Məhkəmə qərarları › İş №2(107)-1404/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1404/2023

21.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1404/2023 21.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Göyçay Rayonu Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(046)- 97/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon DNK tərəfindən təsdiqlənmiş 16 sentyabr 2019-cu il tarixli 3M-274 nömrəli icarə müqaviləsinə əsasən icarəsində olan Göyçay rayon Mallı-Şıxlı kəndində yerləşən 2.4 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X1 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(046)-97/2022 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş, Göyçay rayonu MallıŞıxlı kəndində yerləşən Göyçay rayon DNK tərəfindən təsdiqlənmiş 16 sentyabr 2019-cu il tarixli 3M-274 nömrəli icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan 2.4 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X1 çıxarılması, qeyd edilən torpaq sahəsinin boşaldılması, iş üzrə ekspertiza xərci olan 100 manatın cavabdehlərdən müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ34CTRE**********000208 8501 nömrəli hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-180/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş., iş üzrə Göyçay Rayonu Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(046)-97/2022 saylı qətnaməsinin dəyişdirilmədən sаxlаnılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Alı Məhkəməsinin 2(102)-3809/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-180/2023 nömrəli, 6 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İşə аpellyаsiyа qаydаsındа bаxılаrkən məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Vəkil3 iddiaçının iddiadan imtina edilməsi ilə bağlı ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 məhkəmə kollegiyasına ərizə təqdim edərək iddiaçının iddiadan imtina etməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iddiaçının iddiadan imtina barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, imtina qəbul edilməlidir. Belə ki, MPM-in 47-ci və 52.1. maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. MPM-in 191.1. maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2. maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-in 52.5. maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-in 370.1. maddəsinə görə, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-in 370.2. maddəsinə görə, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 261.0.4. maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. MPM-in 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həl edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barəsində ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Mülki işin materiallarından görünür ki, İddiaçı iddia tələbindən imtina etməsi tərəflərin hüquq və maraqlarına toxunmur. Belə ki, cavabdeh tərəf kollegiyanın iclasında izahat verərək bildirdi ki, onlar aralarında yaranmış mübahisəni məhkəmədən kənar şəkildə barışaraq həll etmişlər. Belə vəziyyətdə məhkəmə kollegiyası hazırkı iş üzrə İddiaçı iddiаdan imtina etməsinə dаir ərizəsini nəzərə alaraq mülki işin icraatına xitam verilməsini mümkün hesab edir. Ona görə də Göyçay Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(046)-97/2022 saylı qətnаməsi ləğv edilib, işin icrааtınа xitаm verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və MPM-in 52, 191, 370, 391 və 400, 402.2.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı iddiadan imtinası qəbul edilsin. Göyçay Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(046)-97/2022 saylı qətnaməsi ləğv edilsin və mülki işin icraatına xitam verilsin. Qərаrdаddаn surəti rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilər. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar