Məhkəmə qərarları › İş №2(107)-1358/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1358/2021

08.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1358/2021 08.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və özbaşına tikililərin cavabdehin hesabına sökülməklə əvvəlki vəziyyətinə qaytarılması və örüş sahəsinin əhalinin ümumi istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: iddia- torpaq sahəsindən çıxarılma, sökülməklə əvvəlki vəziyyətinə qaytarılma, örüş sahəsinin ümumi istifadəyə qaytarılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin 01 aprel 2021-cu il tarixli, 2(046)-47/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2021-ci il tarixdə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Mirzəhüseynli kəndinin şimal hissəsində yerləşən “arabasınan dərəsi” adlanan ərazidə əhalinin ümumi istifadəsi üçün ayrılmış örüş torpaq sahəsinin Cavabdeh tərəfindən hüquqi əsaslar olmadan 1.0 hektarından istifadəsinə son qoyulması, cavabdehin həmin ərazidən çıxarılması, öz başına tikililərin cavabdehin vəsaiti hesabına sökülməklə əvvəlki vəziyyətinə qaytarılması və örüş sahəsinin əhalinin ümumi istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh Göyçay rayonunun Mlrzəhüseynli kəndinin şimal hissəsində yerləşən “araba sınan dərəsi” adlanan örüş sahəsi təyinatlı ərazinin 1,0 hektar hissəsini özbaşına şəkildə zəbt etmiş, həmin ərazinin ətrafını hasar formasında bağlamaqla şəxsən özünün istifadəsi üçün ayırmış, həmin hissədə müxtəlif özbaşına tikililər tikmiş və qurğular quraşdırmış, həmin hissədən tamamilə və ətraf hissələrdən qismən olmaqla kənd sakinlərinin eləcə də onun istifadəsinə yolverilməz şəkildə əngəllər yaratmışdır. Belə ki, cavabdeh həmin ərazidəki torpaq sahəsinin müvəqqəti olaraq dincə qoyulmasından sui-istifadə edərək özünün xüsusi torpaq sahəsi kimi orada qoyun yatağı salmış, balaca daxal bina, həmçinin 300,0 kv.m-dən artıq sahəsi olan palçıqla suvanmış tövlə tikmişdir. 8,0 hektar ərazidən ibarət həmin sahədən 1990-cı illərdən keçmiş S. Vurğun adma kolxozun ərazisi kimi atası X3 istifadə etmiş, ərazi arpa və buğda əkini sahəsi olmuşdur. 2000-ci ildən həmin ərazini istifadə etmiş, digər sakinlərin həmin sahədən istifadəsinə hər hansı maneə yaratmamışdır. Hazırda məlum olmuşdur ki, 2015-ci il tarixdən cavabdeh həmin ərazini heç bir hüquqi əsasları və razılıq olmadan öz istədiyi kimi istifadə edir. Cavabdeh bu hərəkətləri ilə onun örüş sahəsi kimi həmin torpaq sahəsindən malqaranın otarmaq məqsədi ilə istifadə hüquqları pozulmuşdur. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 01 aprel 2021-cu il tarixli, 2(046)-47/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Göyçay rayon Mirzəhüseynli kəndinin şimal hissəsində yerləşən “arabasınan dərəsi” adlanan ərazidə əhalinin ümumi istifadəsi üçün ayrılmış örüş torpaq sahəsinin 0.20 hektarından Cavabdeh çıxarılması, Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməklə əvvəlki vəziyyətinə qaytarılması, örüş sahəsi əhalinin ümumi istifadəsinə verilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 180.26 manat məhkəmə xərcinin Cavabdeh alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ**********0000001944 nömrəli hesabına keçirilməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manatın Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Göyçay rayon Mirzəhüseynli kənd bələdiyyəsinin mülkiyyətində olan 1 ha torpaq sahəsi 50 il müddətinə Cavabdeh istifadəsi üçün icarəyə verilmişdir. Həmin müqavilədə tarix və müqavilənin nömrəsi qeyd edilməmiş, müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir. 29.04.2010-cu il tarixdə Mirzəhüseynli kənd bələdiyyəsinin fəaliyyəti dayandırılmış, bələdiyyənin balansında olan inventar və tikililər aktla Ərəbcəbirli bələdiyyəsinə təhvil verilmişdir. Keçən müddət ərzində bələdiyyənin fəaliyyətinə aid olan sənədlər Göyçay rayon Arxivinə verilmişdir. Göyçay Rayon Mirzəhüseynli Bələdiyyəsinin 2006-cı ilə dair iclas protokolları yoxlanılarkən, Cavabdeh 1.0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında heç bir qeyd tapılmamışdır. Göyçay rayon Ərəbcəbirli bələdiyyəsi öz fəaliyyəti dövründə Mirzəhüseynli kənd sakini Cavabdeh torpaq sahəsi ayrılması barədə qərar verməmişdir. 08.08.2006-cı il tarixli 09 saylı iclas protokolu keçmiş Mirzəhüseynli bələdiyyəsinə aiddir. Bundan əlavə Cavabdeh Göyçay rayon Mirzəhüseynli kəndinin şimal hissəsində yerləşən “arabasınan dərəsi” adlanan ərazidə kənd camaatının ümumi istifadəsi üçün ayrılmış örüş torpaq sahəsinin 0.20 hektarından qanunsuz istifadə edir və həmin torpaq sahəsində tikililər inşa etmişdir. Cavabdeh tərəfindən naturada istifadə edilən 0.20 ha torpaq sahəsinin sərhəddi boyunca kanal qazılmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi və digər köməkçi tikililər mövcuddur. Həmin torpaq sahəsi bələdiyyənin mülkiyyəti kimi qeydiyyata alınmamışdır. Göyçay rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İ.Vəliyevin imza ilə təsdiq edilmiş məktubuna əsasən, Cavabdehnın sözügedən torpaq sahəsində hər hansı bir tikinti işlərinin aparılmasına rayon icra hakimiyyəti tərəfindən icazə verilmədiyi müəyyən olunmuşdur. Odur ki, həmin tikililər tikinti normalarına uyğun inşa edilməmişdir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş məktubla müəyyən edilmişdir ki, Cavabdeh adına Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində torpaq sahəsi qeydiyyata alınmamışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 04.02.2020-ci il tarixli məktubla müəyyən edilmişdir ki, Göyçay rayon Mirzəhüseynli kənd sakini Cavabdeh tərəfindən Göyçay rayon Mirzəhüseynli kəndində istifadə edilən torpaq sahəsi ümumi örüş təyinatlı torpaq sahəsidir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Ərəbcəbirli kənd Bələdiyyəsi tərəfindən 03.02.2020-ci il tarixdə verilmiş məktubla müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Göyçay rayon Mirzəhüseynli kəndində istifadə olunan və onun tərəfindən tikilmiş tikililərin altında yerləşən torpaq sahəsi kəndin ümumi örüş təyinatlı torpaq sahəsidir. Məhkəməyə təqdim edilmiş Torpaq sahəsinin icarəyə verilməsi haqqında 2006-cı il tarixli müqavilənin surəti ilə müəyyən edilmişdir ki, Göyçay rayon Mirzəhüseynli kənd bələdiyyəsinin mülkiyyətində olan 1 ha torpaq sahəsi 50 il müddətinə Cavabdeh istifadəsi üçün icarəyə verilmişdir. Həmin müqavilədə tarix və müqavilənin nömrəsi qeyd edilməmiş, müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Ərəbcəbirli kənd Bələdiyyəsi tərəfindən 24.07.2020-ci il tarixli məktubla müəyyən edilmişdir ki, 29.04.2010-cu il tarixdə Mirzəhüseynli kənd bələdiyyəsinin fəaliyyəti dayandırılmış, bələdiyyənin balansında olan inventar və tikillər aktla Ərəbcəbirli bələdiyyəsinə təhvil verilmişdir. Keçən müddət ərzində bələdiyyənin fəaliyyətinə aid olan sənədlər Göyçay rayon Arxivinə verilmişdir. Göyçay rRayon Ərəbcəbirli bələdiyyəsi öz fəaliyyəti dövründə Mirzəhüseynli kənd sakini Cavabdeh torpaq sahəsi ayrılması barədə qərar verilməmişdir. 08.08.2006-cı il tarixli 09 saylı iclas protokolu keçmiş Mirzəhüseynli bələdiyyəsinə aiddir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Göyçay Arxiv Filialının 17.07.2020-ci il tarixli arayışı ilə müəyyən edilmişdir ki, Göyçay Rayon Mirzəhüseynli Bələdiyyəsinin 2006-cı ilə dair iclas protokolları yoxlanılarkən, Cavabdeh 1.0 ha torpaq sahəsinin icarəyə verilçməsi haqqında heç bir qeyd tapılmamışdır. Eyni zamanda məhkəmə tikinti-texniki ekspertizasının 30.12.2020-ci il tarixli 10/1595 saylı rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: Göyçay rayonu Mirzəhüseynli kəndinin şimal hissəsində 0.20 ha ümumi istifadədə olan örüş torpaq sahəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Cavabdeh tərəfindən naturada istifadə edilən 0.20 ha torpaq sahəsinin sərhəddi boyunca kanal qazılmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi və digər köməkçi tikililər mövcuddur. Qeyd olunanlar nəzərə alınmaqla mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Ekspert tərəfindən qeyd olunur ki, mülki iş materiallarının yeddinci səhifəsində yer alan Göyçay rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İ.Vəliyevin imza ilə təsdiq edilmiş məktuba əsasən, Cavabdehnın sözügedən torpaq sahəsində hər hansı bir tikinti işlərinin aparılmasına rayon icra hakimiyyəti tərəfindən icazə verilmədiyi müəyyən olunmuşdur. Odur ki, həmin tikililər tikinti normalarına uyğun inşa edilməmişdir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ağağıdakılarla əsaslandırmışdır; İddiaçı Göyçay rayon Mirzəhüseynli kənd bələdiyyəsinin mülkiyyətində olan 1 ha torpaq sahəsi 50 il müddətinə Cavabdeh istifadəsi üçün icarəyə verilmişdir. Həmin müqavilədə tarix və müqavilənin nömrəsi qeyd edilməmiş, müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir. 29.04.2010-cu il tarixdə Mirzəhüseynli kənd bələdiyyəsinin fəaliyyəti dayandırılmış, bələdiyyənin balansında olan inventar və tikillər aktla Ərəbcəbirli bələdiyyəsinə təhvil verilmişdir. Keçən müddət ərzində bələdiyyənin fəaliyyətinə aid olan sənədlər Göyçay rayon Arxivinə verilmişdir. Göyçay rayon Mirzəhüseynli Bələdiyyəsinin 2006-cı ilə dair iclas protokolları yoxlanılarkən, Cavabdeh 1.0 ha torpaq sahəsinin icarəyə verilçməsi haqqında heç bir qeyd tapılmamışdır. Göyçay rayon Ərəbcəbirli bələdiyyəsi öz fəaliyyəti dövründə Mirzəhüseynli kənd sakini Cavabdeh torpaq sahəsi ayrılması barədə qərar verməmişdir. 08.08.2006-cı il tarixli 09 saylı iclas protokolu keçmiş Mirzəhüseynli bələdiyyəsinə aiddir. Cavabdeh Göyçay rayon Mirzəhüseynli kəndinin şimal hissəsində yerləşən “arabasınan dərəsi” adlanan ərazidə kənd camaatının ümumi istifadəsi üçün ayrılmış örüş torpaq sahəsinin 0.20 hektarından qanunsuz istifadə edir və həmin torpaq sahəsində tikililər inşa etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndi, 71-ci maddəsinin 2-ci bəndi, İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı, 111-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan torpaq sahəsinin “örüş təyinatlı” olması işin mübahisəsiz halıdır, amma kimin mülkiyyətində olması isə konkretləşdirilməmişdir. Ona görə də hazırki iş üzrə iddia qaldırmaq hüququ mübahisəli ərazinin kimin mülkiyyətində olmasından asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyəyə məxsusdur. İddiaçının apellyasiya şikayəti vermək üçün subyektiv hüququ yoxdur və məhkəmə Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə iddiaçının razılığı ilə ilk iddiaçını əsl iddiaçı ilə əvəz etməli, iddiaçı özünün əsl iddiaçı ilə əvəz edilməsinə razı olmadıqda isə işə irəli sürülmüş tələblər üzrə baxmaqla iddianı rədd etməli idi. Bundan əlavə mübahisə predmeti olan 1.0. ha torpaq sahəsi onun tərəfindən 2006-cı ildə, Göyçay rayon Mirzəhüseynli bələdiyyəsindən 50 il müddətinə icrayə götürülmüş, icarə haqqını vaxtı vaxtında vermişdir. O, bununla bağlı müqaviləni birinci instansiya məhkəməsinə təqdim etmiş, lakin məhkəmə onu qəbul etməkdən imtina etmiş, qətnamədə müqavilənin əslini məhkəməyə təqdim etmədiyini göstərmişdir. Lakin qətnamədə müqavilənin əslinin təqdim edilmədiyi göstərilmişdir. Ona görə də o, Göyçay Rayon Məhkəməsinin 01 aprel 2021-cu il tarixli, 2(046)-47/2021 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili X2 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Göyçay Rayon Məhkəməsinin 01 aprel 2021-cu il tarixli, 2(046)-47/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxslər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən; 1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. 2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. 4. ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. 8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının a Q nunu 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir, Göyçay Rayon Məhkəməsinin 01 aprel 2021-cu il tarixli, 2(046)-47/2021 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş Göyçay Rayon Məhkəməsinin 01 aprel 2021-cu il tarixli, 2(046)-47/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, iddia tələbi qismən əsaslı apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Göyçay rayon Mirzəhüseynli kənd bələdiyyəsinin mülkiyyətində olan 1 ha torpaq sahəsi 50 il müddətinə Cavabdeh istifadəsi üçün icarəyə verilmişdir. Həmin müqavilədə tarix və müqavilənin nömrəsi qeyd edilməmiş, müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir. 29.04.2010-cu il tarixdə Mirzəhüseynli kənd bələdiyyəsinin fəaliyyəti dayandırılmış, bələdiyyənin balansında olan inventar və tikillər aktla Ərəbcəbirli bələdiyyəsinə təhvil verilmişdir. Keçən müddət ərzində bələdiyyənin fəaliyyətinə aid olan sənədlər Göyçay rayon Arxivinə verilmişdir. Göyçay rayon Mirzəhüseynli Bələdiyyəsinin 2006-cı ilə dair iclas protokolları yoxlanılarkən, Cavabdeh 1.0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında heç bir qeyd tapılmamışdır. Göyçay rayon Ərəbcəbirli bələdiyyəsi öz fəaliyyəti dövründə Mirzəhüseynli kənd sakini Cavabdeh torpaq sahəsi ayrılması barədə qərar verməmişdir. 08.08.2006-cı il tarixli 09 saylı iclas protokolu keçmiş Mirzəhüseynli bələdiyyəsinə aiddir. Bundan əlavə Cavabdeh Göyçay rayon Mirzəhüseynli kəndinin şimal hissəsində yerləşən “arabasınan dərəsi” adlanan ərazidə kənd camaatının ümumi istifadəsi üçün ayrılmış örüş torpaq sahəsinin 0.20 hektarından qanunsuz istifadə edir və həmin torpaq sahəsində tikililər inşa etmişdir. Cavabdeh tərəfindən naturada istifadə edilən 0.20 ha torpaq sahəsinin sərhəddi boyunca kanal qazılmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi və digər köməkçi tikililər mövcuddur. Həmin torpaq sahəsi bələdiyyənin mülkiyyəti kimi qeydiyyata alınmamışdır. Cavabdehnın sözügedən torpaq sahəsində hər hansı bir tikinti işlərinin aparılmasına rayon icra hakimiyyəti tərəfindən icazə verilmədiyi müəyyən olunmuşdur. Cavabdeh adına Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində torpaq sahəsi qeydiyyata alınmamışdır. Göyçay rayon Mirzəhüseynli kənd sakini Cavabdeh tərəfindən Göyçay rayon Mirzəhüseynli kəndində istifadə edilən torpaq sahəsi ümumi örüş təyinatlı torpaq sahəsidir. Göyçay rayon Mirzəhüseynli Bələdiyyəsinin 2006-cı ilə dair iclas protokolları yoxlalınarkən, Cavabdeh 1.0 ha torpaq sahəsinin icarəyə verilçməsi haqqında heç bir qeyd tapılmamışdır. Eyni zamanda Göyçay rayonu Mirzəhüseynli kəndinin şimal hissəsində 0.20 ha ümumi istifadədə olan örüş torpaq sahəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, apellyator şikayətində qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin “örüş təyinatlı” olması işin mübahisəsiz halıdır, amma kimin mülkiyyətində olması isə konkretləşdirilməmişdir. Ona görə də hazırki iş üzrə iddia qaldırmaq hüququ mübahisəli ərazinin kimin mülkiyyətində olmasından asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyəyə məxsusdur. İddiaçının apellyasiya şikayəti vermək üçün subyektiv hüququ yoxdur və məhkəmə Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə iddiaçının razılığı ilə ilk iddiaçını əsl iddiaçı ilə əvəz etməli, iddiaçı özünün əsl iddiaçı ilə əvəz edilməsinə razı olmadıqda isə işə irəli sürülmüş tələblər üzrə baxmaqla iddianı rədd etməli idi. Kollegiya həmin dəlillə razılaşmır; Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən; yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Göründüyü kimi həm dövlət mülkiyyətində olan örüş və biçənək sahələri, həm də Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ayrılır. Eyni zamanda müddətsiz. İddiaçı isə mübahisəli torpaq sahəsinin yerləşdiyi torpaq sahəsinin fəaliyyət göstərdiyi Bələdiyyə ərazisində yaşayır. Cavabdehin zəbt etdiyi torpaq sahəsi iddiaçının da maraqlarına toxunur. Belə ki, iddiaçı kəndin ümümi istifadəsinə verilmiş örüş sahəsindən təyinatına uyğun istifadə edə bilmir. Özünə məxsus mal-qaranı örüş sahəsində ötara bilmir. Göründüyü kimi iddiaçının subyektiv hüququnun olmamasına dair cavabdehin şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Şikayətin digər dəlili ondan ibarətdir ki, mübahisə predmeti olan 1.0. ha torpaq sahəsi onun tərəfindən 2006-cı ildə, Göyçay rayon Mirzəhüseynli bələdiyyəsindən 50 il müddətinə icrayə götürülmüş, icarə haqqını vaxtı vaxtında vermişdir. O, bununla bağlı müqaviləni birinci instansiya məhkəməsinə təqdim etmiş, lakin məhkəmə onu qəbul etməkdən imtina etmiş, qətnamədə müqavilənin əslini məhkəməyə təqdim etmədiyini göstərmişdir. Məhkəmə kollegiyası şikayətin qeyd edilən dəlili ilə də razılaşmır; Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.1-ci bəndinə əsasən, Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci bəndinə əsasən, Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Göyçay rayon Mirzəhüseynli kənd bələdiyyəsinin mülkiyyətində olan 1 ha torpaq sahəsinin 50 il müddətinə Cavabdeh istifadəsi üçün icarəyə verilməsi barədə dəlil əsassızdır. Həmin müqavilədə tarix və müqavilənin nömrəsi qeyd edilməmiş, müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir. Yəni cavabdehlə Bələdiyyə arasında hər hansı bir icarə müqaviləsi mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Bundan başqa Göyçay rayon Mirzəhüseynli Bələdiyyəsinin 2006-cı ilə dair iclas protokolları yoxlanılarkən, Cavabdeh 1.0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında heç bir qeyd tapılmamışdır. Göyçay rayon Ərəbcəbirli bələdiyyəsi öz fəaliyyəti dövründə Mirzəhüseynli kənd sakini Cavabdeh torpaq sahəsi ayrılması barədə qərar verməmişdir. Daha sonra Cavabdeh sözügedən torpaq sahəsində hər hansı bir tikinti işlərinin aparılmasına rayon icra hakimiyyəti tərəfindən icazə verilmədiyi müəyyən olunmuşdur. Cavabdeh adına Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində torpaq sahəsi qeydiyyata alınmamışdır. Göyçay rayon Mirzəhüseynli kənd sakini Cavabdeh tərəfindən Göyçay rayon Mirzəhüseynli kəndində istifadə edilən torpaq sahəsi ümumi örüş təyinatlı torpaq sahəsidir. Göyçay rayonu Mirzəhüseynli kəndinin şimal hissəsində 0.20 ha ümumi istifadədə olan örüş torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq naturada istifadə edilir. Göründüyü kimi cavabdeh bu qanunsuz hərəkətləri ilə iddiaçının örüş otlaq sahəsindən istifadə etmək hüququnu pozur, məhdudlaşdırır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qadağan olunur. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə edilə bilməsin. Bu prinsip onu nəzərdə tutur ki, tərəflər işlərinə yalnız yenidən baxılması və yeni qərar qəbul edilməsi məqsədi ilə məhkəmə qərarına yenidən baxılmasına nail olmamalıdırlar. Yuxarı məhkəmələr məhkəmə qərarlanna yalnız yenidən baxılması xatirinə deyil, ədalət mühakiməsi həyata keçirilən zaman yol verilmiş pozuntuların aradan qaldırılması məqsədi ilə baxmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş Göyçay Rayon Məhkəməsinin 01 aprel 2021-cu il tarixli, 2(046)-47/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 01 aprel 2021-cu il tarixli, 2(046)-47/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar