Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1606/2021 29.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı vəkili Nümayəndə1 iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2 (054) - 190 / 2021 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.04.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış sənədinə əsasən xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 87,3 kv.metrdən ibarət qeyri-yaşayış binasından və həmin binanın yerləşdiyi 0,02486 hektar torpaq sahəsindən cavabdehin çıxarılması, qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qeyriyaşayış binası və binanın yerləşdiyi torpaq sahəsinə çəkdiyi xərcin əvəzi olaraq İddiaçı 10.000 (on min) manat kompensasiya məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 23 iyun 2021-ci il tarixli, 2(054)-190/2021 nömrəli qərardadına əsasən qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmənin 23 iyun 2021-ci il tarixli, 2(054) -190/2021 nömrəli qərardadından şikayət vermişdir. Şikayətdə qeyd edilmişdir ki, iddiaçı cavabdehi yaşayış sahəsi ilə təmin edəcəyini vəd etdiyinə görə cavabdeh onun sözünə inanaraq məhkəmə hazırlıq iclasında iştirak etməmiş, eyni zamanda, işin baxılmasına başlanana qədər qarşılıqlı iddia da verməmişdir. Sonradan iddiaçı ilə telefon vasitəsilə əlaqə saxladıqda o, verdiyi vədi qəti şəkildə inkar etmiş və bundan sonra məlum olmuşdur ki, iddiaçı cavabdehi yalan vədlərlə aldadaraq onun məhkəmə baxışı başlanana qədər qarşılıqlı iddia verməsini qəsdən yubatmışdır. Bu səbəbdən qarşılıqlı iddianın verilməsi gecikmiş, bu barədə qarşılıqlı iddia ərizəsində də qeyd edilmişdir. Lakin məhkəmə qarşılıqlı iddia ərizəsinin geri qatarılması barədə qərar qəbul edərkən həmin məsələyə əhəmiyyət verməmişdir. Qeyd olunan əsaslara görə məhkəmənin 23 iyun 2021-ci il tarixli, 2(054)-190/2021 nömrəli qərardadını əsassız hesab edir. Ona görə də həmin qərardadın ləğv edilməsini və qarşılıqlı iddianın icraata qəbul edilməsini məhkəmədən xahiş edir. Oğuz Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(054)-190/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış binasından və həmin binanın yerləşdiyi torpaq sahəsindən çıxarılma, qeyri-yaşayış binasının və binanın yerləşdiyi torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qatarılması barədə Oğuz Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli 2(054)-190/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanımış və həmin qərardaddan cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı vəkili Nümayəndə1 məhkəmə kollegiyasının iclasında iştirak edərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh tərəf heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddianı iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İş materiallarından görünür ki, hazırki iş üzrə məhkəmə hazırlıq iclası 05 may 2021ci il tarixdə keçirilmiş və 24 may 2021-ci il tarixə mülki işin ilk məhkəmə baxış iclası təyin edilmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 10 iyun 2021ci il tarixdə keçirilmiş növbəti məhkəmə baxış iclasında iştirak etmiş, lakin qarşılıqlı iddia verilməmişdir. Cavabdeh 23 iyun 2021-ci il tarixdə qarşılıqlı iddia vermişdir. Hazırki qarşılıqlı iddianın verilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olması halları da müəyyən edilməmişdir. Qarşılıqlı iddia işin baxılmasına başlandıqdan sonra verildiyinə və qarşılıqlı iddianın verilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olması halları da müəyyən edilmədiyinə görə məhkəmə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 hazırki şikayətində qeyd etdiyi xüsusatlar da Oğuz Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli 2 (054) - 190 / 2021 nömrəli qərardadının ləğv edilməsi və qarşılıqlı iddianın icraata qəbul edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 156.1.1-ci maddəsinə əsasən, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə hakim qarşılıqlı iddianı qəbul edir. Həmin Məcəllənin 156.1.2-ci maddəsinə əsasən, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa hakim qarşılıqlı iddianı qəbul edir. Azərbаycаn Respublikаsının Mülki-Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 97, 98, 255.0.5, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(054)-190/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddan kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1606/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1606/2021
29.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver