Məhkəmə qərarları › İş №2(107)-1433/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1433/2020

02.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1433/2020 02.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin naturada ayrılaraq verilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(075)-97/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(075)-97/2020 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) İddiaçı ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən ona düşən 1/3 hissənin naturada ayrılaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməmiş, 50 (əlli) manat ekspertiza xərcinin İddiaçı alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi, 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********06-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan ünvan 1A ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin inşa etdikləri və faktiki istifadələrində olan tikililərin yerləşməsinə uyğun olaraq bölünməsi və payların naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində ona düşən 1/3 hissənin naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,06 ha həyətyanı torpaq sahəsi xx.xx.2019-cu il tarixli **********06-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən hər birinə 1/3 hissə olmaqla əmisi Cavabdeh1, bibisi Cavabdeh2 və onun ümumi paylı mülkiyyətlərindədir. Sözügedən fərdi yaşayış evində bibisi Şirnova Yeganə Şövkət qızı yaşayır, ev onun faktiki istifadəsindədir. Buna nə onun, nə də ki, cavabdehlərin heç bir etirazları və narazılıqları yoxdur. 0.06 ha həyətyanı torpaq sahəsində həm cavabdehlər, həm də onlar özləri üçün ayrı-ayrı tikililər inşa etdirmişlər. Həmin tikililər onların faktiki istifadələrindədir və onlar orada yaşayırlar. xx.xx.2019-cu il tarixdə aralarındaki razılaşmaya əsasən mütəxəssis tərəfindən ünvan 1 ünvanındaki **********06-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin faktiki bölgü sxemi tərtib edilmişdir. Həmin bölgü sxemi həyətyanı torpaq sahəsinin tərəflərindən inşa edilmiş və faktiki sahibliklərində olan tikililərin yerləşdiyi hissələrə uyğun tərtib edilmişdir. Belə ki, bölgü sxeminə əsasən Cavabdeh2 düşən hissə ümumi sahəsi 43,1 kv/m olan ev və həmin evin yerləşdiyi hissəyə uyğun 200 kv m torpaq sahəsi, Cavabdeh1 düşən hissə onun tərəfindən inşa edilmiş və faktiki istifadəsində olan C və F tikililərin yerləşdiyi hissəyə uyğun 200 kv/m torpaq sahəsi və ona düşən hissə tərəfindən inşa edilmiş və faktiki istifadəsində olan B və D tikililərin yerləşdiyi hissəyə uyğun 200 kv/m torpaq sahəsidir. Lakin sonradan cavabdehlər bölgü sxeminin notarial təsdiqlənməsinə etiraz etmiş və bundan sonra ümumi əmlakın bölünməsi və ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddianı müdafiə edir və qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh1 izahat verərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixli **********06-10301 reyestr nömrəli çıxarışa əsasən Şəki şəhəri, Bağbanlar küçəsi, 85 ünvanında yerləşən fərdi yaşayış evi 1/3 hissədə onun, 1/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh2 xüsusi mülkiyyətindədir. 0.06 ha həyətyanı torpaq sahəsində həm onlar, həm də iddiaçı üçün ayrı-ayrı tikililər inşa etdirilmişdir. Həmin tikililər onların faktiki istifadələrindədir və onlar orada yaşayırlar. xx.xx.2019-cu il tarixdə aralarındaki razılaşmaya əsasən mütəxəssis tərəfindən ünvan 1 ünvanındaki **********06- 10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin faktiki bölgü sxemi tərtib edilmişdir. Həmin bölgü sxemi həyətyanı torpaq sahəsinin tərəflərindən inşa edilmiş və faktiki sahibliklərində olan tikililərin yerləşdiyi hissələrə uyğun tərtib edilmişdir. Onun ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində iddiaçıya düşən 1/3 hissənin naturada ayrılaraq ona verilməsinə etirazı yoxdur. Bildirdi ki, əksinə iddiaçı onlarla razılığa gəlməmiş və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh2 da digər Cavabdeh1 ilə eyni məzmunda izahat verərək qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hazırkı mülki işə baxan məhkəmə iddiamın təmin olunmamasını qət edərkən işin hallarını düzgün müəyyən elməmiş, hansı halları nəzərə almasını əsaslandırmamışdır. Məhkəmə qətnaməsində göstərilmiş nəticələr işin faktiki hallarına uyğun qeyil. Birinci instansiya məhkəməsi iddiaya münasibətdə qətnamə qəbul edərkən tərəflərin qarşılıqlı münasibətlərinə və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın əsaslandırmalıdır. İşə baxan birinci instansiya məhkəməsi qeyd olunan və digər bu kimi hallara hüquqi qiymət vermədən formal mülahizələrə əsaslanaraq iddianı rədd etmişdir. Rayon Məhkəməsi yaxın qohumluq münasibətində olan tərəf olaraq onların mübahisəli torpaq sahələrinin bölünməsi və ya onlardan payların naturada ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmələri istiqamətində kifayət qədər araşdırma aparmamış, hazırkı məhkəmə icraatı üzrə həqiqətin müəyyən edilməsi üçün onların prosesual hüquqlarının həyata keçməsinə kömək göstərməmişdir. Əksinə cavabdehlər tərəfindən çıxış edən məhkəmə iddiaçı olaraq ona tələbin dəqiqləşdirilməsi barədə və Səki şəhəri, Bağbanlar küçəsi ev 85 (yeni qaydalarla: Şəki şəhəri. Bağbanlar küçəsi 421) saylı fərdi yaşayış evinin 10 hissədə onun xüsusi mülkiyyətində olan hissədən imtina etməyi barədə ərizə yazdıraraq işə əlavə etməklə fərdi yaşayış evinə olan mülkiyyət hüququndan məhrum olmasına şərait yaratmışlar. Ona görə də, apelyasiya şikayətini təmin edərək. Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(075)-97/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və iddiaçının vəkili X2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(075)-97/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(075)-97/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1, Yeni qaydalarla: Şəki şəhəri, Bağbanlar küçəsi, 421 saylı fərdi yaşayış evi Şirinov Şövkət Şirin oğlunun xüsusi mülkiyyətindədir. İşdə olan xx xxx 2019-cu il tarixli qanuna üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusinotariusu X3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2015-ci il tarixdə ölmüş Şirinov Şövkət Şirin oğlunun vərəsəsi Cavabdeh2, İddiaçı və Cavabdeh1 olmaqla miras əmlakdan hər biri 1/3 hissədə bərabər pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2019-cu tarixdə Şirinov Şövkət Şirin oğluna verilmiş **********06-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1, yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 43.1 kv/m olan daşınmaz əmlak mərhum Şirinov Şövkət Şirin oğluna məxsus fərdi yaşayış evi və torpaq sasindən ibarətdir. İşdə olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********06-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1, Yeni qaydalarla: Şəki şəhəri, Bağbanlar küçəsi, 421 saylı fərdi yaşayış evi 1/3 hissədə İddiaçı, 1/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh2 xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 31903 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi H.Aydəmirovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********06-10301 çıxarışa əsasən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin naturada bölünərək 1/3 payın (hissəsinin) İddiaçı verilməsi torpaq sahəsi üzərindəki əsas və köməkçi tikililərin bölündükdən sonra və bu barədə təsdiqlənmiş bölgü sxemi təqdim olunduğu halda iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsinin naturada bölünməsi mümkündür. Ekpertiza xərcinin dəyəri 50 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2 və 220.3-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində ona düşən 1/3 hissənin naturada ayrılaraq ona verilməsini xahiş etsə də, məhkəmə tikinti-texniki ekspertizasının rəyindən də göründüyü kimi İddiaçı, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin naturada bölünərək 1/3 payın (hissəsinin) İddiaçı verilməsi torpaq sahəsi üzərindəki əsas və köməkçi tikililərin bölündükdən sonra və bu barədə təsdiqlənmiş bölgü sxemi təqdim olunduğu halda iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsinin naturada bölünməsi mümkün olması göstərilmişdir. Məhkəmə iclasında iddiaçıya eyni zamanda qeyd edilən torpaq sahəsi üzərindəki əsas və köməkçi tikililərin bölünməsi təklif edilsə də iddiaçı bununla razılaşmamış və iddia tələbini müdafiə edərək yalnız ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən ona düşən 1/3 hissənin naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Buna görə də ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində 1/3 hissənin naturada ayrılaraq İddiaçı verilməsini məhkəmə qanuni və ədalətli hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində ona düşən 1/3 hissənin naturada ayrılaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. 50 (əlli) manat ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. İddia təmin edilmədiyindən iddiaçının dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(075)-97/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(075)-97/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar