Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1375/2023 07.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 2(046)-780/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6000 manat dəyərində stenka mebel, 2 ədəd şfonerin, 2 ədəd servantın, 800 manat dəyərində 1 ədəd divan altı bazalının, 600 manat dəyərində 1 ədəd 2 nəfərlik taxtın, 200 manat dəyərində 1 ədəd güzgülü termonun, 300 manat dəyərində 16 metrəlik pərdənin və 6 ədəd karnizin, 100 manat dəyərində 1 ədəd 2 nəfərlik taxt yun döşəyinin, 150 manat dəyərində 1 ədəd iki nəfərlik taxt yun yorğanının, 60 manat dəyərində 3 ədəd - 20x3 ölçüdə yastığın, 200 manat dəyərində 1 ədəd lüstürün (çilçıraq), 400 manat dəyərində 4 ədəd (xrustal və bagema) su qrafinkasının, 30 manat dəyərində 12 ədəd iri, böyük stəkanın (xrustal), 30 manat dəyərində 12 ədəd stəkanın (xruslal) (kiçik armudu), 10 manat dəyərində 24 ədəd sadə stəkanın, 10 manat dəyərində 24 ədəd nəlbəkinin (sadə), 30 manat dəyərində 24 ədəd boşqabın ( sadə, böyük ), 20 manat dəyərində 24 ədəd kiçik boşqabın (sadə), 30 manat dəyərində 1 ədəd bagema bal qabının, 100 manat dəyərində 2 ədəd xurustal vazalar, 4 ədəd qənd qabları və çərəz qablarının, 30 manat dəyərində 6 ədəd xrustal şərab badəsinin, 30 manat dəyərində 6 ədəd sadə su badələri, bakalların, 50 manat dəyərində 4 ədəd qazan, tavanın (tefal dəstləri), 30 manat dəyərində 4 ədəd qazan dəstinin ( Rusiya istehsalı), 100 manat dəyərində Xırda əşyaların ( ət doğrayan limon taxtaları, xırda məişət ləvazimatları tam şəkildə: aşsüzən, qazanlar, tavalar, plastik qablar və s. ), 20 manat dəyərində 6 ədəd Kasa dəstinin, 30 manat dəyərində 3 ədəd tort qabının, padnos dəstlərinin, 500 manat dəyərində paltaryuyan maşının, 12 manat dəyərində 12 ədəd çay dəsmallarının, 20 manat dəyərində 6 ədəd süfrələrin, 30 manat dəyərində xrustalın (gül qoyan vazalar, yəni 1 ədəd böyük bagema güldan), 50 manat dəyərində 4 ədəd xrustal güldanın, 100 manat dəyərində 15 ədəd oyuncaqların (oyuncaq itlər və ayılar), 50 manat dəyərində 12 ədəd çəngəl, bıçaq, qaşıq dəstinin, 10 manat dəyərində sadə bıçaqların (oxlov, çömçə, aşsüzən), 50 manat dəyərində 5 ədəd böyük qazan və kiçik qazan dəstlərinin və 20 manat dəyərində 1 ədəd üç mərtəbə çərəz qabının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-780/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh əmlak tələbinə dair iddiası qismən edilmişdir. Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(046)-780/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(046)-780/2023 saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-780/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Göyçay Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(046)-780/2023 saylı qərardadından iş üzrə Cavabdeh şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cüil tarixli qətnaməsindən Azərbaycan Respublikası MPM-nin tələblərinəuyğun olaraq bir ay müddətində elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinə göndərilən apellyasiya şikayətinin elektron kabinet vasitəsilə asan imza ilə göndərilməsini təsdiq edən sənədi də şikayətə əlavə edilmişdir. Lakin, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-780/2023 saylı qərardadı ilə guya apellyasiya şikayətinin elektron imza ilə imza edilməməsini göstərərək apellyasiya şikayətini əlavə edilmiş sənədlərlə birgə geri qaytarmışdır. Hesab edir ki, çıxarılmış qərardad qanunsuzdur və ləğv olunmalıdır. Göyçay Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(046)-780/2023 saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(046)-780/2023 qərаrdаdındаn şikayət təmin edilməmiş, Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(046)-780/2023 saylı qərardadının ləğvi barədə şikayət ərizəsinin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-780/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini əsassız və qanunsuz olduğunu, cavabdeh mübahisəli işin icra mərhələsindən məlumatı olmuşdur. Qətnamə cavabdehin qeydiyyatı olduğu ünvana göndərilmişdir. Lakin cavabdeh məhkəmə qətnaməsini almaqdan imtina etmişdir. İş üzrə cavabdehdən əmlakın qaytarılması barədə icra üzrə üzrə dəfələrlə Rəşadla əlaqə saxlanımış, lakin cavabeh əmlakın qaytarımasından imtina etmişdir. İcra məmuru cavabdehin əmlakına və avtomaşının üzərinə həbs qoyulmuş və bu barədə cavabdehə xəbərdarlıq edilmişdir. İcra məmuru cavabdehin ölkədən çıxışına qadağa qoyulmuş və bu barədə ona məlumat verilmişdir. Odur ki, şikayətin rədd edilməsini barədə qərardad qəbul edəsiniz. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(046)-780/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Cavabdeh apellyasiya şikayətini Аzərbаycаn Rеspublikаsı MPM-nin tələblərinə uyğun şəkildə tərtib etməmiş, apellyasiya şikayətini elektron imza ilə imza etməyərək, sadəcə "surət” çıxardaraq PDF formasında elektron kabinetə yüklənmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 363-VİQD nömrəli 1 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qərarına əsasən; Аzərbаycаn Rеspublikаsı MPM-nin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: Həmin Məcəllənin 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; Həmin Məcəllənin 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: Həmin Məcəllənin 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; Həmin Məcəllənin 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli Göyçay Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(046)-780/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(046)-780/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1375/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1375/2023
07.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver