Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-177/2022 18.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı «payın naturada ayrılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın naturada ayrılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı «payın naturada ayrılması» tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(014)-1614/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Şəki rayonu Turan qəsəbəsində yerləşən 1.4377 ha torpaq sahəsi reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 ümumi birgə mülkiyyətlərindədir. Həmçinin, Şəki rayonu Turan qəsəbəsində yerləşən 23.3850 ha torpaq sahəsi reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 ümumi birgə mülkiyyətlərindədir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 torpaq sahələrindən paylarını ayırmaqla, özlərinə ayrıca çıxarış almaq istəyirlər. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” **********27 reyestr nömrəli çıxarışla 23.3850 ha torpaq sahəsindən və **********28 reyestr nömrəli çıxarışla 1.43 ha torpaq sahəsindən 3/10 hissənin naturada bölünməsi, paylarının müəyyən olunaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsində tələbini onunla əsaslandırmışlar ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 1.4377 ha torpaq sahəsi reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 ümumi birgə mülkiyyətlərindədir. Həmçinin, Şəki rayonu Turan qəsəbəsində yerləşən 23.3850 ha torpaq sahəsi reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 ümumi birgə mülkiyyətlərindədir. Onlar torpaq sahələrindən paylarını ayırmaqla, özlərinə ayrıca çıxarış almaq istəyirlər. Buna görə də ümumi birgə mülkiyyətdə olan əmlakdan onlara düşən payın naturada ayrılması ilə əlaqədar hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçı olmaqla, digər İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 digər İddiaçı2 verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tədqiq olunan torpaq sahələri bərabər bucaqlı olmadığından, bölgü zamanı dəqiqliklə torpaq sahəsinin ayrılması, GPS sistemli ölçmə aparatı vasitəsilə müvafiq ölçmə işləri aparılmaqla mümkün ola bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 1.4377 ha və 23.3850 ha torpaq sahələri reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan və reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 ümumi birgə mülkiyyətlərindədir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan əmlaklardan öz payının ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar iddianı müdafiə edir. Cavabdehlər isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya münasibət bildirməmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 1.4377 ha və 23.3850 ha torpaq sahələri reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan və reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 ümumi birgə mülkiyyətlərindədir. Mübahisə predmeti olan əmlaklar iddiaçıların istifadəsində olduğundan iddia tələbi əsaslıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, Şəki rayonu Turan qəsəbəsində yerləşən, reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 ümumi birgə mülkiyyətində olan 1.4377 ha torpaq sahəsindən uzununa doğru istiqamətdə 3/10 hissə, yəni 0.43131 ha torpaq sahəsi ayrılaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməlidir. Şəki rayonu Turan qəsəbəsində yerləşən, reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 ümumi birgə mülkiyyətində olan 23.3850 ha torpaq sahəsindən uzununa doğru istiqamətdə 3/10 hissə, yəni 7.0155 ha torpaq sahəsi ayrılaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməlidir. Dövlət rüsumu tələb edilmədiyindən 10 (on) manat rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Şəki Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(014)-1614/2021 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia təmin olunmuş, Şəki rayonu Turan qəsəbəsində yerləşən, reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 ümumi birgə mülkiyyətində olan 1.4377 ha torpaq sahəsindən uzununa doğru istiqamətdə 3/10 hissənin, yəni 0.43131 ha torpaq sahəsinin ayrılaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməsi, Şəki rayonu Turan qəsəbəsində yerləşən, reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 ümumi birgə mülkiyyətində olan 23.3850 ha torpaq sahəsindən uzununa doğru istiqamətdə 3/10 hissənin, yəni 7.0155 ha torpaq sahəsinin ayrılaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, «İnsan Hüquqlarının və əsas X1» Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinə, BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217 A (111) saylı qətnaməsi ilə qəbul olunmuş və bəyan edilmiş «İnsan Hüquqlarına dair Ümumi Bəyənnamə»nin 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1, 213.2, 220.1, 220.2 və 220.3-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan 10 yanvar 2020-ci il tarixli, reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 1.4377 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 ümumi birgə mülkiyyətlərindədir. İşdə olan 10 yanvar 2020-ci il tarixli, reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 23.3850 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 ümumi birgə mülkiyyətlərindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli, 10/4313 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Şəki rayonu Turan qəsəbəsində yerləşən yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 ümumi birgə mülkiyyətində olan 1.4377 ha və 23.3850 ha torpaq sahələrindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 aid 3/10 hissə payın naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün hər iki torpaq sahəsindən uzununa doğru istiqamətdə 3/10 hissə, yəni sahəsi 23.3850 ha təşkil edən torpaq sahəsindən 7.0155 ha, sahəsi 1.4377 ha təşkil edən torpaq sahəsindən isə 0.43131 ha sahə ayrılaraq həmin payların mülkiyyətçilərinə verilə bilər. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 sentyabr 2021 -ci il tarixli, 10,4313 saylı ekspert rəyi olmuşdur ki, ümumi birgə mülkiyyətdə olan 1.4377 ha və 23.3850 ha torpaq sahələrindən İddiaçı1 Fərzavıl oğlu, İddiaçı2 və İddiaçı3 aid 3/10 hissə payının naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün hər iki torpaq sahəsindən uzununa doğru istiqamətdə 3/10 hissə, yəni sahəsi 23.3850 ha təşkil edən torpaq sahəsindən 7.0155 ha, sahəsi 1.4377 ha təşkil edən torpaq sahəsindən isə 0.43131 ha sahə ayrılaraq həmin payların mülkiyyətçilərinə verilə bilər. Tədqiq olunan torpaq sahələri bərabər bucaqh omadığından, bölgü zamanı dəqiqliklə torpaq sahəsinin ayrılması, GPS sistemli ölçmə aparatı vasitəsilə müvafiq ölçmə işləri aparılmaqla mümkün ola bilər. Məhhkəmə bu qeyri dəqiq rəyə istinadən tələbi təmin etmişdir. Qətnamə iddiaçıların xevrinə qəbul edilsə də mahiyyət etibarı ilə onların tələbinin təmin edilməsinə yönəlmir. Belə ki, rəy qeyri-dəqiq olduğundan bölgünün hansı qaydada aparılması və müvafiq sənədləşmə işlərinin görülməsi mümkün deyil. Məhkəmə sözügedən ekspert rəyinin qeyri-dəqiq olmasını müəyyən etməli, ekspert qarşısında yeni suallar qoymalı, zərurət oluğu halda yenidən ekspertiza təyin etdikdən sonra tələbi təmin etməli idi. Məhkəmə isə sadəcə ekspertin göstərdikləri ilə kifayətlənmiş və ətraflı araşdırma aparmamışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(014)- 1614/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yenidən ekspertiza təyin edilərək tələbi əhatə edən rəy alındıqdan sonra iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin Məcəllənin 220.3-cü maddəsinə göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 220.5-ci mаddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Qərarlar: “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 6.8-ci bəndinə görə qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Şəki Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(014)-1614/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin etməsi ilə razılaşsa da, hesab edir ki, məhkəmənin qəbul etdiyi qətnamənin nəticə hissəsi Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 220.5-ci mаddəsinin tələbinə uyğun tərtib edilməmiş və prosessual hüquq normasının pozulmasına yol verilmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin nəticə hissəsində iddianın təmin edilməsi qeyd olunsa da, torpaq sahəsinin hansı şəkildə, hansı koordinatlarda naturada ayrılması dəqiq göstərilməmişdir. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçıların da onların ümumi paylı mülkiyyətlərində olan 23.3850 ha torpaq sahəsinin bölünməsinin mümkünlüyü ilə bağlı göstərdiklərini təsdiq edən sübutlar mövcud olduğundan onların həmin hissədə göstərdikləri əsaslıdır. Şəki Apellyasiya Məhkəməsinin 12 yanvar 2022-ci il tаrixli, 2(107)-177/2022 nömrəli qərаrdаdına əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” X2 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, iddiada qeyd edilən 23.3850 ha torpaq sahəsi, faktiki istifadə olunan (26.1604 ha) torpaq sahəsi, sənəd üzrə olan (25.7236 ha) torpaq sahəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 sentyabr 2021- ci il tarixli,10/4313 saylı ekspert rəyində göstərilmiş şəkildə sahəsi 23.3850 ha təşkil edən torpaq sahəsindən 1/10 paya uyğun (2.3385 ha) bölgüsü, döngə nöqtələrinin koordinatları,tərtib edilmiş yerqurluşu planında göstərilmişdir. 404013 098628 nömrəli çıxarışda göstərilən 10 subyektin ümumi birgə mülkiyyətində olan sahəsi 1.4377 ha təşkil edən torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan tərəfimizdən bölgü aparılması mümkün olmamışdır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlsə də, qətnаmənin dəqiqliyi ilə bağlı Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 220.5-ci mаddəsinin tələblərinə əməl edilmədiyindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(014)-1614/2021 nömrəli qətnaməsi dəyişdirilməli, Şəki rayonu Turan qəsəbəsində yerləşən, reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 ümumi birgə mülkiyyətində olan 23.3850 ha torpaq sahəsindən uzununa doğru istiqamətdə ayrılaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməli olan 3/10 hissənin, yəni 7.0155 ha torpaq sahəsinin koordinatları M 1:5000 olmaqla İ hissəsi üzrə (1) X 680907.38 Y 4529448.50, (2) X 680917.26 Y 4529446.04, (3) X 680962.53 Y 4529434.27, (4) X 680795.98 Y 4529053.99, (5) X 680740.25 Y 4529066.87, döngə nöqtələri 1-2 arası məsafə 10.2 metr, 2-3 arası məsafə 46.8 metr, 3-4 arası məsafə 415.2 metr, 4-5 arası məsafə 57.2 metr və 5-1 arası məsafə 416.6 metr; İİ hissəsi üzrə (1) X 680962.53 Y 4529434.27, (2) X 680990.74 Y 4529426.94, (3) X 681017.84 Y 4529419.89, (4) X 680851.94 Y 4529041.06, (5) X 680795.98 Y 4529053.99, döngə nöqtələri 1-2 arası məsafə 29.1 metr, 2-3 arası məsafə 28.0 metr, 3-4 arası məsafə 413.6 metr, 4-5 arası məsafə 57.4 metr və 5-1 arası məsafə 415.2 metr; İİİ hissəsi üzrə (1) X 681017.84 Y 4529419.89, (2) X 681073.36 Y 4529405.45, (3) X 680908.11 Y 4529028.08, (4) X 680851.94 Y 4529041.06, döngə nöqtələri 1-2 arası məsafə 57.4 metr, 2-3 arası məsafə 412.0 metr, 3-4 arası məsafə 57.7 metr, 4-1 arası məsafə 413.6 metr müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(014)-1614/2021 nömrəli qətnaməsi dəyişdirilsin. Şəki rayonu Turan qəsəbəsində yerləşən, reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 ümumi birgə mülkiyyətində olan 23.3850 ha torpaq sahəsindən uzununa doğru istiqamətdə ayrılaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməli olan 3/10 hissənin, yəni 7.0155 ha torpaq sahəsinin koordinatları M 1:5000 olmaqla İ hissəsi üzrə (1) X 680907.38 Y 4529448.50, (2) X 680917.26 Y 4529446.04, (3) X 680962.53 Y 4529434.27, (4) X 680795.98 Y 4529053.99, (5) X 680740.25 Y 4529066.87, döngə nöqtələri 1-2 arası məsafə 10.2 metr, 2-3 arası məsafə 46.8 metr, 3-4 arası məsafə 415.2 metr, 4-5 arası məsafə 57.2 metr və 5-1 arası məsafə 416.6 metr; İİ hissəsi üzrə (1) X 680962.53 Y 4529434.27, (2) X 680990.74 Y 4529426.94, (3) X 681017.84 Y 4529419.89, (4) X 680851.94 Y 4529041.06, (5) X 680795.98 Y 4529053.99, döngə nöqtələri 1-2 arası məsafə 29.1 metr, 2-3 arası məsafə 28.0 metr, 3-4 arası məsafə 413.6 metr, 4-5 arası məsafə 57.4 metr və 5-1 arası məsafə 415.2 metr; İİİ hissəsi üzrə (1) X 681017.84 Y 4529419.89, (2) X 681073.36 Y 4529405.45, (3) X 680908.11 Y 4529028.08, (4) X 680851.94 Y 4529041.06, döngə nöqtələri 1-2 arası məsafə 57.4 metr, 2-3 arası məsafə 412.0 metr, 3-4 arası məsafə 57.7 metr, 4-1 arası məsafə 413.6 metr müəyyən edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-177/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-177/2022
18.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver