Məhkəmə qərarları › İş №2(107)-172/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-172/2021

12.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-172/2021 12.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X38 katibliyi, İddiaçı1, Cavabdeh, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon Soltan Nuxa kənd bələdiyyəsinin nümayəndəsi X17 və Qəbələ rayon İcra Hakimiyyəti Soltan Nuxa kənd X8 nümayəndəsi X12 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsi üzərində pozulmuş hüquqların bərpası və daşınmaz əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(025)-1340/2019 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsi üzərində pozulmuş hüquqların bərpası və daşınmaz əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddiaları təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(025)-1340/2019 saylı qətnаməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1340/2019 saylı qətnaməsi qismən yəni, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2n məxsus Qəbələ rayon Durca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Qəbələ rayon Durca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsinə qaytarılmasının təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilmiş, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Qəbələ rayon Durca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Qəbələ rayon Durca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsinə qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət etmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-3747/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş apellyasiya qaydasında yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin hаllаrı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsi üzərində pozulmuş hüquqların bərpası və daşınmaz əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların qanuni istifadə hüququna malik olduğu və hal-hazırda Cavabdeh tərəfindən zəbt olunmuş 0,05 hektar torpaq sahəsindən və evdən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin onların istifadəsinə qaytarılması, mübahisələndirilən torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsi nəticəsində dəymiş 10.000 manat (AZN) məbləğində maddi və mənəvi ziyanın Cavabdeh tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, xx xxxx 2004-cü il tarixli Soltannuxa Bələdiyəsi ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən yuxarıda qeyd olunan torpaq sahəsini İddiaçı1 nəğd pul ödəyərək almışdır. O, həmin torpaq sahəsini öz adına qeydiyyata aldırmaq məqsədi ilə Qəbələ rayonu müvafiq orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edə bilməmişdir. Ümumiyyətlə həmin torpaq sahələri və üzərindəki tikililər onların babaları tərəfindən yüz il əvvəl inşa edilmiş tikililərdir. Durca qədim kənddir və onların valideynləri, ata-babaları həmişə orada yaşamışlar. Daha əvvəllər həmin torpaqlarla bağlı müvafiq orqanlarla və bələdiyyə ilə bağlı yaranmış mübahisələr xx.xx.2009-cu il tarixli 2(025)-29/2009 saylı mülki işə Qəbələ rayon Məhkəməsində, xx.xx.2010-cu il tarxili 2(107)177/2010 saylı mülki işə Şəki Apellyasiya məhkəməsində baxılmışdır. Şəki Apellyasiya məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(107)-177/2010 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il tarixli 2(025)-29/2009 saylı Qəbələ rayon Məhkəməsin qətnaməsini qismən ləğv edmişdir. Beləliklə, mübahisə öz yekun həllini tapmışdır. Şəki Apellyasiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, işə əlavə edilmiş Soltanuxa kənd inzibati ərazi idarəsinin xx.xx.2010-cu il tarixli, 198 saylı arayışından görünür ki, İddiaçı2, X3 və İddiaçı1 məxsus Duruca kəndində həmin üç ailəyə məxsus iki yaşayış binası 4 sot torpaq sahəsində yerləşmişdir. Yaşayış binasının biri İddiaçı2 və X2, digəri isə İddiaçı1 aiddir. Beləliklə, Şəki Apellyasiya məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(107)177/2010 nömrəli qətnaməsinə əsasən iddiaçıların şikayəti əsaslı olduğundan təmin olunmuş və həmin torpağ və tikililər üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 ( mərhum X1) istifadə və sahiblik hüququ tanınmışdır. Qəbələ rayon Durca kəndinin ərazisində Dövlət Əhəmiyyətli tədbirlərin görülməsi nəzərdə tutulmuş, bu barədə bir sıra layihələr həyata keçirilmişdir. Həmin layihələrə əsasən iddiaçılara məxsus köhnə tikililərin yerində 1 mərtəbəli, 2 otaqdan ibarət olan, hər birinin ümumu sahəsi təxminən 100 kv olan 2 dənə ayrı-ayrı evlər bir birilərinə bitişik vəziyyətdə, yeni modern görüntüdə tikilib 2013-cü ildə iddiaçıların istifadəsinə verilmişdir. 2015-ci ilin sonlarına doğru Göyçay şəhəri, H.Əliyev prospektində yaşayan və iddiaçılarla yaxından və uzaqdan heç bir qohumluq əlaqəsi olmayan qonşuları olan X26 ilə qarşılaşmışlar. X26 onlara bildirmiş ki, xanımı ilə ayrılıb və həyat yoldaşı və uşaqları onu evdən qovublar. Hal-hazırda yaşamağa heç bir yeri yoxdur. Uzun müddətdir ki, yemək yemir. Qarşılaşdığları bu vəziyyətə çox üzülmüşlər və qərara gəlmişlər ki, müvəqqəti olaraq qonşuları X21 Qəbələ rayonu, Durca kəndində dövlət tərəfindən yeni tikilib onlara verilmiş evə yerləşdirsinlər. Rəhmətə gedənə qədər təxminən 3 ilə yaxın qonşuları Muradov Vaqif həmin mənzildə təmannasız qalmışdır. 2019-cu ilin əvvələrində Cavabdeh onların evdə olmadığları an qapının açarını sındıraraq həmin atası müvəqqəti yaşadığı evə ailəsi ilə birlikdə daxil olaraq orda yaşamağa başlamışdır. Cavabdehə bu hərəkətinin səbəbini soruşduqda isə onlara bildirmiş ki, həmin evdə atası yaşayıb və o rəhmətə getdiyi üçün həmin ev ona məxsusdur. Cavabdehin bu hərəkətini gördükdən sonra qonşuları çağıraraq qanuni istifadələrində olan torpaq sahəsindən 0,05 hektarının və evin Göyçay şəhəri, H.Əliyev prospekti, ev 129 saylı evin sakini Cavabdeh tərəfindən zəbt edilməsi faktı təsdiq olunaraq bu barədə xx.xx.2019-cu il tarixli akt tərtib etmişlər. Cavabdehə dəfələrlə edilən şifahi müraciətləri nəticəsiz qaldığından bu barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət etmək məcburiyyətində qalmışlar. Cavahdeh polis şöbəsindəki izahatında da bildirmiş ki, həmin evə aid heç bir sənədi yoxdur və heç bir əsas olmadan həmin evdə əşyalarını saxlayır. Cavabdehin həmin mənzildən çıxarılmasını iddiaçılar tələb etdikdə isə Qəbələ rayon Polis şöbəsindən onlara bildirmişlər ki, müraciətlərində göstərilən xüsuslar daxili işlər orqanının səlahiyyətlərinə aid olmadığı üçün aiddiyəti üzrə məhkəmə orqanına müraciət etməlidirlər. Göyçay şəhəri, H.Əliyev pr,ev 129 saylı evin sakini Cavabdeh oğlu İddiaçı1 müqavilə hüququ əsasında qanuni istifadə və sahiblikində olan torpaq sahəsindən 0.05 hektarını və İddiaçı2 evini zəbt edərək həmin sahədən heç bir hüquqi əsası olmadan yaşamaq məqsədi ilə istifadə edir. Beləliklə, Göyçay şəhəri, H.Əliyev prospekti, ev 129 savlı evin sakini Cavabdeh tərəfindən həm torpaq qanunvericiliyinin, həm torpaq münasibətlərini tənzimləyən digər qanunvericilik aktlarının tələbləri, həm də iddiaçının qanunla müdafiə olunan hüquqları kobud şəkildə pozulmuş və torpaqdan istifadə hüququnun məhdudlaşdırılması nəticəsində onlara külli miqdarda ziyan dəymişdir. xx xxxxxxx 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında Qəbələ rayon Soltan Nuxa kənd bələdiyyəsi və Qəbələ rayon İcra Hakimiyyəti Soltan Nuxa kənd X16 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib göstərmişdir ki, xx xxxx 2004-cu il tarixli Soltan Nuxa kənd bələdiyyəsi ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsini o, nəğd pul ödəyərək almışdır. Həmin torpaq sahəsini öz adına qeydiyyata aldırmaq məqsədi ilə Qəbələ rayonunun müvafiq orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edə bilməmişdir. Həmin torpaq sahələri və üzərində inşa edilmiş tikililər babaları tərəfindən yüz il əvvəl inşa edilmiş tikililərdir. Duruca qədim kənddir. Onların valideyinləri, ata babaları həmişə orada yaşamışlar. Qəbələ rayonu, Duruca kəndinin ərazisində Dövlət əhəmiyyətli tədbirlərin görülməsi nəzərdə tutulmuş, bu barədə bir sıra layihələr həyata keçirilmişdir. Həmin layihələrə əsasən onlara məxsus köhnə tikililərin yerində 1 mərtəbəli, 2 otaqdan ibarət olan, hər birinin ümumi sahəsi təxminən 100 km² olan 2 ayrı-ayrı evlər bir birinə bitişik vəziyyətdə, yeni modern görüntüdə tikilib 2013-cü ildə istifadələrinə verilmişdir. 2015-ci ilin sonlarına doğru Göyçay şəhəri, H.Əliyev prospektindədə yaşayan və onlarla heç bir qohumluq əlaqəsi olmayan qonşuları olan X21 Qəbələ rayonu, Durca kəndində dövlət tərəfindən yeni tikilib onlara verilmiş evə yerləşdirmişlər. Ailəsindən ayrıldığı və qalmaq üçün yeri olmadığından öz evlərinə yerləşdirmək qərarına gəlmişlər. Rəhmətə gedənə kimi təxminən 3 ilə yaxın qonşuları Muradov Vaqif həmin mənzildə təmənnasız qalmışdır. 2019-cu ilin əvvəllərində Cavabdeh atası müvəqqəti yaşadığı həmin evə ailəsi ilə birlikdə daxil olaraq orada yaşamağa başlamışdır. Cavabdehdən bu hərəkətinin səbəbinini soruşduqda isə onlara bildirmiş ki, həmin evdə atası yaşamış və o, rəhmətə getdiyi üçün həmin ev ona məxsusdur. Bununla bağlı Qəbələ rayon Polis şöbəsinə də müraciət etmişlər. Cavahdeh polis şöbəsindəki izahatında da bildirmiş ki, həmin evə aid heç bir sənədi yoxdur və heç bir əsas olmadan həmin evdə əşyalarını saxlayır. Həmin ev dövlət tərəfindən İddiaçı2 verilmişdir. Özünün isə Qəbələ rayonu Durca kəndində özünə məxsus evi vardır. İddia qaldırmağının səbəbi isə əmisi oğlu İddiaçı2 hüquqlarını müdafiə etməsində ona köməklik göstərmək üçündür. İddialarının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən İddiaçı2 vəkili və etibarnamə üzrə nümayəndəsi X27 iddia ərizəsinə uyğun izahat verərək eyni zamanda göstərmişdir ki, mübahisəli evdən cavabdehin çıxarılması ilə bağlı tələb irəli sürülmüşdür. Tələbdə də göstərilmişdir ki, həmin ev İddiaçı2 adına tikilmişdir. Həmin torpaq sahələrinin iddiaçılara məxsus olması ilə bağlı 2004-cu ildə 1 ha torpaq sahəsinin M.Ruslanın adına olması, eyni zamanda 0.05 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı müqavilə vardır. Bu da onu göstərir ki, həmin torpaq sahəsi iddiaçılara aid olan torpaq sahəsi olubdur. Lakin qanunvericilikdə nəzərdə tutulan qaydada həmin torpağı dövlət orqanlarında qeydiyyatdan keçirilməməsi isə obyektiv səbəblərdən yaranıbdır. Dövlət orqanları ümumiyyətlə həmin yerdə heç kimin torpaq sahəsini qeydiyyatdan keçirməmişdir. Bununla bağlı demək olar ki, həmin şəxslərin torpağa dair özlərinin mülki hüquq və vəzifələrini müdafiə etmək hüququ yaranır. Konistitutsiya məhkəməsinin qərarında da, eyni zamanda MPM-nin 157-ci maddəsində də göstərilir ki, alqısatqı müqaviləsi qeydiyyatdan keçməsə belə konsensial müqavilə olduğuna görə tərəflərin öz müqavilələrini müdafiə etmək hüquqları vardır. Eyni zamanda 2009-cu ildə Qəbələ rayon Soltan Nuxa kənd bələdiyyəsi həmin torpaq sahələrinin boşaldılması ilə bağlı Qəbələ rayon Məhkəməsinə iddia qaldırmış, iddia tələbi təmin edilmiş, lakin Şəki Apellyasiya məhkəməsinin qətnaməsi ilə həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qəbul edilməmişdir. Yəni, burdan da belə bir nəticəyə gəlinir ki, həmin torpaq sahələri iddiaçıların istifadəsində və mülkiyyətindədir. Odur ki, iddia tələbinin təmin edilməsini barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı qəbul etməyərək verdiyi izahatında qeyd etmişdir ki, atası Qəbələ rayonu Duruca kəndində anadan olub və orada yaşayıbdır. Onlara məxsus Qəbələ rayonu, Duruca kəndində ev olub və həmin ev yaşayış üçün yararsız olduğundan Kanat xətti tikilən vaxt atasına yaşayış üçün yararlı olan yeni ev verilibdir. Onlara məxsus köhnə, yaşayış üçün yararlı olmayan yaşayış evi hələdə köhnə vəziyyətində qalmaqdadır və həmin ev indiki yaşayış evindən kənarda yerləşir. Həmin ev ilə bağlı nə onun, nə də iddiaçıların hər hansı bir sənədi yoxdur. Buna görə də, iddiaçıların ərizələrini əsassız hesab edir və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxaralmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon Soltan Nuxa kənd bələdiyyəsi və Qəbələ rayon İcra Hakimiyyəti Soltan Nuxa kənd X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Birinci instansiya məhkəməsi işə cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon Soltan Nuxa kənd bələdiyyəsi və Qəbələ rayon İcra Hakimiyyəti Soltan Nuxa kənd X8 nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx xxxxxxx 2019-cu il tarixdə keçirilən birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Soltan Nuxa kənd bələdiyyəsinin nümayəndəsi X17 verdiyi izahatında göstərmişdir ki, o, Qəbələ rayon Soltan Nuxa kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. İddiaçı2 Qəbələ rayonu, Duruca kəndində özünə məxsus evləri var. Onun özünə məxsus olan evləri söküləcəyi təqdirdə yeni tikilmiş 1 mərtəbəli, 2 otaqdan ibarət olan, hər birinin ümumi sahəsi təxminən 100 km² olan 2 ayrı-ayrı evlər ona veriləcəkdi. Evləri İddiaçı2 istifadə edirdi. Cavabdehin atasının evi qəzalı vəziyyətdə olduğundan həmin əraziyə yaxın yerdə ona bir otaqlı ev verilmiş və o, həmin evdə yaşamışdır. Lakin sonradan Əlyar adlanan şəxsin evi plana düşdüyünə görə ona sözügedən qoşa evlər təklif olunmuş, o, razılaşmadığından cavabdehin atası Muradov Vaqifin istifadəsində olan evə köçürülmüş, cavabdehin atası isə 1 mərtəbəli, 2 otaqdan ibarət olan evə köçürülmüşdür. Hazırda cavabdehin atasının evi qəzalı vəziyyətdə qalmaqdadır. X26 axır 10 il Qəbələ rayonu, Duruca kəndində yaşamış, son üç il isə X26 sözügedən evdə yaşamışdır. Həmçinin qeyd etmişdir ki, Qəbələ rayonu, Duruca kəndində yerləşən evlərin heç birinin rəsmi sənədi yoxdur. Qeyd olunan evə nə iddiaçıların, nə də cavabdehin hər hansı bir sənədi yoxdur. Evlər kimin mülkiyyətindədir, onu da bilmir. xx xxxxxxx 2019-cu il tarixdə keçirilən birinci instansiya məhkəməsinin məhkəmə iclasında X30 şahid qismində ifadə verərək bildirmişdir ki, o, Ağdaş rayonunda anadan olmuşdur, lakin hazırda ailəsi ilə birgə Qəbələ rayonu, Duruca kəndində yaşayır. X26 onunla birgə Duruca kəndində yaşamışdır. X26 özü onlara bildirmişdir ki, ailəsindən ayrıldığı üçün Qəbələ rayonu, Duruca kəndində tək yaşayır. Muradov Vaqif əvvəllər kəndə gələn deyilmiş,lakin son üç ildə o, kənddə yaşamışdır. Vaqifin evi qəzalı vəziyyətdə olduğundan onu hazırda Əlyar adlanan şəxs yaşayan evə köçürtmüşlər. Lakin sonradan X21 yeni tikilmiş 1 mərtəbəli, 2 otaqdan ibarət olan evə köçürmüşlər və o, həmin evdə təxminən bir neçə il yaşamışdır. Mülki iş birinci instansiya məhkəməsinin icraatında olan zaman tərəflər arasında mübahisələndirilən evə (mənzilə) onların iştirakı ilə baxış keçirilmişdir. Evə (evlərə) baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisəli ev 1 mərtəbəli, 2 mənzildən ibarət olan, hər birinin ümumi sahəsi təxminən 100 kv2 olmaqla bir-birinə bitişik vəziyyətdə tikilmişdir. Hər mənzilin girişi ayrıdır. Mənzillərdən biri İddiaçı1 dediyinə görə İddiaçı2 istifadəsindədir, açarları da Ruslandadır və o, açarı təqdim edərək mənzili açmış və mənzilin içərisinə də baxış keçirilmişdir. Mənzil yaşayış üçün iki otaqdan, bir mətbəxdən və bir hamamdan ibarətdir. Mənzilin içərəsi demək olar ki, boşdur. İkinci mənzil isə Muradov Vaqifin istifadəsində olmuşdur və hazırda da açarları Cavabdehdır və o, mənzili açmış və mənzilə baxış keçirilmişdir. Həmin mənzil də, yaşayış üçün iki otaqdan, bir mətbəxdən və bir hamamdan ibarətdir. Mənzilin içərisi məişət avadanlıqları ilə doludur. Hər iki mənzil yaşayış üçün normal vəziyyətdədir. Mübahisəli evin arxasında (qonşuluğunda) İddiaçı1 məxsus ayrıca həyətyanı sahəsi olan ev vardır. Həmin evlərə yaxınlıqda yerləşən və bir qədər yuxarıda İddiaçı2 məxsus 2 mərtəbəli başqa ev vardır. Həmin ev yeni tikili deyildir. Həmçinin Cavabdeh atasına məxsus evə də baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ev olduqca köhnə tikilidir və yaşayış üçün tamamilə yararsızdır. Evlərə baxış keçirilən zaman foto-şəkillər çəkilərək protokola əlavə olunmuşdur. Belə ki, iş materiallarında olan “Torpaqların X31”ın surətindən görünür ki, Göyçay şəhəri ərazisində yaşayan İddiaçı1 rayon bələdiyyə orqanına xx xxxx 2004-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Soltan Nuxa bələdiyyə ərazisində 0,05 ha torpaq sahəsinin satılması barədə 2004-cü il 22 iyul tarixli, 7 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı1 tərəfindən Qəbələ rayon BUSB Bankının **********0 saylı hesabına əvvəlcədən 500000 manat haqq ödənilmişdir. İş materiallarında olan 2004-cü il tarixli 571911 nömrəli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən Qəbələ rayon Soltannuxa bələdiyyəsinə 500000 (beş yüz min) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Qəbələ rayon Soltan Nuxa bələdiyyəsinin xx xxxx 2004-cü il 7 saylı Şura iclasının Protokolundan Çıxarışdan görünür ki, Göyçay şəhər sakini İddiaçı1 “Durca” yaşayış məntəqəsindən 0,05 ha torpaq sahəsi satılması qərara alınmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli 2(107)177/2010 nömrəli qətnaməsinin surətindən görünür ki, Qəbələ rayon məhkəməsinin xx xxxxx 2009-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Qəbələ rayon Soltannuxa bələdiyyəsinin cavabdehlər X23, X18, X2, İddiaçı1, X24 və X7 qarşı torpağın boşaldılması, torpaq üzərində mülkiyyət hüquqlarının bərpası, torpaq sahələrinin başqaların qeyri-qanuni sahibliyindən götürülməsi və bələdiyyənin qanuni mülkiyyətində olan torpaq sahəsində tikilmiş tikililərin sökülməsi tələbinə dair ilk iddiası cavabdehlər İddiaçı1, X3 və X18 münasibətdə təmin edilmiş, ilk iddianın cavabdehlər X23, X7 və X24 qarşı hissəsi təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək JN-402H, KOD 40602038 saylı şəhadətnamə ilə X4 mülkiyyətinə verilmiş 0,10 hektar torpaq sahəsində tikdiyi evə mülkiyyət hüququ tanınmış, həmin evə mülkiyyət sənədlərinin verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon Ərazi İdarəsinə həvalə edilməsi qət edilmiş, cavabdeh və X9 və X19 nümayəndəsi İddiaçı1 apellyasiya şikayəti təmin olunması, iş üzrə Qəbələ rayon məhkəməsinin xx xxxxx 2009-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi, Qəbələ rayonu Soltannuxa bələdiyyəsinin İddiaçı1, X15 və İddiaçı2 qarşı torpağın boşaldılması, torpaq üzərində mülkiyyət hüquqlarının bərpası, torpaq sahəsinin onların qeyri-qanuni sahibliyindən götürülməsi və bələdiyyənin qanuni mülkiyyətində olan torpaq sahəsində tikilmiş tikililərin sökülməsinə dair iddiası əsassız olduğu üçün təmin olunması, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materillarında olan Soltan Nuxa bələdiyyəsinin sədri X13 Qəbələ rayon Xəritəçəkmə və Torpaq şöbəsinə ünvaladığı xx.xx.2004-cü il tarixli, 407 nömrəli məktubdan görünür ki, Göyçay şəhər sakini İddiaçı1 “Durca” ərazisindən 1,00 ha torpaq sahəsi icarəyə verilməsi barədə məlumat verilmiş və icarənin dövlət qeydiyyatına götürülməsi xahiş olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2004-cü il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Soltan Nuxa bələdiyyəsinin xx xxxx 2004-cü il tarixli, 7 saylı qərarı əsasında İddiaçı1 1,00 ha torpaq sahəsi icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Qəbələ rayonu Durucu kənd sakinləri İddiaçı1 və X10 qanuni istifadə hüququna malik olduğu 0,05 hektar torpaq sahəsi və evi 2019-cu ildə Cavabdeh tərəfindən zəbt olunduğunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli sorğusuna cavab olaraq Qəbələ rayon Polis şöbəsindən daxil olmuş İddiaçı1 ərizəsi əsasında Qəbələ RPŞ-də aparılmış araşdırma materialında olan Cavabdeh izahatından görünür ki, o, həmin evin atasından ona qaldığını, lakin həmin evə dair heç bir rəsmi sənədi olmadığını qeyd etmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli sorğusuna cavab olaraq Qəbələ rayon İcra Hakimiyyəti Soltan Nuxa kənd X6 daxil olmuş xx xxxxxxx 2019-cu il tarixli, 434 nömrəli məktubdan görünür ki, İddiaçı1, İddiaçı2 Teymur oğlu və Cavabdeh Durca kəndində yaşayış mənzilləri vardır, lakin mənzillərin sənədi yoxdur. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli sorğusuna cavab olaraq Qəbələ rayon Soltan Nuxa kənd bələdiyyəsindən daxil olmuş xx xxxxxxx 2019-cu il tarixli, 11 nömrəli məktubdan görünür ki, Qəbələ rayonu Soltan Nuxa bələdiyyəsinin Duruca kəndində İddiaçı1, İddiaçı2 Teymur oğlu və Cavabdeh yaşayış evləri vardır. Həmin evlərin sənədlərinin olub-olmaması haqqında bələdiyyəyə heç bir rəsmi sənəd daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1985-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Asan-Quba tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1964-cü il tarixdə Göyçay şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Göyçay RPŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1972-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatdadır. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. İş üzrə qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, xx xxxx 2004-cü il tarixli Soltannuxa Bələdiyəsi ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən yuxarıda qeyd olunan torpaq sahəsini İddiaçı1 nəğd pul ödəyərək almışdır. O, həmin torpaq sahəsini öz adına qeydiyyata aldırmaq məqsədi ilə Qəbələ rayonu müvafiq orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edə bilməmişdir. Ümumiyyətlə həmin torpaq sahələri və üzərindəki tikililər onların babaları tərəfindən yüz il əvvəl inşa edilmiş tikililərdir. Durca qədim kənddir və onların valideynləri, ata-babaları həmişə orada yaşamışlar. Daha əvvəllər həmin torpaqlarla bağlı müvafiq orqanlarla və bələdiyyə ilə bağlı yaranmış mübahisələr xx.xx.2009-cu il tarixli 2(025)-29/2009 saylı mülki işə Qəbələ rayon Məhkəməsində, xx.xx.2010-cu il tarxili 2(107)177/2010 saylı mülki işə Şəki Apellyasiya məhkəməsində baxılmışdır. Şəki Apellyasiya məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(107)- 177/2010 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il tarixli 2(025)-29/2009 saylı Qəbələ rayon Məhkəməsin qətnaməsini qismən ləğv edmişdir. Beləliklə, mübahisə öz yekun həllini tapmışdır. Şəki Apellyasiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, işə əlavə edilmiş Soltanuxa kənd inzibati ərazi idarəsinin xx.xx.2010-cu il tarixli, 198 saylı arayışından görünür ki, İddiaçı2, X3 və İddiaçı1 məxsus Duruca kəndində həmin üç ailəyə məxsus iki yaşayış binası 4 sot torpaq sahəsində yerləşmişdir. Yaşayış binasının biri İddiaçı2 və X2, digəri isə İddiaçı1 aiddir. Beləliklə, Şəki Apellyasiya məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(107)177/2010 nömrəli qətnaməsinə əsasən iddiaçıların şikayəti əsaslı olduğundan təmin olunmuş və həmin torpağ və tikililər üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 ( mərhum X1) istifadə və sahiblik hüququ tanınmışdır. Qəbələ rayon Durca kəndinin ərazisində Dövlət Əhəmiyyətli tədbirlərin görülməsi nəzərdə tutulmuş, bu barədə bir sıra layihələr həyata keçirilmişdir. Həmin layihələrə əsasən iddiaçılara məxsus köhnə tikililərin yerində 1 mərtəbəli, 2 otaqdan ibarət olan, hər birinin ümumu sahəsi təxminən 100 kv olan 2 dənə ayrı-ayrı evlər bir birilərinə bitişik vəziyyətdə, yeni modern görüntüdə tikilib 2013-cü ildə iddiaçıların istifadəsinə verilmişdir. 2015-ci ilin sonlarına doğru Göyçay şəhəri, H.Əliyev prospektində yaşayan və iddiaçılarla yaxından və uzaqdan heç bir qohumluq əlaqəsi olmayan qonşuları olan X26 ilə qarşılaşmışlar. X26onlara bildirmiş ki, xanımı ilə ayrılıb və həyat yoldaşı və uşaqları onu evdən qovublar. Hal-hazırda yaşamağa heç bir yeri yoxdur. Uzun müddətdir ki, yemək yemir. Qarşılaşdığları bu vəziyyətə çox üzülmüşlər və qərara gəlmişlər ki, müvəqqəti olaraq qonşuları X21 Qəbələ rayonu, Durca kəndində dövlət tərəfindən yeni tikilib onlara verilmiş evə yerləşdirsinlər. Rəhmətə gedənə qədər təxminən 3 ilə yaxın qonşuları Muradov Vaqif həmin mənzildə təmannasız qalmışdır. 2019-cu ilin əvvələrində Cavabdeh onların evdə olmadığları an qapının açarını sındıraraq həmin atası müvəqqəti yaşadığı evə ailəsi ilə birlikdə daxil olaraq orda yaşamağa başlamışdır. Cavabdehə bu hərəkətinin səbəbini soruşduqda isə onlara bildirmiş ki, həmin evdə atası yaşayıb və o rəhmətə getdiyi üçün həmin ev ona məxsusdur. Cavabdehin bu hərəkətini gördükdən sonra qonşuları çağıraraq qanuni istifadələrində olan torpaq sahəsindən 0,05 hektarının və evin Göyçay şəhəri, H.Əliyev prospekti, ev 129 saylı evin sakini Cavabdeh tərəfindən zəbt edilməsi faktı təsdiq olunaraq bu barədə xx.xx.2019-cu il tarixli akt tərtib etmişlər. Cavabdehə dəfələrlə edilən şifahi müraciətləri nəticəsiz qaldığından bu barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət etmək məcburiyyətində qalmışlar. Cavahdeh polis şöbəsindəki izahatında da bildirmiş ki, həmin evə aid heç bir sənədi yoxdur və heç bir əsas olmadan həmin evdə əşyalarını saxlayır. Cavabdehin həmin mənzildən çıxarılmasını iddiaçılar tələb etdikdə isə Qəbələ rayon Polis şöbəsindən onlara bildirmişlər ki, müraciətlərində göstərilən xüsuslar daxili işlər orqanının səlahiyyətlərinə aid olmadığı üçün aiddiyəti üzrə məhkəmə orqanına müraciət etməlidirlər. Göyçay şəhəri, H.Əliyev pr,ev 129 saylı evin sakini Cavabdeh oğlu İddiaçı1 müqavilə hüququ əsasında qanuni istifadə və sahiblikində olan torpaq sahəsindən 0.05 hektarını və İddiaçı2 evini zəbt edərək həmin sahədən heç bir hüquqi əsası olmadan yaşamaq məqsədi ilə istifadə edir. Beləliklə, Göyçay şəhəri, H.Əliyev prospekti, ev 129 savlı evin sakini Cavabdeh tərəfindən həm torpaq qanunvericiliyinin, həm torpaq münasibətlərini tənzimləyən digər qanunvericilik aktlarının tələbləri, həm də iddiaçının qanunla müdafiə olunan hüquqları kobud şəkildə pozulmuş və torpaqdan istifadə hüququnun məhdudlaşdırılması nəticəsində onlara külli miqdarda ziyan dəymişdir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1340/2019 saylı qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı: Məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tarixli və hazırki iclasında İddiaçı1 izahat verərək qeyd etmişdir ki, Cavabdeh atasınan ayrılandan sonra gəlib Qəbələ rayon Durca kəndində yerləşib. O əvvəl başqa evdə yaşayıb sonra evin sahibi onu evdən cıxaranan sora o gəlib sözü gedən evdə yerləşib. Cavabdeh Ağalar Muradav deyir ki, o ev onun atasına məxsus olduğunu bildirir. Həmin o torpaq sahəsi mənim adımadır. Bir hektarı mən əlli illiyinə istirahət zonası kimi icarayə götürülən və beş sotda özələşmiş torpaqdı. Bizim evimiz sökülüb yeni ev tikilib verilib. Həmin kənddə yeni abadlaşdırma işləri gedirdi. Bizim torpaqlarımızı əlimizdən alıb orda kanat tikiblər. Mən apellyasiya şikayətini müdafiə edirəm. Belə ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tarixli və hazırki iclasında Cavabdeh izahat verərək qeyd etmişdir ki, onun atası ilə babası Qəbələ rayon Durca kəndində anadan olublar. Həmin torpaq sahəsi bələdiyyəyə məxsusdur. Həmin o kəndə heç kimi sənədi yoxdur. Bələdiyyədə ona deyir ki, hənim evdə yaşaya bilərsən. Onların ev yararsız hala düşdüyündən hökümət tərəfindən onlara evlər tikilib verilib ki, biz orda yaşayaq. Ona görə də apellyasiya şikayətini qəbul etmirəm. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş edirəm. Məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tarixli və hazırki iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon Soltan Nuxa kənd bələdiyyəsinin nümayəndəsi X17 bildirmişdir ki, həmin tikilən evlər İcra Hakimiyyətinin balansındadır. Sözü gedən ev cavabdehin adına tikilmişdir. Həmin evlərin heç bir sənədi kupçası yoxdur o evləri ele belə veriblər yaşamaqa. İddiaçı o vaxtı torpaq sahəsin alıb 5 sot lakin reyesterə qeydiyyata salmamışdır. Sözü gedən ev heç bir tərəfə verilməyib. Qəbələ rayon İcra Hakimiyyəti Soltan Nuxa kənd X8 nümayəndəsi X22 hazırki məhkəmə iclasında ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və yа dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası xx xxxxxx 2020-ci il tarixli 2(102)-3747/2020 saylı qərarında öz hüquqi mövqeyini bildirərək göstərmişdir ki, baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi cavabdehin qanunsuz zəbt olunmuş torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən evdən çıxarılmasından ibarətdir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçılar ilk növbədə mübahisəli torpaq sahəsinin və evin onların mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu, işin mübahisəsiz halı kimi müəyyən olunmalı, yəni cavabdeh həmin faktı etiraf etməlidir. Əks halda iddiaçının ümumiyyətlə belə iddianı qaldırmağa subyektiv hüququ olmadığı üçün məhkəmənin istinad olunan maddənin digər dispozisiya şərtləri üzrə, o cümlədən, cavabdehin əmlaka sahibliyinin qanuniliyi barədə araşdırma aparması mübahisənin mahiyyəti üzrə həlli baxımından əhəmiyyətsizdir. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır. Mülki qanunvericilik belə əmlakların əldə edilməsi, qeydə alınması və özgəninkiləşdirilməsinin xüsusi qaydasını müəyyən etmişdir. Belə əmlakın qanuni sahibi olduğunu iddia edən tərəf əmlaka mülkiyyət hüququnu təsdiq edən müvafiq hüquq müəyyən edici sənəd, yaxud əmlaka hüquqlarının yarandığını təsdiq edən müqavilə (alqısatqı, bağışlama, istifadə, icarə, sosial kirayə və s) təqdim etməlidir. Qeyd olunmalıdır ki, MPM tərəflərin izahatlarının sübut növlərindən biri kimi qəbul olunmasını istisna etmir. Lakin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir(maddə 9, 14.2). Məhkəmə Şəki Apelyasiya Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli qətnaməsində müəyyən edilmiş faktları hazırkı iş üzrə preyudisiallığını qəbul edərkən nəzərə almamışdır ki, iddiaçılar özləri iddia ərizəsində Qəbələ rayon Duruca kəndinin ərazisində dövlət əhəmiyyətli tədbirlər çərçivəsində bir sıra layihələrin həyata keçirildiyini, həmin layihələrə əsasən iddiaçılara məxsus köhnə tikililərin yerində 1 mərtəbəli, 2 otaqdan ibarət olan, hər birinin ümumu sahəsi təxminən 100 kv.m olan 2 ayrı evin bir-birilərinə bitişik vəziyyətdə, yeni modern görüntüdə tikildiyini və 2013-cü ildə onların istifadələrinə verildiyini bildirmişlər. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Qəbələ Rayon Soltannuxa kənd bələdiyyəsinin nümayəndəsi isə izahatında bildirmişdir ki, Qəbələ rayonu, Duruca kəndində yerləşən evlərin heç birinin rəsmi sənədi yoxdur. Qeyd olunan evə nə iddiaçıların, nə də cavabdehin hər hansı bir sənədi yoxdur. Evlər kimin mülkiyyətində olduğunu da bilmir. Birinci instansiya məhkəməsinin və məhkəmə kollegiyasının araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatları və şahid ifadəsi ilə müəyyən olunmuşdur ki, xx xxxx 2004-cü il tarixli Soltannuxa Bələdiyəsi ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 0,05 ha torpaq sahəsini İddiaçı1 nəğd pul ödəyərək almışdır. Həmin torpaq sahəsi üzərində onun hüquqları rəsmi olaraq müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamışdır. Qəbələ rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Qəbələ rayon Soltannuxa bələdiyyəsinin cavabdehlər İddiaçı1 və qeyrilərinə qarşı torpağın boşaldılması, torpaq üzərində mülkiyyət hüquqlarının bərpası, torpaq sahəsinin onların qeyri qanuni sahibliyindən götürülməsi və bələdiyyənin qanuni mülkiyyətində olan torpaq sahəsində tikilmiş tikililərin sökülməsinə dair iddiası İddiaçı1 və qeyrilərinə münasibətdə təmin olunmuşdur. Şəki Apellyasiya məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(107)-177/2010 nömrəli qətnaməsinə əsasən İddiaçı1 şikayəti əsaslı olduğundan təmin olunmuş, iş üzrə Qəbələ rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ləğv olunmuş, Qəbələ rayon Soltannuxa bələdiyyəsinin İddiaçı1, X20 və İddiaçı2 qarşı torpağın boşaldılması, torpaq üzərində mülkiyyət hüquqlarının bərpası, torpaq sahəsinin onların qeyri qanuni sahibliyindən götürülməsi və bələdiyyənin qanuni mülkiyyətində olan torpaq sahəsində tikilmiş tikililərin sökülməsinə dair iddiası təmin olunmamışdır. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı mübahisə predmeti olan evin həmin 0,05 ha torpaq sahəsində yerləşməsi müəyyən olunmamışdır. Qəbələ rayon Durca kəndinin ərazisində Dövlət Əhəmiyyətli tədbirlərin görülməsi nəzərdə tutulmuş, bu barədə bir sıra layihələr həyata keçirilmişdir. Həmin layihələrə əsasən İddiaçı1 məxsus köhnə tikililərin yerində 1 mərtəbəli, 2 otaqdan ibarət olan, hər birinin ümumu sahəsi təxminən 100 kv olan 2 dənə ayrı-ayrı evlər bir birilərinə bitişik vəziyyətdə, yeni modern görüntüdə tikilib 2013cü ildə onun istifadəsinə verilmişdir. Hazırda mübahisə predmeti olan ev isə tikilmiş və yalnız İddiaçı2 evi söküləcəyi təqdirdə ona veriləcəyi barədə razılaşma olmuşdur. Lakin İddiaçı2 evi sökülməmiş, bu səbəbdən də mübahisə predmeti olan ev ona verilməmişdir. Bu fakt evin və onun yerləşdiyi ərazinin müayinəsi zamanı da öz təsdiqini tapmışdır. 2015-ci ilin sonlarına doğru X5 rayonu, Durca kəndində dövlət tərəfindən yeni tikilmiş evə özbaşına yerləşmişdir. V.Muradovun evi qəzalı olduğundan və yaşamağa yararsız olduğundan onun orada yaşamasına etiraz edilməmişdir. Lakin qeyd olunan ev ona da hər hansı bir razılaşma və ya müqavilə olmadan verilmişdir. V.Muradov rəhmətə gedənə qədər, təxminən 3 ilə yaxın həmin evdə yaşamışdır. Sonradan o, vəfat etdikdən sonra 2019-cu ilin əvvələrində Cavabdeh atasının yaşadığı evin qapısının açarını sındıraraq həmin evə girmiş, sonradan isə oranı müxtəlif şəxslərin kirayəsinə vermiş və bir müddət də özü yaşamışdır. Mübahisə predmeti olan yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə iddiaçıların və cavabdehin istifadə, sahiblik və sərəncam hüququnu təsdiq edə biləcək hər hansı bir sübut yoxdur. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçıların irəli sürdüyü faktiki hallar onların iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçıların mülkiyyətlərində (qanuni sahibliyində) olduğunu iddia etdikləri torpaq sahəsinin və evin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin və evin hər hansı hüquqla iddiaçılara məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs binici növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında Cavabdeh onların hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçılar hazırkı tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışlar. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul etmək mümkün deyildir. Çünki onlar, mübahisəli evin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişlər, torpaq sahəsinin isə, baxmayaraq ki, həmin torpaq sahəsi də qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilməmiş və onları hüquqları qeydə alınmamışdır, həmin yaşayış evinə aidiyyatı ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş materialları ilə müəyyən olunmuş subutlara müəyyən olaraq qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, Qəbələ rayon məhkəməsinin qətnаməsi dəyişdirilmədən, аpellyаsiyа şikаyəti isə həmin hissədə təmin edilmədən sаxlаnmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384,392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1340/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar