Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1397/2020 11.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X18 iclas katibliyi, iddiaçılar İddiaçı3, onun vəkili X13, İddiaçı1 və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-482/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı3, İddiaçı1, İddiaçı2 və X14 istifadə hüququnun tanınması, İddiaçı3, İddiaçı1, İddiaçı2 və X14 həmin evə köçürülməsi, cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və ödənilmiş 10.40 manat dövlət rüsumunun Cavabdeh alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-482/2020 nömrəli (hakim C.İmanov) qətnaməsi ilə İddiaçı3, İddiaçı1 oğlu və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı3, İddiaçı1, İddiaçı2 və X14 istifadə hüququnun tanınması, İddiaçı3, İddiaçı1, İddiaçı2 və X14 həmin evə köçürülməsi, cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və ödənilmiş 10.40 manat dövlət rüsumunun Cavabdeh alınaraq onlara verilməsi tələbinə dair iddialarının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı3 xx.xx.1962-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində anadan olmuş və həmin ünvanda pasport qeydiyyatındadır. İddiaçılardan İddiaçı1 onun həyat yoldaşı, İddiaçı2 isə onun övladıdır. O, 1991-ci il tarixdə İddiaçı1 ilə ailə quraraq həmin evə gəlin gətirmişdir. Birgə nikahlarından xx xxx 1992-ci il tarixdə X21, xx.xx.1996-cı il tarixdə İddiaçı2 və xx.xx.2005-ci il tarixdə X24 adlı uşaqları həmin evdə anadan olub, boya-başa çatmışlar. Bildirdi ki, qeyd edilən ünvanda yerləşən yaşayış evi tiraltı ev olmaqla həmin yerdə bir neçə ailə yaşayır. Onlardan biri də Cavabdeh və onun ailəsidir. CavabdehƏMDK yanında DƏDRX-dən seriyası RX olan ******* nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarış alaraq Şəki şəhəri, Sarı torpaq küçəsi, 17 nömrəli fərdi yaşayış evinin 4/8 hissəsini mülkiyyətinə keçirmişdir. Həmin çıxarışa əsasən Şəki şəhəri, Sarı torpaq küçəsi, 17 nömrəli fərdi yaşayış evinin 1/8 hissəsi Əhməd Nurməmməd oğlunun, 1/8 hissəsi İdris Nurməmməd oğlunun, 1/8 hissəsi X1, 1/8 hissəsi isə X2 xüsusi mülkiyyətindədir.O və ailə üzvləri həmin çıxarış üzrə Əhməd Nurməmməd oğluna məxsus 1/8 hissədə 1999-cu ilədək yaşamışlar.1178231 nömrəli çıxarışda adı göstərilən Əhməd Nurməmməd oğlu onun atası X15 anası X6 atasıdır. Birgə yaşadıqları cavabdeh müxtəlif problemlər yaratdığından onlar məcbur qalıb 1999-cu ildə Şəki şəhəri, S.Rəhman küçəsi bina 76 mənzil 27-ni almışlar və həm orda, həm də qeyd edilən mübahisəli evdə yaşamağa başlamışlar. Lakin həmin vaxtı onlar evi tam tərk etməmişlər. Belə ki, cavabdehin qanunsuz əməlləri nəticəsində yaşadıqları evdə yaşaya bilmirlər. Lakin hal-hazıradək onların əşyaları həmin evdədir. Evin bir otağının və onlar tərəfindən inşa edilmiş şüşəbəndin açarı onlardadır. Lakin son zamanlar cavabdehlə olan münasibətləri kəskinləşmiş və onlar həmin evə gedib-gəlməkdə çətinlik çəkirlər. Cavabdeh onlar həmin evə gedib-gələrkən dava-dalaş salır, onları həyətə və evə daxil olmağa qoymur və ona görə də evə gedib-gələ bilmirlər. Dəfələrlə cavabdehdən qanunsuz əməllərinə son qoymağı tələb etsələr də öz əməllərindən daşınmır evdən istifadəyə maneçilik törədir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-482/2020 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edirəm. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, İddiaçı3 xx.xx.1962-ci il tarixdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində anadan olmuş, 1991-ci il tarixdə İddiaçı1 ilə ailə quraraq həmin evə gəlin gətirmişdir. Birgə nikahlarından olan uşaqları xx xxx 1992cü il təvəllüdlü X21, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı2 və xx.xx.2005-ci il təvəllüdlü X24 həmin evdə anadan olub boya başa çatmışlar. Birgə yaşadıqları cavabdeh müxtəlif problemlər yaratdığından biz məcbur qalıb 2000-ci ildə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini aldıq və həm orda həm də qeyd edilən mübahisəli evdə yaşamağa başladıq. Lakin həmin vaxtı biz evi tam tərk etməmişik. Belə ki, cavabdehin qanunsuz əməlləri nəticəsində yaşadışımız evdə yaşaya bilmirik. Lakin hal-hazıradək bizim əşyalarımız həmin evdədir. Evin bir otağının və bizim tərəfimizdən inşa edilmiş şüşəbəndin açarı bizdədir. Həmin evdə İddiaçı3 Namiq oğlunun adma işiq, qaz və su xəttləri mövcuddur. Lakin son zamanlar cavabdehlə olan münasibətlərimiz kəskinləşmiş və biz həmin evə gedib gəlməkdə çətinlik çəkirik. Cavabdeh biz həmin evə gedib gələrkən dava-dalaş salır, bizi həyətə və evə daxil olmağa qoymur və ona görə də evə gedib gələ bilmirik. Dəfələrlə cavabdehdən qanunsuz əməllərinə son qoymağı tələb etsək də öz əməllərindən daşınmır evdən istifadəyə maneçilik törədir. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan belə bir nəticəyə gəlmişdir ki, iddiaçılar hal-hazırda pasport qeydiyyatında olduqları ünvan 5 ünvanında yaşamışlar. İddia tələbindən də görünür ki, iddiaçılar ünvan 6 ev 17 ünvanında istifadə hüquqlarının tanınmasını və həmin evə köçürülmələrini tələb edirlər. Belə olduğu halda iddiaçılar ünvan 3 ünvanına münasibətdə deyil, Şəki şəhəri, Sarıtorpaq küçəsiev 15 ünvanına münasibətdə istifadə hüquqlarının tanınmasını və həmin evə köçürülmələrini tələb edə bilərlərdilər. Hazırda iddiaçıların ünvan 3 ünvanı üzrə hazırkı tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan Şəki şəhəri, Sarıtorpaq küçəsi 15 saylı evin və Şəki şəhəri, Sarıtorpaq çükəsi 17 saylı evin ayrı-ayrı evlər olduğu qənaətinə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi ƏMDK yanında DƏDRX-nin 12 saylı X30 sorğu verilsəydi və ya mütəxəssis dəvət edilsəydi hər iki ünvanın eyni ev olması öz təsdiqini tapardı. Belə ki, iddiaçıya verilmiş xx.xx.2017-ci il tarixli inventar nömrəsi 841-842 nömrəli texniki pasportda Şəki şəhəri, Sarıtorpaq küçəsi 15 saylı evin və Şəki şəhəri. Sarıtorpaq çükəsi 17 saylı evin eyni ev olması öz təsdiqini tapmışdır. Əvvəllər həmin küçə Kirov küçəsi olandan həmin evin ünvanı ünvan 9 olub, lakin sonradan evin ünvanı 17 olaraq dəyişdirilib. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)- 482/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli ev ulu babasına məxsusdur. Cavabdehlə münasibətləri yaxşı olmadığından 1999-cu ildə həmin evdən çıxmış və Şəki şəhəri, S.Rəhman küçəsi bina 76 mənzil 27-ni almışlar. Hesab edir ki, birinci instansiya məhkəməsi sözügedən qətnaməni düzgün qəbul etməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 vəkili X25 apelyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o mübahisəli evə gəlin köçmüş, 1999-cu ilədək həmin evdə yaşamışdır. Cavabdeh tərəflə aralarında mübahisə olduğundan 1999-cu ildən həmin evdən çıxmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli evin iddiaçı tərəfə heç bir aidiyyəti yoxdur. İddiaçılar 1990-cı ilin sonlarından həmin evdən çıxmışdır. Ev əvvəllər ulu babalarının adına olmuş, sonradan orada yaşayan şəxslərin razılığı ilə öz adlarına rəsmiləşdirmişlər. Cavabdeh sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-482/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçıların apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; ƏMDK yanında DƏDRX-nin Seriya RX ******* nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Sarı torpaq küçəsi, 17 nömrəli fərdi yaşayış evi 1/8 hissədə Cavabdeh, 1/8 hissədə X4, 1/8 hissədə X7, 1/8 hissədə X10, 1/8 hissədə X3, 1/8 hissədə Əhhməd Nurməmməd oğlunun, 1/8 hissədə İdris Nurməmməd oğlunun, 1/8 hissədə X5 xüsusi mülkiyyətindədir. Şəki Rayon Məhkəməsinin 2(075)-5150/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx xxxxx 1994-cü il tarixdə vəfat etmiş X7 Cavabdeh əmisi, xx xxxxxxx 1998-ci il tarixdə vəfat etmiş Babayeva(Nurməmmədova) Humayum Mahmud qızı və xx xxx 2007-ci il tarixdə vəfat etmiş Süleymanova (Nurməmmədova) Kətayum Mahmud qızının Cavabdeh bibisi olması faktı müəyyən edilmişdir. ƏMDK yanındaDƏDRX-nin Seriya RX ******* nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Sarı torpaq küçəsi, 17 nömrəli fərdi yaşayış evi 1/8 hissədə Əhməd Nurməmməd oğlunun, 1/8 hissədə İdris Nurməmməd oğlunun, 1/8 hissədə X1, 4/8 hissədə Cavabdeh və 1/8 hissədə X2 xüsusi mülkiyyətindədir. Şəki Rayon Məhkəməsinin 2(075)-302020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 11 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 194.8 m2 fərdi yaşayış evinin Cavabdeh məxsus 4/8 hissəsi yəni, «A» literli fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 28.7 m2 olan 2 saylı yaşayış otağı ilə sahəsi 29.0 m2 olan 3 saylı yaşayış otağı arasındakı mövcud keçid qapısı bağlanmaqla, sahəsi 22.2 m2 olan 12 saylı yardımçı tikili ilə sahəsi 16.4 m2 olan 13 saylı yardımçı tikili arasındakı arakəsmə üzərində keçid qapısı açılmaqla 3, 10, 11, 12, 13 saylı tikililər ayrılaraq Cavabdeh mülkiyyətinə verilməsi, həmin hissədən istifadə üçün həyət qapısı açılaraq Cavabdeh təhvil verilməsi,Cavabdeh ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsi ilə bağlı yaradılacaq hər hansı maneələrin İddiaçı3, İddiaçı1, X11 və X9 qadağan edilməsi, 50 (əlli) manat ekspertiza xərcinin İddiaçı3, İddiaçı1, X11 və X8 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında sözügedən evdən istifadə ilə bağlı hüquq münasibətləri 1999-cu ilədək yarandığından onlar arasındakı mübahisəyə Mənzil Məcəlləsinin (1982-ci il redaksiyalı) normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2. maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil Məcəllənin (xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş) 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanma köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 87-ci maddəsinə (1982-ci il tarixli redaksiyada) əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və onunailə üzvləri müəyyən edilmiş 6 ay müddətdən artıq başqa yerə getdikdə yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilə bilər. Həmin Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Beləliklə məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən olundu ki, iddiaçılar 1999-cu ilədək ünvan 2 ünvanında yaşasalar da, yəni 1999-cu il tarixədək sözügedən yaşayış sahəsinin keçmiş sаkini olsalar da, sonradan daimi yaşamaq üçün köçüb bаşqа yerə getmiş və həmin vaxtdan hazıradək ünvan 12 ünvanda yaşamışlar. Beləliklə müəyyən olunur ki, iddiaçılarınn yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğunа görə оnlar yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını cavabdehin evindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində deyildir. Bundan əlavə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaşıların daimi olaraq mübahisəli yaşayış sahəsindən çıxb getməsi və istədiyi vaxt formal olaraq həmin evə qayıtmaq istəyi yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdehin mülkiyyətçi kimi mülkiyyət hüquqlarının pozulmasına və sonuncunun mülkiyyət hüququnun “qeyri-sabit və şərti xarakterli” olmasına, eləcə də cаvаbdehin «nаrаhаt» оlmаsı üçün əsаs olan amillərdəndir və sonuncunun yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi də qəbul edilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğundan və o, yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını cavabdehin evindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində olmadığından, habelə cavabdehin ailə üzvü hesab edilmədiyindən onların cavabdehə məxsus yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və köçürülməsi barədə tələbi əsassızdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinin təmin olunmamasında birinci instansiya məhkəməsinin mövqeyi düzgündür. Məhkəmə kоllegiyаsı həmçinin hesаb edir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğvi üçün əsаs оlа bilməz, ona görə ki, iddiаçıların 1999-cu il tarixdən daimi olaraq yaşamaq üçün başqa ünvana köçməsi və ailəvi şəkildə orada yaşaması və cavabdehlə uzun müddət birgə təsərrüfat idarə etməməsi onların daimi olaraq yaşayış yerini tərk etməsi anlamına gəlməklə yanaşı bilаvаsitə hazırda yaşadığı ünvan 12 yaşayış sahəsi ilə əlаqəli оlduğunа və оrаdа yаşаdığınа dəlаlət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-482/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1397/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1397/2020
11.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver