Məhkəmə qərarları › İş №2(107)-157/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-157/2020

09.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-157/2020 09.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh Məmmədhüseyn oğlunun iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-624/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh Məmmədhüseyn oğlundan (bundan sonra cavabdeh) ona məxsus 1330 manat dəyərində qızıl-zinyət əşyalarının, 3810 manat dəyərində cehiz əmlakının, 1000 manat dəyərində heyvanların, əmlaklar olmadıqda onların 6140 manat məbləğində dəyərinin, birgə təsərrüfatı idarə etdikləri müddətdə birgə qazancları hesabına əsaslı tikintilərə çəkilən 12500 manat məbləğində vəsaitin onun payına düşən ¼ hissəsinin alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-624/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Məmmədhüseyn oğlundan 1090 manat dəyərində “Lima” yataq dəsti və “Qorka Aqat” qonaq dəsti, 110 manat dəyərində bir ədəd stol, 110 manat dəyərində altı ədəd stul, 320 manat dəyərində divan-kreslo dəsti, 60 manat dəyərində jurnalnı stol, 60 manat dəyərində pakrıval dəsti, 240 manat dəyərində üç ədəd döşək, 210 manat dəyərində üç ədəd yorğan, 120 manat dəyərində altı ədəd döşəkcə,150 manat dəyərində bir ədəd xalça, 50 manat dəyərində bir ədəd ayaqaltı daroşqa, 25 manat dəyərində çaynik dəsti, 40 manat dəyərində qaşıq dəsti, 40 dəyərində iri boşqab dəsti, 32 manat dəyərində xırda boşqab dəsti, 8 manat dəyərində dörd ədəd bulud boşqab dəsti,15 manat dəyərində dörd ədəd kuruşka dəsti, 40 manat dəyərində bir dəst çay servisi, 115 manat dəyərində bir dəst nahar servisi, 50 manat dəyərində bir ədəd çılçıraq dəsti, 30 manat dəyərində bir ədəd ütü, 20 manat dəyərində bir ədəd gecə lampası, 50 manat dəyərində suvenir, 18 manat dəyərində bir ədəd çuğun teşt, 60 manat dəyərində bir dəst qazan,50 manat dəyərində bir ədəd elektirik samovar, 12 manat dəyərində on iki ədəd xırda dəsmal, 24 manat dəyərində üç ədəd iri dəsmal, 150 manat dəyərində altı ədəd dəsmal dəsti, 60 manat dəyərində bir ədəd taxt üstlüyü, 40 manat dəyərində bir ədəd yun ədyal, 40 manat dəyərində iki ədəd kreslo üstlüyü, 20 manat dəyərində bir ədəd su bakı, 15 manat dəyərindəı bir ədəd su vannası,12 manat dəyərində bir ədəd qazan,6 manat dəyərində bir ədəd tava, 5 manat dəyərində bir ədəd üç mərtəbəli boşqab, 18 manat dəyərində bir ədəd qazan, 18 manat dəyərində bir ədəd meyvə qabı, 5 manat dəyərində bir ədəd tort qabı, 31 manat dəyərində bir ədəd bıçaq dəsti, 25 manat dəyərində bir ədəd qazan, 16 manat dəyərində bir ədəd teşt, 29 manat dəyərində bir ədəd ətçəkən maşın, 43 manat dəyərində bir ədəd tozsoran, 6 manat dəyərində iki ədəd “lotka” qab,5 manat dəyərində bir ədəd sok qabı, 6 manat dəyərində iki dəst stəkan-nəlbəki, 4 manat dəyərində bir ədəd ləpə qabı,10 manat dəyərində iki ədəd konfet qabı,9 manat dəyərində bir ədəd çaydan,10 manat dəyərində bir ədəd tava, 2 manat dəyərində bir ədəd kəfkir, 4 manat dəyərində bir ədəd kasa, 3 manat dəyərində bir ədəd ləyən, 4 manat dəyərində iki ədəd çörək qabı, 8 manat dəyərində dörd ədəd podnos, 4 manat dəyərində bir ədəd aşsüzən, 7 manat dəyərində bir ədəd xurustal rumka, 23 manat dəyərində bir ədəd sadə rumka, 8 manat dəyərində bir ədəd xurustal konfet qabı, 3 manat dəyərində iki ədəd razetka, 7 manat dəyərində bir ədəd bıçaq və 5 manat dəyərində bir ədəd güldan olmaqla cəmi 3810 manat dəyərində cehiz əmlakları, həmin əmlaklar olmadıqda onların dəyəri olan 3810 manat məbləği alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı apelyasiya şikаyəti vermişdir. İddiaçı apelyasiya şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Belə ki, cavabdeh əmisi oğludur. 2007-ci ildə cavabdehlə ailə qursa da nikahlarını rəsmiləşdirməmişlər. Övladları olmamışdır. Cavabdehin və ailəsinin ona qarşı münasibətləri dözülməz hal aldığından məcbur qalaraq bir ildən artıqdır ki, valideyinlərinin yanına qayıtmışdır. Cavabdeh ona məxsus qızıl-zinyət əşyalarını və atasının bağışladığı heyvanları birlikdə yaşadıqları ilk vaxtlarda satmış, digər cehiz əmlaklarını isə o atası evinə qayıtdıqdan sonra evdən çıxarıb həyətə yığmışdır. Həmin əmlakların çoxu həyətdə qaldığından yararsız vəziyyətə düşmüşdür. Birinci instansiya məhkəməsi cavabdehin şifahi izahatlarını sübut kimi qəbul edərək iddianı qismən təmin etmişdir. Halbuki iddia əsaslı olduğundan tam təmin edilməli idi. Göstərilən əsaslara görə iddiaçı İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-624/2019 saylı qətnaməsinin ləğv edilərək, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh Məmmədhüseyn oğlu apelyasiya şikayətinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmdən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-624/2019 saylı qətnaməsi qismən yəni, 300 manat dəyərində beş qram çəkidə bir ədəd 583 əyyarlı nişan üzüyü, 220 manat dəyərində dörd qram çəkidə bir ədəd 583 əyyarlı qaşlı üzük, 360 manat dəyərində altı qram çəkidə bir ədəd 583 əyyarlı bilərzik, 450 manat dəyərində yeddi qram çəkidə bir cüt 583 əyyarlı sırğa olmaqla, qızıl-zinyət əşyalarının, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların bazar dəyəri olan 1330 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, 1090 manat dəyərində “Lima” yataq dəsti və “Qorka Aqat” qonaq dəsti, 110 manat dəyərində bir ədəd stol, 110 manat dəyərində altı ədəd stul, 320 manat dəyərində divan-kreslo dəsti, 60 manat dəyərində jurnalnı stol, 60 manat dəyərində pakrıval dəsti, 240 manat dəyərində üç ədəd döşək, 210 manat dəyərində üç ədəd yorğan, 120 manat dəyərində altı ədəd döşəkcə,150 manat dəyərində bir ədəd xalça, 50 manat dəyərində bir ədəd ayaqaltı daroşqa, 25 manat dəyərində çaynik dəsti, 40 manat dəyərində qaşıq dəsti, 40 manat dəyərində iri boşqab dəsti, 32 manat dəyərində xırda boşqab dəsti, 8 manat dəyərində dörd ədəd bulud boşqab dəsti,15 manat dəyərində dörd ədəd kuruşka dəsti, 40 manat dəyərində bir dəst çay servisi, 115 manat dəyərində bir dəst nahar servisi, 50 manat dəyərində bir ədəd çılçıraq dəsti, 30 manat dəyərində bir ədəd ütü, 20 manat dəyərində bir ədəd gecə lampası, 50 manat dəyərində suvenir, 18 manat dəyərində bir ədəd çuğun teşt, 60 manat dəyərində bir dəst qazan,50 manat dəyərində bir ədəd elektirik samovar, 12 manat dəyərində on iki ədəd xırda dəsmal, 24 manat dəyərində üç ədəd iri dəsmal, 150 manat dəyərində altı ədəd dəsmal dəsti, 60 dəyərində bir ədəd taxt üstlüyü, 40 manat dəyərində bir ədəd yun ədyal, 40 manat dəyərində iki ədəd kreslo üstlüyü, 20 manat dəyərində bir ədəd su bakı, 15 manat dəyərindəı bir ədəd su vannası,12 manat dəyərində bir ədəd qazan,6 manat dəyərində bir ədəd tava, 5 manat dəyərində bir ədəd üç mərtəbəli boşqab, 18 manat dəyərində bir ədəd qazan, 18 manat dəyərində bir ədəd meyvə qabı, 5 manat dəyərində bir ədəd tort qabı, 31 manat dəyərində bir ədəd bıçaq dəsti, 25 manat dəyərində bir ədəd qazan, 16 manat dəyərində bir ədəd teşt, 29 manat dəyərində bir ədəd ətçəkən maşın, 43 manat dəyərində bir ədəd tozsoran, 6 manat dəyərində iki ədəd “lotka” qab,5 manat dəyərində bir ədəd sok qabı, 6 manat dəyərində iki dəst stəkan-nəlbəki, 4 manat dəyərində bir ədəd ləpə qabı,10 manat dəyərində iki ədəd konfet qabı,9 manat dəyərində bir ədəd çaydan,10 manat dəyərində bir ədəd tava, 2 manat dəyərində bir ədəd kəfkir, 4 manat dəyərində bir ədəd kasa, 3 manat dəyərində bir ədəd ləyən, 4 manat dəyərində iki ədəd çörək qabı, 8 manat dəyərində dörd ədəd podnos, 4 manat dəyərində bir ədəd aşsüzən, 7 manat dəyərində bir ədəd xurustal rumka, 23 manat dəyərində bir ədəd sadə rumka, 8 manat dəyərində bir ədəd xurustal konfet qabı, 3 manat dəyərində iki ədəd razetka, 7 manat dəyərində bir ədəd bıçaq və 5 manat dəyərində bir ədəd güldandan ibarət cehiz əmlaklarının küçədə üst-üstə yığılmış vəziyyətdə aşkar edilmiş və həmin cehiz əmlkalarının üzərinə həbs qoyularaq istifadəsi qadağan edilmişdir. İddia tələbində qeyd edilmiş qızıl-zinyət əşyaları, bir baş inək və bir baş dana cavabdehə məxsus evdə aşkar edilmədiyindən həmin əmlakların üzərinə həbs qoyulması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddianın qızılzinət tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki və mülki Prosessual Məcəlləsinin tələblərini pozmuşdur. Azərbаycаn Respublikаsı Konstitusiyаsının 29-cu mаddəsinə əsаsən hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qаnunlа qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək bаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib olmаq, əmlаkdаn istifаdə etmək və onun bаrəsində sərəncаm vermək hüquqlаrındаn ibаrətdir. Heç kəs məhkəmənin qərаrı olmаdаn mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinin tələbinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, mülki iş üzrə təqdim olunmuş sübutlar iddia tələbinin tam təmin edilməsi üçün kifayətedici olmadığından apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyaları (tərəflər arasında zinət əşyalarının mövcud olması, qiyməti və çəkisi barədə mübahisə yoxdur) cavabdehin məhkəmə kollegiyasının iclasında verdiyi izahatına əsasən guya iddiaçının razılığı ilə satılmışdır. Halbuki iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında cavabdehin həmin qızıl-zinət əşyalarını ondan xəbərsiz və onun razılığı alınmadan satılmışdır. Cavabdeh isə öz izahatının doğruluğunu və ya iddiaçının izahatının yalan olduğunu təsdiq edən hər hansı bir dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki apelyasiya şikayəti qalan hissədə əsaslı deyildir. Belə ki, atası tərəfindən bağışlanmış heyvanlar birgə yaşadıqları müddətdə hər iki tərəfin ümumi razılığı əsasında ailə mənafeyi üçün satılmışdır. İddiaçı cavabdehlə birgə təsərrüfatı idarə etdikləri müddətdə birgə qazancları hesabına əsaslı tikintilərə 12500 manat məbləğində vəsait xərclədiklərini və həmin vəsaitin onun payına düşən 1/4-nü cavabdehdən tələb etsə də həmin faktları təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən birincisi, evin təmirinə iddiaçının xərc çəkdiyi təsdiq olunmur. Məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq onun təmirə xərc çəkdiyini müəyyən edə bilməz. İkincisi, əgər iddiaçı tərəfindən evin təmiri üçün xərc çəkilmişdirsə, bu xərcin çəkilməsi ilə əlaqədar tərəflərin (ər-arvadın) arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında evdə təmir işlərinin aparılması ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. İddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. İddiaçı təmir xərcini (əgər çəkibsə) öz ailəsinin maraqları naminə çəkib. Belə ki, təmir işlərinin görüldüyü zaman ev cavabdehə aid olan ev olmayıb, bu barədə iş materiallarında hər hansı bir sübut yoxdur. İddiaçı ər-arvad münasibətlərinə əsaslanaraq əri ilə birlikdə yaşayacağı evin təmiri üçün xərc çəkib, belə vəziyyətdə ər arvadı üçün “özgə”, arvadı isə əri üçün “özgə işlərini tapşırıqsız aparan şəxs” sayılmayıb. Cavabdeh əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Ər-arvad münasibətlərinin xoş olduğu dövrdə ailə maraqları naminə çəkilən xərc ərarvad münasibətlərinin korlanmasından sonra əsassız varlanma anlayışı ilə əhatə oluna bilməz. Əgər arvad evin təmiri üçün çəkdiyi xərcin əvəzini münasibətlərin korlanmasından sonra ərindən tələb edirsə, onda eyni məntiqlə ər də arvadı üçün çəkdiyi xərclərin əvəzini tələb etməlidir. Belə tələblər yolverilməzdir. Ailə münasibətlərinin xoş olduğu dövrdə ər-arvadın bir-birinin mənafeyi naminə çəkdiyi xərclər mənəviəxlaqi borcun icrası sayılır. Cavabdeh mülki hüquq pozuntusu (delikt) tərətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi bu tələbi rədd etməklə düzgün nəticəyə gəlmşdir, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-624/2019 saylıqətnaməsi qismən yəni, 300 manat dəyərində beş qram çəkidə bir ədəd 583 əyyarlı nişan üzüyü, 220 manat dəyərində dörd qram çəkidə bir ədəd 583 əyyarlı qaşlı üzük, 360 manat dəyərində altı qram çəkidə bir ədəd 583 əyyarlı bilərzik, 450 manat dəyərində yeddi qram çəkidə bir cüt 583 əyyarlı sırğa olmaqla, qızıl-zinyət əşyalarının, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların bazar dəyəri olan 1330 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasənməhkəməxərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-624/2019 saylı qətnaməsi qismən yəni, 300 manat dəyərində beş qram çəkidə bir ədəd 583 əyyarlı nişan üzüyü, 220 manat dəyərində dörd qram çəkidə bir ədəd 583 əyyarlı qaşlı üzük, 360 manat dəyərində altı qram çəkidə bir ədəd 583 əyyarlı bilərzik, 450 manat dəyərində yeddi qram çəkidə bir cüt 583 əyyarlı sırğa olmaqla, qızıl-zinyət əşyalarının, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların bazar dəyəri olan 1330 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə də təmin edilsin. 300 manat dəyərində beş qram çəkidə bir ədəd 583 əyyarlı nişan üzüyü, 220 manat dəyərində dörd qram çəkidə bir ədəd 583 əyyarlı qaşlı üzük, 360 manat dəyərində altı qram çəkidə bir ədəd 583 əyyarlı bilərzik, 450 manat dəyərində yeddi qram çəkidə bir cüt 583 əyyarlı sırğa olmaqla qızıl-zinyət əşyaları, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların bazar dəyəri olan 1330 manat Cavabdeh Məmmədhüseyn oğlundan alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar