Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-166/2024 07.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı miras əmlakda payların vərəsələr arasında bərabər bölünməsinə dair ilk, Cavabdeh İddiaçı qarşı vəsiyyət üzrə miras əmlak üzərində tam həcmdə payın müəyyən edilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras əmlakda payların vərəsələr arasında bərabər bölünməsi, vəsiyyət üzrə miras əmlak üzərində tam həcmdə payın müəyyən edilməsi, sübutetmə yükü, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, mirasdan imtina, miras payının bağışlanması) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X20 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil2 və Cavabdeh nümayəndəsi, həmçinin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakda payların vərəsələr arasında bərabər bölünməsinə dair ilk, Cavabdeh İddiaçı qarşı vəsiyyət üzrə miras əmlak üzərində tam həcmdə payın müəyyən edilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli, 2(046)-1462/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4na məxsus Göyçay şəhəri, Əli Kərim küçəsi, dalan 2, ev 15 ünvanda yerləşən ümumi sahəsi 63,5 kv.metr, yaşayış sahəsi 44 kv.metr olan evin və torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Göyçay şəhəri, Əli Kərim küçəsi, dalan 2, ev 15 ünvanda yerləşən və Göyçay rayon Mənzil istismar Sahəsinin balansında olan 4 otaq, hamam və bir seyvandan ibarət olan ev mərhum X3nun adına olub. Atası dünyasını dəyişdikdən sonra həmin ev mərhum X4nın adına keçmişdir. Atası ilə anasının birgə nikahından 6 bacı, 4 qardaş olmaqla 10 uşaq dünyaya gəlmişdir. Hazırda bacılarının altısı da ailəlidir və öz ailələri ilə birlikdə ayrı ünvanlarda yaşayırlar. Qardaşlarından biri rəhmətə gedib, digər qardaşı İsmayılov Mehmana ayrı ev aldığından başqa yerdə yaşayır. Cavabdeh adlı qardaşı hazırda mərhum anasının adına olan Göyçay şəhəri, Əli Kərim küçəsi, dalan 2, ev 15 ünvanda yerləşən evdə yaşayır. X3 21 sentyabr 1986-cı ildə, X4 12 dekabr 2021-ci il tarixdə vəfat etmişlər. Hazırda mərhum anasının adına olan Göyçay şəhəri, Əli Kərim küçəsi, dalan 2, ev 15 ünvanda yerləşən miras əmlak vərəsələr tərəfindən qəbul edilməmişdir. Kiçik qardaşı Cavabdeh ailə həyatı qurduqdan sonra evdə darısqallıq olduğundan həyətdə yeni yaşayış evi tikilənə qədər o, ailə üzvləri ilə kirayəşin çıxmaq məcburiyyətində qalmışdır. Anasının sağlığında həyətin digər hissəsində yaşayış evi tikildi. X4 dünyasını dəyişdikdən sonra cavabdeh anasından qalmış köhnə evi vərəsələrin heç birinin razılığı olmadan özbaşına sökmüşdür. O, dəfələrlə anasından miras qalmış evə ailəsi ilə köçmək isdədikdə cavabdeh ona icazə verməmiş və bildirmişdir ki, «sənə burda ev düşmür, ev mənimdir və s.» Halbuki, cavabdehin hazırda ailəsi ilə oturduğu həmin evi anası sağlığında o və cavabdehə tikdirmişdir ki, iki qardaş bir həyətdə yaşasın. Lakin qeyd etdiyi kimi, anası dünyasını dəyişdikdən sonra cavabdeh onu anasından miras qalmış evə buraxmır. O, cavabdehin qanunsuz hərəkətlərindən Göyçay Rayon Polis Şöbəsinə və Göyçay RİH başçısının Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə müraciət etdikdə həmin qurumlardan ona tələbinin mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. 12 dekabr 2021-ci il tarixdə vəfat etmiş X4ndan miras qalmış ünvan 2 ünvanda yerləşən yaşayış evinə və torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə 14 aprel 2023-cü il tarixdə Göyçay rayon notariat ofisinə ərizə ilə müraciət etmiş və ona notariat ofisindən cavab məktubu göndərildi ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi barədə ixtilaf olduqda mübahisəyə məhkəmə baxır. Miras şəriki olan Cavabdeh ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün ona Göyçay Rayon Məhkəməsinə müraciət etmək tövsiyyə olunmuşdur. 28 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i Daşınmaz Əmlakın Dövlət Kadastr və X42 Şəxsin 16 saylı ünvan 3 ünvanda yerləşən həmin evin özəlləşdirmədən sonra qeydiyyata alınarkən mövcud olmuş vəziyyətinin planının (layihəsinin) və hal- hazırda həmin plandakı evin sökülüb-sökülməməsi, sökülübsə tam və ya qismən sökülübsökülməməsi, qismən sökülübsə nə qədərinin sökülməsi barədə məlumatın ona göndərilməsi barədə 11/2023 saylı vəkil sorğusuna 16 saylı Ucar Ərazi İdarəsinin rəisi cənab Qərib Həsənov “X14 məxsus Göyçay şəhəri, Əli Kərim küçəsi, dalan 2, ev 15 ünvanda yerləşən ümumi sahəsi 63,5 kv.metr, yaşayış sahəsi 44 kv.metr olan mənzilə **********75-05101-093001 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və texniki pasportun verilməsi, 16 saylı Ucar Ərazi İdarəsində X25ma məxsus Göyçay şəhəri, Əli Kərim küçəsi, dalan 2, ev 15 ünvanda yerləşən ümumi sahəsi 63,5 kv.metr, yaşayış sahəsi 44 kv.metr olan mənzilə **********75- 05101-093001 reyestr nömrəli mənzilin sökülməsi, məhv edilməsi barədə hər hansı məlumatın mövcud olmaması barədə” 23 may 2023-cü il tarixli, 27/1384 saylı məktubla cavab verilmişdir Cavabdehdən başqa digər vərəsə olan bacı-qardaşları anasından qalan miras əmlakdan özlərinə düşən paydan imtina etməklə miras əmlakın cavabdehlə onun arasında bərabər bölünməsini istəsələr də cavabdeh buna razı olmamışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək ilkin iddianın təmin edilməməsi, X5 miras qalmış və ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi üzərində vəsiyyət üzrə onun tam həcmdə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, mərhum X22 xx.xx.2021 -ci il tarixdə vəfat etmiş və ondan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi miras qalmışdır. Miras açıldığı vaxtdan qanunla müəyyən edilmiş qaydada və müddətdə İ növbəli vərəsələrdən o istisna olmaqla heç biri mirası istər notariat kontoruna ərizə verməklə, istərsə də mirası faktiki idarə etmək yolu ilə qəbul etməmişlər. İlkin iddia üzrə iddiaçı Cavabdeh miras açıldığı vaxtdan 1 il 4 ay keçdikdən sonra notariat kontoruna ərizə ilə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.Hazırda iddia ərizəsinə əlavə etdiyi vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, mərhum anası Fəzilə İsmayılova mülkiyyətində olan və ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini xx.xx.2014-cü il tarixdə ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə də hazırda qüvvədədir. Lakin buna baxmayaraq Cavabdeh məhkəməyə miras əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd etməyi zəruri hesab edir ki, miras açıldığı vaxtdan mirası əmlakı qanunla müəyyən edilmiş qaydada və müddətdə faktiki olaraq qəbul edib, idarə etməyə başlamışdır. Həmin miras əmlaka dair kommunal ödənişləri, vergiləri və.s ödənişləri o, ödəyir. Miras əmlaka ağalıq edərək, faktiki olaraq mülkiyyəti kimi idarə edir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli, 2(046)-1462/2023 saylı qətnaməsi ilə (hakim E.Qurbanov) iddianın qismən təmin edilməsi, İddiaçı Göyçay şəhəri Ə.Kərim küçəsi dalan 2, 15 saylı evin 1 nömrəli mənzili üzərində 1/20 məcburi payının müəyyən edilməsi, qalan hissədə iddianın təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh vəsiyyət üzrə Göyçay şəhəri Ə.Kərim küçəsi dalan 2, 15 saylı evin 1 nömrəli mənzili üzərində 19/20 payının müəyyən edilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Mülki qanunvericiliyinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (Mülki Məcəllənin 1151.1-ci maddəsi). Miras qoyan X15 ümumi sahəsi 63,5 kv.metr, yaşayış sahəsi 44 kv.metr olan, 4 otaqlı Göyçay şəhəri, Ə.Kərim küçəsi dalan 2, 15 saylı evin 1 nömrəli mənzili məxsusdur, mirasa istifadədə olan 0,1072 ha torpaq sahəsi daxil deyildir. Miras qoyan X23 özünə məxsus olan əmlakını oğlu Cavabdeh vəsiyyət etməsi barədə notariat qaydada təsdiq edilmiş 09 dekabr 2014-ci il tarixli vəsiyyətnamə qoymuş, vəsiyyətnamə qüvvədə olmuş, ona görə də miras qoyanın əmlakının vəsiyyət üzrə başqa şəxsə keçməsinin qanuni əsasları yoxlanılmışdır. Vəsiyyətnamə olmasaydı miras xx.xx.2021-ci ildə açıldıqdan sonra miras qoyanın qanun üzrə vərəsəlik zamanı 10 vərəsəsi olacaq idi. X18 və qızı İsmayılova (Muxdərova) İradə Yediyar qızı miras əmlakı qəbul etməmələri barədə notariat qaydasında təsdiq edilmiş ərizə verdiklərindən, mirası qəbul etməkdən imtina etmişlər. Digər vərəsələr X16, X19, X17, X24, X10 və miras açılanadək ölmüş X11 vərəsələri miras əmlakda məcburi payı tələb etməmişlər. Cavabdeh miras əmlaka miras açıldıqdan sonra sahiblik etməyə faktiki başladığından mirası qəbul etmiş sayılmalıdır.Eyni qaydada Cavabdeh miras açıldıqdan sonra Göyçay şəhəri, Ə.Kərimov küçəsi dalan 2, 15 saylı evin 1 nömrəli mənzilində yaşayaraq, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Vəsiyyətnamə ilə miras əmlakın tam olaraq Cavabdeh vəsiyyət edilməsinə baxmayaraq İddiaçı mirasda məcburi payı mövcud olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Mülki qanunvericiliyinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (Mülki Məcəllənin 1151.1-ci maddəsi). Miras qoyan X15 ümumi sahəsi 63,5 kv.metr, yaşayış sahəsi 44 kv.metr olan, 4 otaqlı Göyçay şəhəri, Ə.Kərim küçəsi dalan 2, 15 saylı evin 1 nömrəli mənzili məxsusdur, mirasa istifadədə olan 0,1072 ha torpaq sahəsi daxil deyildir. Miras qoyan X23 özünə məxsus olan əmlakını oğlu Cavabdeh vəsiyyət etməsi barədə notariat qaydada təsdiq edilmiş 09 dekabr 2014-ci il tarixli vəsiyyətnamə qoymuş, vəsiyyətnamə qüvvədə olmuş, ona görə də miras qoyanın əmlakının vəsiyyət üzrə başqa şəxsə keçməsinin qanuni əsasları yoxlanılmışdır. Vəsiyyətnamə olmasaydı miras xx.xx.2021-ci ildə açıldıqdan sonra miras qoyanın qanun üzrə vərəsəlik zamanı 10 vərəsəsi olacaq idi. X18 və qızı İsmayılova (Muxdərova) İradə Yediyar qızı miras əmlakı qəbul etməmələri barədə notariat qaydasında təsdiq edilmiş ərizə verdiklərindən, mirası qəbul etməkdən imtina etmişlər. Digər vərəsələr X16, X19, X17, X24, X10 və miras açılanadək ölmüş X11 vərəsələri miras əmlakda məcburi payı tələb etməmişlər. Cavabdeh miras əmlaka miras açıldıqdan sonra sahiblik etməyə faktiki başladığından mirası qəbul etmiş sayılmalıdır.Eyni qaydada Cavabdeh miras açıldıqdan sonra Göyçay şəhəri, Ə.Kərimov küçəsi dalan 2, 15 saylı evin 1 nömrəli mənzilində yaşayaraq, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Vəsiyyətnamə ilə miras əmlakın tam olaraq Cavabdeh vəsiyyət edilməsinə baxmayaraq İddiaçı mirasda məcburi payı mövcud olmuşdur. İddiaçı mirasda məcburi payının müəyyənləşdirilməsinə gəldikdə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, vəsiyyətnamə olmasaydı miras almağa çağırıla biləcək qanun üzrə 10 vərəsənin hamısı nəzərə alınmaqla, bu pay qanun üzrə vərəsəlik zamanı cavabdehə çatası 1/10 payın yarısı, yəni 1/20 məcburi pay təşkil etməlidir. O ki qaldı X6 və İsmayılova (Muxdərova) İradə Yediyar qızının mirasdan imtina etmələri ilə bağlı ərizələrinə, habelə X16, X19, X17, X24, X10 və X7 vərəsələrinin miras əmlakda məcburi payı tələb etməmələrinə məhkəmə qeyd edir ki, bu imtina digər vərəsənin və ya vərəsələrin məcburi payının artmasına səbəb olmadığından, onların payı vəsiyyət üzrə vərəsə Cavabdeh keçməlidir. Beləliklə birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alıb hesab etmişdir ki, Göyçay şəhəri Ə.Kərim küçəsi dalan 2, 15 saylı evin 1 nömrəli mənzili üzərində İddiaçı 1/20 məcburi payı müəyyən edilməli, vəsiyyət üzrə vərəsəlik zamanı Cavabdeh 19/20 payı müəyyən olunmalı, evin yerləşdiyi torpaq sahəsi miras əmlaka daxil edilmədiyindən torpaq sahəsinin bölünməsi hissədə iddia təmin olunmamalı, bununla da iddia və qarşılıqlı iddia qismən təmin olunmalıdır. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1131.1, 1133.2, 1151.1, 1166, 1193, 1194, 1202.1, 1202.2, 1243.2, 1243.3, 1262-ci maddələri, “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202.1-ci maddəsini düzgün təfsir etməmişdir. Belə ki, MM-nin 1202.1-ci maddəsinin tələbərinə görə məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Mülki Məcəllənin 1202.2-ci maddəsinin tələblərinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. MM-nin 1246-cı maddəsinin tələblərinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi mülki qanunvericliyin tələblərinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası ya qəbul edə bilər, ya da ondan imtina edə bilər və miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-nin 1261-ci maddəsinin tələblərinə görə vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. MM-nin 1262-ci maddəsinin tələblərinə əsasən Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Sonuncu maddəyə istinad edən birinci instansiya məhkəməsi mirasın qəbul edilmə müddəti başa çatdıqdan sonra mirasın qəbulundan imtina edən vərəsələrin məcburi payını vəsiyyət üzrə vərəsənin payına əlavə etmiş və bu zaman MM-nin 1202.2-ci maddəsinin tələblərini pozmuşdur. Beləliklə məhkəmə MM-nin 1262-ci maddəsini onun münasibətinə düzgün tətbiq etməmişdir. Məhkəmə qanun üzrə birinci növbə vərəsə Mehman İsmayılovun mirasdan imtina etmə barədə ərizəsinin 24 avqust 2023-cü il tarixdə, İradə İsmayılovanın (Muxdərova) eyni məzmunlu ərizəni 1 sentyabr 2023-cü il tarixdə vermələrini, digər qanun üzrə birinci növbə vərəsələrin məhkəmədə miras əmlakdan pay istəmələri barədə verdikləri izahatlara obyektiv baxmamış, həmin sübutlara Mülki Məcəllənin 1202.2-ci maddəsinin tələblərini nəzərə almadan qiymət vermişdir. Qeyd edilən maddədə göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin hakim iş üzrə müəyyən edilmiş həqiqi hallara, qanun üzrə birinci növbə vərəsələrin mirasdan imtinanı qanunda nəzərdə tutulmuş müddət ötürüldükdən sonra verilməsinə düzgün qiymət verməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. MPM-nin 218.1-ci maddəsində göstərilir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Lakin birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək ilkin iddianın təmin edilməməsini, X5 miras qalmış və ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi üzərində vəsiyyət üzrə onun tam həcmdə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli 2(046)-1462/2023 saylı qətnaməsinə əsasən hər iki iddianı qismən təmin edilmiş, onun Göyçay şəhəri Ə.Kərim küçəsi dalan 2, 15 saylı evin 1 nömrəli mənzili üzərində 1/20 məcburi payı, Cavabdeh vəsiyyət üzrə Göyçay şəhəri Ə.Kərim küçəsi dalan 2, 15 saylı evin 1 nömrəli mənzili üzərində 19/20 payı müəyyən edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli 2(046)-1462/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli, 2(046)-1462/2023 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Kollegiyanın iclasında iştirak edən Cavabdeh nümayəndəsi, həmçinin vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli, 2(046)-1462/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: (Yeni Məcəllə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddasinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından,həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı,miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır.Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər,lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur.Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli 2(046)-1462/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli, 2(046)-1462/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli, 2(046)-1462/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, hər iki iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, miras qoyan X15 ümumi sahəsi 63,5 kv.metr, yaşayış sahəsi 44 kv.metr olan, 4 otaqlı Göyçay şəhəri, Ə.Kərim küçəsi dalan 2, 15 saylı evin 1 nömrəli mənzili məxsusdur, mirasa istifadədə olan 0,1072 ha torpaq sahəsi daxil deyildir. Miras qoyan X23 özünə məxsus olan əmlakını oğlu Cavabdeh vəsiyyət etməsi barədə notariat qaydada təsdiq edilmiş 9 dekabr 2014-ci il tarixli vəsiyyətnamə qoymuş, vəsiyyətnamə qüvvədədir. Vəsiyyətnamə olmasaydı miras xx.xx.2021-ci ildə açıldıqdan sonra miras qoyanın qanun üzrə vərəsəlik zamanı 10 vərəsəsi olacaq idi. X18 və qızı İsmayılova (Muxdərova) İradə Yediyar qızı miras əmlakı qəbul etməmələri barədə notariat qaydasında təsdiq edilmiş ərizə verdiklərindən, mirası qəbul etməmişlər. Digər vərəsələr X16, X19, X17, X24, X10 və miras açılanadək ölmüş X11 vərəsələri miras əmlakda məcburi payı tələb etməmişlər. Vəsiyyətnamə ilə miras əmlakın tam olaraq Cavabdeh vəsiyyət edilməsinə baxmayaraq İddiaçı mirasda məcburi payı mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hər iki iddia tələbləri qismən və apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi ilk iddianın qismən təmin olunması barədə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı mirasda məcburi payının müəyyənləşdirilməsinə gəldikdə isə vəsiyyətnamə olmasaydı miras almağa çağırıla biləcək qanun üzrə 10 vərəsənin hamısı nəzərə alınmaqla, bu pay qanun üzrə vərəsəlik zamanı cavabdehə çatası 1/10 payın yarısı, yəni 1/20 məcburi pay təşkil etməlidir. O ki qaldı X6 və İsmayılova (Muxdərova) İradə Yediyar qızının mirasdan imtina etmələri ilə bağlı ərizələrinə, habelə X16, X19, X17, X24, X10 və X7 vərəsələrinin miras əmlakda məcburi payı tələb etməmələrinə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bu imtina digər vərəsənin və ya vərəsələrin məcburi payının artmasına səbəb olmadığından, onların payı vəsiyyət üzrə vərəsə Cavabdeh keçməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin edərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. İşə əlavə edilmiş X6 xx.xx.2023-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X18 xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4ndan qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmiş və etmir. Mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasını bilir. İşə əlavə edilmiş İsmayılova (Muxdərova) İradə Yediyar qızının xx.xx.2023-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, İsmayılova (Muxdərova) İradə Yediyar qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4ndan qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmiş və etmir. Mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasını bilir. Eyni zamandan X16, X19, X17, X24, X10 və X7 vərəsələrinin miras əmlakda məcburi payı tələb etməmişlər. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarında hüquqi mövqe aşağıdakılarda ibarət olmuşdur; Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakının bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Mülki Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Mülki Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 14 oktyabr tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli yuxarıda qeyd edilən qərarında isə qeyd edilmişdir ki, “qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.” Kollegiyanın qənaətinə görə yuxarıda qeyd edilən vərəsələrin mirası qəbul etməmələri barədə ərizələri qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən mirasdan imtina kimi qəbul edilə bilməz. Bununla belə onlara çatası mirası qəbul etmək istəməmələri barədə ərizələrinə aydınlıq gətirilməlidir. Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin konstitusiyaya zidd olduğu AR KM-nin qərarı ilə rəsmi olaraq öz təsdiqini tapmışdır. Odur ki, MM-in 1256-cı maddəsində nəzərdə tutulan müddət və prosedur çərçivəsində mirasdan imtina etməmiş olan bütün vərəsələr mirası qəbul etmiş vərəsə hesab olunur. Bu səbəblə də X6 və İsmayılova (Muxdərova) İradə Yediyar qızının aradan 2 ilə yaxın müddət keçdikdən sonra mirasdan notariat qaydasında imtina etməsinə dair iradə ifadəsi hüquqi mahiyyəti baxımdan mirasdan imtina hesab oluna bilməz. Onu da nəzərə almaq lazımdır ki, mirası qəbul etmiş olan bir vərəsənin mirasdan imtinası mülki dövriyyədə hüquqi müəyyənliyin və etimadın təmin edilməsi baxımından yolverilməzdir. (MM.m.1267). Bu nöqteyi-nəzərdən də X6 və İsmayılova (Muxdərova) İradə Yediyar qızının sözügedən yazılı iradə ifadəsinin yeganə məqsəd və təyinatı ona düşən vərəsəlik payının digər vərəsələrə əvəzsiz olaraq verilməsi, başqa sözlə onlara bağışlanması mahiyyətindədir. Belə ki, MM-in 324.5-ci maddəsinə görə “İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir”. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddasinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Odur ki, X6 və İsmayılova (Muxdərova) İradə Yediyar qızının notariat qaydasında təsdiq olunmuş yazılı iradə ifadəsində sözügedən yazılı iradə ifadəsinin hüquqi müstəvidə həqiqi mahiyyət və təyinatı özünə düşən vərəsəlik payının digər vərəsələrə bağışlaması hesab olunmalıdır. Eyni zamanda X16, X19, X17, X24, X10 və X7 vərəsələrinin miras əmlakda məcburi payı tələb etməmişlər. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbəni qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hər iki iddia tələbləri qismən təmin edilməlidir. Mirasın bölüşdürülməsi ilə bağlı kollegiya qeyd edir ki, mirasda məcburi pay olaraq ¼ hissəsi İddiaçı, ¾ hissəsi isə Cavabdeh payı müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Yəni miras payın ikidə bir hissəsi vəsiyyət üzrə vərəsə olan Cavabdeh, digər ikidə bir hissəsinin yarısı (yəni qalan məcburi payın) İddiaçı, ikidə bir hissəsi isə Cavabdeh verilməlidir. Beləliklə miras əmlakda İddiaçı payı ¼ hissə, Cavabdeh payı ¾ hissəsədə müəyyən edilməlidir. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X1rşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; X2rşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli, 2(046)-1462/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, hər iki iddia tələbləri qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli, 2(046)-1462/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizələri qismən təmin edilsin. X15 məxsus Göyçay şəhəri, Ə.Kərim küçəsi dalan 2, 15 saylı evin 1 nömrəli, ümumi sahəsi 63,5 kv.metr, yaşayış sahəsi 44 kv.metr olan, 4 otaqlı Miras əmlak üzərində İddiaçı payı ¼ hissədə, Cavabdeh payı isə ¾ hissəsədə müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-166/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-166/2024
07.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver