Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1816/2021 13.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tаrixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı şəhəri Qələbə küçəsinin qərbində yerləşən iki mərtəbəli, “Planet” market adlanan qeyri-yaşayış binasından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyzi zamanda iddiaçı X5 iddianı təmin etmək üçün tədbir görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İsmayıllı şəhəri Qələbə küçəsinin qərbində inşa olunmuş iki mərtəbəli “Planet” market adlanan qeyri-yaşayış sahəsində yerləşən əmlakın gələcəkdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlyar oğlu tərəfindən qəsdən və qərəzli surətdə məhv edilməsinin qarşısını almaq məqsədi ilə qeyri- yaşayış sahəsindən istifadə edilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 13 avqust 2021-ci il tаrixli qərardadı ilə ərizə təmin edilmiş, iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini alanadək İsmayıllı şəhəri Qələbə küçəsinin qərbində inşa olunmuş iki mərtəbəli "Planet” market adlanan qeyri-yaşayış sahəsində yerləşən əmlakın gələcəkdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlyar oğlu tərəfindən qəsdən və qərəzli surətdə məhv edilməsinin qarşısını almaq məqsədi ilə qeyri-yaşayış sahəsindən istifadə edilməsi qadağan edillmişdir. Cavabdehlər İsmayıllı Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və iddiaçı X2 iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəməsindən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, onlar həmin qeyri-yaşayış sahəsini icarə müqaviləsi əsasında işlədir. Fəaliyyətlər barədə dövlətə vaxtlı-vaxtında vergilər ödəyirlər. Hazırda fəaliyyət göstərdikləri qeyri-yaşayış sahəsində istifadə etdikləri ərzaq məhsulları, digər istifadə olunan mallar vardır. Əgər onların fəaliyyətinə qadağa qoyularsa külli miqdarda maddi və mənəvi zərərə düşə bilərlər. Odur ki, şikayətin təmin edilərək, qərardadın ləğv edilməsini xahiş edir İsmayıllı Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(037)-808/2021 saylı qərardadı ilə şikаyət təmin edilməmiş və bаxılmаsı üçün işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh2 Əlyar oğlu bildirmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 13 avqust 2021-ci -ci il tarixli qərardadını qanunsuz və əsassız hesab edirəm. 23 fevral 2012-ci ildən mən X10 ilə bağlanılmış icarə müqaviləsinə əsasən obyekti işlətmişəm. Həmin obyektin idarəetməsi X6 etibarnamə əsasında həvalə edilmişdir. 2018-ci ildə müqavilə müddəti bitdiyinə və X4 görə oğlu Orxan Əbilova verdiyi etibarnamə müqabilində yenidən icarə müqaviləsi bağlamışam. 2021-ci ildə İddiaçı obyektin özünün olduğunu bildirərək, obyektin boşaldılmasını istəmişdir. Mən orada qanunsuz fəaliyyət göstərməmişəm. Obyektin sahibi Səhrab Əbilovdur və mən onunla müqavilə bağlamışam. Hesab edirəm ki, hazırda obyektə qadağa qoyulması mənə külli miqdarda ziyan vuracaq. Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh1 bildirmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərardadını qanunsuz və əsassız hesab edirəm “Planet” market adlanan qeyri-yaşayış sahəsini icarə müqaviləsi əsasında istifadə edirəm. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair mənimlə Səhrab Əbilov arasında 01.02.2021-ci il tarixdən 01.02.2024-cü il tarixədək üç il müddətinə illik icarə haqqı 1200 manat olmaqla, icarə müqaviləsi bağlamışam. Hesab edirəm ki, hazırda obyektə qadağa qoyulması düzgün deyildir. Ona görə də şikayətimizin təmin olunaraq İsmayıllı Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasına teleqramla müraciət edən İddiaçı iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə iddiaçının olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərardadı və həmin qərardadın qüvvədə saxlanılması barədə 16 avqust 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 17 may 2011-ci il tarixli etibarnamə surətindən müəyyən olunur ki, İddiaçı onun bütün əmlkanın idarə etməsini, sərəncam verməsini X6 etibar etmişdir. 20.07.2012-ci ildə iddiaçı Əbilov X1 Rayon Notariat Kontoruna müraciət edərəl İddiaçı verilmiş ümumi etibarnamənin ləğv ediməsini xahiş etmişdir. Bundan sonra X10 ona etibar edilmiş əmlakı Cavabdeh2 Əlyar oğlu ilə bağlanılmış (notarial qaydada təsdiq olunmamış) icarə müqaviləsi əsasında Cavabdeh2 icarəyə vermişdir. Cavabdeh2 icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra 01 fevral 2021-ci ildə X10 təkrarən ona etibar edilmiş əmlakı Cavabdeh1 Arid qızı ilə bağlanılmış (notarial qaydada təsdiq olunmamış) icarə müqaviləsi əsasında Cavabdeh1 icarəyə vermişdir. İcarə müqaviləsi bağlanan vaxt Səhrab Əbilov öz imza etmək üçün oğlu X7 etibarnamə vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən İddiaçı Sirac oğluna verilmiş etibarnamə 2012-ci ildə notariat kontoruna müraciət edilərək ləğv etdirmişdir. Səhrab Ədilov qeyri- yaşayış sahəsinə dair heç bir hüququ olmadığı halda notarial qaydada təsdiq edilməmiş 01 fevral 2021-ci il tarixli icarə müqaviləsi əsasında Taqid Ədilova məxsus qeyri-yaşayış sahəsini üç il müddətinə 01.02.202l-ci il tarixdən 01.02.2024-cü il tarixədək illik 1200 manata Cavabdeh1 icarəyə vermişdir. 01 fevral 2021-ci il tarixdə X12 Məlikova arasında bağlanmış və Səhrab Ədilov tərəfindən deyil, oğlu tərəfindən imzalanmış icarə müqaviləsi notarial qaydada təsdiq olunmamışdır və Səhrab Ədilovun öz adından icarə müqaviləsini oğlu tərəfindən imza edilməyə səlahiyyət verən etibarnamə təqdim olunmamışdır. Belə bir etibarnamə olsa belə Taqid Ədilov tərəfindən Səhrab Ədilova verilmiş etibarnamə ləğv olunduğundan, etibar edilmişi başqasına etibar etmə də qüvvədən düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin məcəllənin 365-ci maddəsinə sasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin qüvvəsinə xitam verilməsinəsəbəb olur Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür (mad 366.4). Bundan əlavə məhəmə kollegiyasına təqdm edilmiş edilmiş 6 iyun 2018-ci il tarixli etibarnamənin kserosürətindən də aydın şəkildə görünür ki, X3 Orxan Səhrab oğluna onunbütün əmlakının idarə edilməsi və onun üzərində sərəncam verməyi etibar edib ki, mübahisəli mülk isə onun mülkiyyətində olan əmlak olmmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir (mad. 157.1). Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (mad. 157.2). İddiаnı təmin etmək üçün cаvаbdehdə və yа digər şəxslərdə olаn cаvаbdehə məxsus əmlаk üzərinə həbs qoyulа, müəyyən hərəkətləri etməyi cаvаbdehə qаdаğаn edə, mübаhisə predmetinə аid olаn müəyyən hərəkətləri etmək bаşqа şəxslərə qаdаğаn edilə bilər (mad. 158.1.1, 158.1.2, 158.1.3). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(037)-808 saylı qərardadı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1816/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1816/2021
13.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver