Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-188/2024 24.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs "xxxx" şirkətinə qarşı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs "xxxx" şirkətinə qarşı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(075)-2222/2023 nömrəli qətnaməsindən iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Ərizəçi ilə maraqlı şəxs "xxxx" şirkəti arasında Mediasiya reyestrində MŞŞ/MT- 018/2023-01373 nömrəsi ilə qeydiyyatdan keçmiş 25 may 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişlə maraqlı şəxs "xxxx" şirkəti ərizəçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2016-cı il tarixli 50 nömrəli əmrin Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsinə razılıq vermişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Mediasiya reyestrində MŞŞ/MT- 018/2023-01373 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X3 apardığı mediasiya prosesi nəticəsində mediator, o və "xxxx" şirkətinin direktoru X8 arasında bağlanmış 25 may 2023cü il tarixli barışıq sazişinin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə "xxxx" şirkəti tərəfindən könüllü icra edilməyən 2.1.1-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1.1-ci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixdə "xxxx" şirkətinə satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş və 2016-cı ilə kimi həmin şirkətdə işləmişdir. xx.xx.2016-cı il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixli 50 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Həmin vaxtı ona həmin əmrin surəti və əmək kitabçası təqdim edilməmiş və buna görə də o həmin əmri mübahisələndirə bilməmişdir. O, 2023-cü ildə başqa iş yerinə qəbul edilmək istəyərkən ona məlum olmuşdur ki, "xxxx" şirkəti ilə onun arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Buna görə də o bunu aydınlaşdırmaq üçün "xxxx" şirkətinin rəhbərinə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsinin səbəbini soruşduqda "xxxx" şirkətinin direktoru X8 ona bunun silinməsi üçün əlindən gələn köməkliyi etməyə hazır olduğunu bildirmiş və buna görə də aralarında konüllü mediasiya prosesi zamanı 25 iyun 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin 2.1. bəndindən görünür ki, Ərizəçi 01 avqust 2013-cü ildə "xxxx" Şirkətinə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş və həmin şirkətdə 2016-ci ilə kimi işləmişdir. 19 aprel 2016-ci il tarixdə Ərizəçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hal-hazırda həmin şirkətin rəhbərliyi hümanizm nümayiş etdirərək Ərizəçi barəsində "NUR Company” Şirkəti tərəfindən 19 aprel 2016-cil tarixli, 50 nömrəli verilmiş əmrin, Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsi ilə bağlı mediasiya tələbini "xxxx" Şirkəti müsbət qarşılayır və həmin əmrin qeyd edilən müvafiq sistemdən silinməsinə və bunun üçün aidiyyəti orqana müracət etməyə razıdır. Həmin barışıq sazişinin icrası ilə əlaqədar "xxxx" şirkətinin direktoru X1 Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Vəli Quliyevə məktub ünvanlayaraq "xxxx" şirkəti ilə onun arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin"xxxx" bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli 50 nömrəli əmrin Əmək münasibətləri və məşğulluq alt sistemində silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciətə baxılması nəticəsində X9 Xidməti "xxxx" şirkətinə 13 iyul 2023-cü il tarixli məktub ünvanlayaraq xx.xx.2016-cı il tarixli 50 nömrəli əmrin Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsi üçün barışıq sazişinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yeni əmr, ərizə və müvafiq qeydlər əlavə edilməklə əmək kitabçasının surətinin təqdim edilməsini xahiş edilmişdir. Lakin halhazıradək xx.xx.2016-cı il tarixli 50 nömrəli əmrin Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsi üçün qeyd edilən sənədlər "NUR company” şirkəti tərəfindən Dövlət Məsğulluq Xidmətinə təqdim edilməmişdir.
4. "NUR company” tərəfindən verilmiş etiraz ərizəsində göstərilmişdir ki, ərizəyə etiraz edirlər və hesab edirlər ki, ərizədə mübahisə doğuran hallar olduğuna görə xüsusi icraat qaydasında baxılmalı deyildir. Belə ki, ərizədə yanlış olaraq göstərmişdir ki, Maraqlı şəxs tərəfindən verilmiş Ərizəçi əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2016-cı il tarixli 50 nömrəli əmr və əmək kitabçası ona verilmədiyinə görə mübahisələndirə bilməmişdir. Yalnız göstərilən əmr barədə 2023-cü ildə məlumat almışdır. Ərizəçi Maraqlı şəxsndə fəaliyyət göstərdiyi dövrdə onunla Əmək müqaviləsindən əlavə Maddi məsul şəxs kimi müqavilə bağlanaraq ona qaiməyə əsasən əmlaklar verilmişdir. Lakin, təhvil aldığı əmlakları mağazalara paylayaraq satışdan əldə edilən vəsaiti Şirkətin xəzinəsinə ödəmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Ərizəçi qohumlarının xahişini nəzərə alaraq onun şirkətə vurduğu zərər barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edilməmişdir. Bir müddət əvvəl isə Ərizəçi qohumu özünü onun qaynı kimi təqdim edən şəxs onlarla əlaqə saxlayaraq həmin əmr görə onun işə düzələ bilmədiyini bildirmişdir və xahiş etmişdir ki, ona köməklik göstərək. Şirkətin rəhbərliyi hümanizm nümayiş etdirərək Ərizəçi barəsində 19 aprel 2016-ci il tarixli, 50 nömrəli verilmiş əmrin əgər mümkündürsə sistemindən silinməsinə etiraz etmədiyini bildirmişdir. Hal-hazırda isə ərizəçi göstərilən barışıq sazişini əsas tutaraq onun barəsində verilən qanuni və əsasslı əmrin ləğv edilməsini tələb edir. Halbu ki, barışıq sazişində Ərizəçi barəsində əmrin ləğv edilməsindən söhbət getməmişdir orada həmin əmrin sistemdən silinməsinə razı olduqlarını bildirmişlər. Həmin əmr qanuni və əsasslı olduğuna görə onun ləğv edilməsi qeyri-mümkündür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Bütün bunlarla yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində göstərilir ki, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir Odur ki, ərizənin baxılmamış saxlayaraq, hüquq haqqında mübahisənin olduğu üçün Ərizəçi ümumi əsaslarla iddia vermək hüququnu izah edilməsini məhkəmədən xahiş etmişlər.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi fərdi əmək mübahisələrinin predmetlərindən biri olduğundan işçi pozulmuş hüquqlarının bərpa edilməsi barədə məhkəməyə və ya əmək məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb etməli olmasına baxmayaraq "NUR company” Şirkəti tərəfindən 19 aprel 2016-cil tarixli, 50 nömrəli verilmiş əmrin qeyd edilən müvafiq sistemdən silinməsinə razılığının bildirilməsi ilə bağlı olan qanuna zidd barışıq sazişi bağlanmışdır.
6. Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(075)-2222/2023 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) Ərizəçi “NUR company" şirkətinin direktoru X8 ilə onun arasında bağlanmış 25 may 2023-cü il tarixli barışıq sazişinin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə "xxxx" şirkəti tərəfindən könüllü icra edilməyən 2.1.1-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1.1-ci bəndinin təsdiq edilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 70, 83 və 292-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23, 355-25 və 255-26-cı maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 26 may 2023-cü il tarixli, MŞŞ/MT- 018/2023-01373 nömrəli barışıq sazişi "xxxx" şirkətinin direktoru X5 X9 xidmətinin rəisi Vəli Quliyevə ünvanlanmış ərizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin "xxxx" şirkətinə ünvanladıöı 13 iyul 2023-cü il tarixli məktub
9. Qətnаmədən nаrаzı qаlаn iddiaçı Ərizəçi аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı Ərizəçi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işə baxan birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, göründüyü kimi əmək müqaviləsinin ləğv edilməsi fərdi əmək mübahisələrinin predmetlərindən biri olduğundan işçi pozulmuş hüquqlarının bərpa edilməsi barədə məhkəməyə və ya əmək məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb etməli olmasına baxmayaraq "NUR company” Şirkəti tərəfindən 19 aprel 2016-cil tarixli, 50 nömrəli verilmiş əmrin qeyd edilən müvafiq sistemdən silinməsinə razılığının bildirilməsi ilə bağlı olan qanunazidd barışıq sazişi bağlanmışdır. Halbuki, o və "xxxx" şirkətinin direktoru X8 arasında onunla maraqlı şəxs "xxxx" şirkəti arasında mövcud əmək mübahisəsinə dair razılaşma əldə edilmiş və hər iki tərəfin könülllü razılaşması ilə hər iki tərəfi qane edən şərtlərlə 25 may 2023-cü il tarixli barışıq sazişi imzalanmışdır.
11. Ona görə də, Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(075)- 2222/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Maraqlı şəxs "xxxx" şirkətinin rəhbəri X8 elektron kabinet vasitəsilə etiraz göndərərək göstərmişdir ki, Ərizəçi Maraqlı şəxsndə fəaliyyət göstərdiyi dövürdə onunla Əmək müqaviləsindən əlavə Maddi məsul şəxs kimi müqavilə bağlanaraq ona qaiməyə əsasən əmlaklar verilmişdir. Lakin, o üzərinə düşən vəzifəni lazımi qaydada yerinə yetirmədiyinə görə və MMC-yə maddi zərər vurduğuna üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Bir müddət sonra MMC-nin rəhbərliyi ilə əlaqə saxlanılaraq Ərizəçi başqa yerlərə işə düzələ bilmədiyi üçün xahiş etmişdir ki, ona köməklik göstərsin. Şirkətin rəhbərliyi həmin əmrin qanuni və əsasslı olduğuna görə ləğv edilməsinin mümkün olmadığı onun nəzərinə çatdırılmış, lakin əmrin əgər mümkündürsə sistemindən silinməsinə etiraz edilmədiyi bildirmişdir. Barışıq sazişində Ərizəçi barəsində əmrin ləğv edilməsinin deyil, əmrin sistemdən silinməsinə razı olduğumuzu bildirmişlər. Hal-hazırda məlum olmuşdur ki, göstərilən barışıq sazişinin icra edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Maraqlı şəxs "xxxx" şirkəti işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
İnsan Hüquqlarının və X6 X4: Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir
16. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.7. Barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Maddə 9.3.1. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya baxışının hədləri
17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
18. İddiaçı Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(075)-2222/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
20. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, hazırki iş üzrə ərizəçinin ərizəsində barışıq sazişinin 2.1.1-ci bəndinin təsdiq olunması tələb olunmuşdur. Birinci instansiya məhkəməsi də həmin bəndin təsdiq edilməsindən imtina edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki iş materialları ilə müəyyən olunur ki, Ərizəçi ilə maraqlı şəxs "xxxx" şirkəti arasında bağlanmış Mediasiya reyestrində MŞŞ/MT-018/2023-01373 nömrəsi ilə qeydiyyatdan keçmiş 25 may 2023-cü il tarixli barışıq sazişinin 2.1.1-ci bəndi mövcud deyildir. Qeyd edilən sazişdə tərəflərin gəldikləri razılığın mahiyyəti 2.1-ci bənddə göstərilmişdir. Həmin bənd aşağıdakı məzmundadır: Ərizəçi 01 avqust 2013-cü ildə "xxxx" Şirkətinə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş və həmin şirkətdə 2016-ci ilə kimi işləmişdir. 19 aprel 2016-ci il tarixdə Ərizəçi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hal-hazırda həmin şirkətin rəhbərliyi hümanizm nümayiş etdirərək Ərizəçi barəsində "xxxx" Şirkəti tərəfindən 19 aprel 2016-ci il tarixli, 50 nömrəli verilmiş əmrin, Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsi ilə bağlı mediasiya tələbini "xxxx" Şirkəti müsbət qarşılayır və həmin əmrin qeyd edilən müvafiq sistemdən silinməsinə razıdır və bunun üçün aidiyyəti orqana müracət etməyə razıdır. Ərizəçinin ərizənin məzmununda istinad etdiyi barışıq sazişinin şərtləri də yuxarıda göstərilən məzmundadır. Ərizəçi apellyasiya baxışı zamanı elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, onun ərizəsində texniki səhv olaraq o və "xxxx" şirkətinin direktoru X8 arasında bağlanmış 25 may 2023-cü il tarixli barışıq sazişinin 2.1 -ci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılması əvəzinə 2 1.1 -ci maddəsinin təsqdi edilməsi qeyd edilmişdir. Odur ki, həmin səhvin texniki səhv olmasını nəzərə alınmasını və Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, e-2(075)-222/2023 saylı qətnaməsinin ləğv edilərək, ərizəmin təmin edilməsini və mediasıya reyestrində MŞŞ/MT-018/2023- 01373 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X3 apardığı mediasiya prosesi nəticəsində mediator, mən və 'NUR COMPANY” şirkətinin direktoru X8 arasında bağlanmış 25 may 2023-cü il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə "xxxx" şirkəti tərəfindən könüllü icra edilməyən 2.1-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1-ci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası təsdiq edilməsi tələb olunan barışıq sazişinin bəndinin nömrəsinin 2.1.1 kimi qeyd olunmasını texniki səhv olaraq qəbul etmiş və mübahisəli barışıq sazişinin 2.1-ci bəndinin təsdiq olunması barədə işə baxmışdır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi mediasiya prosesində maraqlı şəxslə bağladığı barışıq sazişinin şərtlərinin sonuncu tərəfindən yerinə yetirilmədiyini bildirərək sazişin məcburi icrasının təmin olunması üçün məhkəmə tərəfindən təsdiqlənməsini xahiş etmişdir. Qanuna əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən əmək mübahisələrinin həllinin məhkəmənin və fərdi əmək mübahisələrini həll edən orqanın səlahiyyəti olduğunu əsas gətirmişdir. Halbuki, “Mediasiya haqqında” Qanunun preambulasında mediasiya mübahisələrin alternativ həlli üsullarından biri kimi təsbit edilmişdir. Mediasiyanın məqsəd və prinsiplərini müəyyən edən həmin Qanunun 4-cü maddəsindən göründüyü kimi, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi və konfidensiallıq prinsipləri əsasında həyata keçirilir. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Qanunun 5.3-cü maddəsinə müvafiq olaraq, mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə edirlər, habelə tələblərinin həcmini artırmaq və ya azaltmaq, bu Qanunun 28 və 29-cu maddələrinin tələbləri nəzərə alınmaqla mediasiyanın istənilən mərhələsində mediasiyadan imtina etmək hüquqlarına malikdirlər. Beləliklə, mediasiya tərəflər arasında yaranan mübahisənin məhkəməyə müraciət etmədən daha qısa müddətdə və az məsrəflə, qarşılıqlı razılıq əsasında həll edilməsi məqsədini daşımaqla, məhkəmələrin iş yükünü azaldaraq onların daha səmərəli fəaliyyət göstərməsinə səbəb olur. Göründüyü kimi, mediasiyanın məqsədlərindən biri həll edilməsi məhkəmənin səlahiyyətində olan mübahisələrin məhkəməyəqədər həll edilməsidir. Əmək mübahisələri isə həmin mübahisələr arasında mediasiyadan keçməsi məcburi olan mübahisələr sırasına aid edilmişdir. Belə olan halda, həmin mübahisənin mediasiya qaydasında həlli nəticəsində bağlanmış sazişin qanunazidd hesab olunması mediasiyanın məqsədlərinə zidd olardı.
22. Maraqlı şəxsin apellyasiya şikayətinə etirazına münasibət bildirərək kollegiya qeyd edir ki, barışıq sazişi ilə maraqlı şəxsin üzərinə götürdüyü öhdəlik mübahisəli əmrin silinməsi ilə bağlı olmuşdur ki, maraqlı şəxsin X9 Xidmətinə göndərdiyi ərizəsi müvafiq əmrin Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsinə köməklik göstərilməsi barədə olmuş, X9 Xidmətinin 13 iyul 2023-cü il tarixli məktubu ilə də həmin müraciətin təmin edilməsi üçün müvafiq sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Əmrin həmin sistemdən silinməsi X9 Xidmətinin səlahiyyətinə aid olduğundan həmin silinmənin təmin edilməsinin hansı qaydada həyata keçiriləcəyi də həmin xidmətin funksiyasına daxildir. Maraqlı şəxs "xxxx" şirkəti mediasiya sazişi ilə müvafiq əmrin həmin sistemdən silinməsinə razı olduğundan silinmənin təmin edilməsi üçün tələb edilən hərəkətlərin edilməsi də həmin öhdəliyə daxildir.
23. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(075)-2222/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Ərizəçi Mediasiya reyestrində MŞŞ/MT-018/2023-01373 nömrəsi ilə qeydiyyatdan keçmiş 25 may 2023-cü il tarixli barışıq sazişinin 2.1-ci bəndinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməli, Ərizəçi ilə maraqlı şəxs "xxxx" şirkəti arasında bağlanmış Mediasiya reyestrində MŞŞ/MT-018/2023-01373 nömrəsi ilə qeydiyyatdan keçmiş 25 may 2023-cü il tarixli barışıq sazişinin 2.1-ci bəndinin təsdiq edilməli, dövlət rüsumu olaraq ödənilmiş 100 manat pul maraqlı şəxs "xxxx" şirkətindən tutulararaq Ərizəçi ödənilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(075)-2222/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin Ərizəçi Mediasiya reyestrində MŞŞ/MT-018/2023-01373 nömrəsi ilə qeydiyyatdan keçmiş 25 may 2023-cü il tarixli barışıq sazişinin 2.1-ci bəndinin təsdiq edilməsi barədə ərizəsi təmin edilsin. Ərizəçi ilə maraqlı şəxs "xxxx" şirkəti arasında bağlanmış Mediasiya reyestrində MŞŞ/MT-018/2023-01373 nömrəsi ilə qeydiyyatdan keçmiş 25 may 2023-cü il tarixli barışıq sazişinin aşağıdakı məzmunda 2.1-ci bəndi təsdiq edilsin. - “Ərizəçi 01 avqust 2013-cü ildə "xxxx" Şirkətinə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş və həmin şirkətdə 2016-ci ilə kimi işləmişdir. 19 aprel 2016-ci il tarixdə Ərizəçi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hal-hazırda həmin şirkətin rəhbərliyi hümanizm nümayiş etdirərək Ərizəçi barəsində "xxxx" Şirkəti tərəfindən 19 aprel 2016-ci il tarixli, 50 nömrəli verilmiş əmrin, Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsi ilə bağlı mediasiya tələbini "xxxx" Şirkəti müsbət qarşılayır və həmin əmrin qeyd edilən müvafiq sistemdən silinməsinə razıdır və bunun üçün aidiyyəti orqana müracət etməyə razıdır” - Dövlət rüsumu olaraq ödənilmiş 100 manat pul maraqlı şəxs "xxxx" şirkətindən tutulararaq Ərizəçi ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev