Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1384/2022 13.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılаr Nümayəndə1 və İddiaçı3 cavabdehlər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə və Cavabdeh2nə qаrşı (açar sözlər: Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr – mаddi ziyаn tələbi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiаçılаr Nümayəndə1 və İddiaçı3, Cavabdeh - Cavabdeh2 nümаyəndəsi Allаhverdiyev Nаtiq Əziz oğlunun iştiraklаrı ilə, İddiaçılar Nümayəndə1 və İddiaçı3 cavabdehlər Azərbaycan Meliorasiya və X22 Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı “maddi-mənəvi ziyan və torpağın əkinə yararlı vəziyyətə salınması tələbinə dаir” mülki iş üzrə Şəki Rаyon Məhkəməsinin 26 sentyаbr 2022-ci il tаrixli, 2(075)-43/2022 saylı qətnаməsindən cаvаbdeh Azərbaycan Meliorasiya və X22 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları
1. Hazırkı məhkəmə mübahisəsi iddiaçılar Nümayəndə1 və İddiaçı3 cavabdehlər Azərbaycan Meliorasiya və X22 Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında maddimənəvi ziyan və torpağın əkinə yararlı vəziyyətə salınması ilə bağlıdır.
2. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən Şəki rayonu, Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsi İddiaçı1, X8 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. Həmin torpaq sahəsində iddiаçılаrın аnаsı İddiaçı1 arpa əkmiş və 1559 manat pul xərcləmişdir. İddiаçılаrın аnası vəfаt etmiş, onun digər vərəsələri həmin torpaq sahəsindən imtina etmişlər və hazırda həmin torpağın mülkiyətçiləri Nümayəndə1 və İddiaçı3dır.
4. Cavabdehlər Azərbaycan Melorasiya və X22 Səhmdar Cəmiyyəti və Cavabdeh2 tərəfindən su anbarının daşdırılması nəticəsində iddiаçılаrın mülkiyətində olan X9 qərarı əsasında verilmiş torpaq sahəsi su altında qalaraq yararsız hala düşmüş, əkilən arpa məhsulu isə tamamilə məhv olmuşdur.
5. İddiaçı1 Şəki Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cаvаbdehlərin vurduqlаrı mаddi ziyаnа görə 1559 mаnаt, əldən çıxmış fаydаyа görə 5441 mаnаt, mənəvi ziyаnа görə 10000 mаnаt və ödədiyi dövlət rüsumunа görə 30 mаnаt pul vəsaitinin tutularаq onlаrа ödənilməsi, cavabdehlər Azərbaycan Mclorasiya və X22 Səhmdar Cəmiyyəti və Cavabdeh2 vəsaiti hesabına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən birgə mülkiyyətçisi olduğu Şəki rayonu, Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsinin əkinə yararlı vəziyyətə salınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia tələbini §§ 1-4-də qeyd olunanlara istinad edərək onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən Şəki rayonu, Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsi İddiaçı1, X8 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Həmin torpaq sahəsində İddiaçı1 arpa əkmişdir. Əkin işlərinin aparılması ilə bağlı İddiaçı1 1559 manat vəsait xərcləmişdir. Belə ki, torpaq sahəsinin 1 hektarına 1-ci şum üçün 30 manat, 2-ci şum üçün 25 manat, 1 hektara bir dəfə mala üçün 10 manat, bir dəfə toxum səpini üçün 10 manat, 1 hektara 200 kq toxum üçün 124 manat, 1 hektara 100 kq slitera kübrəsi üçün 53 manat, slitera kübrəsinin səpilməsi üçün 3 manat, 5 hektara 150 kq amafos kübrəsi üçün 111 manat, 5 hektara zərərvericilərə qarşı dərman üçün su ilə birlikdə 50 manat, zərərvericilərə qarşı dərmanın səpilməsi üçün 3 manat, 5 hektara alaq otlarına qarşı dərman üçün su ilə birlikdə 93 manat, alaq otlarına qarşı dərmanın səpilməsi üçün 3 manat xərci çıxmışdır. Cavabdehlər Azərbaycan Melorasiya və X22 Səhmdar Cəmiyyəti və Cavabdeh2 yarıtmaz işi nəticəsində onun birgə mülkiyyətçisi olduğu torpaq sahəsi su altında qalaraq yararsız hala düşmüş, əkdiyi arpa məhsulu isə tamamilə məhv olmuşdur. Göstərmişdir ki, 2020-ci ildə taxılla bağlı məhsuldarlıq qənaətbəxş olmuş, 1 ha ərazidən 3500 kq arpa məhsulu əldə edilmişdir. 1 kq arpanın qiyməti isə 0,4 manat təşkil etmişdir. Hesab edir ki, 5 ha ərazidən 17500 kq arpa məhsulu əldə edə bilərdi, 17500 kq arpa məhsulunun dəyəri isə 7000 manat təşkil edir. Həmin 7000 manatdan da onun çəkdiyi 1559 manat xərc çıxıldıqdan sonra o, 5441 manat gəlir əldə edəcəkdi. İddiaçı cavabdehlərə məktubla müraciət edərək, ona dəymiş ziyanın, əldən çıxmış faydanın ödənilməsini və birgə mülkiyyətçisi olduğu torpaq sahəsinin əvvəlki istifadəyə yararlı vəziyyətə salınmasını xahiş etmişdir. Cavabdehlər isə onun bu haqlı tələbini icra etməkdən imtina etmişlər. Cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçı çox böyük mənəvi sarsıntı keçirmişdir. Cavabdehlər bu qanunsuz hərəkətləri ilə ona maddi ziyanla yanaşı həm də çox böyük mənəvi ziyan vurmuşlar.
7. İşə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı1 27 oktyabr 2021ci il tarixdə vəfat etdiyi müəyyən olunmuşdur. Məhkəmədə İddiaçı1 hüquqi varisləri olan Nümayəndə1 və İddiaçı3 vəfat etmiş analarını onlarla əvəz edilməsini xahiş etmişlər və İddiaçı1 hüquqi varisləri olan və qeyd olunan torpaq sahəsinin hazırda mülkiyyətçiləri olanNümayəndə1 və İddiaçı3 İddiaçı1 ilə əvəz edilmişlər.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar Nümayəndə1 və İddiaçı3 iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümаyəndəsi Həmidov Allаhverdi Əsgər oğlu iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçının əkib becərdiyi və məhsul əldə edəcəyini iddia etdiyi sahə onlara məxsus deyildir. Həmin sahə vaxtı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 12 sentyabr 1986-cı il 289 nömrəli qərarına əsasən Şəki rayonunun Cəyirli kəndi ərazisində ümumi su tutumu 1,23 mln kbm olan su anbarının tikintisi üçün həmin ərazidə yerləşən “M.F.Axundov” adına kolxozun, “Şəfəq” kolxozunun, “Ordjonikidze" adına sovxozun və dövlət meşə fondunun ərazilərindən ümumilikdə 104.73 ha, o cümlədən 82,91 ha su anbarının tikintisinə torpaq sahəsi ayrılmışdır. Tikintisi 1986-1989-cu illərdə aparılmış su anbarında əsas qurğular olan torpaq bənd və birləşmiş su keçirici qurğu vasitəsi ilə “Cəyirli arx” torpaq kanalının su təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374 s nömrəli sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 2013-cü ildə təsdiq olunmuş layihə tapşırığına əsasən Şəki rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirli su anbarının yenidənqurulması işlərinin aparılması nəzərdə tutulmuşdur. İşçi layihədə 1986-1989-cu illərdə tikilmiş mövcud su anbarının əsas qurğuları olan torpaq bənd və birləşmiş su keçirici qurğudan maksimum dərəcədə istifadə edilməsi, eləcə də onların bəzi hissələrinin gücləndirilməsi vasitəsi ilə normal iş rejiminin təmin olunması üçün bir sıra layihə tədbirləri həyata keçirilmişdir. Layihədə mövcud su anbarının və qurğuların parametrləri, həndəsi ölçüləri və digər göstəriciləri 1980-cı illərdə yerinə yetirilmiş işçi layihədə olduğu kimi saxlanılmışdır. Cəyirli su anbarında yenidənqurma işləri 2014-cü ildən başlayaraq hissəhissə 2021-ci ilin fevral ayına qədər davam etdirilmişdir. Şəki şəhər İcra Hakimiyyəti Başçısının birinci müavininin, Şəki şəhər İcra Hakimiyyəinin Tikinti və Memarlıq şöbəsi müdirinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi müdirinin, Şəki rayonu Gigiyena və Epidemiologiya mərkəzi direktorunun və Cavabdeh2 rəisinin imzaları və möhürləri ilə təsdiq olunaraq razılaşdırılmış “Şəki rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirli su anbarının yenidən qurulması Baş Planı” 2013-cü ildə Şəki şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq edilmişdir. Layihəyə uyğun olaraq su anbarının güzgü sahəsi 27 ha-dır. Yəni su anbarı layihəyə uyğun su ilə tam dolduqda onun su səthinin sahəsi 27 ha olur. Layihənin texniki iqtisadi göstəricilərinə uyğun olaraq anbarın maksimum basqı səviyyəsi 254 metrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş, su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadə edilməsi qaydalarının 15;22:23 maddələrinə əsasən su anbarı su ilə tam dolduqdan onun su səthindən güzgü sahəsi boyu 80 metr mühafizə zolağı nəzərdə tutulur. Bu zolaqda hər hansı əkin işlərinin aparılmasına icazə verilmir. Göstərmişdir ki, 1997-ci ildə torpaq islahatları aparılarkən Cəyirli su anbarının tikintisi üçün vaxtı ilə yuxarıda qeyd etdikləri qərarlara əsasən ayrılmış torpaq sahələri aidiyyatı üzrə qrumlar tərəfindən nəzərə alınmamış və bələdiyyə onları öz torpaqları kimi istifadə etməyə qərar vermişdir. Cavabdeh2 istisnar təşkilatı olaraq əsaslı tikinti işlərinin aparılması ilə məşğul olmur. Sifarişçi təşkilat Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tikilməkdə olan Meliorasiya və X1 Müdiriyyətidir. Cavabdehlərin qeyd olunan torpaq sahəsinə dair iddiaçıların adına verilmiş cıxarışın ləğv olunması üçün Şəki İnzibati Məhkəməsinə müracət etmişlər. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 nümayəndəsi X5 oxşar məzmunda izahat iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
11. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hаcıyev) 26 sentyаbr 2022-ci 2(075)- 43/2022 saylı qətnaməsi ilə iddiaçılar Nümayəndə1 və İddiaçı3 cavabdehlər Azərbaycan Meliorasiya və X22 Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı «maddi-mənəvi ziyan və torpağın əkinə yararlı vəziyyətə salınmas» tələbinə dair iddiası qismən təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı1, X8 və İddiaçı3 ümumi birgə mülkiyyətində və hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********08 reyestr nömrəli Çıxarışa əsasən Nümayəndə1 və İddiaçı3 paylı mülkiyətində olan Şəki rayonu Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsində iddiaçılar tərəfindən arpa əkilmişdir. Torpaq sahəsinin əkilməsi üçün iddiaçı tərəfindən 1559 manat məbləğində xərc çəkilmişdir. 2020ci ilə nəzərən çəkilmiş həmin xərcin qarşılığında iddiaçı həmin torpaq sahəsinin hər hektarından 3500 kiloqram, ümumilikdə 17500 kiloqram arpa əldə etməyi planlaşdırmışdır. Qeyd edilən ildə arpanın 1 kiloqramının qiyməti 0,41 manat təşkil etmişdir. Həmin məzənnə ilə hesabladıqda 17500 kiloqram arpanın dəyəri 7175 manat təşkil edəcəkdi. 7175 manat gəlirdən də torpağın əkilməsinə çəkilmiş 1559 manat xərci çıxdıqda görünür ki, iddiaçı 5616 manat məbləğində gəlir əldə edəcəkdi. Lakin Cavabdeh2 su anbarından və ötürücü kanallardan axıdılan su kanaldan daşaraq iddiaçının mülkiyyətində olan torpağın münbit qatını korlamış və əkin sahəsini yararsız hala salınmışdır.
13. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir.
14. Şəki Rаyon Məhkəməsinin 26 sentyаbr 2022-ci il tаrixli, 2(075)-43/2022 saylı qətnаməsindən cаvаbdeh Azərbaycan Meliorasiya və X22 Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçının əkib becərdiyi və məhsul əldə edəcəyini iddia etdiyi sahə onlara məxsus deyil. Həmin sahə vaxtı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 12 sentyabr 1986cı il 289 nömrəli qərarına əsasən Şəki rayonunun Cəyirli kəndi ərazisində ümumi su tutumu 1,23 mln. m3 olan su anbarının tikintisi üçün həmin ərazidə yerləşən “M.F.Axundov” adına kolxozun, “Şəfəq” kolxozunun, “Ordjonikidze" adına sovxozun və dövlət meşə fondunun ərazilərindən ümumilikdə 104.73 ha, o cümlədən 82,91 ha. su anbarının tikintisinə torpaq sahəsi ayrılmışdır. Tikintisi 1986-1989-cu illərdə aparılmış su anbarında əsas qurğular olan torpaq bənd və birləşmiş su keçirici qurğu vasitəsi ilə “Cəyirli arx” torpaq kanalının su təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374 s nömrəli sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 2013-cü ildə təsdiq olunmuş layihə tapşırığına əsasən Şəki rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirli su anbarının yenidənqurulması işlərinin aparılması nəzərdə tutulmuşdur. İşçi layihədə 1986-1989-cu illərdə tikilmiş mövcud su anbarının əsas qurğuları olan torpaq bənd və birləşmiş su keçirici qurğudan maksimum dərəcədə istifadə edilməsi, eləcə də onların bəzi hissələrinin gücləndirilməsi vasitəsi ilə normal iş rejiminin təmin olunması üçün bir sıra layihə tədbirləri həyata keçirilmişdir. Layihədə mövcud su anbarının və qurğuların parametrləri, həndəsi ölçüləri və digər göstəriciləri 1980-cı illərdə yerinə yetirilmiş işçi layihədə olduğu kimi saxlanılmışdır. Cəyirli su anbarında yenidənqurma işləri 2014-cü ildən başlayaraq hissəhissə 2021-ci ilin fevral ayına qədər davam etdirilmişdir. “Şəki rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirli su anbarının yenidən qurulması Baş Planı” 2013-cü ildə Şəki şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq edilmişdir. Layihəyə uyğun olaraq su anbarının güzgü sahəsi 27 hekdаrdır. Yəni su anbarı layihəyə uyğun su ilə tam dolduqda onun su səthinin sahəsi 27 ha. olur. Layihənin texniki iqtisadi göstəricilərinə uyğun olaraq anbarın maksimum basqı səviyyəsi 254 metrdir. Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş, su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadə edilməsi qaydalarının 15, 22, 23-cü maddələrinə əsasən su anbarı su ilə tam dolduqdan onun su səthindən güzgü sahəsi boyu 80 metr mühafizə zolağı nəzərdə tutulur. Bu zolaqda hər hansı əkin işlərinin aparılmasına icazə verilmir. Göstərmişdir ki, 1997-ci ildə torpaq islahatları aparılarkən Cəyirli su anbarının tikintisi üçün vaxtı ilə yuxarıda qeyd etdikləri qərarlara əsasən ayrılmış torpaq sahələri aidiyyatı üzrə qrumlar tərəfindən nəzərə alınmamış və bələdiyyə onları öz torpaqları kimi istifadə etməyə qərar vermişdir. Cavabdeh2 istismar təşkilatı olaraq əsaslı tikinti işlərinin aparılması ilə məşğul olmur. Sifarişçi təşkilat Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tikilməkdə olan Meliorasiya və X1 Müdiriyyətidir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rаyon Məhkəməsinin 26 sentyаbr 2022-ci il tаrixli, 2(075)-43/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmаmışdır.
17. 29 noyаbr 2022-ci tаrixdə keçirilən məhkəmə kollegiyasının iclasında iştirаk edən cаvаbdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümаyəndəsi Həmidov Allаhverdi Əsgər oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında cаvаbdeh Cavabdeh2 nümаyəndəsi Allаhverdiyev Nаtiq Əziz oğlu cаvаbdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən verilən аpellyаsiyа şikаyətinin təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iddiаçılаr Nümayəndə1 və İddiaçı3 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Şəki Rаyon Məhkəməsinin 26 sentyаbr 2022-ci il tаrixli, 2(075)-43/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh cаvаbdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümаyəndəsi Həmidov Allаhverdi Əsgər oğlu məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdehin nümаyəndəsi məhkəmə kollegiyаsınа ərizə ünvаnlаyаrаq səhhəti ilə bаğlı ölkə xаricinə getməli olduğunа görə prosesdə iştirаk edə bilmədiyindən məhkəmə bаxışının bаşqа vаxtа təxirə sаlınmаsını xаhiş etmişdir.
21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə cаvаbdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh Azərbaycan Meliorasiya və X22 Səhmdar Cəmiyyəti apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
24. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
25. Mаddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
26. Mаddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
27. Mаddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
«İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolu
28. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
29. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Mаddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Mаddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Mаddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
33. Mаddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
34. Mаddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
35. Mаddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
36. Mаddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
37. Mаddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Mаddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Mаddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 41.Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
42. Mаddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Mаddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Azərbaycan Meliorasiya və X22 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Rаyon Məhkəməsinin 26 sentyаbr 2022-ci il tаrixli, 2(075)-43/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
46. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
47. İş materiallarına əlavə edilmiş 29 noyabr 2016-cı il tarixli Torpaq sahəsinin plan və ölçü sənədindən, eyni zamanda RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Şəki rayonu, Qozlubulaq kəndində yerləşən **********08 reyestr nömrəli 5 hektar torpaq sahəsi İddiaçı1, X4 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmişdir.
48. İş materiallarına əlavə edilmiş məhkəmə elektron informasiya sistemindən çıxarılmış son məlumatlardan görünür ki, İddiaçı1 27 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir.
49. İş materiallarına əlavə edilmiş 22 dekabr 2021-ci il tarixli, 410 nömrəli vərəsiliyə dair arayışdan görünür ki, İddiaçı1 27 oktyabr 2021-ci il tarixdə vəfat etmiş və mərhumun varisləri: mərhum əri X11, oğlu Nümayəndə1, qızı X6, qızı X3 və qızı İddiaçı3dır.
50. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli, **********08 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki rayonu, Qozlubulaq kəndində yerləşən 5.0 ha torpaq sahəsinin ½ hissəsi Nümayəndə1 qızının, ½ hissəsi İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır.
51. İş materiallarına əlavə edilmiş Şəki rayonu Cəyirli Bələdiyyəsinin 29 may 2021-ci il tarixli, 17 nömrəli arayışından görünür ki, X2 rayonu, Qozlubulaq kəndində RX ******* nömrəli Çıxarışa əsasən mülkiyyətinə verilmiş 5 hektar pay torpaq sahəsində arpa əkib becərmişdir. Həmin sahə hazırda Cavabdeh2nə məxsus su anbarının suları altında qalaraq tamamilə yararsız vəziyyətə düşmüşdür.
52. İş materiallarına əlavə edilmiş X24 İnkişaf Mərkəzi tərəfindən tərtib edilmiş 26 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, Nümayəndə1 və yerli qurumların nümayəndələri ilə birlikdə RX ******* nömrəli Çıxarışda qeyd edilən 5 hektar torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsində arpa əkildiyi və su çəkildikdən sonra ərazidə lil qatının qalması müəyyən edilmişdir.
53. İş materiallarına əlavə edilmiş Şəki rayonu Cəyirli Bələdiyyəsinin 15 sentyabr 2022-ci il tarixli, 27 nömrəli arayışından görünür ki, 2020-ci ildə məhsuldarlıq bir hektar üçün 3500 kiloqram olmuşdur. Arpanın bir kq 2020 və 2021-ci illər üçün 0,41 manat olmuşdur.
54. Şəki Rayonunun Qozbulaq kənd sakini İddiaçı1 Daşınmaz Əmlakın Dövlət Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (RX 0947006) çıxarışı olan 5 hektar pay torpaq sahəsində 2020-ci ilin payızında 2021-ci ilin məhsulu üçün səpilmiş arpa sahəsində görülmüş işlərə sərf edilən xərclərə dair Şəki DAİM tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1 5 hektar arpa sahəsində gördüyü aqrotexniki tədbirlər üçün 1806 manat vəsait xərcləmişdir.
55. İş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin qərardadı ilə iş üzrə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
56. Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2022-ci il tarixli 10/941, 9/927, 7/140 nömrəli rəyində qeyd edilmişdir ki: Şəki rayonu Qozlubulaq kəndində yerləşən, reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı1, X8 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan 5 hektar torpaq sahəsi naturada faktiki istifadə üzrə təqdim olunan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Şəki rayonu Qozlubulaq kəndində yerləşən, reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı1, X8 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan 5 hektar torpaq sahəsinin əkinə qismən yararsız olduğu müəyyən olunmuşdur. Belə ki, həmin torpaq sahəsinin əkinə yararlı hala salınması üçün yararsız hala düşmüş münbit qatın texnika ilə yığılması, ərazidən çıxarılan torpaq həcmində münbit torpağın əraziyə daşınması, tökülmüş torpağın hamarlanması və sair aqrotexniki tədbirlər həyata keçirilməlidir. Şəki rayonu Qozlubulaq kəndində yerləşən, reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı1, X8 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan 5 hektar torpaq sahəsinin yararlı vəziyyətə gətirilməsi məqsədi ilə lazımi aqrotexniki qulluq üçün 19500 manat maliyyə vəsaiti tələb olunur. Bura daxildir: -Yararsız hala düşmüş münbit qatın texnika ilə toplanması: 1 hektar üçün 200 manat olmaqla, 5 hektar üçün 1000 manat; - Toplanmış torpağın yük maşınlarına yüklənməsi və ərazidən daşınması: 1 hektar üçün 1750 manat olmaqla, 5 hektar üçün 8750 manat; - Ərazidən çıxarılan torpaq həcmində münbit torpağın təkrarən əraziyə daşınması: 1 hektar üçün 1800 manat olmaqla, 5 hektar üçün 9000 manat; -Tökülmüş torpağın hamarlanması: 1 hektar üçün 150 manat olmaqla, 5 hektar üçün 750 manat.
57. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı1, X8 və İddiaçı3 ümumi birgə mülkiyyətində və hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********08 reyestr nömrəli Çıxarışa əsasən Nümayəndə1 və İddiaçı3 paylı mülkiyətində olan Şəki rayonu Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsində iddiaçılar tərəfindən arpa əkilmişdir. Torpaq sahəsinin əkilməsi üçün iddiaçı tərəfindən 1559 manat məbləğində xərc çəkilmişdir. 2020-ci ilə nəzərən çəkilmiş həmin xərcin qarşılığında iddiaçı həmin torpaq sahəsinin hər hektarından 3500 kiloqram, ümumilikdə 17500 kiloqram arpa əldə etməyi planlaşdırmışdır. Qeyd edilən ildə arpanın 1 kiloqramının qiyməti 0,41 manat təşkil etmişdir. Həmin məzənnə ilə hesabladıqda 17500 kiloqram arpanın dəyəri 7175 manat təşkil edəcəkdi. 7175 manat gəlirdən də torpağın əkilməsinə çəkilmiş 1559 manat xərci çıxdıqda görünür ki, iddiaçı 5616 manat məbləğində gəlir əldə edəcəkdi.
58. Lakin Cavabdeh2 su anbarından və ötürücü kanallardan axıdılan su kanaldan daşaraq iddiaçının mülkiyyətində olan torpağın münbit qatını korlamış və əkin sahəsini yararsız hala salmışdır. Bu faktlar iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq olunur.
59. Məhkəmə kollegiyası da ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır.
60. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. (§§ 40-41) 61.“X7rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
62. Yuxarıda qeyd edildiyi kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. (§§ 24-25, 28-29)
63. Mülki qanunvericiliyin mülki hüquq pozuntusundan (delikt) bəhs edən normalarının təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borcunun (zərərvuranın) hüquqa zidd, yəni qeyriqanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. (§§ 33-35)
64. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir.
65. Məhkəmə kollegiyası iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin su anbarının mühafizə zonasında yerləşməsi və bina görə də həmin torpaq sahəsində əkin işlərinin aparılmasının qanunsuz olduğuna dair cavabdehlərin bildirdiklərinə dair qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinə iddiaçıların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ekspertizanın rəyindən də müəyyən olunur ki, iddiaçılar qüvvədə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsəsən mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edirlər. Bu isə, onu deməyə əsas verir ki, iddiaçılar həm ziyan vurulan anda, həm də hal-hazırda istifadə etdikləri torpaq sahəsinin qanuni sahibləri olmuşlar.
66. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. (§ 32)
67. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisədirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh tərəf isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər biri birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə almaqla müəyyən edilir.
68. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmişlər.
69. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər
70. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. 71.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.
72. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
73. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, cаvаbdeh Azərbaycan Meliorasiya və X22 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməməli, Şəki Rаyon Məhkəməsinin 26 sentyаbr 2022-ci il tаrixli, 2(075)-43/2022 saylı qətnaməsi isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cаvаbdeh Azərbaycan Meliorasiya və X22 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rаyon Məhkəməsinin 26 sentyаbr 2022-ci il tаrixli, 2(075)-43/2022 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.