Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-174/2021 26.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlunun, Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X18 iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X7 iştirakı ilə İddiaçı Cavabdeh Zaqatala X2rşı işə bərpa və məcburi proqula görə əmək haqqı tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-147/2019 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi X20 tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh X5 X2rşı öz işinə bərpa olunması və məcburi proqula görə əmək haqqı tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-147/2019 nömrəli (hakim E.Məmmədov) qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh X5 Regional Birliyinin Qİİ-nin xx xxxxxxx 2018-ci il tarixli 284-K saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki, təbii qazın qəbulu və satışı xidmətinə dördüncü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə bərpa edilməsi və məcburi proqula görə əmək haqqının ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi X20 аpelyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(107)-1483/2019 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-147/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçının Cavabdeh X5 Regional Birliyinin Qİİ-nin xx xxxxxxx 2018-ci il tarixli 284-K saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki, təbii qazın qəbulu və satışı xidmətinə dördüncü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə bərpa edilməsi və məcburi proqula görə əmək haqqının ödənilməsinə dair iddiası rədd edilmişdir.. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-3275/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh Zaqatala X2rşı işə bərpa və məcburi proqula görə əmək haqqı tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-147/2019 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi X20 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-147/2019 nömrəli qətnaməsinin onlara münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh kassasiya şikаyəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-3275/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-2766/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-3275/2019 nömrəli qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh təşkilatda-Cavabdeh X5 X29 İdarəsinin 110 K saylı xx xxxxxx 2018-ci il tarixli əmri ilə əmək müqaviləsinə əsasən bir il müddətinə Ağdaş rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir və bu barədə cavabdehlə aralarında 109-K saylı xx xxxxxx 2018-ci il tarixli Əmək müqaviləsi imzalanmışdır. Cavabdeh təşkilatın rəisinin 284/k saylı xx xxxxxxx 2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra mətndə ƏM-in) 70-ci maddəsinin Ç bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi) əmək müqaviləsi ləgv edilərək tutduğu vəzifədən azad edilmişdir. İşdən azad olunmağı barədə əmri xx xxxxxxx 2018-ci il tarixdə almışdır. Cavabdeh təşkilatın onun işdən azad olunmağı barədəki əmrini aşağıda qeyd etdiyi səbəblərə görə qanunsuz hesab edir, əmr ləğv edilərək işə bərpa olunmalı, məcburu proqula görə ona əmək haqqı ödənilməlidir. Belə ki, cavabdeh onu işdən azad edərkən qanunvericilik normalarına əsaslanmamışdır. Onun himayəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək olan uşağı vardır, talasemiya xəstəsidir. Həmkarlar ittifaqının iclası olmadan cavabdeh onu işdən çıxartmışdır. Cavabdeh onu işdən çıxaranda ƏM-in 70-ci maddənin Ç bəndini yazsa da əmək kitabçasında əmək vəzifələrinin kobud şəkildə pozulması əsasını yazmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh nümayəndəsi X20 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(033)-147/2019 nömrəli qətnaməsi çıxarılarkən maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi hazırkı qənaətə gələrkən ƏM-in 79, 80-ci maddələrinə istinad etməklə iddiaçının işdən azad edilərkən ƏM-in 79-cu maddənin tələblərinin pozulduğu və Həmkarlar təşkilatının razılığı alınmdan həyata keçirildiyini bildirmişdir. Lakin, birinci instansiya məhkəməsi hazırkı qənaətə gələrkən iş üzrə hər tərəfli, obyektiv araşdırma aparmadığından sonda düzgün olmayan nəticəyə gəlmişdir. İşin faktiki halları ondan ibarətdir ki, ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli SOCAR**********00040020A00016 saylı əmri ilə Ağdaş xidmət sahəsi Ağsu X29 İdarəsinin tabeçiliyindən çıxarılaraq Zaqatala X29 İdarəsinin tərkibinə verilmişdir. Bununla əlaqədar Zaqatala RQİİ ilə bağlanılmış xx.xx.2018-ci il tarixli 109 saylı əmək müqaviləsinə və əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli 110/k nömrəli əmrə əsasən X3 rayonu üzrə TQQSX-nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə təyin edilmişdir. X8 2018-ci ilin 10 ay ərzində əmək fəaliyyəti zamanı mütəmaddi olaraq əmək müqaviləsi və peşə təlimatı üzrə üzərinə götürüdüyü peşə öhdəliklərini və əmək funksiyalarını kobud şəkildə pozmuş, onun təqsirli hərəkətləri nəticəsində müəssisəyə xeyli miqdarda zərər vurulmasına şərait yaratmış, xidməti ərazisində aşkar edilmiş nöqsanlar barədə əvvəlcədən müəssisəyə məlumat verməmiş, nəticədə işəgötürən tərəfindən barəsində bir neçə dəfə intizam tənbehləri verilmişdir. Belə ki, X13 xidməti ərazisində istehlakçıların qaz hesablarında istehlak etdiyi təbii qazın dəyərinin ödənişin təmin edilməsi və bununla bağlı digər tədbirlərin görülməsində nöqsanlara yol verdiyindən RQİİ-nin xx.xx.2018-ci il tarixli 61/Ü saylı əmri ilə ƏM-in 186-cı maddəsinin 2-ci bəndinin "a" bəndinə əsasən "töhmət", daha sonra xidməti ərazisində qeyri-qanuni qazdan istifadə halları aşkar edildiyindən və bununla bağlı əvvəlcədən tədbirlər görmədiyindən RQİİ-nin 99/Ü saylı xx.xx.2018-ci il tarixli əmri ilə ƏM-in 186-cı maddəsinin 2-ci bəndinin "b" bəndinə əsasən "sonuncu xəbərdarlıqla şiddətli töhmət" elan edilmişdir, daha sonra xidməti ərazisində debitor borcların yığımını təşkil etmədiyindən və sayğac göstəricilərini təhrif etdiyindən RQİİ-nin 108/Ü saylı xx.xx.2018 tarixli əmri ilə ƏM-in 186-cı maddəsinin 2-ci bəndinin "c" bəndinə əsasən əmək haqqının ¼ məbləğində cərimə edilmiş, daha sonra xidməti ərazisində qeyri-qanuni qazdan istifadə halları hələ də davam etdiyindən RQİİ-nin xx.xx.2018-ci il tarixli 202/Ü saylı əmri ilə ƏM-in 186-cı maddəsinin 2-ci bəndinin "a" bəndinə əsasən "töhmət" elan edilmişdir. Zaqatala RQİİ-nin təsdiq etdiyi qaz avadanlıqları istismarı və təmiri üzrə çilingərlərin peşə təlımatından və əmək müqaviləsindən irəli gələn öhdəlik ondan ibarətdir ki, rəhbərlik tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq öz xidməti ərazisində ayda bir dəfə olaraq sayğac göstəricilərinin çıxarılması və bildirişlərin vaxtlı-vaxtında əhali və qeyri-əhali abonentlərə təqdim edilməsi, istifadə olunmuş qazın dəyər məbləğinin yalnız poçt və ya bank vasitəsilə ödənilməsinin təmin edilməsi, müqaviləyə əsasən bildirişlərin təqdim edilməsindən bir ay ərzində qazın dəyərinin ödənilmədiyi təqdirdə abonentlərə verilən qaz təminatının akt əsasında dayandırılmasından və xidmət üzrə digər tələblər ibarətdir.Həmçinin xidmət sahəsi üzrə qaz itkisinə yol verilməməsinə nəzarət etməli, mənzillərdə quraşdırılmış qaz sayğaclarının sazlığına nəzarət edilməsi, sayğaclara və plomblara müdaxilə, sayğacların sökülməsi, sındırılması zamanı dərhal qaz təminatını dayandırdıqda xidmət rəisinə məlumat verməlidir. Cavabdeh İ.B-nin xx.xx.2013-cü il tarixdə təsdiq etdiyi “Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğaclarına yerində baxış zamanı təbii qazdan qanunsuz istifadə halları (sayğaca və ya sayğacın yivli birləşməsinə vurulmuş plomba müdaxilə olunduqda) aşkar edildikdə, qaz təminatı dərhal dayandırılır. Beləliklə daxil olmuş xidməti yazıda qeyd olunanların araşdırma nəticəsi olaraq RQİİ-nin Ağdaş sahəsinin TQQ və SX-nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlərin xidməti ərazilərdə yol vermiş olduqları bu nöqsanlar ƏM-in 10-cu maddəsində və onunla bağlanılmış əmək müqaviləsində müəyyən edilmiş öhdəliklərinin pozulması ilə bağlı həmin məcəlləinin 70 maddəsinin "ç" bəndi ilə xitam verilməsinə əsas vermişdir. Bütün bunlara baxmayaraq Zaqatala Rayon Məhkəməsi iş üzrə araşdırma aparmadan dərhal qətnamə çıxardığından mülki işdə olan materiallar və iclas protokolları ilə tanış olmağa şərait yaradılması məqsədilə cavabdehin nümayəndələri X23 və X20 xx.xx.2019-ci il tarixli ərizə ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və ərizədə əlaqə telefonları qeyd olunmuşdur. Lakin sözügedən ərizəyə rəsmi və ya qeyri rəsmi heç bir münasibət bildirilməmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi X23 xx.xx.2019-cu ildə Zaqatala Rayon Məhkəməsinə teleqram ünvanayaraq, 2(033)-146/2019 saylı mülki materialları, protokollarıyla tanış olmaq üçün xx.xx.2019-cu il ildə ərizə ilə məhkəməyə müraciət etdiyi, sənədlərin təqdim edilməsi üçün iclasın təxirə salınması xahiş etdiyi xx.xx.2019-cu il tarixdə keçirilmiş iclas protokolları ilə tanış olmağa şərait yaradılmadığından adına protokola hansı izahatların qeyd olunduğu qeyri müəyyəndir, həmin protokollara qeydlər aparmağı mümkün olmadığını bildirmişdir. Lakin, Zaqatala Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli məktub (d/o: № 246, 01,02,2019) ünvanlayaraq bildirmişdir ki, siz iclas protokolları ilə tanış olmaq istəyiniz barədə məhkəməyə ərizə göndərmiş, lakin bununla bağlı məhkəməyə gəlməmiş, protokolları tələb etməmisiniz. X35 Bölməsinin müdiri Ramazan Şabanov iclas protokolları təqdim edilmiş, sonuncu məhkəmə iclas zalında protokollarla tanış olmuş, heç bir qeyd verməmiş, onun məhkəmə iclas protokolları ilə tanış olması məhkəmə zalında olan müşahidə kamerası tərəfindən izlənilmişdir. Zaqatala Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2019-cu il tarixli 2(033)-147/2019 saylı qətnamə təqdim edildikdən sonra qətnamədən məlum olmuşdur ki, nümayəndənin izahatında reallığı əks etdirməyən izahatlar qeydə alınmışdır. Belə ki, qətnamənin 2-ci səhifəsinin 2-ci və 3-cü abzasında izahatımda göstərilir: Həmkarlar İttifaqının razılığının alınması ilə bağlı hazırlıq işləri aparılır, məhkəmə iclası təxirə salınsa həmin sənədlər təqdim olunacaqdır. Bununla da cavabdehin nümayəndəsi iddiaçı işdən azad edilərkən həmkarlar ittifaqının razılığının qabaqcadan alınmamasını dolayısı ilə təsdiq etmişdir. Halbuki məhkəmə iclasında X40 oğlu belə bir izahat verməmişdir və tamamilə yanlış aparılmış izahatdan ibarətdir. Əgər məhkəmə onun xx.xx.2019-cu il tarixli ərizəsi əsasında protokolollarla tanış olmağına şərait yaradılardısa bu barədə protokolda hökmən sözügedən mübahisəli ifadələrlə bağlı qeydlərini aparacaqdı və məhkəmənin protkollarda apardığı eyni məzmunlu izahata etirazını bildirəcəkdir. Məhkəmə xx.xx.2019-cu il tarixli məktubda “Ramazan Şabanov iclas protokolları təqdim edilmiş, sonuncu məhkəmə iclas zalında protokollarla tanış olmuş, heç bir qeyd verməmiş” bildirsə də X25 Heydərovun iclasda verdiyi izahatına hər hansı qeydi verməsi prossesual qanunverciliyin tələblərinə ziddir. Ona görə də, məhkəmənin bu mövqedən çıxış etməsi düzgün olmamışdır. Bundan əlavə qətnamənin 2-ci səhifəsinin 12-ci abzasında göstərilir ki, məhkəmə iclasında iş üzrə cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanılmış əmək müqaviləsinə xitam verilərkən həqiqətən Həmkarlar İttifaqının qabaqcadan razılaşmanın alınmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlar məhkəmənin sübutların təqdim edilməsi ilə bağlı şəraitin yaradılmamasından və mülki işin obyektiv araşdırmasına mane olmaqdan irəli gəlməkdədir. Çünki məhkəmə iclası zamanı mənim verdiyim izahatlar tam təfsilatı ilə qətnamədə yer alımamış, əksinə mənim demədiyim izahatlar qətnamədə yer almışdır. İclas zamanı bütün sənədlərin təqdim edilməsi üçün fasilə və ya iclasın təxirə salmasını xahiş etsəm də məhkəmə iş üçün vacib əhəmiyyətli sənədlərin təqdim edilməsinə şərait yaratmamışdır. İddiaçının işdən azad edilərkən Həmkarlar Təşkilatının razılığı alınmışdır və həmin razılığın alınmaması qeyri mümkündür, ən azından ona görə ki, cavabdeh müəssisə dövlət təşkilatı olmaqla sənədləşmənin qanunverciliyin tələblərinə uyğun aparılması nəzarət altındadır. Bununla əlaqədar olaraq MPM-in 273-274-cü maddələri əsasında xx.xx.2019-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinə “iş üzrə protokol barədə yazılı qeydlərin əlavə edilməsi barədə” ərizə təqdim edilərək ərizədə qeyd olunanların nəzərə alınmasını və sənədlərin əlavə edilməsini xahiş edilmişdir. Zaqatala Rayon Məhkəməsi sözügedən ərizə əsasında xx.xx.2019-cu il tarixdə iclas çağırmışdır. Məhkəmə iclasında protokolda və qətnamədə cavabdehin nümayəndəsinin izahatının faktiki olaraq təhrif edilərək qeydə alınması məhkəmənin diqqətinə çatdırılmışdır, əgər belə olmasa idi birinci instansiya məhkəməsi yaranmış anlaşılmamazlığı aradan qaldırılması üçün xx.xx.2019-cu il tarixdə keçirilmiş iclasın audio, video yazılışını çıxarmış olardı. Protokol barədə yazılı qeydlərin əlavə edilməsi barədə ərizədə işin faktiki halları ilə bağlı bütün sənədlər təqdim edilmiş və məhkəmə tərəfindən həmin sübutlar elan olunaraq qəbul edilmişdir. Ərizəyə əlavə edilən sənədlərdən göründüyü kimi məhkəmə iddiaçının işdən azad edilərkən Həmkarlar Təşkilatının əvvəlcədən razılığının alınmadığı qənaətini təkzib edir. Belə ki, digər iddiaçı X9 cavabdeh Zaqatala RQİİ-yə qarşı Zaqatala Rayon Məhkəməsində qaldırdığı “əmrin ləğv edilməsi tələbinə dair” və xx.xx.2018-ci il tarixdə baxılmamış saxlanılmış 2(033)-1338/2018 saylı mülki işdə iddia tələbi üzrə tərəflərindən onun işdən azad edilməsi ilə bağlı təqdim edilmiş sənədlər toplusunda Həmkarlar təşkilatının xx.xx.2018-ci il tarixli 01 saylı rəyi əlavə edilmiş və hazırda həmin sənədlər məhkəmənin arxivində saxlanılmaqdadır. Sözügedən rəydə X9, X8 və X10 ƏM-in 70-ci maddəsinin “ç” bəndinə işdən azad edilməsinə etiraz edilmədiyi bildirilmişdir. Bundan əlavə iddiaçı X8 müraciəti əsasında DƏMX-nin 18 saylı Region üzrə Dövlət Əmək Müfəttişinin xx.xx.2018-ci il tarixli sorğusu əsasında həmin müəssisəyə verilmiş xx.xx.2018-ci il tarixli 01/QM-1968 saylı məktubunda onun Həmkarlar təşkilatının xx.xx.2018-ci il tarixli 01 saylı rəyi nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixli 284/k saylı əmrlə əmək müqaviləsi ləğv edildiyi bildirilmiş və Həmkarlar İttifaqının sənədləri məktuba əlavə edilmişdir. DƏMX-nin 18 saylı Region üzrə Dövlət Əmək X1 ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, sizinlə əmək müqaviləsinə xitam verilərkən Həmkarlar ittifaqının razılığı alınmışdır. Qeyd edirik ki, sözügedən rəydə X9, X8 və X10 ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə etiraz edilmədiyi bildirilmişdir. Bundan əlavə digər iddiaçı X10 müraciəti əsasında Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli sorğusu əsasında həmin müəssisəyə verilmiş xx.xx.2018-ci il tarixli 01/QM-1968 saylı məktubunda onun Həmkarlar təşkilatının xx.xx.2018-ci il tarixli 01 saylı rəyi nəzərə alınaraq ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixli 283/k saylı əmrlə əmək müqaviləsi ləğv edildiyi bildirilmiş və Həmkarlar İttifaqının sənədləri məktuba əlavə edilmişdir. Eyni zamanda Həmkarlar Təşkilatının razılığının olması barədə X14 ünvanlanmış xx.xx.2018-ci il tarixli 01/QM-5187/M saylı məktubda məlumat verilib. Qeyd edirik ki, sözügedən rəydə X9, X8 və X10 ƏM-in 70-ci maddəsinin “ç” bəndinə işdən azad edilməsinə etiraz edilmədiyi bildirilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunanlara hüquqi qiymət vermədən və ya işin ədaləti həlli üçün heç bir araşdırma aparmamış və ya bunun üçün heç bir təşəbbüs göstərməmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)- 147/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X20 аpellyаsiyа şikаyətini müdafiə edərək bildirmişdir ki, iddiaçı Cavabdeh əməkdaşı olmaqla, Ağdaş rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləmişdir. Lakin işində yol verdiyi səhlənkarlığa görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndilə işdən azad edilmişdir. İddiaçının işdə yol verdiyi səhlənkarlıq əsasən ondan ibarət olmuşdur ki, onun nəzarət etdiyi ərazidə quraşdırılmış qaz sayğaclarında problemlər yaranmış, sayğaclara müdaxilə olunmuş və abonentlər tərəfindən əlavə sərfiyyatlara yol verilmişdir. Odur ki, apellaysiya şikayətini müdafiə edir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o işinə heç vaxt məsuliyyətsiz yanaşmamış, əksinə həmişə nizamintizamla davranmışdır. Sayğaclara müdaxilə edilməsinə gəldikdə isə, bu heç də onun təqsiri və ya məsuliyyətsizliyi nəticəsində olmamışdır. Belə ki, ərazidə quraşdırılmış qaz sayğaclarının heç biri qoruyucu örtüklə təmin edilməmişdir ki, bunun da məsuliyyəti onun deyil, X26 üzərinə düşür. Ailədə işləyən yeganə şəxsdir. Hazırda himayəsində yetkinlik yaşına çatmayan xəstə uşağı var və həmin uşağı mütəmadi olaraq həkimə aparır, davadərman alır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-147/2019 nömrəli qətnaməsi dəyişdirilmdən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və kollegiya tərəfindən tədqiq edilmiş; Əmək müqaviləsindən məlum olur ki, iddiaçı cavabdeh təşkilatda müddətli əmək müqaviləsi ilə xx xxxxxx 2018-ci il tarixdə bir il müddətinə işə qəbul edilmişdir. Cavabdeh təşkilatın xx xxxxxxx 2018-ci il tarixli 284-K saylı əmrdən məlum olur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi işə götürənin əmri ilə ƏM-in 70 -ci maddəsinin Ç bəndinə əsasən ləğv edilmişdir. 510 nömrəli Ağdaş rayon Xəstəxanası Uşaq polikilinikası tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının qızı Sevgi Yəhyayeva talassemiya xəstəsidir. Yeni apellyasiya icraatı zamanı təqdim edilmiş AR DSMF-nin xx xxxxxx 2019-cu il tarixli arayışından müəyyən edilir ki, uşaq X16 150 manat məbləğində pensiya alır. AR ƏƏSMN-in Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışlardan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X22 “sağlamlıq imkanları məhdud”dur. Diaqnoz Betatalassemiya, kiçik forma, hemolitlik kriz. Ali Məhkəmənin göstərişi əsasında apellyasiya Məhkəməsinin sorğusu nəticəsində əldə olunmuş AR SN-in Ağdaş X31 tərəfindən verilmiş rəyin məzmunundan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4-talassemiya, kiçik forma, hemolitlik kriz diaqnozu ilə Ağdaş X31ndə dispanser qeydiyyatdadır. Xəstəyə xx.xx.2017-ci il tarixdə məhdud sağlam olması barədə təyinat verilmişdir. Uşaq xəstəliyi ilə bağlı tez-tez Respublika Talassemiya Mərkəzində müayinə və müalicə olunur. Belə ki, uşaqda vaxtaşırı hemolitik krizlər mşahidə olunur. Xəstənin vəziyyəti birdən-birə ağırlaşr, anemik sindrom intoksikasiya əlamətləri baş verir. X6 mövcud olan xəstəlik onun məhdud sağlam olmasına əsas verir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apellyasiya məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin (xx xxxxxxxx 2019-cu il və xx xxxxxx 2020-ci il tarixli) qərarlarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. 1) Ali Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli, 2(102)-6133/2019 nömrəli Qərarında göstərilmişdir ki, göründüyü kimi cavabdehin nümayəndəsi İddiaçı işdən azad edilməmişdən əvvəl Həmkarlar İttifaqının razılığının alınmamasını göstərmişdir və həmçinin X12 Yahyayevlə əmək müqaviləsinə xitam verilməsinə qabaqcadan razılıq verməsi barədə qərarın məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçı işdən azad olunarkən onun qeyd olunan xəstəliyə tutulmuş sağlamlıq imkanları məhdud olan azyaşlı uşağının olması da nəzərə alınmamış nəticədə cavabdeh tərəf Əmək qanunvericiliyinin qeyd olunan normalarının tələblərini pozmuşdur. 2) Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-2766/2020 nömrəli Qərarında göstərilmişdir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi işçilərin işdən çıxarılmasına həmkarlar təşkilatının razılıq verməsinə dair sübutları gecikməmiş sübut kimi qəbul etmişdirsə, onda həmin sübutun mövcud olmaması əsası ilə iddianın rədd edilməsi əsaslı hesab oluna bilməz. Hazırkı işdə Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tətbiqi ilə bağlı: Apellyasiya instansiyası məhkəməsi iddiaçının öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olması əsası ilə onun işdən azad olunmasının qanunsuz olması ilə razılaşmışdır. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi xx xxxxxx 2018-ci il tarixli, 510 nömrəli “Uşaq Poliklinikasının ” verdiyi sənəddən görünür ki, onun xx xxxxxxx 2015-ci il tarixdə anadan olmuş qızı Sevgi Yahyayeva “Betatal assemiya kiçik forma hemolitik kriz” diaqnozu ilə xx.xx.2016-cı il tarixdən Uşaq Poliklinikasında dispanser qeydiyatındadır. İşə baxan məhkəmələr bu məsələ ilə bağlı heç bir aşardırma aparmadan belə qənaətə gəlmişlər ki, qeyd olunan hal Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tətbiqi dairəsinə düşür. Respublika Talasemiya mərkəzinin epikrizindən və xx xxxxxx 2018-ci il tarixli 510 nömrəli arayışdan görünür ki, iddiaçının qızı xx xxxxxxx 2015-ci il tarixdə anadan olmuş Sevgi Yahyayeva “Beta” talasemiya kiçik forma hemolitik kriz diaqnozu ilə xx.xx.2016-cı il tarixdən uşaq poliklinikasında dispanser qeydiyyatındadır. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar barədə Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndində deyilir ki, işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Göründüyü kimi qanunverici sağlamlıq imkanı məhdud olan və ya İ dərəcə əlilliyi olan ailə üzvülərinin olmasını ehtiva edir. Əvvəla, qanunvericinin göstərişi ondan ibarət deyil ki, həmin normada sadalanan şəxslər əmək intizamını hər-hansı qaydada pozduğu halda işdən azad oluna bilməzlər. Bu normada qanunvericinin güddüyü məqsəd ondan ibarətdir ki, sadalanan şəxslərin dairəsinə daxil olan işçilər qanunvericinin üsütünlük verdiyi hallarla bağlı işdən azad olunmasın. Məsələn, şəkər xəstəliyinə düçar olmuş şəxsin və yaxud öhdəsində 1-ci qrup ailə üzvü olan şəxsin həmin xəstəyə qulluq göstərməsi ilə bağlı (1-ci qrup xəsətəyə) və yaxud həmin xəstəliklə bağlı (şəkər xəstəsi) işə gəlməsi mümkün olmasın. Bu halda qanunverici işdən çıxarmanı məhdudlaşdırır ki, həmin hal üzrsüz hal hesab oluna bilməz. Əgər həmin normanın təsir dairəsinə daxil olan şəxs normada nəzərdə tutulan hallardan asılı olmayaraq işə gəlmirsə, onda həmin norma işçini 70-ci maddənin “ç” bəndi ilə işdən azad olunmasını istisna etmir. Bundan başqa, qanunverici sağlamlıq imkanı məhdud olma anlayışından istifadə edir və ardınca başqa əlilliyi deyil, ancaq 1 dərəcəli əlil olan şəxslərin həmin normanın təsiri altına düşməsini qeyd edir. Deməli, qanunverici sağlamlıq imkanında ciddi məhdudiyyətlər olan şəxsləri saxlayan şəxslərə belə üstünlük verilməsini ehtiva edir. Sağlamlıq imkanının məhdud olması özü bir tibbi anlayışdır. İnsanda olan xəstəliyin onun sağlamlığını məhdudlaşdırması bu sahədə xüsusi biliyə və səlahiyyəti olan orqan tərəfindən müəyyən edilməlidir. Qeyd olunmalıdır ki, talasemiya xəstəliyi aşkar edilmiş bütün insanların sağlamlıq imkanları məhdud olan şəxslər hesab oluna bilməz. İddiaçının uşağında “Beta” talasemiya kiçik forması diaqnozu qoyulmuşdur. “Beta” talasemiya xəstəliyinin kiçik formasının simptomsuz keçməsi və heç bir müalicəyə zərurət olmaması ilə bağlı tibbi əsaslanmalar mövcuddur. Belə xəstəlik müalicə tələb olunmadan və simptomsuz keçə bilər. Ona görə birmənalı olaraq heç bir rəy olmadan bu diaqnozda olan xəstələrin hamısının məhdud sağlam hesab olunması əsasıl deyil. Məhkəmə kollegiyası hazırki iş üzrə yenidən araşdırma apararkən Ali Məhkəmənin hər iki qərarında qeyd olunmuş göstərişlər üzrə hüquqi dəyərləndirmə aparmağı zəruri hesab etmişdir. 1) Belə ki, Ali Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qərarı 2(102)-6133/2019 nömrəli qərarında qeyd olunmuş göstərişlərə istinadən apellyasiya kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iclas protokolundan (i/m 1-ci cild, səh. 45) görünür ki, cavabdehin nümayəndəsi məhkəmə iclasinda verdiyi izahatında göstərmişdir ki, “ iddianı qəbul etmirəm. X27 AR Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən, əmək funksiyalarını pozduğuna görə, əvvəllər işə götürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə müdriyyətin xx xxxxxxx 2018-ci il tarixli 284-K saylı əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Həmkarlar ittifaqının razılığının alınması ilə bağlı hazırda sənədləşmə işləri aparılır. Məhkəmə iclası təxirə salınsa təqdim ediləcək. Odur ki, iddianın əsaslı hesab edilərək təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edirəm.” İşə yenidən baxan məhkəmə kollegiyası qeyd etməyi vacib esab edir ki, cavabdehin nümayəndəsinin bu izahatı işin faktiki halları ilə uzlaşmır. Əvvəla ona görə ki, Azərbaycan Respublikasə Əmək Məcəlləsinin 80-cı maddəsinin 1ci və 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci 10 gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi işçinin işdən çıxarılması barədə Həmkarlar İttifaqının razılığının alınması heç də işçinin işdən çıxarılması barədə müvafiq əmr verildikdən sonra deyil, həmin əmrə qədər sənədləşməlidir. Bundan əlavə, kollegiya tərəfindən təklif olunmasına baxmayaraq cavabdehin nümayəndəsi iddiaçı X15 Təşkilatının iclasına lazımi qaydada dəvət olunması və ya belə bir iclasda iştirak etməsi barədə heç bir sübutu məhkəməyə təqdim etməmiş, bunu yalnız öz formal mülahizəsi əsasında əsaslandırmağa çalışmışdır. İkinci, Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-2766/2020 nömrəli qərarında qeyd olunmuş göstərişinə əsasən araşdırma və hüquqi dəyərləndirmə apararaq məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi birinci instansiya məhkəməsi Həmkarlar ittifaqının razılığının olmaması və ƏM-nin 79.1-ci maddəsinə əsasən iddia tələbini təmin etmiş, əsaslanmasını da sübutun təqdim edilməməsi, həmçinin iddiaçının öhdəsində 18 yaşı tamam olmamış sağlamlıq imkanı məhdud olan uşağın olması ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən sübutun, daha dəqiqi Həmkarlar Təşkilatının razılığının sonradan, yəni 1-ci apellyasiya baxışında təqdim edilməsi özüözlüyündə şübhə doğuran haldır. Belə ki, yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin məhkəmə iclası protokolundan (1-ci cild, səh. 45) göründüyü kimi cavabdehin nümayəndəsi Həmkarlar ittifaqının razılığının alınması ilə bağlı hazırda sənədləşmə işləri aparıldığını və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Üçüncü, kollegiya qeyd edir ki, hətta həmin Həmkarlar İttifaqının razılığı 1-ci apellyasiya baxışında sübut kimi qəbul edilsə də belə, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(107)-1483/2019 nömrəli qətnaməsi, Ali Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə tamamilə ləğv edilərək iş əvvəlki vəziyyətə qaytarılmış və yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(107)- 1483/2019 nömrəli qətnaməsini ləğv edərkən məhz yuxarıda qeyd olunan hallara, yəni Həmkarlar ittifaqının razılığının sonradan təqdim edilməsinə, o cümlədən iddiaçının işdən azad olunarkən onun qeyd olunan xəstəliyə tutulmuş sağlamlıq imkanları məhdud olan azyaşlı uşağının olmasının nəzərə alınmamasını və əmək qanunvericiliyinin normalarının tələblərinin pozmasını qeyd etmişdir. Dördüncü, məhkəmə kollegiyası Ali Məhkəmənin digər bir göstərişi üzrə də hüquqi dəyərləndirmə apararaq iddiaçının öhdəsində olan uşağın “sağlamlıq imkanı məhdud olan şəxs hesab olunub-olunmaması” barədə rəy alınmasını vacib hesab etmiş, bu məqsədlə aidiyyəti xəstəxanaya sorğu verilmişdir. Sorğuya cavab olaraq Səhiyyə Nazirliyinin Ağdaş X31 tərəfindən verilmiş rəydən müəyyən edilmişdir ki, xx.xx.2015-ci il təvəllüdlü X4-talassemiya, kiçik forma, hemolitlik kriz diaqnozu ilə Ağdaş X31ndə dispanser qeydiyyatdadır. Xəstəyə xx.xx.2017-ci il tarixdə məhdud sağlam olması barədə təyinat verilmişdir. Uşaq xəstəliyi ilə bağlı tez-tez Respublika Talassemiya Mərkəzində müayinə və müalicə olunur. Belə ki, uşaqda vaxtaşırı hemolitik krizlər mşahidə olunur. Xəstənin vəziyyəti birdən-birə ağırlaşr, anemik sindrom intoksikasiya əlamətləri baş verir. X6 mövcud olan xəstəlik onun məhdud sağlam olmasına əsas verir. Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən: - hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; - yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; - əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; - həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; - öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; - məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin maddənin 2-ci bəndində qeyd edilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi (müəssisə ləğv edildikdə) və 73-cü maddəsi ilə (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) xitam verilən hallara şamil edilmir. Göründüyü kimi qanunvericilik öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin işdən azad edilməsini qadağan edir ( ƏM-in 70-ci maddəsinin “a” bəndi və 73-çü maddə istisna olmaqla). Düzdür, kollegiya qeyd edir ki, qanunvericinin göstərişi ondan ibarət deyil ki, həmin normada sadalanan şəxslər öz “statuslarından” sui-istifadə etməli, əmək intizamını hərhansı qaydada pozduğu halda işdən azad olunmamalıdırlar. Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-2766/2020 nömrəli qərarında da bu hala xüsusi toxunularaq qeyd edilmişdir ki, bu normada qanunvericinin güddüyü məqsəd ondan ibarətdir ki, sadalanan şəxslərin dairəsinə daxil olan işçilər qanunvericinin üsütünlük verdiyi hallarla bağlı işdən azad olunmasın. Məsələn, şəkər xəstəliyinə düçar olmuş şəxsin və yaxud öhdəsində 1-ci qrup ailə üzvü olan şəxsin həmin xəstəyə qulluq göstərməsi ilə bağlı (1-ci qrup xəsətəyə) və yaxud həmin xəstəliklə bağlı (şəkər xəstəsi) işə gəlməsi mümkün olmasın. Bu halda qanunverici işdən çıxarmanı məhdudlaşdırır ki, həmin hal üzrsüz hal hesab oluna bilməz. Əgər həmin normanın təsir dairəsinə daxil olan şəxs normada nəzərdə tutulan hallardan asılı olmayaraq işə gəlmirsə, onda həmin norma işçini 70-ci maddənin “ç” bəndi ilə işdən azad olunmasını istisna etmir. Ali Məhkəmənin göstərişi baxımından kollegiyanın yenidən araşdırması zamanı bu məsələyə də diqqət yetirilərək müəyyən edilmişdir ki, işçinin əmək funsiyasını lazımınca yerinə yetirə bilməməsi heç də onun bilərəkdən işə gəlməməsi, işdən yayınması və s. kimi hallarla bağlı olmayıb, məhz nəzarət etdiyi ərazidə quraşdırılmış qaz sayğaclarına müdaxilələrin olması ilə əlaqələndirilmişdir. İşin bu halı cavabdehin nümayəndəsi tərəfindən də mübahisələndirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaz sayğaclarının üzərində SMPDK-ın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 71.2-ci maddəsinə görə görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71- ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 294-cü maddəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümimilikdə hüquqi qiymət verərək bildirir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər qeyri müəyyən оlduğundаn və şəxsi mülаhizələrə əsаslаndığındаn əsаssızdır və qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Çünki, cаvаbdeh Əmək Məcəlləsinin bir sıra müddəalarına imperativ qaydada riayət etməli olduğu halda etməmişdir. Məhz cavabdeh tərəf işdən azad olunma, müqavilənin ləğvi barədə əmr verərkən əmək funksiyasının və vəzifə təlimtalarının yerinə yetirilməsi ilə əlaqədar Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda bunu etməmişdir. Belə ki, işəgötürən vaxtında həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməmiş, (halbuki təqdimata əsaslandırma sənədlər də əlavə edilir), Həmkarlar ittifaqı təşkilatı da bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli olduğu halda buna riayət etməmişdir. Göründüyü kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqаviləsinin ləğv edilməsi qаydаlаrınа lazımi qaydada əməl оlunmаdаn xitam vermiş, işəgötürən tərəfindən Həmkarlar Təşkilatına lazımi qaydada Təqdimat verildiyini bildirsə də, bununla bağlı birinci instansiya məhkəməsinə hər hansı mötəbər sübut təqdim edilməmiş, əksinə birinci instansiya məhkəməsinin icraatı zamanı sənədləşdirilmə işinin aparıldığını bildirmiş, həmçinin iddiaçı işdən azad olunarkən onun qeyd olunan xəstəliyə tutulmuş sağlamlıq imkanları məhdud olan azyaşlı uşağının olması da nəzərə alınmamışdır. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-147/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-174/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-174/2021
26.01.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver