Məhkəmə qərarları › İş №2(107)-1488/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1488/2020

26.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1488/2020 26.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh Balakən rayon X5 hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Balakən rayon X5 hüquqi şəxsə qarşı işdən azad olunmanın qanunsuz hesab edilməsi, işə bərpa və sair tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-298/2020 nömrəli qətnaməsindən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-298/2020 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin olunmamışdır. İşin halları İddiaçı cavabdeh Balakən rayon X5 hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh Balakən rayon X5 hüquqi şəxsi tərəfindən işdən azad olunmasının qanunsuz hesab edilərək əvvəlki işə yeri olan Balakən rayon X3 Poliklinika şöbəsinin sahə tibb bacısı vəzifəsinə bərpa edilməsi, onun qanunsuz olaraq işləməkdən məhrum etmiş bütün vaxt üçün xx xxxxx 2018-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının Balakən rayon X5 hüquqi şəxsindən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 2001-ci ildə Bakı şəhərindəki “Loğman” tibb məktəbinin mama-ginekoloq ixtisası üzrə bitirmişdir. xx xxxxxx 2001-ci ildə Balakən rayon X1 poliklinika şöbəsinin sahə tibb bacısı vəzifəsinə təyin olunmuşdur. Onun işə başladığı illərdə əmək haqqı aşağı olduğundan həmin işə qəbulla bağlı hec bir problem yox idi. Sonraki illərdə əmək haqqı artdıqdan sonra tibb bacısı işləmək istəyənlər və rəhbərliyə müraciətlər artırmağa başlamışdır. Müntəzəm təqib olunmağa başlamışdır. Azyaşlı uşağının olmasına baxmayaraq qanunda nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etməsinə mane olur, onun fəaliyyətini xüsusi nəzarətdə saxlayırdılar. Müxtəlif bəhanələrlə onu peşəsinə aid olmayan işlərə cəlb etmək istəmişlər. Məsələn, həyət süpürmək, həkimə cay vermək, şirniyyat arxasınca göndərmək. İddiaçı belə işlərə cəlb edilməsinə etiraz etmiş və bir necə dəfə hətta icra etməkdən imtina etmişdir. Otaq və iş yoldaşları olan həkimlər onun o zaman güya intizamsızlıq etdiyi barədə akt tərtib edərək, sabiq baş həkimə və hal-hazırda poliklinika şöbəsinin müdiri işləyən Əhmədova vermişlər. Poliklinika müdiri isə bunu əsas gətirərək, baş həkim işləyən Uluxanova təqdimat yazmış, o, isə iddiaçının işdən azad olmağı üçün xəstaxananın o dövrdə həmkarlar ittifaqının komitəsinin sədrinə müraciət göndərmişdir. Həmin müraciətə baxılmaq ərəfəsində baş həkim qəzaya uğrayaraq həlak olmuşdur. Onun yerinə təyin olunmuş həkim H.Nuriyevə bu barədə məlumat vermiş, o isə həmkarlar komitəsinin sədri B.Doldolovu yanına çağırmış və təqdimatı və qərarı ləğv etməyi və onu incitməməyi ona və Əhmədova tapşırmışdır. Bundan narazı qalan Əhmədov iddiaçını təqib etməyi davam etdirmişdir. Əvvəlcə onun okladı 100% olimuş, təqib edilərək onun okladını poliklinika müdiri Əhmədov 0,75 oklada endirmişdir. İddiaçını özünün xəbəri olmadan sahə tibb bacısı işinə keçirmişdir, halbuki o, işə qəbul olunanda konsultativ poliklinika şöbəsinə tibb bacısı qəbul olunmuşdur. Poliklinikanın müduri Əhmədov “ona, səni burdan qovmasam, ağ xalatdan birdəfəlik imtina edəcəyəm” deyə iddiaçını hədələmişdir. Lakin sabiq baş həkim Nuriyev belə qanunsuz hərəkətlərə yol vermədiyinə görə məqsədinə nail ola bilməmişdir. Yəni ki, Nuriyev işdən azad olunduqdan və Dilbər Quliyeva Baş həkim təyin olunduqdan sonra təqibi yenidən davam etdirməyə başlamış, fürsət axtarmışlar ki, iddiaçını işdən çıxartsınlar. Belə ki, Səhiyyə Nazirliyi bütün tibb işçilərinin sertifıkasiyadan keçirilməsi barədə əmr vermiş və əmrin icrasına başlanılmışdır. Əhmədov və baş həkimin birgə planına əsasən ilkin olaraq imtahana iddiaçını göndərmiş və bunu məqsədli şəkildə etmişlər. Həmin ərəfədə iddiaçının kiçik qardaşını elektrik cərəyanı vuraraq faciəli şəkildə ölmüşdür. O, ailədə yeganə oğlan və ən kiçiyi olmuşdur. Bütün ailə üzvləri, o cümlədən iddiaçı da şoka düşmüş, həyacanlı olmuş, indi də özünə gəlməmişdir. İmtahana hazirlaşa bilməmişdir. Sertifıkasiyadan kecə bilməmişdir. İmtahandan bal toplaya bilmədiyinə görə kadrlar şöbəsi iddiaçını çağırıb, Səhiyyə Nazirliyindən əmr gəldiyini bildirərək, ona “Sənə yaxşı yol” demiş və ona işdən çıxma əmri yazılmamış vəziyyətdə (yalniz daxil olma əmri yazılmış) əmək kitabçasını vermişdir. Sonradan bütün bunların düzulub-qoşuluduğunu zənn etmiş və araşdırmaq qərarına gəlmişdir. Məlum olmuşdur ki, sertifıkasiya imtahanı bilikləri artırmaq məqsədi ilə keçirilir. Belə ki, tibb işçilərindən ondan başqa hec kim işdən azad olunmamışdır. Əmək kitabçasını və işdən çıxarıldığını yazılmasını tələb etmişdir. Məlum olmuşdur ki, əmrdə onun öz ərizəsinə əsasən işdən çıxarıldığını yazmışlar. İşlədiyi müddət ərzində o, heç bir töhmət, xəbərdarlıq və.s almamışdır. Öz işinin öhdəsindən layiqincə gəlmişdir. xx.xx.2018-ci ildə iddiaçıya bildirmişlər ki, sertifıkasiyadan keçmədiyinə görə işdən azad olunur. Həmin vaxt iddiaçıya əmək kitabçasını vermişlər. O, bundan hirslənmiş, ağlamış və evə gəlmişdir. 2020-ci ilin yanvar ayının 19-da iddiaçı əmək kitabçasını alıb baxdıqda görmüşdür ki, onun işdən azad olunmasına dair əmək kitabçasında heç bir qeyd yoxdur. İddiaçı cavabdeh Balakən rayon Mərkəzi Xəstəxanasına gəlmiş, kadrlar şöbəsində əmək kitabçasında qeydlərin olmadığını və onun işdən azad olunmağı barədə əmrin surətini istəmişdir. Kadrlar şöbəsi onun əmrinin kserosurətini cıxarıb, ona vermişlər. Əmrin surətində qeyd olunmuşdur ki, “S.E. Bayramovanın vəzifədən azad etmə” Balakən rayon X2 Poliklinika şöbəsinin sahə tibb bacısı İddiaçı ilə bağlanmış 67 N-li əmək müqaviləsinə xx.xx.2018-ci il tarixində xitam verilsin. İddiaçı son haqqhesab əmək kitabçası və həmin əmrin surəti ƏM-nin 83-cu maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş gunu verilsin. Əsas: İddiaçınm ərizəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən peşəkarlıq səviyyəsinin ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə. Həmin əmrin üzərində iddiaçıya verildiyi günün tarixi qeyd olunmamışdır. Bundan əlavə, əmrdə qeyd olunur ki, “İddiaçınm ərizəsinə görə:” İddiaçı heç bir ərizə yazmamış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində göstərilən əmək vəzifələrinin kobud şəkildə pozulmasını halları onda olmamışdır. Əmək kitabçasında qeyd olunur ki, tutduğu vəzifəsindən azad edilib, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən. Lakin əmrdə isə qeyd olunur ki, “peşəkarlıq səviyəsinin ixtisasının” (peşəsinin) kifayət dərəcədə olmadığına görə. Lakin səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərar ona təqdim olunmamışdır. Balakən rayon Mərkəzi Xəstaxanasından alınmış sənədlərdən xəstaxananın baş həkimi Dilbər Quliyevadan alınmış mühürü olmayan məktubdan görünür ki, “Nəzərinizə çatdırırıq ki, xx.xx.2017 tarixində “Tibb bacısı” ixtisası üzrə test imtahanı keçirilib. Sizin rəhbərlik etdiyiniz müəssisədə çalışan Tibb bacısı İddiaçı 15 bal toplamış və keçid balının 40 (test tapşırıqları hissəsi üzrə) olduğunu nəzərə alaraq onun topladığı bal sayı qeyri-məqbul hesab edilmişdir. Bu səbəbdən İddiaçı sertifıkasiyadan keçməyən işçi hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən sertifıkasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Qeyd olunanları nəzərə alaraq İddiaçı 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək, təkrar sertifıkasiya olunmaq üçün Sertifıkasiya şöbəsinə müraciət etməlidir”. İddiaçının azyaşlı uşağı X9 xx xxxx 2014-cu ildə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətini iddia ərizəsinə əlavə edir. İddiaçı azyaşlı uşağı 3 yaşı tamam olana kimi sosial məzunyyətdə olmuşdur. Lakin cavabdeh Balakən rayon X6 hüquqi şəxs 3 il tamam olmadan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışmağını nəzərə almadan sertifıkasiyaya göndərmişlər. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1 -ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, “Hamilə qadınların, uşağının üç yaşmadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətə müvafiq vəzifədə (peşədə) çalışan qadınların sertifıkasiyası keçirilmir. İddiaçı xx.xx.2001-ci ildən başlayaraq xx.xx.2018-ci ilə kimi işləmişdir. İddiaçı bu illər ərzində xeyli təcrübə də toplamışdır. Ona görə də cavabdeh tərəfindən təmsil etdiyi şəxsin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad olunması barədə verilmiş əmr qanunsuzdur. Buna görə də iddiaçı işə bərpa və qanunsuz olaraq işləmədən məhrum olunmağı nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Balakən rayon X5 hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı xx xxxxxx 2001-ci il tarixdə Balakən rayon Mərkəzi Xəstəxanasının tibb bacısı vəzifəsinə qəbul olunmuşdur. X7 ilə olan nikahlarından xx xxxx 2014-cü il tarixdə X9 adında bir uşaqları olmuşdur. İddiaçı xx xxxxxxx 2014-cü il tarixdə Balakən rayon Mərkəzi Xəstəxanasına ərizə ilə müraciət edərək qismən ödənişli sosial məzuniyyətin verilməsini xahiş etmişdir. Balakən rayon Mərkəzi Xəstəxanasının xx xxxxxxx 2014-cü il tarixli, 1210 saylı əmri ilə İddiaçı xx xxxxxxx 2014-cü il tarixdən xx xxxxx 2015-ci il tarixədək qismən ödənişli sosial məzuniyyət verilmişdir. İddiaçı xx xxx 2015-ci il tarixdə Balakən rayon Mərkəzi Xəstəxanasına ərizə ilə müraciət edərək, qismən ödənişli sosial məzuniyyətin müddətinin xx xxxx 2016-cı il tarixədək uzadılmasını xahiş etmişdir. Balakən rayon Mərkəzi Xəstəxanasının xx xxx 2015-ci il tarixli, 526 saylı əmri ilə İddiaçı xx xxx 2015-ci il tarixdən xx xxxx 2016-cı il tarixədək qismən ödənişli sosial məzuniyyət verilmişdir. İddiaçı ərizə ilə xəstəxana rəhbərliyinə müraciət edərək, xx xxxx 2016-cı il tarixdən işə qayıtmaq istədiyini bildirmişdir. Balakən rayon Mərkəzi Xəstəxanasının xx xxxx 2016-cı il tarixli, 450 saylı əmri ilə İddiaçı xx xxxx 2016-cı il tarixdən işdə hesab edilmişdir. Qanunvericiliyə görə Balakən rayon Mərkəzi Xəstəxanasının işçiləri sertifikasiyaya cəlb olunmuşlar. Balakən Rayon Mərkəzi Xəstəxanasının tibb bacısı İddiaçı xx.xx.2017-ci il tarixində tibb bacısı işi ixtisası üzrə sertifikasiya imtahanından test tapşırıqları üzrə 15 (keçid bal 40), klinik tapşırıqlar üzrə isə 13 (keçid bal 16) bal toplayaraq imtahandan keçməmişdir. Qaydalara əsasən İddiaçı təkrar təkmilləşdirmə kursu keçərək, xx.xx.2018-ci il tarixində ikinci dəfə imtahana cəlb edilmiş və imtahanın nəticələrinə görə test tapşırıqları üzrə 08 (keçid bal 40), kliniki tapşırıqlar üzrə isə 01 (keçid bal 16) bal toplayaraq, imtahandan keçməmişdir. İddiaçı sertifikasiyadan keçmədiyinə görə Balakən Rayon Mərkəzi Xəstəxanasının Baş həkiminin xx xxxxx 2018-ci il tarixli, 228-K nömrəli əmri ilə onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. İddia ərizəsində göstərilənləri əsassız hesab edir. İddiaçı heç vaxt iş kollektivi arasında ayrı-seçkiliyə məruz qalmamışdır. Qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqdan sonra ona sertifikasiyadan keçməsi barədə məlumat verilmiş, işə başladıqdan təxminən bir il beş ay sonra sertifikasiya imtahanlarına cəlb olunmuşdur. İşdən çıxarılarkən ona əmrin surəti verilmiş, hansı əsasla işdən azad olunması ona izah olunmuşdur. İddiaçı iddia ərizəsində də bunları qeyd etmiş, xx xxxxx 2018-ci ildə əmrini və əmək kitabçasını aldığını bildirmiş, lakin 2020-ci ilin yanvar ayının 19-da əmək kitabçasına baxarkən orada işdən çıxma barədə qeydin olmadığını bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında eyni zamanda cavabdeh Balakən rayon X5 hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil2 İddiaçı işdən çıxma barədə əmrin verildiyi vaxtdan bir il on ay sonra iddia qaldırdığını, iddia vermək üçün iddia müddətini ötürdüyündən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və iddia müddətinin tətbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikаyəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişlər ki, həmin gətnamədən narazıdırlar. Qətnamə bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış həmçinin məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir. Belə ki, məhkəmə hələ onun işlədiyi dövrdə Balakən rayon X6 hüquqi şəxsin ona qarşı qərəzli mövqeyinin, onu işdən çıxartmaq məqsədi ilə cəhdlər göstərdiyini, dəfələrlə müxtəlif bəhanələrlə onu işdən kənarlaşdırmaq istədiklərini nəzərə almamışdır. Məhkəmə ona, onun işdən azad olunmağı barədə əmrin və əmək kitabçasının xx.xx.2020-ci il tarixdə verilməsini əmək kitabçasının üzərində olan möhürün üzərindəki “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Balakən rayon X6 Hüquqi Şəxs” sözlərinin yazıldığını, 2018-ci ildə isə, hələ X4 Hüquqi Şəxs olmadığını, yalnız 2020-ci ildən X13 kimi qeydə alındığını nəzərə almamışdır. Məhkəmənin qətnamədə göstərdikləri ilə razı deyil. İddia ərizəsində də geyd etmişdir ki, onun işdən azad olunmağı barədə əmr xx.xx.2020-ci il tarixdə əmək kitabçası isə heç bir qeyd və yazı olmadan 2018-ci ildə ona təqdim olunmuşdur. Əmək kitabçası xx.xx.2020-ci il tarixdə yazılmış və onun üzərindəki möhürdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Balakən rayon X6 Hüquqi şəxs sözləri yazılmışdır. Əgər Əmək kitabçası ona 2018-ci ildə verilmişdirsə onun üzərindəki möhürdə nə üçün X13 yazılmalı idi. Cünki Balakən rayonu Mərkəzi Xəstaxanası 2020-ci ildən X13 statusunu almışdır. Ona əmrin surəti, əmək kitabçası və istifadə edilməmiş əmək haqqı və digər ödəmələr sonuncu iş günündə verilməmişdir. Məhkəmə qətnaməsində buna hüquqi qiymət verilməmişdir. Məhkəmə həmçinin onun analıq məzuniyyətində olduqdan sonra 1 il ərzində sertifıkasiyadan keçirilməsi üçün imtahana buraxılmağının düzgün olmadığını, qanuna zidd olduğunu nəzərə almamışdır. Onun azyaşlı uşağı X9 xx.xx.2014-cü ildə anadan olmuş xx xxx 2015-ci il tarixdə xx xxxx 2016-ci il tarixdə dək qismən ödənişli məzuniyyət verilmiş, xx.xx.2017-ci il tarixdə o, sertifikasiyaya cəlb olunmuşdur. Məhkəmə onun qanunsuz olaraq sertifikasiyaya cəlb edilməyini də nəzərə almamışdır. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-298/2020 nömrəli qətnaməsini ləğv edib, iş üzrə iddianın təmin edilməsi barədə yeni gətnamə qəbul edilməsini xahiş edirlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Balakən rayon X5 hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)- 298/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-298/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Balakən rayon Mərkəzi Xəstəxanasının xx xxxxxx 2001-ci il tarixli, 119K saylı əmri ilə İddiaçı xx xxxxxx 2001-ci il tarixdə Balakən rayon Mərkəzi Xəstəxanasının tibb bacısı vəzifəsinə qəbul olunmuşdur. İşdə olan Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 329539 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2014-cü il tarixdə anadan olmuş, atası X8, anası isə İddiaçı göstərilmişdir. İşdə olan Balakən rayon Mərkəzi Xəstəxanasının xx xxxxxxx 2014-cü il tarixli, 1210 saylı əmri ilə İddiaçı xx xxxxxxx 2014-cü il tarixdən xx xxxxx 2015-ci il tarixədək qismən ödənişli sosial məzuniyyət verilmişdir. İşdə olan Balakən rayon Mərkəzi Xəstəxanasının xx xxx 2015-ci il tarixli, 526 saylı əmri ilə İddiaçı xx xxx 2015-ci il tarixdən xx xxxx 2016-cı il tarixədək qismən ödənişli sosial məzuniyyət verilmişdir. İşdə olan Balakən rayon Mərkəzi Xəstəxanasının xx xxxx 2016-cı il tarixli, 450 saylı əmri ilə İddiaçı qismən ödənişli sosial məzuniyyətdən qayıtması ilə əlaqədar xx xxxx 2016cı il tarixdən işdə hesab edilmişdir. İşdə olan Balakən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli, 228-K nömrəli əmrdən çıxarışda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının, peşəsinin kifayət dərəcədə olmadığına görə) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxx 2020-ci il tarixli, xx/xx-2416 nömrəli məktubundan görünür ki, Balakon Rayon Mərkəzi Xəstəxanasının tibb bacısı İddiaçı 28.11,2017-ci il tarixində tibb bacısı işi ixtisası üzrə sertifikasiya imtahanından test tapşırıqları üzrə 15 (keçid bal 40), klinik tapşırıqlar üzrə isə 13 (keçid bal 16) bal toplayaraq imtahandan keçməmişdir. Qaydalara əsasən İddiaçı təkrar təkmilləşdirmə kursu keçərək, xx.xx.2018-ci il tarixində ikinci dəfə imtahana cəlb edilmiş və imtahanın nəticələrinə görə test tapşırıqları üzrə 08 (keçid bal 40), kliniki tapşırıqlar üzrə isə 01 (keçid bal 16) bal toplayaraq, imtahandan keçməmişdir. Qanunvericiliyə uyğun olaraq Balakən Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin əmri ilə sertifikasiyadan keçməyən İddiaçı ilə bağlanan əmək müqaviləsinə xx.xx.2018-ci il tarixində xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağısda göstərilən maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1 və 375.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2 və 2-1-ci bəndlərinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.

3. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər.

4. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.

5. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsininişəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olaraq başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda, bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq, əmək müqaviləsinin ləğv edilməsi işə götürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı,qərarı) yalnız bu maddənin birinci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ-hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1 hissəsinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hisssində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1 və 375.2-ci maddələrinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti institutu miilki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxx 2001-ci il tarixdə Balakən rayon Mərkəzi Xəstəxanasının tibb bacısı vəzifəsinə qəbul olunmuşdur. X7 ilə olan nikahlarından xx xxxx 2014-cü il tarixdə X9 adında bir uşaqları olmuşdur. İddiaçı xx xxxxxxx 2014-cü il tarixdə Balakən rayon Mərkəzi Xəstəxanasına ərizə ilə müraciət edərək, qismən ödənişli sosial məzuniyyətin verilməsini xahiş etmiş, Balakən rayon Mərkəzi Xəstəxanasının xx xxxxxxx 2014-cü il tarixli, 1210 saylı əmri ilə İddiaçı xx xxxxxxx 2014-cü il tarixdən xx xxxxx 2015-ci il tarixədək qismən ödənişli sosial məzuniyyət verilmişdir. İddiaçı xx xxx 2015- ci il tarixdə Balakən rayon Mərkəzi Xəstəxanasına ərizə ilə müraciət edərək, qismən ödənişli sosial məzuniyyətin müddətinin xx xxxx 2016-cı il tarixədək uzadılmasını xahiş etmişdir. Balakən rayon Mərkəzi Xəstəxanasının xx xxx 2015-ci il tarixli, 526 saylı əmri ilə İddiaçı xx xxx 2015-ci il tarixdən xx xxxx 2016-cı il tarixədək qismən ödənişli sosial məzuniyyət verilmişdir. İddiaçı ərizə ilə xəstəxana rəhbərliyinə müraciət edərək, xx xxxx 2016-cı il tarixdən işə qayıtmaq istədiyini bildirmiş, Balakən rayon Mərkəzi Xəstəxanasının xx xxxx 2016-cı il tarixli, 450 saylı əmri ilə İddiaçı xx xxxx 2016-cı il tarixdən işdə hesab edilmişdir. Qanunvericiliyə görə Balakən rayon Mərkəzi Xəstəxanasının işçiləri sertifikasiyaya cəlb olunmuşlar. Balakən Rayon Mərkəzi Xəstəxanasının tibb bacısı İddiaçı xx.xx.2017-ci il tarixində tibb bacısı işi ixtisası üzrə sertifikasiya imtahanından test tapşırıqları üzrə 15 (keçid bal 40), klinik tapşırıqlar üzrə isə 13 (keçid bal 16) bal toplayaraq, imtahandan keçməmişdir. Qaydalara əsasən İddiaçı təkrar təkmilləşdirmə kursu keçərək, xx.xx.2018-ci il tarixində ikinci dəfə imtahana cəlb edilmiş və imtahanın nəticələrinə görə test tapşırıqları üzrə 08 (keçid bal 40), kliniki tapşırıqlar üzrə isə 01 (keçid bal 16) bal toplayaraq, imtahandan keçməmişdir. İddiaçı sertifikasiyadan keçmədiyinə görə Balakən Rayon Mərkəzi Xəstəxanasının Baş həkiminin xx xxxxx 2018-ci il tarixli, 228-K nömrəli əmri ilə onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqdan sonra sertifikasiyadan keçməsi barədə məlumat verilmiş, işə başladıqdan təxminən bir il beş ay sonra sertifikasiya imtahanlarına cəlb olunmuşdur. İşdən çıxarılarkən ona əmrin surəti verilmiş, hansı əsasla işdən azad olunması ona izah olunmuşdur. İddiaçı iddia ərizəsində də bunları qeyd etmiş, xx xxxxx 2018-ci ildə əmri və əmək kitabçasını aldığını bildirmiş, lakin 2020-ci ilin yanvar ayının 19-da əmək kitabçasına baxarkən orada işdən çıxma barədə qeydin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələrindən və prinsiplərindən bəhs edən həmin Məcəllənin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. İş materiallarından görünür ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələblərinə əməl edilmiş, iddiaçı qanununun tələblərinə əsasən tibb işçisi kimi peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilmiş və sertifikasiyadan keçmədiyinə görə Balakən Rayon Mərkəzi Xəstəxanasının Baş həkiminin xx xxxxx 2018-ci il tarixli, 228-K nömrəli əmri ilə onunla bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-cı maddəsinin «c» bəndinə əsasən xitam verilmişdir. İddiaçı sertifikasiyaya cəlb olunduğu vaxt uşağının üç yaşınadək sosial məzuniyyətdə olmamış, həmçinin həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan vəziyyətdə olmamışdır. İddiaçı sertifikasiyaya cəlb olunanda o, işçi kimi əmək funksiyalarını yerinə yetirmiş və o, işə başladıqdan təxminən bir il beş ay sonra sertifikasiyaya cəlb olunmuşdur. Həmçinin iddiaçı işdən azad olunarkən ona qarşı Əmək Məcəlləsinin digər tələblərinə, bu Məcəllənin 83 və 84-cü maddələrinin tələblərinə də əmələ edilmişdir. İddiaçı iddia ərizəsində yuxarıda qeyd edilən qanunun normalarını sadalasa da, iddia müddətini ötürməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı iddia müddətinin bərpa edilməsi barədə məhkəməyə vəsatət verməmişdir. Halbuki, iddiaçı iddia ərizəsində xx xxxxx 2018-ci ildə sertifıkasiyadan keçmədiyinə görə işdən azad olunması, ona əmək kitabçasının həmin vaxt verilməsini etiraf elmişdir. 1 il 09 ay sonra İddiaçı mübahisənin məhkəmədə mıibahisələndirilməsi üçün Balakən rayon Mərkəzi Xəstəxanasına müraciət edərək xx xxxxx 2018-ci il tarixli, 228-K nömrəli əmrinin surətini tələb etmişdir. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin İİ hissəsində göstərilən hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququnu öz təqsiri üzündən ötürmüşdür. Eyni zamanda əmrin düzgün rəsmləşdirilməməsi, yəni əmrdə texniki səhv olaraq İddiaçı ərizəsi sözünün yazılması ilə bağlı iddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, göstərilən hallar əmrin ləğv edilməsi üçün əsas ola bilməz. İşdən azad olunma barədə verilmiş əmrin əsasını iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının, peşəsinin kifayət dərəcədə olmadığına görə) işdə azad olunmasıdır ki, əmrdə texniki səhvin olması hazırkı işin düzgün həll olunması baxımından əhəmiyyətli deyildir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, İddiaçı analıq məzuniyyətindən qayıtdıqdan bir il beş ay sonra sertifikasiya imtahanlarına cəlb olunmasını, sertifikasiya imtahanından təkrarən keçə bilməməsini, buna görə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilməsini, işdən çıxma barədə əmrin surətini aldıqdan bir il doqquz ay sonra məhkəmədə əmri mübahisələndirməsini, iddia müddətinin bərpası ilə bağlı məhkəməyə vəsatət verməməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq, hesab etmişdir ki, İddiaçı cavabdeh Balakən rayon X5 hüquqi şəxsə qarşı Balakən rayon Mərkəzi Xəstəxanasının xx xxxxx 2018-ci il tarixli, 228- K nömrəli əmrinin ləğv edilməsi, əvvəlki iş yeri olan Balakən rayon X3 Poliklinika şöbəsinin sahə tibb bacısı vəzifəsinə bərpa edilməsi, xx xxxxx 2018- ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının Balakən rayon X5 hüquqi şəxsindən tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının və onun nümayəndəsinin (vəkilinin) apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı və onun nümayəndəsi (vəkili) də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, apelyasiya şikayətində qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırıldığından və qiymətləndirildiyindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəməkollegiyаsıiş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-298/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-298/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar