaslı səbəb yoxdur. Ərizəçi X3 mərhum atasının ölümünə dair şəhadətnamənin verilməməsindən imtina ilə bağlı tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Ərizəçi X3 atası X5 ölümünün qeydə alınması üçün əsas olan şəhadətnaməni məhkəmədən kənar qaydada əldə etmək imkanını itirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələrində baxılır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, lakin hesab edir ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin normalarının pozulmasına yol verərək, iddia ərizəsi üzrə icraata xitam verilməli olduğu halda, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul etmişdir. Göyçay Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli 2(046)-1974/2023 nömrəli qərardadı ilə prosessual hüquq əsasları normaları pozulduğundan, qərardadın ləğv edilməsi üçün əsaslar vardır. “İnzibati və mülki münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyatına dair” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, azərbaycan respublikası xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə,qəsəbələrdə və kəndlərdə, rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019cu il tarixli qərarının 1.6-cı bəndini əsas götürməklə iddia ərizəsinin baxılmamış saxlanılması qərarına gəlmişdir. Halbuki, həmin bənddə göstərilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Göründüyü kimi, qərarın həmin bəndi lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutların ərizəyə əlavə edilməməsi halında tətbiq olunur. Hazırki halda isə, ərizəyə məhkəmədə baxılmasını istisna edən səbəb sübutların ərizəyə əlavə edilməməsi deyil, obyektiv şəkildə həmin faktları təsdiq edən lazımi sənədləri ərizəçinin başqa qaydada ala bilməsidir. Həmin hal isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli qərarının 1.2-ci bəndində göstərilmişdir. Belə olan halda, həmin bəndə əsasən hazırki tələb üzrə işə məhkəmədə baxılması istisna edildiyindən, ərizə üzrə Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261.0.1-ci bəndinə əsasən icraata xitam verilməlidir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Ona görə də, şikayət qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli 2(046)-1974/2023 nömrəli qərardadı “ərizəçi X1 ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işin baxılmamış saxlanılması” hissəsində ləğv edilməli, ərizəçi X1 ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə icraata xitam verilməli, qərardad mübahisləndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 191, 261, 263-264, 397-398, 402, 404 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçi X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli 2(046)-1974/2023 nömrəli qərardadı “ərizəçi X1 ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işin baxılmamış saxlanılması” hissəsində ləğv edilsin. Ərizəçi X1 ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə icraata xitam verilsin. Qərardad mübahisləndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1325/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1325/2023
20.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver