Məhkəmə qərarları › İş №2(107)-1690/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1690/2021

20.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1690/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı və cavabdeh Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbinin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbinə qarşı “Mingəçevir şəhər 11 nömrəli tam orta məktəb üzrə verilmiş əmrin etibarsız hesab edilməsi və ibtidai sinif müəllimi kimi işə bərpa olunması tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(051)-789/2021 nömrəli qətnaməsindən cavabdeh Mingəçevir şəhər Cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(051)-789/2021 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmuş, Mingəçevir şəhər 11 saylı məktəbinin direktorunun 09 oktyabr 2017-ci il tarixli 121 saylı əmri ləğv edilsin. İddiaçı Mingəçevir şəhər 11 saylı məktəbinə ibtidai sinif müəllimi kimi işə bərpa edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, o iddiaçı - İddiaçı barəsində cavabdeh- Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbin rəhbərliyinin verdiyi 09.10.2017-ci il tarixli 121 nömrəli əmrinin etibarsız hesab edilməsi və onu ibtidai sinif müəllimi kimi işə bərpa olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbin rəhbərliyinin verdiyi 09.10.2017-ci il tarixli 121 nömrəli əmrinin ləğv edilməsi və onun ibtidai sinif müəllimi kimi işə bərpa olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, O, İddiaçı 2002-ci ildə Azərbaycan Müəllimlər İnstutunun Qazax filialının “İbtidai təhsilin pedaqoqikası və metodikası” ixtisasını bitirmişdir. 01.10.2015-ci il tarixdə 254 nömrəli əmrlə Mingəçevir şəhər Y.Muradov adına 11 nömrəli tam orta məktəbə müddətli müqavilə ilə ibtidai sinif müəllimi vəzifəsinə qəbul edilmişdir. 30.05.2015-ci il tarixdə Mingəçevir şəhər Gənclər və Diyarşünaslıq Mərkəzində “Gənc Bələdçi” dərnəyinin rəhbəri təyin edilmişdir. 03.05.2016- cıil tarixli əmrlə müəllim vəzifəsinə dəyişdirilmişdir. 15.10.2017-cı il tarixli 127 nömrəli əmrlə, müəllimlərin işə qəbulu üzrə imtahanında şəhər keçid balını toplamadığını bildirərək, əmək müqaviləsinə xitam verilmişdir. Mingəçevir Y.Muradov 11 nömrəli tam orta məktəbin rəhbərliyi, 03.05.2016-cı il tarixdə onu ibtidai sinif müəlliməsi vəzifəsinə dəyişdirərək, müddətsiz əmək müaviləsi bağlamış və o müəllimə kimi işini layiqincə davam etdirmişdir. Mingəçevir şəhər Y.Muradov adına 11 nömrəli tam orta məktəbin rəhbərliyi, 03.05.2016-cı il tarixdə onu ibtidai sinif vəzifəsinə dəyişdirərək, müddətsiz əmək müaviləsi bağlamış və o işini təhsil müəsissəsində davam etdirmişdir. Ona görə də Məhkəmədən o iddiaçı- İddiaçı barəsində cavabdeh- Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbin rəhbərliyinin verdiyi 09.10.2017-ci il tarixli 121 nömrəli əmrinin ləğv edilməsi və onu ibtidai sinif müəllimi kimi işə bərpa olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X10 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında göstərmişdir ki, Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh Mingəçevir şəhər Cavabdeh X8 iddianı qəbul etmiş və məhkəmə iclasında izahatında göstərmişdir ki, İddiaçı tərəfindən verilmiş iddia tələbini tam olaraq qəbul edir. Əmrin ləğv olunmasına etiraz etmir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Mingəçevir şəhər Cavabdeh X8 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Mingəçevir şəhər Cavabdeh X8 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı 11 saylı tam orta məktəbin direktoru kimi işdən düzgün çıxarmış, Əmək Məcəlləsinin tələblərinə riayət etməklə, habelə həmin Məcəllənin 68-ci maddəsinə uyğun olaraq X7 Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq işdən çıxarmışlar. Hesab edir ki, obyektiv araşdırma aparılmadan, maddi hüquq normalarının tələbləri pozulmaqla qəbul edildiyinə görə Mingəçevir şəhər məhkəməsinin 03.05.2021-ci il tarixli qətnaməsi tamamilə qanunsuz, əsassız və ədalətsizdir. Çünki, hər-hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(051)- 789/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbinin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(051)-789/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Mingəçevir şəhər Cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(051)-789/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbinə qarşı Mingəçevir şəhər 11 nömrəli tam orta məktəb üzrə verilmiş 09.10.2017-ci il tarixli 121 nömrəli əmrin ləğv edilməsi və ibtidai sinif müəllimi kimi işə bərpa olunması tələbinə dair iddiası rədd edilməlidir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1981ci ildə Qazax rayonu, Alpoud kəndində anadan olmuşdur. İşdə olan əmək kitabçasının və əmrlərin surətindən görünür ki, 02 sentyabr 2002-ci il tarixli 73 № li əmrlə İddiaçı AMİ-nun Qazax filialının ibtidai təhsilin pedaqoqikası və metodikası fakültəsini 2002-ci ildə bitirdiyindən F.Heybətov adına Talubqışlaq kənd orta məktəbinə sinif müəllimi təyin edilmiş, 27 fevral 2008-ci il tarixli 27 № li əmrlə məktəbin sinif müəllimi İddiaçı ailə həyatı quraraq Mingəçevir şəhərinə köçdüyündən məktəb müəllimliyindən azad edilmiş, 16 № li məktəbin direktorunun imzaladığı 02.02.2011-ci il tarixli 15 № li əmrlə məktəbə 1 oklad texniki işçi qəbul edilmiş, 01.10.2015-ci il tarixli 87 № li əmrlə başqa işə keçməsi ilə əlaqədar işdən azad edilmiş, 01.10.2015-ci il tarixli 254 № li əmrlə Mingəçevir şəhər Y.Muradov adına 11 nömrəli tam orta məktəbə müddətli müqavilə ilə ibtidai sinif müəllimi vəzifəsinə qəbul edilmiş, 30.10.2015-ci il tarixli əmrlə Mingəçevir Şəhər Gənc-turistlər və Diyarşünaslıq Mərkəzində “Gənc Bələdçi” dərnəyinin rəhbəri təyin edilmiş, 03.05.2016-cı il tarixli əmrlə 15 may 2016-cı il tarixdən 11 № li tam orta məktəbə ixtisası üzrə ibtidai sinif müəllimi vəzifəsinə dəyişdirilmiş, 13.06.2017-ci il tarixli əmrlə AR ƏM-in 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsi başa çatdığı üçün 01.10.2015ci il tarixdən bağlanmış əmək müaviləsinə xitam verilmiş,15.09.2017-ci il tarixli 104 № li əmrlə AR ƏM-in 47-ci maddəsinə müvafiq olaraq Mingəçevir şəhər Y.Muradov adına 11 nömrəli tam orta məktəbə zəruri ehtiyaca görə müddətli əmək müqaviləsi ilə müəllim təyin edilmiş, 09.10.2017-ci il tarixli 121 № li əmrlə Müəllimlərin qəbulu üzrə imtahanında şəhər keçid balı toplamadığı üçün 02.10.2017-ci il tarixdə müddətli əmək müqaviləsinə xitam verilmiş, 08.01.2018-ci il tarixli 02 № li Mingəçevir şəhər Təhsil Şöbəsinə 08.01.2018-ci il tarixdən metodist vəzifəsinə işə qəbul edilmiş, 29.06.2018-ci il tarixli 14 № li Əmək müqaviləsinin 68.2 A bəndinə əsasən ərizəsi nəzərə alınmaqla 02.07.2018-ci il tarixdən işdən azad edilmiş hesab edilmiş, 01.12.2018-ci il tarixli 50 № li əmrlə Mingəçevir şəhər X2 dərnək rəhbəri təyin edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Təhsil Şöbəsi Y.Muradov adına 11 nömrəli tam orta məktəbin 16 fevral 2021-ci il tarixli, 03 nömrəli arayışından görünür ki, İddiaçı 11 №li tam orta məktəbə ŞTŞ-in 01.10.2015-ci il tarixli İ-422/1 nömrəli məktubuna əsasən 01 oktyabr 2015-ci il tarixdə 254 №li əmrlə məktəbə müddətli müqavilə ilə ibtidai sinif müəlliməsi vəzifəsinə qəbul edilmişdir. O vaxtdan 09 oktyabr 2017-ci il tarixədək işləmişdir. Sonra MİQ üzrə şəhər keçid balı toplamadığı üçün 02.10.2017-ci tarixdə 121 2 №li əmrlə müddətli əmək müaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3, 14, 43.3, 45, 46.6, 47, 68, 71.3, 73, 288 və 292.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 43-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsi “Əmək müqaviləsinin müddətinə “həsr edilmişdir. Həmin maddədə əmək müqaviləsi qabaqcadan müddət müəyyən edilmədən və ya 5 ilədək müddətə (müddətli) bağlana bilər. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-ci hissəsinə görə əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir. Həmin məcəllənin 47-ci maddəsi “Müddətli əmək müqaviləsi bağlanan hallara” həsr edilmişdir. Həmin maddədə 10 bənd vardır və bu bəndlərin hər hansı biri onun işdən çıxamağına təsir edə bilməız. Həmin Məcəllənin 68-ci maddəsinin tələbinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Qeyd olunan hüquq normasının tələbindən göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvi üçün işəgötürən tərəfindən heç bir əsas olmamışdır. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmalıdır. Həmin məcəllənin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasına həs olunmuşdur. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərizndə tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəll müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin tələbinə görə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsinin şərtlərinin tətbiq edilməsi məsələlərinin tənzimlənməsi zamanı yaranan fərdi əmək münasibətlərinin həlli həmin Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 2002-ci ildə Azərbaycan Müəllimlər İnstutunun Qazax filialının “İbtidai təhsilin pedaqoqikası və metodikası” ixtisasını bitirmişdir. 01.10.2015-ci il tarixdə 254 nömrəli əmrlə Mingəçevir şəhər Y.Muradov adına 11 nömrəli tam orta məktəbə müddətli müqavilə ilə ibtidai sinif müəllimi vəzifəsinə qəbul edilmişdir. 09.10.2017-ci il tarixli 121 nömrəli əmrlə, müəllimlərin işə qəbulu üzrə imtahanında şəhər keçid balını toplamadığını bildirərək, əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının icra etdiyi işi daimi xarakterə malikdir. Bundan əlavə iddiaçı Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbinin direktoru İddiaçı işdən çıxarma səbəbi kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndini əsas götürsə də nəzərə almamışdır ki, bu əmək qanunvericiliyinin kobud surətdə pozulması deməkdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Mingəçevir şəhər Cavabdeh X8 iddia tələbini tam qəbul edərək iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə isə öz növbəsində cavabdehin etirafını qəbul etmiş və bu səbəbdən də iddiaçının irəli sürdüyü tələblərin təmin olunmasını məqsədə müvafiq saymışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinəəsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin etirafını qəbul etməkdə haqlı olmamışdır. Çünki, hazırki iş üzrə iddianı etiraf edən Mingəçevir şəhər Y.Muradov adına Cavabdeh X1 Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(051)-789/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdehin birinci instansiya məhkəməsində etdiyi etiraf ya əsaslı olmamışdır, ya da ümumiyyətlə belə bir etiraf mövcud olmamışdır. Ən azı, birinci instansiya məhkəməsi yuxarıda göstərilən maddələrin tələbi baxımından etirafı qəbul etməməli və işə mahiyyəti üzrə baxmalı idi. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı 01.10.2015-ci il tarixli 254 № li əmrlə Mingəçevir şəhər Y.Muradov adına 11 nömrəli tam orta məktəbə müddətli müqavilə ilə ibtidai sinif müəllimi vəzifəsinə qəbul edilmiş, 13.06.2017-ci il tarixli əmrlə AR ƏM-in 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsi başa çatdığı üçün 01.10.2015-ci il tarixdən bağlanmış əmək müaviləsinə xitam verilmişdir. 15.09.2017-ci il tarixli 104 № li əmrlə AR ƏM-in 47-ci maddəsinə müvafiq olaraq Mingəçevir şəhər Y.Muradov adına 11 nömrəli tam orta məktəbə zəruri ehtiyaca görə müddətli əmək müqaviləsi ilə müəllim təyin edilmiş, 09.10.2017-ci il tarixli 121 № li əmrlə müəllimlərin işə qəbulu üzrə imtahanında şəhər keçid balı toplamadığı üçün 02.10.2017-ci il tarixdə müddətli əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra 08.01.2018-ci il tarixli 02 № li Mingəçevir şəhər Təhsil Şöbəsinə 08.01.2018-ci il tarixdən metodist vəzifəsinə işə qəbul edilmiş, 29.06.2018-ci il tarixli 14 № li Əmək müqaviləsinin 68.2 A bəndinə əsasən ərizəsi nəzərə alınmaqla 02.07.2018-ci il tarixdən işdən azad edilmiş hesab edilmiş, 01.12.2018-ci il tarixli 50 № li əmrlə Mingəçevir şəhər X2 dərnək rəhbəri təyin edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdeh Mingəçevir şəhər Cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(051)-789/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbinə qarşı Mingəçevir şəhər 11 nömrəli tam orta məktəb üzrə verilmiş 09.10.2017-ci il tarixli 121 nömrəli əmrin ləğv edilməsi və ibtidai sinif müəllimi kimi işə bərpa olunması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Mingəçevir şəhər Cavabdeh X8 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(051)-789/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbinə qarşı Mingəçevir şəhər 11 nömrəli tam orta məktəb üzrə verilmiş 09.10.2017-ci il tarixli 121 nömrəli əmrin ləğv edilməsi və ibtidai sinif müəllimi kimi işə bərpa olunması tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar