Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-154/2023 31.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı5, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızının cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh4 qarşı (açar sözlər: Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr – “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiаçılаr İddiaçı1 və İddiaçı4 оğlunun, Cavabdeh - X22 оğlu və оnun numаyəndəsi (vəkili) Rəcəbоv Səbuhi Tаpdıq оğlu iştiraklаrı ilə, İddiaçılar İddiaçı5, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızının cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Dаşınmаz Əmlаkın Dövlət Kаdаstrı və Reyestri publik hüquqi şəxsin 12 sаylı Şəki Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(075)-262/2022 saylı qətnaməsindən cavabdeh X12 və onun etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları
1. Hazırkı məhkəmə mübahisəsi İddiaçı5, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı (bundan sonra-iddiaçılar) Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra- cavabdehlər) arasında torpaq sahəsinin alqısatqısi ilə bağlı müqavilələrinin etibarlı olub-olub olmaması və etibarsızlığı halında çıxarışların ləğv edilməsi əlaqədardır.
2. Şəki rayonu Aqrar islahat Komissıyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə X15, X8, İddiaçı5, X9, X13, İddiaçı4 İsrail oğlunun və X10 ümumi birgə mülkiyyətinə Şəki rayonu Cunud kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2,43 ha torpaq sahəsi aynimış və bununla bağlı kod: 40409028, JN- 190 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir.
3. X28 2003-cü il tarixdə, X16 isə xx.xx.2020-ci il tarixdə vəfat ediblər.
4. İddiaçılar 2021-ci ilin sentyabr ayında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə rəsmi qaydada müraciət edərək, mülkiyyətlərinə verilmiş 0,43 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi xahiş edilmişdir.
5. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 29 sentyabr 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, həmin torpaq sahəsindən 2,10 ha torpaq sahəsini Şəki rayon 2 saylı DNK- nın xx.xx.2006-cı il tarixli 4Ə-1/317 saylı müqaviləsinə əsasən, 0, 33 ha torpaq sahəsini Şəki rayonu 2 saylı DNK-nın xx.xx.2006-cı il tarixli 4Ə-2/356 saylı alqı-satqı müqaviləsinə əsasən satmışlar.
6. İşdə olan 4Ə-2/317 nömrəli notariat işinin surətindən görünür ki, X16, İddiaçı5, X17, X21, İddiaçı4 və X1 mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktına əsasən onlara məxsus 2,43 hektar torpaq sahəsinin 2,10 hektar hissəsini 07 iyun 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satmışlar.
7. İşdə olan 4Ə-2/356 nömrəli notariat işinin surətindən görünür ki, X16, İddiaçı5, X17, X21, İddiaçı4 və X1 mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktına əsasən onlara məxsus olan 2,43 hektar torpaq sahəsinin 0,33 hektar hissəsini 16 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmışlar.
8. İşdə olan DƏDRX-nin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən 17 avqust 2006-cı il tarixdə verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu, Cunud kəndində yerləşən 2,10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır
9. İşdə olan DƏDRX-nin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən 29 may 2008-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu, Cunud kəndində yerləşən 0,33 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı5, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş kod: 40409028, JN-190 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə ailə üzvlərinin adına verilmiş Şəki rayonu Cunud kəndində yerləşən 2.43 ha torpaq sahəsinin 2.10 ha hissəsi ilə bağlı X16, İddiaçı5, X17, X21, İddiaçı4 və X18 ilə Cavabdeh4 arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə-2/317 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X7 adına verilmiş l7.08.2006-cı il tarixli, **********77 reyestr nömrəli çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin 0.33 ha hissəsi ilə bağlı X16, İddiaçı5, X17, X21, İddiaçı4 və X18 ilə Cavabdeh4 arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə-2/356 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 adına verilmiş xx.xx.2008-ci il tarixli, **********53 reyestr nömrəli çıxarışın ləğv edilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu xərcinin cavabdehlərdən tutularaq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
11. İddiaçılar iddia tələblərini §§ 1-9-da qeyd olunanlara istinad edərək əsaslandırmış və əlavə olaraq göstərmişlər ki, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 29 sentyabr 2021-ci il tarixli məktubundan sonra onlara məlum olmuşdur ki, mülkiyyətlərində olan torpaq sahəsi müxtəlif vaxtlarda hissə-hissə xəbərləri və razılıqları olmadan satılmışdır. Həmin müqavilələrdən də onların xəbərləri olmamışdır. Bununla da onların hüquqları pozulmuş və onlar qanunsuz olaraq öz mülkiyyətlərindən məhrum olmuşlar. Ümumi birgə mülkiyyətlərində olan 2,43 ha torpaq sahəsinin xəbərləri və razılıqları olmadan başqa şəxslərə satılması onların hüquq və mənafelərinə toxunmuşdur. Bunula da onlar qanunsuz olaraq mülkiyyətlərindən məhrum olmuşlar. Bundan başqa qanunvericiliyin tələbinə uyğun olaraq ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi mülkiyyətçilər arasında bölünərək paylar müəyyən edildikdən sonra hər bir paylı mülkiyyətçi öz payını sata bilər.
12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər.
13. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 nümayəndəsi (oğlu) X29 iddiaçılarla onun atasının arasında bağlanan alqı-satqı müqavilsini iddiaçılar tərəfindən imzalanmasını, hal-hazırda həmin torpaq sahəsinin onların istifadəsində olmasını bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Dаşınmаz Əmlаkın Dövlət Kаdаstrı və Reyestri publik hüquqi şəxsin 12 sаylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, mübahisəli torpaq sahəsinin 2,10 hektarına 07 iyun 2006-cı il tarixli, 4Ə- 2/317 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4, 0,33 hektar hissəsi isə 16 avqust 2006-cı il tarixli, 4Ə-2/356 reyestr nömrəli alqı- satqı müqaviləsinə əsasən isə Cavabdeh3 müvafiq olaraq xx.xx.2006-cı il tarixli, **********77 reyestr nömrəli və Cavabdeh3 adına xx.xx.2008-ci il tarixli, **********53 reyestr nömrəli çıxarışlar verilmişdir. Hüquqların qeydiyyata alınması zamanı qanunvericiliyin tələbinə əməl olunmuşdur.
15. İş üzrə cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi birinci instansiya məhkəməsinə məktub ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
16. Birinci instansiya məhkəməsi məhkəmə iclasında cavabdeh X7 iştirakını təmin etməmişdir.
17. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hаcıyev) 28 sentyabr 2022-ci il tarixli, 2(075)-262/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Şəki rayon Torpaq Şöbəsi tərəfindən torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktına əsasən verilmiş 2,43 hektar torpaq sahəsinin 2,10 hektar hissəsi ilə bağlı iddiaçılar İddiaçı5, X16, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı ilə Cavabdeh4 arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 07 iyun 2006-cı il tarixli, 4Ə-İ/317 nömrəli alqı-satqı müqaviləsi və 0,33 hektar hissəsi ilə bağlı iddiaçılar İddiaçı5, X16, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı ilə Cavabdeh3 arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 16 avqust 2006-cı il tarixli, 4Ə-2/356 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına verilmiş xx.xx.2006-cı il tarixli **********77 reyestr nömrəli və Cavabdeh3 adına verilmiş xx.xx.2008-ci il tarixli **********53 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlar ləğv edilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh3 və X2 müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, 132 (bir yüz otuz iki) manat ekspertiza xərcinin Cavabdeh3 və X3 tutularaq Dövlət büdcəsinə - Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi iddiaçılar tərəfindən yox, başqa şəxs tərəfindən imzalanmışdır. Bu isə öz növbəsində iddiaçıların mübahisəli alqısatqı müqavilələrinin bağlanmasına daxili iradəsinin olmamasına və beləliklə də həmin müqavilənin etibarsızlığına dəlalət edir.
19. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, tətəflər arasında bağlanmış alqı-satqı müqavilələri əhəmiyyətsiaz əqdlər olduğundan iddia tələbi təmin edilməlidir.
20. Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(075)-262/2022 nömrəli qətnaməsindən cavabdeh X12 və onun etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
21. Hakim tərəfindən işin hallarını düzgün araşdırmadan, aydınlaşdırmadan qəbul olunan qanunsuz qətnamə ləğv edilməlidir. Qətnamədən də göründüyü kimi iddiaçılar iddia ərizəsini onunla əsaslandırılmışlar ki, Şəki rayonu Aqrar islahat Komissıyasmın 28 may 1998-ci il tarixli 46 nömrəli qərarı ilə X15, X11, İddiaçı5, X9, X13, İddiaçı4 İsrail oğlunun və X10 ümumi birgə mülkiyyətinə Şəki rayonu Cunud kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2.43 ha torpaq sahəsi ayrılmış və bununla bağlı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X6 2003-cü il tarixdə, ataları X19 isə xx.xx.2020-ci il tarixdə vəfat ediblər. 2021-ci ilin sentyabr ayında tərəflərindən DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə rəsmi qaydada müraciət edərək, mülkiyyətlərinə verilmiş 0.43 ha. torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi xahiş edilmişdir. DƏDRX- nin 12 saylı Şəki Ərazi İdarəsinin 29 sentyabr 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, həmin torpaq sahəsindən 2.10 ha torpaq sahəsini Şəki rayon 2 saylı Nоtаriаt Kоntоrunun xx.xx.2006-cı il tarixli 40-1/317 saylı müqaviləsinə əsasən, 033 ha torpaq sahəsini Şəki rayonu 2 saylı Nоtаriаt Kоntоrunun xx.xx.2006-cı il tarixli 4Ə-2/356 saylı alqı-satqı müqaviləsinə əsasən satmışlar. Ərazi İdarəsinin 29 sentyabr 2021-ci il tarixli məktubundan sonra onlara məlum olmuşdur ki, mülkiyyətlərində olan torpaq sahəsi müxtəlif vaxtlarda hissə-hissə xəbərləri və razılıqları olmadan satılmışdır. İddiaçıların dediklərinin tam yalan olmasını sübut edəsi sənədləri məhkəməyə təqdim edə bilməmişəm. Belə ki, həmin tоrpаq sаhəsini mən 2005-ci ildə аrаmızdа оlаn rаzılıq əsаsındа pul verərək Qüdrətdən аlmışаm və bununlа bаğlı dа sоnrаdаn nоtаriаl qаydаdа müvаfiq sənədləşmələr аpаrılıb. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(075)-262/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmаmışdır.
23. Məhkəmə kollegiyasının iclasında cаvаbdeh X22 оğlu və оnun numаyəndəsi (vəkili) Rəcəbоv Səbuhi Tаpdıq оğlu аpellyаsiyа şikаyətinin təmin edilməsini xahiş etmişlər.
24. Məhkəmə kollegiyasının iclasında iddiаçılаr Аslаnоvа (Həmidova) Nübаr İsrаil qızı və Həmidоv Nəsib İsrаil оğlu apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Şəki Rаyon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(075)-262/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
25. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiаçı Həmidоva Maral Məmməd qızı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Şəki Rаyon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(075)-262/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə digər iddiаçılаr məhkəmə kollegiyasının iclasına gəlməmişlər, cаvаbdehlər isə məhkəmə kollegiyasındа təmsil оlunmаmışlаr. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştiraklаrı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. İş üzrə cavabdeh X12 və onun etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya məhkəməsinin qətnaməsini Qüdrət Məmmədliyə aid hissədə bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
29. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 30.Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
31. Maddə 60, 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir Azərbaycan Respublikası Mülki Məcəlləsi:
32. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
33. Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.
34. Maddə 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır.
35. Maddə 29.1. Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər.
36. Maddə 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar
37. Maddə 144.1. (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
38. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 39.Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
40. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
41. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
42. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
43. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
44. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
45. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
46. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
47. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
48. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
49. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
50. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
51. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
52. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
53. Mаddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
55. Maddə 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
56. Maddə Mаddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Mаddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.
59. Mаddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Mаddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Mаddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsüi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
62. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
63. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: (...) 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa;
VI. Apellyasiya məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh X12 və onun etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rаyon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(075)-262/2022 saylı qətnaməsi ləğv edilməlidir.
65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
66. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
67. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
68. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə işə baxılmanın yeri və vaxtı barədə cavabdeh Qüdrət Məmmədlini lazımi qaydada məlumatlandırmamış, eyni zamanda MPMin 147-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş şəxsin iştirakı olmadan işə baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi hallarından biridir. (bax § 62).
69. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etdiyi kimi, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.
70. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
71. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
72. Hazırki işin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2006-cı il tarixli 4Ə-1/317 saylı alqı-satqı müqaviləsinin predmeti olan 2,10 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixli 4Ə-2/356 saylı alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsi 7 nəfərin ümumi mülkiyyətində olsa da, həmin müqavilə bütün mülkiyyətçilər tərəfindən imzalanmamışdır.
73. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, torpaq sahələrininin alqı-satqısı zamanı (2006-cı ilin iyun-avqust ayları) alqı-satqı predmeti olmuş torpaq sahələrinin mülkiyyətçilərindən İddiaçı4 İsrail oğlu xx.xx.1989-cu il təvəllüdlü, Həmidova (Cumayeva) Gülsüm İsrail qızı xx.xx.1992-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamışlar.
74. Yəni müqavilələr bağlanarkən İddiaçı4 16 yaşında olduğundan o, yalnız qanuni nümayəndənin razılığı ilə müqaviləni imzalaya bilərdi, Gülsüm Həmidova isə 13 yaşında olduğundan onun yerinə qanuni nümayəndəsi imza edə bilərdi.
75. Lakin iş materiallarına əlavə edilmiş notariat işlərinin təsdiq olunmuş surətlərindən görünür ki, bu baş verməmişdir. Müqavilələrin mətnində də onları bağlamalı olan şəxslərin bir qisminin yetkinlik yaşına çatmayan şəxslər olduğu göstərilməmişdir.
76. Eyni zamanda, iş materiallarında olan Azərbаycаn Respublikası Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 22 iyun 2022-ci il tarixli, 4/548 nömrəli rəyindən görünür ki, 4Ə-2/317 nömrəli notariat işində olan 07 iyun 2006-cı il tarixli alqı-satqı müqaviləsidə olan və 4Ə-2/356 nömrəli notariat işində olan 16 avqust 2006-cı il tarixli alqısatqı müqaviləsində olan imzalar İddiaçı5, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı tərəfindən deyil, başqa şəxs və ya şəxslər tərəfindən imzalanmışdır. Həmçinin həmin müqavilələrdə olan imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə edilməmişdir.
77. Göründüyü kimi, torpaq sahələrinin digər mülkiyyətçiləri olmuş hazırkı iş üzrə iddiaçılardan İddiaçı5, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı və Həmidova (Aslanova) Nübar İsrail qızı da həmin müqavilələri imzalamamışlar.
78. İddiaçı5 müqavilərin bağlandığı zamanı nə qanuni nümayəndə (ana) qismində, nə də sərbəst satıcı (paylı mülkiyyətçi kimi) qismində iştirak etmişdir.
79. Digər tərəfdən, iş materiallarından görünür ki, JN-190 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında paylı mülkiyyətçi kimi göstərilmiş X28 2003-cü il tarixdə vəfat etmişdir. Lakin alqı-satqı müqavilələri bağlanarkən mərhum Sona Nəsibovadan miras qalmış torpaq sahəsinin qəbul edilib-edilməməsi (edilibsə, kim tərəfindən) aydınlaşdırılmamışdır.
80. Cavabdeh Qüdrət Məmmədli müqavilənin mərhum İsrail Həmidov və hazırkı iddiaçılar tərəfindən imzaladığını bəyan edir. İş üzrə alınmış məhkəmə məhkəməxətşünaslıq ekspertizasının rəyi və işin diqqətəlayiq digər halları cavabdeh Qüdrət Məmmədlinin bəyanını təkzib edir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçılar da müqavilə(lər)in yalnız mərhum İsrail Həmidov tərəfindən imzalanmış olduğunu bildirmişlər.
81. Məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqavilələri İsrayıl Həmidov tərəfindən imzalandığı qəbul edilsə belə, iddiaçıların sonradan həmin müqavilələri bəyənmələri müəyyən edilməmişdir.
82. Qeyd olunanlardan belə nəticə hasil olur ki, hazırki iş üzrə iddiaçılar müqavilələrin bağlanmasına iradə ifadəsinin bildirmələri müəyyən edilmədiyi və sonradan bəyənmələri istisna edildiyi halda, əqdlər əhəmiyyətsiz hesab olunmalıdır.
83. Qanunvericiliklə əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında vurğulamışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.
85. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında vurğulamışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
86. Beləliklə, yuxarıda qeyd edilənlər əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan alqı-satqı müqavilələri iddiaçılar tərəfindən yox, başqa şəxs tərəfindən imzalanmışdır. Bu isə öz növbəsində iddiaçıların mübahisəli alqı-satqı müqavilələrinin bağlanmasına iradəsi sərbəstliyinin və iradə ifadəsinin olmamasına və beləliklə də həmin müqavilələrin etibarsızlığına dəlalət edir.
87. Müqavilələr etibarsız sayıldığına görə, həmin müqavilələr əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməlidir.
88. Məhkəmə kollegiyası vurğulayır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
89. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
90. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi..
91. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mübahisə predmeti olan alqı-satqı müqavilələrinin etibarsız sayılması nəticəsinə gəlsə də, nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. 92.Ona görə də, cаvаbdeh X22 оğlu və оnun numаyəndəsi, həmçinin vəkili Rəcəbоv Səbuhi Tаpdıq оğlu tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, Şəki Rаyon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(075)-262/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
93. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir (MPM-in 119.1-ci maddəsi) Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cаvаbdeh X22 оğlu və оnun numаyəndəsi, həmçinin vəkili Rəcəbоv Səbuhi Tаpdıq оğlu tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Şəki Rаyon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(075)-262/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktına əsasən verilmiş 2,43 hektar torpaq sahəsinin 2,10 hektar hissəsi ilə bağlı İddiaçı5, X16, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı ilə Cavabdeh4 arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 07 iyun 2006-cı il tarixli, 4Ə-İ/317 nömrəli alqı-satqı müqaviləsi və 0,33 hektar hissəsi ilə bağlı İddiaçı5, X16, Həmidova (Əlisgəndərova) Gövhər İsrail qızı, Həmidova (Aslanova) Nübar İsrail qızı, İddiaçı4 və Həmidova (Cumayeva) Gülsüm İsrail qızı ilə Cavabdeh3 arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 16 avqust 2006-cı il tarixli, 4Ə-2/356 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh4 adına verilmiş xx.xx.2006-cı il tarixli **********77 reyestr nömrəli və Cavabdeh3 adına verilmiş xx.xx.2008-ci il tarixli **********53 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlar ləğv edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manatı Cavabdeh3 və 50 manatı X4 tutularaq iddiaçılara ödənilsin. 132 (bir yüz otuz iki) manat ekspertiza xərcinin 50 manatı Cavabdeh3 və 82 manatı X5 tutularaq Dövlət büdcəsinə - Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.