Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-169/2024 21.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, maddi ziyanın ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(033)-77/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Balakən regional “ASAN xidmət” mərkəzinin notariat ofisində rəsmiləşdirilmiş 03 avqust 2022-ci il tarixli, 4Ə-963 nömrəli alqı-satqı müqaviləsi ilə, X5 adlı şəxs Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1.9699 ha kənd təsərrüfatlı torpaq sahəsini İddiaçı satmışdır. İddiaçı mübahisəli torpaq sahəsinə daxil olan zaman Cavabdeh mübahisəli torpaq sahəsinin ona aid olması əsası ilə iddiaçını həmin əraziyə buraxmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 24 avqust 2022-ci il tarixdə tərtib edilmiş A seriyalı 814412 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 1.9699 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsindən onun istifadəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması, 5000 (beş min) manat maddi ziyanın, iddianın irəli sürülməsi üçün ödənilmiş 170 (bir yüz yetmiş) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Balakən regional “ASAN xidmət” mərkəzinin notariat ofisində rəsmiləşdirilmiş 03 avqust 2022-ci il tarixli, 4Ə-963 nömrəli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı Məsimov X6 rayonu Bəhmətli kəndində yerləşən 1.9699 ha kənd təsərrüfatlı torpaq sahəsini satın almış, torpaq sahəsi ona naturada tanıdılmış, hüquqları dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsində ümumilikdə 200 ədəd fındıq topası mövcuddur. Torpaq sahəsini satın aldıqdan sonra iddiaçı yaşadığı Bakı şəhərinə getmiş, daha sonra yenidən 11 avqust 2022-ci il tarixdə Zaqatala şəhərinə qayıtmışdır. Mübahisəli torpaq sahəsinə daxil olan zaman Cavabdeh mübahisəli torpaq sahəsinin ona aid olması əsası ilə iddiaçını həmin əraziyə buraxmamış, tərəflər arasında mübahisə yaranmışdır. Mübahisənin qarşısının alınması məqsədilə iddiaçı tərəfindən Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edilmiş, Zaqatala RPŞ tərəfindən mübahisənin mülki xarakterli olması, məhkəməyə müraciət edilməsi iddiaçıya tövsiyyə edilmişdir. Həmin müddətdə cavabdeh iddiaçıya məxsus fındıq bağında yerləşən fındıq topalarını yığmış, nəticədə iddiaçıya 5000 manat maddi ziyan dəymişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehə təkrar müraciət edilmiş, iddiaçıya məxsus torpaq sahəsindən çıxması və ona dəymiş maddi ziyanın ödənilməsi təklif olunmuş, buna baxmayaraq cavabdeh bundan imtina etmiş, nəticədə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,9699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsində xx.xx.2022-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,9699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Ona məxsus 1,9699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehin mübahisələndirilən torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh iddiaçının tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan 1,9699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və iddiaçıya həmin torpaq sahəsindən faktiki istifadə etməsinə qarşı cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulmalıdır. Bundan başqa iş materiallarına əlavə edilmiş qarşılıqlı iddia ərizəsinin məzmunundan da görünür ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt edərək istifadə etdiyini etiraf edir.
6. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən iddiaçıya vurulmuş 5000 manat maddi ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəf mülkiyyətində olan torpaq sahəsində yerləşən fındıq ağaclarından bəhər, gəlir götürmədiyi bir halda, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən, cavabdeh tərəfindən zəbt edilməklə bəhər götürülməsi iddiaçının mülkiyyətinə qəsd etməklə cavabdehin qanunsuz gəlir əldə etməsi kimi qiymətləndirilir.
7. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-in 29 avqust 2023-cü il tarixli arayışından görünür ki, 2021-ci il tarixinə 1 kq qabıqlı fındığın bazar dəyəri 3,50-3,70 manat, 2022-ci il tarixinə isə 3,00 - 3,20 manat olmuş və 20 dekabr 2022-ci il tarixli mütəxəssis rəyinə görə Zaqatala rayonunun Bəhmətli kəndində 1,9699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən 186 topa fındıq ağaclarından 1564-1840 kq məhsul götürüldüyü ehtimal olunur.
8. Məhkəmə hesab edir ki, Cavabdeh 186 topa fındıq kolundan bir il ərzində yığılmış fındıq məhsulunun ümumi çəkisi 1564 kq olmaqla hər kiloqramı 3 manatdan hesablanaraq ümumi dəyəri 4692 manat alınıb İddiaçı verilməlidir.
9. Zaqatala Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(033)-77/2023 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia qismən təmin olunmuş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24 avqust 2022-ci il olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,9699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması və iddiaçıya həmin torpaq sahəsindən faktiki istifadə etməsinə qarşı cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması, Cavabdeh 4692 (dörd min altı yüz doxsan iki) manatın alınaraq İddiaçı ödənilməsi, ödənilmiş 170 (bir yüz yetmiş) manat dövlət rüsumunun 3,08 (üç manat səkkiz qəpik) manatının iddiaçıya aid edilməsi, 166,92 (bir yüz altmış altı manat doxsan iki qəpik) manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 139, 152, 157, 385, 1096 və 1097-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68, 84 və 111-ci maddələrinə, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 55-ci maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” Zaqatala rayon Bəhmətli Bələdiyyəsinin 10 oktyabr 2022-ci il tarixli 78 saylı arayışı Zaqatala rayon Bəhmətli Bələdiyyəsinin 15 avqust 2022-ci il tarixli 66 saylı arayışı 10 oktyabr 2022-ci il tarixli akt Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 13 oktyabr 2022-ci il tarixli məktubu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala X9 Mərkəzinin Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən torpaq sahəsinə keçirilməsinə dair 20 dekabr 2022-ci il tarixli rəyi Azerstar MMC-in 29 avqust 2023-cü il tarixli məktubu
12. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hazırda mübahisələndirilən torpaq sahəsi vaxtilə X4 məxsus olmuş və aralarında olan razılığa, əqdə əsasən dəyəri ödənilməklə onun mülkiyyətinə verilmişdir. Torpağın onun mülkiyyətinə verilməsi 2005-ci ildə həyata keçirilmişdir. O tarixdən etibarən o, qeyd edilən torpaq sahəsinin hüquqlu mülkiyyətçisidir və ona qarşı torpaqdan istifadəsinə dair hər hansı bir tələb və iddia irəli sürülməmişdir. X1 ilə aralarında olan münasibətlər, bir kəndli olmağı sənədləşmənin zərurətini aradan qaldırmış kimi olmuşdur. Bundan əlavə, Xalidin aldığı evin dəyəri də onun tərəfindən həmin evin keçmiş mülkiyyətçisinə ödənilmişdir. Artıq 17 ildir ki, həmin torpaq sahəsinə yalnız onun tərəfindən qulluq olunur, müvafiq işlər aparılır və bütün vergi və xərclər onun tərəfindən ödənilir.
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi həmin torpaq sahəsinə hazırki çıxarışı verərkən torpağın mülkiyyətçisi olmasına, yüklü olmasına əhəmiyyət verməmiş, torpağın quruluş və ərazi baxımından fiziki dəyişmələrini nəzərə almamış, baxış keçirməyərək köhnə sənədlər əsasında çıxarış vermişdir.
15. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(033)- 77/2023 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək göstərmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya satılarkən həbsdə olmamış, başqasının xeyrinə ipoteka ilə yüklü edilməmiş, satıcı Muradov Xalid sahiblik və istifadəsində olmuşdur. Satıcı tərəfindən həmin torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş, iddiaçı həmin torpaq sahəsini aldıqdan bir neçə müddət sonra cavabdeh həmin torpaq sahəsinə tələb irəli sürməyə başlamış, iddiaçını zorla mubahisəli torpaq sahəsindən çıxarmış, sahiblik, istifadəsinə qərəzli olaraq maneələr yaratmışdır. Ona görə də, işə onun iştirakı olmadan baxılmasını, Zaqatala Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(033)-77/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3--ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları müəyyən edilmişdir. Həmin normaya görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları- müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, həmçinin vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
20. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 67-ci maddəsinin 1-ci hissəsində müəyyən edilmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsində torpaq sahələri üzərində hüquqların yaranma vaxtı müəyyən edilmişdir. Həmin normaya görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsində müəyyən edilmişdir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
21. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(033)- 77/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 13-cü bəndində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin tələblərindən görünür ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır və həmin qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırki iş üzrə, cavabdehin mübahisəli torpaq sahəsinə hər hansı hüquqları qeydiyyata alınmamışdır. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətində sənədə ehtiyacın aradan qalxması ilə bağlı dedikləri qanuna ziddir və əsassızdır.
27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 14-cü bəndində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, torpağın mülkiyyətçisi yuxarıda qeyd edildiyi kimi dövlət reyestrində olan qeydiyyatla müəyyən edilir ki, alqı-satqı müqaviləsindən əvvəl həmin qeydiyyat cavabdehin deyil, X3 adına olmuş və alqısatqıdan sonra hazırki iddiaçının adına yeni qeydiyyat qanuni olaraq aparılmışdır.
28. Ona görə də, cavabdehin apellyasiya şiakyətinin dəlilləri əsassızdır. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, özünün mübahisəli torpağa hüquqlarının qanuni olduğu mübahisələndirmiş, dəymiş zərərin əvəzi olaraq tutulmuş pulun məbləğinə dair heç bir arqument göstərməmişdir. İddianın torpaq sahəsindən çıxarılma ilə bağlı hissəsi rədd olunacağı halda, iddianın dəymiş zərərin əvəzi olaraq tutulmuş pula dair hissəsi də əsassız olacağından məhkəmə qətnaməni tam yoxlasa da, hazırki qətnamə ilə apellyasiya şikayətinin dəlilləri əsassız hesab edildiyindən və dəymiş zərərin məbləğinə aid hissədə apellyasiya şikayətinin heç bir dəlili olmadığından kollegiya həmin hissədə araşdırma aparılmasına zərurət görməmişdir.
30. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(033)-77/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(033)-77/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev