Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1398/2020 01.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Maraqlı şəxs nümayəndəsi X1 və Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının təsdiq edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-722/2020 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum övladı xx.xx.1984-cü il tarixdə doğulmuş X3 xx.xx.1993-cü il tarixdə ölməsi haqqında ölüm şəhadətnaməsinin verilməsi üçün cavabdeh tərəfə qarşı qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxx 2020-ci il tarixli, 2(075)- 722/2020 nömrəli qərardadı ilə Ərizəçi mərhum övladı xx.xx.1984-cü il tarixdə doğulmuş X3 xx.xx.1993-cü il tarixdə ölməsi haqqında ölüm şəhadətnaməsinin verilməsi üçün cavabdeh tərəfə qarşı qərar çıxarılması tələbinə dair ərizəsinin icraata qəbulundan imtina olunması qərara alınmışdır. Ərizəçi qərardaddan narazı qalaraq şikayət vermiş və şikayəti onunla əsaslandırılmışdır ki, imtina əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Övladının ölüm faktının təsdiqlənərək şəhadətnamənin verilməsi ona 3 uşaqlı ana kimi sosial müavinət almaq hüququ verəcəkdir. Övladı X3 xx.xx.1984-cü il tarixdə anadan olması barədə Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixli 05/Q-196/70 №-li arayış verilmişdir. Lakin, övladı vəfat etdikdə səhlənkarlıq nəticəsində ölüm haqqında şəhadətnamə alınmamışdır. Bu barədə Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixli 05/Q-278/70 №-li və Şəki rayon X4 kənd həkim məntəqəsi tərlindən xx.xx.2020-ci il tarixli 122№-li arayış alınmışdır. Lakin, Şəki Rayon Məhkəsi tərəfindən bu arayışlar nəzərə alınmamışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-722/2020 nömrəli qərardadının ləğv edilməsi və ərizənin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-722/2020 nömrəli qərardadı ilə Şəki Rаyоn Məhkəməsinin 2(075)-722/2020 nömrəli, xx xxx 2020-ci il tаrixli qərаrdаdındаn Ərizəçi tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndəsi X2 izahat verərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-722/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.1-ci bəndində göstərilmişdir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.2-ci bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ərizəçi bundan əvvəl də eyni tələblə, eyni formada məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-370/2020 saylı qərardadı ilə ərizəsi geri qaytarılmışdır. Həmin qərardadda ərizədə olan nöqsanlar ərizəçinin nəzərinə çatdırılmış və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ ərizəçiyə izah edilmişdir. Bundan sonra Ərizəçi təkrarən eyni tələblə, eyni formada məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-635/2020 saylı qərardadı ilə ərizəsi geri qaytarılmışdır. Həmin qərardadda ərizədə olan nöqsanlar ərizəçinin nəzərinə çatdırılmış və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ ərizəçiyə izah edilmişdir. Göründüyü kimi ərizəçi ərizəsində X3 “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müvafiq tibb müəssisəsinə müraciət etmiş, lakin həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmiş, yalnız ərizəsinə Şəki rayonu, Kiş kənd icra nümayəndəliyi tərəfindən məhkəməyə təqdim etmək üçün verilmiş arayışı əlavə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın mahiyyətindən belə başa düşülür ki, ərizəçi ilk öncə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müvafiq tibb müəssisəsinə müraciət etməli, həmin müəssisədən ərizəçiyə imtina barədə məktub verilməli və bundan sonra isə ərizəçi mahiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Beləliklə də ərizəçi tərəfindən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 149-cu mаddəsinin tələbinə əməl edilməmişdir. Belə olan halda ərizə geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ ərizəçiyə izah edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-722/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-722/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1398/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1398/2020
01.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver