Məhkəmə qərarları › İş №2(107)-134/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-134/2022

05.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-134/2022 05.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Əmlak» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(051)- 1009/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(051)-1009/2021 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) Marsel tv altlığı, seville yataq dəstinə daxil olan paltar dolabı, kamod, trümo çarpayı, “İndezit” markalı paltaryuyan, 1 ədəd divan, stol və 5 ədəd stul, jurnal stolu, mətbəx stolu və 2 taburetdən ibarət 7 adda ev əşyalarının özü Cavabdeh3, çəkisi 39.7 qram, əyarı 583 olan qızıl yolka bəzəkli Boyunbağı, çəkisi 11 qram, əyarı 583 olan qızıl qolbağı və çəkisi 5.9 qram, əyarı 750 olan 1.5 karat brilyant qaşlı nişan üzüyündən ibarət 3 adda, qızıl-zinət əşyalarının özü cavabdehlər Cavabdeh1 və Cavabdeh2, dönər aparatı, popkorn aparatı, şirin pambıq aparatı, toster, xidmət üçün nəzərdə tutulmuş 3 stol, 12 stuldan ibarət 5 adda xidmət əşyalarının özünün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 1.Mingəçevir şəhəri Təbriz küçəsi 23 saylı evin 4 otaqlı 3 saylı mənzilinin təmirinə çəkilmiş 15000 (on beş min) manat vəsaitin cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 2.Marsel tv altlığı, seville yataq dəstinə daxil olan paltar dolabı, kamod, trümo çarpayı, 600 manat dəyərində “İndezit” markalı paltaryuyan, 1 ədəd divan, stol və 5 ədə stul, jurnal stolu, mətbəx stolu və 2 tabuterdən ibarət 7 adda ev əşyalarının özünün X2, 3. Çəkisi 39.7, əyarı 583 olan qızıl yolka bəzəkli Boyunbağı, çəkisi 11 qram, əyarı 583 olan qızıl qolbağı və çəkisi 5.9 qram, əyarı 750 olan 1.5 karat brilyant qaşlı nişan üzüyündən ibarət 3 adda, qızıl-zinət əşyalarının özünün cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 4. Dönər aparatı, popkorn aparatı, şirin pambıq aparatı, toster, xidmət üçün nəzərdə tutulmuş 3 stol, 12 stuldan ibarət 5 adda xidmət əşyalarının özünün cavabdehlər Cavabdeh2, Cavabdeh1 alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan məhkəməyə “Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia həcminin azaldılmasına dair” ərizə təqdim edərək, o, Cavabdeh1, Cavabdeh2 qarşı tələbinin Mingəçevir şəhəri Təbriz küçəsi 23 saylı evin 4 otaqlı 3 saylı mənzilinin təmirinə çəkilmiş 15000 (on beş min) manat vəsaitin alınması hissəsini azaltmışdır. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh1 onun qaynanası, Cavabdeh2 qaynatasıdır. Cavabdeh3 isə Naim Mehdiyevin xalası Bəsti Qəhrəmanovanın əridir. O, cavabdehlər Gülnarə və Cavabdeh2lərin oğlu X11 ilə 19 fevral 2014-cü ildə nikahagirmişdir. Evləndikdən sonra Naim Mehdiyevin qeydiyyatda olmaqla yaşadığı Mingəçevir şəhəri Təbriz küçəsi ev 23, mənzil 14-ə gəlin köçmüşdür. Birgə evlilikdən onların 11 mart 2015-ci ildə Əbəlfəz, 13 may 2018-ci ildə Mədinə adlı uşaqları olmuşdur. X34 06 may 2020-ci ildə vəfat etmişdir. O vəfat edikdən sonra 2 azyaşlı uşağı onun himayəsində qalmışdır. 1. X34 vəfat edənə qədər fiziki şəxs kimi sahibkarlıqla, yəni dönər və sair satışı ilə məşğul olmuşdur. 22 aprel 2013-cü ildən o, vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur. Onlar ailəlikcə Mingəçevir şəhər Təbriz küçəsi 23 saylı evin, 14 saylı mənzilində yaşamışlar və ona məxsus cehiz əşyalarının həmin mənzilə yerləşdirilmişdir. Ancaq Gülnarə və Cavabdeh2lərin Mingəçevir şəhəri Təbriz küçəsi ev 23, mənzil ünvanda 4 otaqlı təmirsiz mənzilləri də vardır. Onlar ailə qurduqdan sonra onlar onlara təklif etmişlər ki, həmin ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzili təmir edib oraya köçsünlər. Bu səbəbdən əriylə birgə olan qazanclarını, həmçinin atası Elbrus Süleymanovun onlara hissə-hissə bağışladığı 3500 ABŞ dolları və 100000 (bir yüz min) rubl vəsaiti heç nə düşünmədən ora sərf etməyə başlamışlar. Mənzildə təmir divar, pol, suvax qapı-pəncərə, kommunal xətlər sökülməklə başlamışdır. Evin bir divarları qaldıqdan sonra hissə-hissə həmin evin təmirinə başalmışlar. 300 kv.metr sahəsinin suvaxı, 95 kv.metr şpaklyovkanın vurulmasının zəhməthaqqını Naimdən alaraq ustaya Cavabdeh2 ödəmişdir. Polu vurmaq istədikdə isə vəsait olmadığından Cavabdeh1 onun qızıllarını banka girov qoyaraq 2000 manat kredit götürmüş və evin polunun vurulmasına xərclənmişdir. Evdə görülmüş digər təmir işlərini Cavabdeh2 əri vəfat etdikdən sonra xərcləmişdir. ünvan 1 ünvanda yerləşən Cavabdeh1 adına olan mənzilə onun razılığı ilə 15000 manatdan artıq vəasit xərcləmişlər. X23 etdiyindən cavabdehlər onun vəsaiti hesabına əsassız varlanmışlar. Hazırda da varlıdırlar. Halbu ki, evin təmiri başa çatdıqdan sonra onlar həmin evə köçməli imişlər, evi isə oğlu Naimə bağışlayacağını vəd vermişlər.

2. Qaynanası Cavabdeh1 evin təmiri üçün 2000 manat kredit götürərkən ona məxsus toy zamanı hədiyyə edilmiş sep və bilərziyi, nişan üzüyünü banka girov qoymuşdur. 19 fevral 2021-ci ildə kredit ödənişi başa çatsa da, Cavabdeh1 ona məxsus qızıllarını geri qaytarmamışdır. Bildiyi qədər həmi qızılları yenidən banka girov qoyaraq kredit götürmüşdür. Həmin qızıllar bunlardır: 1. Boyunbağı yolka- çəkisi 39.7, əyarı 583. 2. Qolbağı- çəkisi 11 qram, əyarı 583. 3. Nişan üzüyüçəkisi 5.9 qram, 750 əyarı, 1.5 karat . Qızılları bank tərəfindən 19 fevral 2020-ci ildə 4056 manat qymətləndirilmişdir. 3. Ancaq qaynanası hədsiz müdaxiləsi olması səbəbindən özlərinə kənar yerdə ev alamaq qərarına gəlmişlər. 2019-cu ildə ünvan 2 ünvanda yerləşən 2 otaqlı mənzili satın almışlar. Ancaq sosial almaq məqsədilə həmin mənzili Naim Mehdiyevin xalasının əri Cavabdeh3 adına almışlar. Mənzil tam boş vəziyyətdə olduğundan həmin mənzilə birgə qazancları hesabına Madeyra mebel mağazasından yataq dəsti, televizor altlığı. Arçelik mağazasından İndezit markalı paltaryuyan, divan. Stol-stul, jurnal stolu, mətbəx stolu və 2 ədəd taburet satın alıb ora yerləşdirmişlər. Həmin əşyalar bunlardır: 1. Marsel TV altlığı 2. Seville dəst- paltar dolabı, kamod, trümo, çarpayı 3. İndezit markalı paltaryuyan -600 manat 4.Divan 5.Stol və 6 ədəd stul 6. Jurnal stolu 7. Mətbəx stolu və 2 taburet. Hazırda həmin əşyaları götürməyə Cavabdeh1 icazə vermir, Cavabdeh3 isə bu işə qarışmaq istəmədiyini bildirir. 4. Həmçinin X34 vəfat edənə qədər Mingəçevir şəhərində müxtəlif yerlərdə dönər, popkorn, şirin pambıq satışı ilə məşğul olmuşdur. Bu səbəbdən onun istifadəsində mülkiyyətində olan dönər aparatı, popkorn aparatı, şirin pambıq aparatı, toster, xidmət üçün nəzədə tutulmuş 3 stol, 12 stul olmuş və ondan miras qalmışdır. Ancaq həmin əmlaklarını da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarmır. Onların Cavabdeh1 evinin təmirinə çəkilmiş vəsait hazırda ona qaldığından onda çəkdikləri zəhmətin, gördükləri işin dəyərini tələb edir. Həmçinin özünə və ərindən miras qalmış əmlaklarını, uşaqlarının haqqını tələb edir. Ona görə də məhkəmədən 1. Marsel tv altlığı, seville yataq dəstinə daxil olan paltar dolabı, kamod, trümo çarpayı, “İndezit” markalı paltaryuyan, 1 ədəd divan, stol və 5 ədəd stul, jurnal stolu, mətbəx stolu və 2 tabuterdən iabrət 7 adda ev əşyalarının özünün X2, 2. Çəkisi 39.7, əyarı 583 olan qızıl yolka bəzəkli Boyunbağı, çəkisi 11 qram, əyarı 583 olan qızıl qolbağı və çəkisi 5.9 qram, əyarı 750 olan 1.5 karat brilyant qaşlı nişan üzüyündən ibarət 3 adda, qızıl-zinət əşyalarının özünün cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3. Dönər aparatı, popkorn aparatı, şirin pambıq aparatı, toster, xidmət üçün nəzərdə tutulmuş 3 stol, 12 stuldan ibarət 5 adda xidmət əşyalarının özünün cavabdehlər Cavabdeh2, Cavabdeh1 alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili X12 məhkəmə iclası zamanı iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasına verdiyi izahatında göstərmişdir ki, X33 iddiaçı X10 ilə 19 fevral 2014-cü il tarixdə nikaha girmişdir. Onların nikahından 11 mart 2015-ci il təvəllüdlü Əbəlfəz, 13 may 2018-ci il təvəllüdlü Mədinə adlı nəvələri olmuşdur. X33 06 may 2020-ci il tarixdə vəfat etmişdir. Divan özünün olmuşdur və müvəqqəti olaraq oğluna vermişdir. İddia tələbində qeyd olunmuş aparatları ona hədiyyə deyil, işlətmək üçün müvəqqəti olaraq verilmişdir. Oğlunun ölümündən 9 gün sonra Samirə getmişdir. Ona görə də Samirə oğlunun ruhuna hörmət edib divanı geri qaytarmır. Popkorn və pambıq aparatlarını qaytarmağa razıdır. Qızıl-zinət əşyaları arasında “Tros” olmayıb, yalnız “Yolka” olmuşdur. Məhkəmədən qətnamə çıxarərkən izahatında göstərdiyi halları nəzərə almasını və iddianın qismən təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahatında cavabdehin izahatında göstədiyi xüsusatları təsdiq edib məhkəmə iclası zamanı iddianın qismən təmin olunmasını xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X20 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, O, ustadır. Sözügedən evdə usta kimi işləmişdir. Ona işi dayısı oğlutapmışdır. Tavana alçipan yığmışdır, paduqa vurmuşdur. Evin təmiri ilə bağlı Naimlə danışmışdır. Ona evi təmir etməyi deyib. Ancaq pulu isə ona Nəriman verib. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, O, Naimin bacısıdır. Dönər, popqoron və pambıq aparatını onun yoldaşı alıb. Mersedesin arxasına qoyub gətirmişlər. Pulu isə atası verib. Aparat işlənmiş aparat idi. Yoldaşı rəhmətlik qardaşı ilə birlikdə almışdı. Aparatı qardaşına almışlar. İş üzrə şahid qismində dindirilmiş X13 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, O, qapı-pəncərə ustasıdır. Qapı və pəncərə işini o görmüşdür. Evə gəlib qapı-pəncərəni ölçdüyü qiymətdə razılaşmışlar. O da gətirib qapı-pəncərəni qoymuşdur. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, O, Naimin qardaşıdır. Əvvəl qardaşının yanında işləyirmiş. O, vaxt 12-13 yaşı vardı. Aparat qardaşının olub. İndi özü işlədir. Aparatların pulunu atası verib. Qardaşı xəstə olduğu üçün o işlətmişdir. Hal-hazırda da işlədir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamənin “1 ədəd divan, çəkisi 39,7 qram,əyarı 583 olan qızıl yolka bəzəkli Boyunbağı və dönər aparatı, popkorn aparatı, şirin pambıq aparatı,toster, xidmət üçün nəzərdə tutulmuş 3 stol, 12 stuldan ibarət 5 adda xidmət əşyalarının“ hissəsini qanunsuz və ədalətsiz hesab edir. Mülki işə əlavə edilmiş "xxxx" ASC məktubunda görünür ki, banka girov kimi onun tərəfindən qoyulan zinət əşyaları aşagıdakılardır: çəkisi 39,7 qram, əyarı 583 olan qızıl yolka bəzəkli Boyunbağı, çəkisi 11 qram, əyarı 583 olan qızıl boyunbağı və çəkisi 5,9 qram, əyarı 750 olan 1,5 karat brilyant qaşlı nişan üzüyündən ibarət 3 adda qızıl zinyət əşyaları. Lakin 39,7 qram, əyarı 583 olan qızıl yolka bəzəkli Boyunbağının iddiaçıya məxsus olmasını araşdırmışdır. Hakim qətnamədə qeyd etmişdir ki, ”Cavabdeh1 məhkəmə iclası zamanı izahatında “Yolka” adlanan qızıl-zinət əşyalarının özünə məxsus olmasını iddia etsə də, bunu sübut edə biləcək hər hansı bir dəlil irəli sürməmişdir, yalnız formal mülahizələrlə kifayətlənmişdir”. Halbuki o, məhkəmədə həmin qızıl-zinət əşyası üzərində olan 2000-ci ilə təsadüf edən şəklini əlavə etmişdir. İddiaçının təqdim etdiyi ona toy günü hədiyyə etdiyi 30 qramlıq tros olmuşdur. Şəkildə bu aydın görünsə də hakim bilərək buna qiymət verməmişdir. Subut etmə vəzifəsi hər iki tərəfə aiddir. İddiaçı həmin yolka boyunbağının ona məxsus olduğunu subut etməmişdir. İddiaçıya hədiyyə edilən tros boyunbağı ilə və ona məxsus olan yolka boyunbağı arasında fərqi görməmək mümkün deyil. Mülki işdə hakim qeyd edib ki, ”mübahisə predmeti olan divan isə iş materiallarından görünür ki, Naim Mehdiyevin sağlığında özü tərəfindən alınıb.Lakin nə ilə bu subut olunur və ya hansı iş materialları ilə təsdiqini tapdığını qeyd etmir. Halbuki hər bir təqdim edilən sübut qətnamədə əsaslandınlmalıdır. İddiaçı belə bir sübut təqdim etməmişdir. Bu divan onun evimdən aparılaraq (7 il əvvəl almışdır) bacısının evinə aparılmışdır. Dəyəri çox olmasa da iddiaçının yalanını üzə çıxartmaq istəyir. Mübahisə edilən dönər aparatı, popkorn aparatı, şirin pambıq aparatı, toster, xidmət üçün nəzərdə tutulmuş 3 stol, 12 stuldan ibarət 5 adda xidmət əşyaları ilə bağlı hakim qeyd etmişdir ki, guya atası mərhum oğluna bunları bağışlamışdır. Halbuki o həmin avadanlıqları onun o dövrdə yetkinlik yaşına çatdığına görə işləməsi üçün 2013-cü ildə atası tərəfindən almışdır. Oğlu xəstə olduğu üçün sonralar həmin əşyaları balaca oğlu və dostları işlətmişdir. 2019-cu ilə qədər iki oğlu həmin avadanlığı işlətmişdir. Beləliklə də o avadanlıq onun əri Cavabdeh2 aiddir. Xidmət üçün nəzərdə tutulmuş 3 stol, 12 stuldan ibarət olan əşyası ilə əlaqədar iddiaçı gizlətmişdir ki, 1 stolu və 4 stulu onun xəbəri olmadan mərhum oğlu qaynanası Rəfiqə vermişdir. O, icra məmuruna qalan 8 stul və 2 masa haqda məlumat vermişdir. Ona görə də, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1009/2021 saylı 27.07.2021-ci il tarixli qətnaməsinin “1 ədəd divan, çəkisi 39,7 qram,əyarı 583 olan qızıl yolka bəzəkli Boyunbağı və dönər apar atı, popkom aparatı,şirin pambıq aparatı,toster,xidmət üçün nəzərdə tutulmuş 3 stol, 12 stuldan ibarət 5 adda xidmət əşyalarının“ hissəsində ləğv edilməsini, bu hissədə İddiaçı iddiasının rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

Tərəflərin izahatları

Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Hüquqi məsələlər

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2021ci il tarixli, 2(051)-1009/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin dönər aparatı, popkorn aparatı, şirin pambıq aparatı, toster və xidmət üçün nəzərdə tutulmuş 3 stol, 12 stuldan ibarət 5 adda xidmət əşyalarının özünün cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 1 ədəd divanın Cavabdeh3 alınıb İddiaçı qaytarılması hissəsində baxılmamış saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsinin 5 yanvar 2022-ci il tarixli qərardadı nəzərə alınmaqla İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilməli, ünvan 3 ünvanındakı cəmi qiyməti 815 manat olan - Marsel tv altlığı, seville yataq dəstinə daxil olan paltar dolabı, kamod, trümo çarpayı, stol və 5 ədəd stul, jurnal stolu, mətbəx stolu və 2 taburet və qiyməti 600 manat olan “İndezit” markalı paltaryuyandan ibarət 7 adda ev əşyaları qətnamə icra edilən zaman əşyalar mövcud olmadıqda onların dəyəri Cavabdeh3, Bank Respublika ASC-nin Mingəçevir filialında girov saxlanılan çəkisi 11 qram, əyarı 583, dəyəri 765,5 manat olan qızıl qolbağı və çəkisi 5.9 qram, əyarı 750, qiyməti 528.2 manat olan 1.5 karat brilyant qaşlı nişan üzüyü və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olan çəkisi 39.7 qram, əyarı 583, qiyməti 2762.77 manat olan qızıl yolka (tros) bəzəkli boyunbağıdan ibarət 3 adda qızıl-zinət əşyaları, qətnamə icra edilən zaman əşyalar mövcud olmadıqda onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməli, ödənilmiş dövlət rusumu olan 30 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 alınıb İddiaçı verilməlidir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, 07 noyabr 1989-cu il təvəllüdlü X7 atası kimi Cavabdeh2 və anası kimi isə Cavabdeh1 qeyd edilmişdir İşə əlavə olunmuş RX Seriyalı, 051446 №-li DƏDRX-nın çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil Cavabdeh1 xüsusi, tam mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata lınmışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin sürətlərindən görünür ki, 11.03.2015- ci il təvəllüdlü X14 və 13.05.2018-ci il təvəllüdlü X15 adlı uşaqların ataları kimi X11 və anaları kimi isə X4 qeyd edilmişdir. İşə əlavə olunmuş Nikah haqqında şəhadətnamənin sürətindən görünü ki, 07 noyabr 1989- cu il təvəllüdlü X11 ilə 16 avqust 1990-cı il təvəllüdlü X4 arasında nikah 19 fevral 2019 –cu il tarixdə X21 65 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandırdaq sonra arvada ərin soyadı verilmişdir. İşə əlavə olunmuş AZ-İİ № 080056 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X11 06 may 2020-ci il tarixdə Qaraciyərin dəqiqləşdirilməmiş toksiki zədələnməsi səbəbindən Bakı şəhəri, Yasamal rayonunda ölmüşdür. İşə əlavə olunmuş "xxxx" ASC-nin 062 №-li 13 yanvar 2021-ci il tarixli cavab məktubundan görünür ki, mərhum X7 "xxxx" ASC-nin Mingəçevir filialında 3 sayda, 25.8 qr qızıl-zinət əşyaları: 1. Kişi üzüyü- 1 ədəd (750 əyyar, 3.7 qr), 2. Qolbağı- 1 ədəd (583 əyyar, 19 qr), 3. Kişi üzüyü- 1 ədəd (585 əyyar, 3.1 qr) vardır İşə əlavə olunmuş 29 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X7 vərəsəsi X8r və o miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak "xxxx" ASC Mingəçevir filialının 062 №-li 13 yanvar 2021-ci il tarixliməktubuna əsasən mərhum X7 girov qoyduğu Kişi üzüyü (1 ədəd750 əyyar, 3.7 qr), Qolbağı (1 ədəd-583 əyyar, 19 qr), Kişi üzüyü( 1 ədəd- 585 əyyar, 3.1 qr) qızıl-zinət əşyalarından ibarətdir. İşə əlavə olunmuş 29 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X7 vərəsəsi X9r və o miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak "xxxx" ASC Mingəçevir filialının 062 №-li 13 yanvar 2021-ci il tarixli məktubuna əsasən mərhum X7 girov qoyduğu Kişi üzüyü (1 ədəd-750 əyyar, 3.7 qr), Qolbağı (1 ədəd- 583 əyyar, 19 qr), Kişi üzüyü( 1 ədəd- 585 əyyar, 3.1 qr) qızıl-zinət əşyalarından ibarətdir. İşə əlavə olunmuş 29 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X7 vərəsəsi İddiaçıdır və o miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak "xxxx" ASC Mingəçevir filialının 062 №-li 13 yanvar 2021-ci il tarixli məktubuna əsasən mərhum X7 girov qoyduğu Kişi üzüyü (1 ədəd750 əyyar, 3.7 qr), Qolbağı (1 ədəd- 583 əyyar, 19 qr), Kişi üzüyü( 1 ədəd- 585 əyyar, 3.1 qr) qızıl-zinət əşyalarından ibarətdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Gigiyena və Epidemilogiya Mərkəzinin 174 №-li 17 aprel 2013-cü il tarixli sanitar-gigiyenik rəyindən görünür ki, fiziki şəxs X11 təəfindən təşkil edilmiş dönər satışı bütün göstəricilərə görə sanitar normalara uyğun gəldiyi üçün onun fəaliyyətinə Gigiyena və Epidemilogiya Mərkəzi etiraz etmir. İşə əlavə olunmuş Borclunun əmlakının üzərinə həbs qoyulması və siyahıya alınması haqqında 07.06.2021-ci il tarixli protokoldan görünür ki, üzərinə həbs qoyulmuş əmlaklar :

1. 1 ədəd Marsel tv altlığı 2. Seville yataq dəsti 3. 3 ədəd paltar dolabı, kamod 4. 1 ədəd divan 5. 1 ədəd stol və 6 ədəd stul 6. 1 ədəd junal stolu 7. 1 ədəd mətbəx stolu və 2 taburet. İşə əlavə olunmuş "xxxx" ASC-in 3/2 №-li 07 iyun 2021-ci il tarixli cavab məktubundan görünür ki, hal-hazırda Cavabdeh1 adına "xxxx" ASC-də sadalanan qızılzinət əşyalarından 1 ədəd qolbağı ( 11 qr, 583 əyyar) və 1 ədəd nişan üzüyü (5.9 qr, 750 əyyar) saxlanc girovundadır. 1 ədəd boyunbağı yolka (39.7 qr, 583 əyyar) 03.05.2021-ci il tarixində girovdan azad olunmuşdur. 25.05.2021-ci il tarixli icraata başlamaq haqqında qərar icraata götürülüb və sadalanan qızıl-zinət əşyalarının özgəninkiləşdirilməsi qadağa edilmişdir. İşə əlavə olunmuş Qeydiyyat № (VÖEN) ********** fiziki şəxsin sahibkarlıq uşotu haqqında şəhadətnamədən görünür ki, X1 kimi Azərbaycan Repsublikası Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə 11 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş 040753 seriyalı “Arçelik” Azərbaycanın Zəmanət Talonundan görünür ki, “İndesit” markalı, İWSB 50851 modelli Paltaryuyan 21.07.2019-cu ildə Mehdiyev Naimə satılmış və 3 illik zəmanət müddəti müəyyən edilmişdir İşə əlavə olunmuş 20.05.2021-ci il tarixli Mingəçevir Madeyra 2 mağazası direktoru X16 tərəfindən verilmiş izahatdan görünür ki, X7 adına rəsmiləşdirilmiş 22.07.2019-cu il tarixdə və 30.07.2019-cu il tarixdə olan malların ümumi dəyəri 815 AZN təşkil etmiş və Ş.İ.ünvan 5 ünvanında quraşdırılaraq təhvil verilmişdir. Aldıqları malların (mebellərin) adları: 1. Seville y/d-i (tumbasız) 2. Döşək ecosoft 160x200 3. Marsel tv altlığı. Ümumi dəyəri 815 AZN təşkil etmişdir və həmin məbləğ mağaza kassa aparatına X11 tərəfindən daxil edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 181.4, 329.2, 329.3 və 666.1ci maddələrinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 1. şahid ifadələrində bir daha təsdiq olunmuşdur ki, dönər aparatı, popkorn aparatı, şirin pambıq aparatı, toster, xidmət üçün nəzərdə tutulmuş 3 stol, 12 stuldan ibarət 5 adda xidmət əşyalarını mərhum Mehdiyev Naim satın almışdır. Həmin əşyalar 2013-cü ildən Naim Mehdiyevin istifadəsindədir. Həmin xidmət aparat və əşyaların alınması üçün pulu Naimin atası Cavabdeh2 xərclədiyi ehtimal edilsə də, o, həmin pulu oğlu Naimə bağışlamışdır. X25 hal-hazırda mirasını qəbul etmiş 3 şəxs- arvadı və 2 azyaşlı uşağı vardır. Uşaqlar hal-hazırda iddiaçı Mehdieyva Samirənin himayəsində yaşayırlar. Ona görə də iddiaçının mərhum Mehdiyev Naimdən miras qalmış əşyaları cavabdehlərin qanunsuz faktiki sahibliyindən geri istəməsi tam qanunidir. 2. Cavabdeh1 məhkəmə iclası zamanı izahtında “Yolka” adlanan qızıl-zinət əşyasının özünə məxsus olduğunu iddia etsə də, bunu sübut edə biləcək hər hansı bir dəlil irəli sürməmiş, yalnız formal mülahizə ilə kifayətlənmişdir. 3. Cavabdeh tərəf ev əşyalarından bir divandan başqa qalan iddianı mübahisələndirməmişdir. Mübahisə predmeti olan divan isə iş materillarından görünür ki, Naim Mehdieyvin sağlığından özü tərəfindən alınmışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin olunmalı və Marsel tv altlığı, seville yataq dəstinə daxil olan paltar dolabı, kamod, trümo çarpayı, “İndezit” markalı paltaryuyan, 1 ədəd divan, stol və 5 ədəd stul, jurnal stolu, mətbəx stolu və 2 taburetdən ibarət 7 adda ev əşyalarının özü X2, çəkisi 39.7 qram, əyarı 583 olan qızıl yolka bəzəkli Boyunbağı, çəkisi 11 qram, əyarı 583 olan qızıl qolbağı və çəkisi 5.9 qram, əyarı 750 olan 1.5 karat brilyant qaşlı nişan üzüyündən ibarət 3 adda, qızıl-zinət əşyalarının özü cavabdehlər Cavabdeh1 və Cavabdeh2, dönər aparatı, popkorn aparatı, şirin pambıq aparatı, toster, xidmət üçün nəzərdə tutulmuş 3 stol, 12 stuldan ibarət 5 adda xidmət əşyalarının özü cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1-ci mаddəsinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Hazırki iş üzrə nəzərə alınmalıdır ki, Şəki Apellyasiya Məhkəməsinin 5 yanvar 2022ci il tarixli 2(107)-134/2022 nömrəli qərardadı ilə iddia tələbinin dönər aparatı, popkorn aparatı, şirin pambıq aparatı, toster və xidmət üçün nəzərdə tutulmuş 3 stol, 12 stuldan ibarət 5 adda xidmət əşyalarının özünün cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 1 ədəd divanın Cavabdeh3 alınıb ona qaytarılması hissəsində baxılmamış saxlanılmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianın baxılmamış saxlanılması üçün Mülki Prosessual Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda işə mahiyyəti üzrə baxdığından qətnamə ləğv edilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən MPM-nin 222.1-ci maddəsinin tələblərini də pozmuşdur. Həmin maddəyə görə, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 məxsus olduğu mübahisələndirilməyən ünvan 3 ünvanında olan cəmi qiyməti 815 manat olan - Marsel tv altlığı, seville yataq dəstinə daxil olan paltar dolabı, kamod, trümo çarpayı, stol və 5 ədəd stul, jurnal stolu, mətbəx stolu və 2 taburet və qiyməti 600 manat olan “İndezit” markalı paltaryuyandan ibarət 7 adda ev əşyaları iddiaçıya və onun ailəsinə məxsusdur və hal-hazırda Cavabdeh3 qanunsuz sahibliyindədir. Çəkisi 11 qram, əyarı 583, dəyəri 765,5 manat olan qızıl qolbağı, çəkisi 5.9 qram, əyarı 750, qiyməti 528.2 manat olan 1.5 karat brilyant qaşlı nişan üzüyü və çəkisi 39.7 qram, əyarı 583, qiyməti 2762.77 manat olan qızıl yolka (tros) bəzəkli boyunbağıdan ibarət 3 adda qızıl-zinət əşyaları İddiaçı hədiyyə edilmişdir və sonradan Cavabdeh1 tərəfindən Bank Respublika ASC-nin Mingəçevir filialında girov qoyulmuş, daha sonra çəkisi 39.7 qram, əyarı 583, qiyməti 2762.77 manat olan qızıl yolka (tros) bəzəkli boyunbağı sonuncu tərəfindən girovdan çıxarılmışdır. Həmin qızıl-zinət əşyaları Cavabdeh1 qanunsuz idarəçiliyindədir. Digər cavabdeh olan Cavabdeh2 da həmin qızıl-zinət əşyalarının iddiaçıdan alınıb girov qoyulması zamanı birgə əldə edən olmuşdur. Ona görə, o da bərabər mülki məsuliyyət daşımalıdır. Çünki, həmin qızıl-zinət əşyaları iddiaçıdan alınıb mənzilin təmiri üçün götürülən pul vəsaitinin əldə edilməsi üçün girov qoyulmuşdur ki, halhazırda həmin mənzilin iddiaçıya heç bir aidiyyatı yoxdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çəkisi 11 qram, əyarı 583, dəyəri 765,5 manat olan qızıl qolbağı, çəkisi 5.9 qram, əyarı 750, qiyməti 528.2 manat olan 1.5 karat brilyant qaşlı nişan üzüyünün, qətnamə icra edilən zaman özləri mövcud olmazsa onların dəyərinin onlardan alınıb iddiaçıya verilməli olması məsələsini mübahisələndirməmişlər. Cavabdehlər həmin qızılzinət əşyalarının pulunu banka ödəməklə girovdan çıxardaraq iddiaçıya verə bilərlər və ya onların dəyərini iddiaçıya ödəyə bilərlər. Çəkisi 39.7 qram, əyarı 583, qiyməti 2762.77 manat olan qızıl yolka (tros) bəzəkli boyunbağının Cavabdeh1 özünə məxsus olmasını sonuncu iddia etsə də, iddiaçıya hədiyyə etdikləri çəkisi 30 qram olan tros şəkilli boyunbağının da onlar tərəfindən hədiyyə edildiyini bildirmişdir. İddiaçı isə ona hədiyyə olunan boyunbağının məhz cavabdeh tərəfindən banka girov qoyulmuş çəkisi 39.7 qram, əyarı 583, qiyməti 2762.77 manat olan qızıl tros şəkilli boyunbağı olduğunu iddia edir və boyunbağının tros şəkilli və ya yolka bəzəkli olması ilə bağlı mübahisələndirilən “görünüş” barədə mübahisə etmir. Cavabdeh1 bu halların əksini göstərən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmin qızıl boyunbağı isə hal-hazırda girovluqdan çıxarılmışdır və cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 qanunsuz sahibliyindədir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın tam təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(051)-1009/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin dönər aparatı, popkorn aparatı, şirin pambıq aparatı, toster və xidmət üçün nəzərdə tutulmuş 3 stol, 12 stuldan ibarət 5 adda xidmət əşyalarının özünün cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 1 ədəd divanın Cavabdeh3 alınıb İddiaçı qaytarılması hissəsində baxılmamış saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsinin 5 yanvar 2022-ci il tarixli qərardadı nəzərə alınmaqla İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilməli, ünvan 3 ünvanındakı cəmi qiyməti 815 manat olan - Marsel tv altlığı, seville yataq dəstinə daxil olan paltar dolabı, kamod, trümo çarpayı, stol və 5 ədəd stul, jurnal stolu, mətbəx stolu və 2 taburet və qiyməti 600 manat olan “İndezit” markalı paltaryuyandan ibarət 7 adda ev əşyaları qətnamə icra edilən zaman əşyalar mövcud olmadıqda onların dəyəri Cavabdeh3, Bank Respublika ASC-nin Mingəçevir filialında girov saxlanılan çəkisi 11 qram, əyarı 583, dəyəri 765,5 manat olan qızıl qolbağı və çəkisi 5.9 qram, əyarı 750, qiyməti 528.2 manat olan 1.5 karat brilyant qaşlı nişan üzüyü və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olan çəkisi 39.7 qram, əyarı 583, qiyməti 2762.77 manat olan qızıl yolka (tros) bəzəkli boyunbağıdan ibarət 3 adda qızıl-zinət əşyaları, qətnamə icra edilən zaman əşyalar mövcud olmadıqda onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməli, ödənilmiş dövlət rusumu olan 30 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 alınıb İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(051)-1009/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin dönər aparatı, popkorn aparatı, şirin pambıq aparatı, toster və xidmət üçün nəzərdə tutulmuş 3 stol, 12 stuldan ibarət 5 adda xidmət əşyalarının özünün cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 1 ədəd divanın Cavabdeh3 alınıb İddiaçı qaytarılması hissəsində baxılmamış saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsinin 5 yanvar 2022-ci il tarixli qərardadı nəzərə alınmaqla İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilsin. ünvan 3 ünvanındakı cəmi qiyməti 815 manat olan - Marsel tv altlığı, seville yataq dəstinə daxil olan paltar dolabı, kamod, trümo çarpayı, stol və 5 ədəd stul, jurnal stolu, mətbəx stolu və 2 taburet və qiyməti 600 manat olan “İndezit” markalı paltaryuyandan ibarət 7 adda ev əşyaları qətnamə icra edilən zaman əşyalar mövcud olmadıqda onların dəyəri Cavabdeh3, Bank Respublika ASC-nin Mingəçevir filialında girov saxlanılan çəkisi 11 qram, əyarı 583, dəyəri 765,5 manat olan qızıl qolbağı və çəkisi 5.9 qram, əyarı 750, qiyməti 528.2 manat olan 1.5 karat brilyant qaşlı nişan üzüyü və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olan çəkisi 39.7 qram, əyarı 583, 2762.77 manat olan qızıl yolka (tros) bəzəkli boyunbağıdan ibarət 3 adda qızıl-zinət əşyaları, qətnamə icra edilən zaman əşyalar mövcud olmadıqda onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rusumu olan 30 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 alınıb İddiaçı verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar